Stem liseyi Hədəfi böyük olanların



Yüklə 206,34 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix14.05.2018
ölçüsü206,34 Kb.
#44185
1   2   3   4   5   6   7   8   9

Şagird inkişafının 

müşahidəsi (ŞİM)

Hədəf Liseyi öz innovativ konseptinə sadiq 

qalaraq, qiymətləndirmədə yeni model 

tətbiq edir. HK (Hədəf Konsepti) beynəlxalq 

təhsildə qiymətləndirmə kimi tanınan 

ifadədən yox, ŞİM (Şagirdin inkişafının 

müşahidəsi) terminindən istifadə edəcək.

Dünyanın bir çox qabaqcıl ölkələrinin təhsil 

strategiyalarında şagirdlərin imtahanlarla 

yüklənməsinə son vermiş, öyrənmənin 

sadəcə şagirdin özünə maraqlı olacağı 

halda reallaşacağını qəbul etmişlər. Ancaq 

dünyanın bəzi ölkələrində hələ də uşaqlar 

imtahanla yarışa təşviq edilir, verilən 

qiymətlərlə onlara sanki birinin digərindən 

daha ağıllı və bacarıqlı olduğu psixologiyası 

aşılanır. Artıq təhsil mütəxəssisləri 

müəyyənləşdiriblər ki, hər şagird bacarıqlıdır 

və ya hər bir şagirdin müəyyən bacarığı 

var. Buna görə də bütün şagirdləri eyni 

meyarlarla ölçmək əvəzinə, hər insanın 

özünəməxsus bacarığının aşkarlanması və 

inkişaf etdirilməsi daha məqsədəuyğundur.

Bunu nəzərə alaraq, biz də liseyimizdə 

şagirdlərimizin öyrənmə prosesindəki 

inkişafını müşahidə etməklə kifayətlənəcəyik 

və yaxından tanış olduqda valideynlərimiz 

də bizim Şagird İnkişafını Müşahidəmizin 

qiymətləndirmənin başqa forması olmadığına 

qane olacaqlar.

“Qiymətləndirmə olmadan mümkün deyil” 

deyə düşünənlər, ilk addım atdıqlarında, ilk 

kitablarını oxuduqlarında, yeni bir məlumat 

öyrəndikdə və ya bir kompüter proqramını 

və ya telefonun bir funksiyasını ilk dəfə 

istifadə etdikdə aldıqları zövqü xatırlasınlar 

və heç kimin onları bu uğurlarına görə 

qiymətləndirmədiyini yada salsınlar. Biz, 

şagirdlərimizi qiymətləndirmə ilə rəqabətə 

dəvət etməyəcəyik, uğurlarına sevinib, 

özünün motivasiya olması ilə inkişaf etməsini 

təmin edəcəyik.

41

Hədəf LİSEYİ



STEM MƏRKƏZLİ TƏHSİL


1. Məktəbəqədər və ibtidai siniflərdə, ümumiyyətlə,heç bir yazılı imtahan olmayacaq. Sadəcə müəllimlər şagirdlərinin 

inkişaf prosesini izləyəcək və şagirdlərin əylənərək öyrənmələri və öyrənərkən əylənmələri valideyinlərimizə əyani 

nümayiş olunacaqdır. Şagirdlərin hazırladıqları elmi iş və layihələri və bədii və texniki əl işlərini, klub və debatlardakı 

fəaliyyətlərini, özlərinə və yoldaşlarına dəyər vermələrini müşahidə edərək, övladlarının inkişafına şahid olacaqlar.

2. 5-8-ci siniflərdə təhsil ilində sadəcə iki dəfə KİQ (Kiçik İnteqrativ Qiymətləndirmə) və iki dəfə də BİQ (Böyük 

İnteqrativ Qiymətləndirmə) keçiriləcəkdir. Bu qiymətləndirmə növü isə məhz Hədəf Konseptindən qaynaqlanır. Belə 

ki, şagirdlər iki aydan bir müxtəlif fənlərin inteqrasiya olunması ilə hazırlanmış 50 suala cavab verəcəklər. Şagird 

bir suala cavab verdikdə, biliyi bir neçə fənn üzərindən müəyyənləşdiriləcəkdir. Nəticədə toplayacağı maksimum bal 

50 olacaqdır. Bu 50 bal üzərindən müəyyənləşdirilən ŞİM bütün bilik və bacarıqlara şamil ediləcəkdir. Pedaqoq Şəmil 

Sadiqin İnteqrativ Qiymətləndirmə nəzəriyyəsinə əsaslanan ŞİM hazırlanarkən şagirdə dərs deyən müəllimlər birgə 

fəaliyyət göstərəcək ki, bu da şagirdlərin inkişafını və psixoloji halını müəllimlərin birlikdə dəyərləndirmələrinə imkan 

yaradacaq.

3. 9-11-ci sinif şagirdləri üçün keçirilən ŞİM isə ənənəvi üsullara söykənərək 100 ballıq sistem üzərindən aparılacaq. 

9-cu siniflərdə iki MQT (Mövzu Qiymətləndirmə Testi) və iki ÜQT (Ümumi Qiymətləndirmə Testi), 10-cu siniflərdə 

dörd MQT və iki ÜQT, 11-ci siniflərdə 6 MQT və 2 ÜQT keçiriləcəkdir. Bu mərhələdə isə, şagirdlər inteqrasiyanı 

mənimsədikləri və şəxsiyyət kimi formalaşdıqları üçün diferensasiya prosesini izləyəcəyik. Hər fənn üçün ayrıca 

keçiriləcək ŞİM prosedurunu, buraxılış və qəbul imtahanı izləyəcəkdir.

HK-də ŞİM

 

3 formada aparılacaqdır.

QEYD: Niyə yuxarı siniflərdə də qiymətləndirmənin 

ləğv edilmədiyi soruşula bilər. Biz düşünürük ki, 10 

yaşa qədər uşaqlarda inkişaf prosesi sürətlə getdiyi 

üçün onlara rəqabət aşılamaqdansa, fiziki və psixoloji 

sağlamlıqlarını qorumaq, uşaqlara zəngin və rəqabətdən 

uzaq mühit hazırlamaq daha vacibdir. Sağlam bədