Строительные нормы и правила



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə7/52
tarix11.12.2023
ölçüsü1,03 Mb.
#145128
1   2   3   4   5   6   7   8   9   10   ...   52
qazanxana-qurgulari-layihelendirme-normalari (1)

6. Baş plan və nəqliyyat 
Baş plan 
6.1. 
Qazanxanaların tikintisi üçün torpaq sahələri, istilik təchizatı sxeminə, yaşayış 
məntəqələrinin ərazi planlaşdırılma sənədlərinə , müəssisələrin baş planlarına, sənaye qovşaqlarının 
müfəssəl planlarına müvafiq seçilir. 
Yaşayış zonasında yerləşdirilən qazanxanaların torpaq sahələrinin ölçüləri AzDTN 2.6-1-ə 
uyğun olaraq qəbul edilməlidir. 
6.2. 
Qazanxananın baş planı layihələndirilərkən, tikinti-quraşdırma işləri aparılan dövrdə lazım 
olan quraşdırma meydançalarının, anbarların, həmçinin müvəqqəti qurğuların yerləşdirilməsi imkanı 
nəzərdə tutulmalıdır. 
6.3. 
Sənaye müəssisələrinin meydançalarında yerləşdirilən yanacaq, reagent və material 
anbarları, laboratoriya otaqları, həmçinin qazanxanaların köməkçi otaqları, bu müəssisələrin analoji 
binaları, otaqları və qurğuları ilə birləşdirilməlidir. 
6.4. 
Əsas korpus, yanacaq təsərrüfatı və kül-şlak xaricetmə qurğuları, transformator 
yarımstansiyası, qaztənzimləyici məntəqə (QTM), kondensat yığılan və vurulan stansiya, isti su 
təchizatının çən-akkumulyatorları, suhazırlama və reagent təsərrüfatı binası qazanxananın 
meydançasında yerləşdirilməlidir.
Bu normaların 15-ci bölməsinin tələblərinə əməl edildikdə göstərilmiş bina və qurğuların 
birləşdirilməsinə yol verilir. 
Binaların daxilində və onlara bitişik yerləşdirilmiş qazanxanaların bərk və maye yanacağının 
saxlanılması üçün AzDTN 2.6-1-ə uyğun olaraq qazanxanadan və istilik təchizatı nəzərdə tutulmuş 
binadan kənarda bağlı anbarlar nəzərdə tutulmalıdır. 
İkinci qrupa aid maye yanacaq anbarlarının tutumu СНиП II-106 ilə təyin edilmiş qiymətlərdən 



artıq olmamalıdır. 
Qazanxanaların hasarı СН 441-ə uyğun olaraq layihələndirilməlidir. 
Sənaye müəssisələrinin meydançalarında yerləşdirilmiş qazanxanaların bina və qurğularının 
hasarlanmasına yol verilmir. 
6.5. 
Yanacaqvermənin boşaltma qurğularının, yanacaq anbarlarının, mazut təsərrüfatlarının, 
kondensatın yığılma və vurulma stansiyalarının, isti su təchizatının çən-akkumulyatorlarının, nasos 
stansiyalarının, yanğın əleyhinə və içməli su təchizatı çənlərinin, kül-şlak atılma yerlərinin qazanxana 
meydançasından kənarda yerləşdirilməsinə yol verilir; bu halda mazut təsərrüfatı, isti su təchizatının 
çən-akkumulyatorları, yanğın əleyhinə və içməli su təchizatı çənləri hasarlanmalıdır.
6.6. 
Qazanxananın ərazisindən suyun kənarlaşdırılması sistemi açıq layihələndirilməli, tikilib 
abadlaşdırılmış ərazidə isə qazanxananın yerləşdiyi müəssisənin və ya rayonun istehsalat və yağış 
kanalizasiyası şəbəkələri ilə əlaqələndirilməlidir. 
6.7. 
Yaşayış və ictimai binalara qədər məsafələr aşağıdakılara əsasən qəbul edilməlidir: 
- qazanxananın bina və qurğularından, həmçinin açıq meydançada yerləşdirilmiş 
avadanlığından – yaşayış ərazilərində səs-küy səviyyələrinin yol verilən sanitariya normalarına görə; 
- bərk və maye yanacağı anbarlarından, turşu, qələvi və digər güclü təsir edən zəhərli 
maddələrin anbarlarından – xüsüsi normalara görə. 
6.8. 
Kül və şlak tikintidə və tikinti sənayesində istifadə olunmalıdır. Onların istifadəsi mümkün 
olmadıqda, aşağıdakı şərtlərə əməl etməklə kül-şlak atılma yerləri layihələndirilməlidir: 
- kül-şlak atılma meydançalarının ölçüsü müəyyən edilərkən, qazanxananın birinci növbəsinin 
10 il müddətində istismarı nəzərə alınmaqla, qazanxananın 25 ildən az olmayaraq işləməsi nəzərdə 
tutulmalıdır; 
- kül-şlak atılma meydançaları qazanxananın yaxınlığında, kənd təsərrüfatına yararlı olmayan 
torpaq sahələrində yerləşdirilməlidir; bu halda tikinti rayonunun perspektiv inkişafı nəzərə alınmaqla 
abadlaşdırılmalı olan dərələr, yarğanlar, bataqlıq yerləri, işlənmiş karxanalar istifadə edilməlidir. 
Layihələndirmə zamanı külün və şlakın yağış və ya daşqın suları ilə aparılmasından su 
hövzələrinin mühafizəsi nəzərdə tutulmalıdır. 

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə