Sənət
Hədəf Liseyində şagirdlərin estetik duyumlarının inkişafı
da diqqət mərkəzindədir. Onlar dünyanı sənət vasitəsiylə
təsvir və təsəvvür etmək üçün koqnitiv, vizual, eşitmə
və toxunma hislərini estetik ifadəyə çevirəcəkləri dərslər
keçirlər. Dərs mövzusunu ətraflı müzakirə etdikdən sonra
düşüncə, müşahidə və qənaətlərini yoldaşları ilə bölüşür,
daha sonra onları təsviri incəsənətin, teatr və musiqi
sənətinin köməyi ilə ifadə edirlər.
Hədəf Liseyində şagirdlərin incəsənətin müxtəlif növləri
üzrə qabiliyyətləri aşkara çıxarılır, həyata estetik
yöndən baxmaq bacarığı formalaşdırılır və sənətlə bağlı
müzakirələr aparan, mədəni tədbirlərdə iştirak etməyə
həvəsli şagirdlər yetişdirilir.
Hədəf Liseyi olaraq şagirdlərin sənətə bağlı olmalarının
vacibliyini bildiyimiz üçün onları daima muzey və
sərgilərə aparır, görkəmli sənətkarlarla görüşlərini təşkil
edirik. Sənət atelyelərimizdə şagirdlərimizin maraq
istiqamətlərinə görə rəssamlıq, fotoqrafiya, karikatur,
miniatür, ebru, musiqi, teatr, toxuculuq, dulusçuluq,
rəqs və sənətin digər növlərinə üstünlük veririk.
Texnoloji imkanlarımızdan istifadə etməklə şagirdlərimiz
sənətlə dijital vasitələrlə də məşğul olurlar.
Sənət dərsində:
1. Hər şagirdin yaradıcı yönü aşkarlanıb, inkişaf etdirilir.
2. Metodologiyamızda fərdi yanaşmalara üstünlük verilir.
3. Vizual məşğələlərdə yaddaş və rəng duyumları inkişaf
etdirilir.
4. Hər məkan sənətin icra yeri olaraq görülür.
5. Təməl sənət bilgiləri şagirdlərin yaş qrupu və
qabiliyyətlərinə görə tətbiq edilir.
6. Şagirdlərimizin sənət işlərinin ölkədə və xaricdə
keçirilən sərgilərdə sərgilənməsi ilə onlara güvən
qazandırılır.
Sənət dərsləri Hədəf Qrupa daxil olan Hədəf Yaradıcılıq
Mərkəzinin dəstəyi ilə keçirilir.
STEM MƏRKƏZLİ TƏHSİL
Hədəf LİSEYİ
44
İdman
Sağlamlıq, insanın effektiv şəkildə özünü
təkmilləşdirməsi və bacarıqlarını aktiv olaraq tətbiq
edə bilməsi üçün vacibdir. Hədəf Konseptində
şagirdlərimizin sağlamlığı xüsusi diqqət
mərkəzindədir.
Liseyimizdə Təhsil Nazirliyinin tələb etdiyi bədən
tərbiyəsi və idman dərsləri ilə yanaşı, atçılıq,
oxçuluq, aikido, voleybol, badminton kimi idman
növləri və hərəkətli milli uşaq oyunları dərnəkləri də
təşkil olunur.
Şagirdlərimiz beyin üçün ən yaxşı məşğələlərdən biri
olan şahmatla, liseyimizin şahmat klubunda məşğul
olur, tanınmış şahmat məktəblərindən dəvət olunmuş
müəllimlər onlara bu zəka oyununun incəliklərini
öyrədir, həvəskar şahmatçılar istədikləri təqdirdə
dərəcə yarışlarında iştirak edirlər.
45
Hədəf LİSEYİ
STEM MƏRKƏZLİ TƏHSİL
Hesablama düşüncəli
təhsil nədir?
Müasir dövrdə “hesablama düşüncəsi”
(Computational Thinking) yalnız kompüter
mühəndislərinin deyil, bütün insanların
gündəlik həyatda qarşılaşdıqları problemləri
həll etmək qabiliyyətlərini artırmaqda
əhəmiyyətli rol oynayır.
Hər yeni dövrün özü ilə gətirdiyi fərqli problemlər
vardır və bu problemləri həll etmək üçün fərqli həll
üsulları tətbiq olunur. Buna görə də, “dijital vətəndaşlar”
adlandırdığımız dövrün uşaqlarını hazırlamaq üçün
rəhbərlik rolunu icra edən müəllimlər yeni tədris
üsullarını mənimsəyib inkişaf etdirməlidirlər.
•
Hesablama düşüncəsi metodu, problemlərin həlli, tən-
qidi düşüncə və insan-kompüter problemlərinin həllinə
yönəlmiş bütün vasitələr kimi qəbul edilə bilər. Hesablama
düşüncəsinə yiyələnmiş bir şəxs;
•
Problemləri kompüter və ya başqa İT vasitəsindən istifadə
edərək həll etməyi bacara bilər;
•
Məlumatları məntiqi olaraq sistemləşdirə və təhlil edə bilər;
•
Məlumatları modellər və ya simulyasiyalar vasitəsi ilə
göstərə bilər;
•
Cavabları alqoritmik yanaşma ilə avtomatlaşdıra bilər;
•
Mümkün həlləri, mümkün mərhələləri və qaynaqları ən ef-
fektiv və operativ şəkildə birləşdirərək müəyyən edə, analiz
edə və tətbiq edə bilər,
•
Problemin həlli prosesini digər problemli vəziyyətlərə
köçürə və ümumiləşdirə bilər.
•
Hesablama düşüncəsi, bu konteksdən görüldüyü kimi,
yalnız bilik, informasiya və kommunikasiya texnologiyaları
sahələrini deyil, elm, riyaziyyat və sosial elmlər kimi digər
sahələrdə də şagirdlərin operativ və effektiv düşünmə
vərdişlərinə yiyələnmələrinə kömək edir.
Fərq yarada bilmək üçün fərqli düşünə
bilmək lazımdır.
İnformasiya Texnologiyaları dərsində
şagirdlərimiz dijital vasitələrdən effektiv
istifadə etməyin yollarını öyrənir, eyni zamanda
problemlərin həlli və analitik düşüncəni inkişaf
etdirmək üçün araşdırmalar aparırlar.
“Kodlaşdırma saatı” başlığı altında “fərqli
düşünməyi” öyrətməyi hədəflədiyimiz təhsil
pilləmiz Hədəf Liseyində 5-15 yaş intervalını
əhatə edir. Sonrakı yaş qruplarında paketlər
üzrə İT tədrisimiz üzrə ixtisaslaşma aparılır.
“Kodlaşdırma saatı” ilə şagirdlərimiz həm
gələcəyə hazırlanır, həm də fərqli dizaynlar
ortaya qoyaraq müasir dünyaya yeniliklər
qatmaq üçün hazırlanırlar. Gələcəyin
mühəndislərini, dizaynerlərini və alimlərini
yetişdirməyi hədəfləyən Hədəf Liseyi ilə
uşaqlarımıza fərqli və yaradıcı düşünməyi
öyrətməyə davam edəcəyik.
“Kodlaşdırma saatı” dərsinin hədəfi nədir?
Azərbaycanda ilk dəfə Hədəf Liseyində və 5
yaşdan etibarən tədris olunan kodlaşdırma
dərsi, uşaqlarımızın dijital və alqoritmik
düşünmə bacarıqlarını inkişaf etdirməyi,
onların informasiya və rabitə texnologiyalarının
fəal istifadəçisi olmalarını, dijital vasitələri
proqramlaya bilmələrini, yeni ideyalar
yaratmalarını və ideyalarını reallaşdıra
bilmələrini hədəfləyir. “Kodlaşdırma saatı”,
Hədəf Liseyi müəllimlərinin rəhbərliyi ilə
məktəbəqədər təhsil tərbiyəçiləri və kompüter
müəllimləri tərəfindən işlənib hazırlanmışdır.
İnformasiya texnologiyaları müəllimləri,
məktəbəqədər müəllimlər və xarici dil
müəllimlərinin rəhbərliyi ilə tətbiq edilən
“Kodlaşdırma saatı”na aşağıdakı mövzular
daxildir:
Fərq yarada bilmək üçün fərqli düşünə
bilmək lazımdır.
İnformasiya Texnologiyaları dərsində şagirdlərimiz
dijital vasitələrdən effektiv istifadə etməyin yollarını
öyrənir, eyni zamanda problemlərin həlli və analitik
düşüncəni inkişaf etdirmək üçün araşdırmalar
aparırlar.
“Kodlaşdırma saatı” başlığı altında “fərqli düşünməyi”
öyrətməyi hədəflədiyimiz təhsil pilləmiz Hədəf
Liseyində 5-15 yaş intervalını əhatə edir. Sonrakı
yaş qruplarında paketlər üzrə İT tədrisimiz üzrə
ixtisaslaşma aparılır.
“Kodlaşdırma saatı” ilə şagirdlərimiz həm gələcəyə
hazırlanır, həm də fərqli dizaynlar ortaya qoyaraq
müasir dünyaya yeniliklər qatmaq üçün hazırlanırlar.
Gələcəyin mühəndislərini, dizaynerlərini və alimlərini
yetişdirməyi hədəfləyən Hədəf Liseyi ilə uşaqlarımıza
fərqli və yaradıcı düşünməyi öyrətməyə davam
edəcəyik.
47
Hədəf LİSEYİ
STEM MƏRKƏZLİ TƏHSİL
Hədəf Qəbul qaydaları
Hədəf Liseyi hər ilin aprel ayında növbəti tədris ilində
liseydə təhsil almaq istəyən şagirdlər arasında Güzəşt
imtahanı keçirir. Azərbaycan və Rus bölmələri üçün
Güzəşt imtahanı keçirməkdə hədəfimiz şagirdlərin bilgi
və mühakimə bacarıqlarını ölçmək, xüsusi istedadlı
şagirdləri müəyyənləşdirmək və imtahan nəticələrinə görə
onlara güzəştli təhsil imkanı yaratmaqdır. Güzəşt imthanı
üçün 5,6,7,8,9-cu siniflərdə təhsil almaq istəyən şagirdlər
qeydiyyatdan keçə bilirlər.
Məktəbəqədər və birinci siniflər üzrə qəbul prosesi qəbul
komissiyasının keçirdiyi şifahi müsabiqə yolu ilə aparılır.
5-9-cu siniflər üçün keçirilən güzəşt imtahanının sualları
hər sinfin proqramına uyğun olaraq oxuyub-anlama (10
sual), riyaziyyat (20 sual), dünyagörüşü (5) və məntiq (5)
mövzularından seçilir.
Hər sinif üzrə birinci yeri qazanan şagirdlər təhsil
haqqından 50%, ikinci yeri qazanan şagirdlər 30%,
üçüncü yeri qazanan şagirdlər 20% güzəşt əldə edirlər.
Ümumilikdə 18 nəfər xüsusi güzəşt əldə edir və hər güzəşt
təhsil pilləsinin sonuna qədər qüvvədə qalır.
Bundan əlavə, şagirdlərimiz tədris ili ərzində ölkəmizdə
və dünyada keçirilən olimpiadalarda, mühəndislik və
layihə yarışlarında əldə etdikləri uğurlara görə müəyyən
təqaüdlərlə mükafatlandırılacaqlar.
STEM MƏRKƏZLİ TƏHSİL
Hədəf LİSEYİ
48
Qidalanma
Hədəf Liseyində şagirdlərimiz təmizlik və gigiyenik normalara diqqət edərək ekoloji təmiz
məhsullardan hazırlanmış, qida rasionu diqqətlə balanslaşdırılmış qəlyanaltı və naharla təmin
olunurlar.
49
Hədəf LİSEYİ
STEM MƏRKƏZLİ TƏHSİL
Hədəf liseyində geyim
Hədəf Liseyi olaraq çıxdığımız yolda
gələcəyimiz olan uşaqların sağlam bədənə və
sağlam düşüncəyə sahib olmaları bizim əsas
hədəfimizdir.
Düşünürük ki, şagirdlərimizin geyimləri də onların bir fərd, bir şəxsiyyət kimi formalaşmalarına
necə yanaşdığımızı özündə əks etdirməlidir. Təhsilimiz üçpilləli olduğu üçün biz də şagirdlərin
geyim tərzini Hədəf Konseptinə uyğun olaraq bu pillələrə fərqləndirdik:
1. Məktəbəqədər və ibtidai siniflərdə şagirdlərimizin
geyimlərinin sərbəst olmasının tərəfdarıyıq. 6-10 yaşlı
uşaqların dünyaya baxışlarında rənglərin əhəmiyyəti
olduqca böyükdür. Bu yaşda onlar rəngarənglikdən
uzaq tutulmamalıdır. Bununla belə, liseyimizdə çalışan
psixoloq və müəllim heyəti şagirdlərimizin forma və
rəngləri ilə diqqət yayındıracaq qədər ifrata varan və
sağlamlıqlarına zərərli ola biləcək (nazik və sintetik
parçadan olan geyimlər, rahat olmayan ayaqqabılar kmi)
geyimlərdən istifadə etməmələri üçün monitorinq aparıb
təkliflər verəcəklər. Bu istisnalar xaric olmaqla, 6-9 yaşlı
şagirdlərimizin geyimləri sərbəst olacaq.
2. 10-14 (5-8 ci siniflər) yaşlı şagirdlərimiz üçün forma
liseyimiz tərəfindən təqdim olunur, formada mavi və ağ
rənglər üstünlük təşkil edir. Ancaq bu yaş qrupundakı
şagirdlərimizə həftənin bir günü sərbəst geyim haqqı
veriləcək. Burada məqsəd şagirdlərdə geyim zövqünün
formalaşmasına mane olmamaqdır.
3. 14-16 yaşlı (9-11 ci siniflər) şagirdlərimiz üçün forma
liseyimiz tərəfindən təqdim olunur. Bu yaş qrupu üçün
formalar bir öncəki qrup üçün olan formalardan nisbətən
fərqlidir. Bu yaş qrupundakı şagirdlərimizə də həftənin
bir günü sərbəst geyim haqqı verilir.
Formalarımızın rəng və dizaynlarına tanınmış psixoloq və modelyerlərlə məsləhətləşərək qərar veririk.
STEM MƏRKƏZLİ TƏHSİL
Hədəf LİSEYİ
50
Nəqliyyat
Hədəf Liseyində şagirdlərimizin məktəbə və evə aparılıb-gətirilmələri üçün
nəqliyyat xidməti mövcuddur.
Servis avtobuslarımız müasir standartlara
cavab verir, sürücü heyətimiz imtahandan
keçirilərək seçilir. Nəqliyyat vasitələrimiz
GPS, kamera və mobil telefonla təchiz olunur.
Servis avtobuslarımızda şagirdlər bələdçi
müəllimlər tərəfindən müşayiət olunur və onlar
təhlükəsizlik qaydalarına əməl olunmasına
nəzarət edirlər.
51
Hədəf LİSEYİ
STEM MƏRKƏZLİ TƏHSİL
Sosial Həyatımız
İnsanlar sosial varlıqlardır, fərdlərin və cəmiyyətin inkişafı hər
ikisinin konstruktiv qarşılıqlı münasibətindən asılıdır. Psixoloq və
pedaqoqlar uşaq və yeniyetmələrin inkişafında zəngin sosial mühitin
rolunu vacib qiymətləndirirlər. Bunları nəzərə alan Hədəf Liseyi
şagirdləri üçün maraqlı fəaliyyətləri ehtiva edən zəngin sosial mühit
yaratmağı özünə borc bilir.
Liseyimizdəki sosial fəaliyyətlərin məqsədi şagirdlərimizin
maraq dairələrini, bacarıqlarını, mədəniyyət və idman sahəsinə
həvəslərini genişləndirmək və gücləndirməklə yanaşı, onlara gələcək
karyeralarında komanda üzvü və komanda lideri kimi işləmək
vərdişləri aşılamaqdır.
Hədəf Liseyi İdarə Heyəti olaraq şagirdlərlə 10 illik iş təcrübəmizə,
beynəlxalq dərəcəli təhsil mütəxəssislərinin tövsiyələrinə və qabaqcıl
orta təhsil praktikalarına əsaslanaraq sosial fəaliyyətlərimizi dörd
qrupa ayırmışıq:
1-ci sosial fəaliyyət
sahəmizdə şagirdlərimiz idman dərnəklərində
istəklərinə görə oxatma, futbol, masa tennisi, basketbol, şahmat,
voleybol, aikido və badminton idmanları ilə məşğul olacaqlar.
Liseyimiz, şagirdlərimizin bu idman növləri ilə məşğul olmaları üçün
müvafiq idman klubları ilə əməkdaşlıq edəcək.
2-ci sosial fəaliyyət
sahəmizdə “Hədəf İntellekt və İnnovasiya
Mərkəzi”ndə breyn-rinq, debat, mütaliə və Startup klublarının
fəaliyyəti nəzərdə tutulur. Bu məşğələlərin məqsədi şagirdlərin
mütaliə dairələrini, dünyagörüşlərini, arqumentləndirilmiş mühakimə
və obyektiv analiz bacarıqlarını artırmaq və onlara innovativ yanaşma
üçün motivasiya və biliklər aşılamaqdır.
Sosial fəaliyyətimizin 3-cü istiqaməti
ART dərnəklərində oriqami,
ebru sənəti, kulinariya, ikebana, topiari və tikiş məşğələləridir. Bu
fəaliyyətin məqsədi şagirdlərimizə hobbi aşılamaq, onların əl-beyin
koordinasiyalarını və estetik duyumlarını inkişaf etdirməkdir.
4-cü sosial fəaliyyət
istiqamətimiz isə İncəsənət Dərnəyində
Hədəf Yaradıcılıq Mərkəzinin müəllimlərinin dəstəyiylə teatr,
aktyorluq, musiqi alətlərində (piano, gitar, tar, saz) ifa, rəqs və rəsm
məşğələləridir.
Yuxarıdakı sosial fəaliyyətimizə əlavə olaraq, şagirdlərimiz həftəlik
qəzetimizdə maraqlı yazılar yazacaq, bilgi və uğurlarını şagird
yoldaşları ilə bölüşəcək, Liseyimizin radiosunda çıxışlar etmək və
müsahibələr verməklə, rəy və təkliflərini Lisey rəhbərliyi və digər
şagird yoldaşlarına çatdıracaqlar.
STEM MƏRKƏZLİ TƏHSİL
Hədəf LİSEYİ
52
Hədəf Konsepti uşaqlarımızı milli dəyərlərə sahib
fərdlər kimi formalaşmalarını qarşısına hədəf
qoymuşdur. Bir insan isə həyata hazırlaşmaq
üçün məktəbdə həyatı öyrənməli, real həyatda
qarşılaşacağı rəqabət üçün mübariz və dözümlü
yetişməlidir.
Biz uşaqlarımıza güvən verməli, onlarda özlərinə inam
hissini aşılamalıyıq. Uşaqlarımızın, böyük işlər görməyə
qadir olduqlarını onlara kiçik yaşlarından təlqin
etməliyik. Liseyimizin şəxsyiyyətyönümlü tədrisində
Hədəf Liseyinin Bilgəsi adlı layihəmiz mövcuddur. Belə
ki, beşinci sinifdən başlayaraq iki ayda bir hər sinif öz
bilgəsini seçib Bilgələr Toyuna göndərir, Bilgələr Toyu isə
Hədəf Liseyinin Bilgəsini iki aylıq müddətə seçir. Liseyin
Bilgəsi müəyyən imtiyazlar qazanır:
• Həmin ay Bilgə papağına və tamğasına sahib olur.
• Valideynlərinə təşəkkür və təqdir məktubu göndərilir.
• Liseyin direktoru tərəfindən müəyyən mükafatlara
layiq görülür.
• İlin sonunda həmin bilgələr öz aralarından İlin
Bilgəsini seçirlər.
Bir günlük Liseyin direktoru olur və
büdcədən 100 AZN məbləğində maliyyə
Hədəf Bilgəsinin xərcləməsi üçün ayrılır.
Bu vəsait Hədəf Bilgəsinin qərarı ilə hər
hansı bir şagird və ya müəllimə hədiyyə,
sosial və intellektual yönümlü aksiya və s.
üçün xərclənə bilər.
Bir günlük Liseyin direktoru olur və
büdcədən müəyyən məbləğdə maliyyə
Hədəf Bilgəsinin sosial layihələrə
xərcləməsi üçün ayrılır. Bu vəsait
Hədəf Bilgəsinin qərarı ilə hər hansı bir
şagird və ya müəllimə hədiyyə, sosial və
intellektual yönümlü aksiya və s. üçün
xərclənə bilər.
53
Hədəf LİSEYİ
STEM MƏRKƏZLİ TƏHSİL
Bakı şəhəri, Tbilisi pr.72
info@hedefliseyi.edu.az
+99450 2722018
+99470 2722018
Hədəfi böyük olanların
liseyi
*2018
facebook:
hədəf liseyi
instagram:
hedef.liseyi
youtube:
hedef liseyi
twitter:
hedefliseyi2018
linkedin:
hedef liseyi
Dostları ilə paylaş: |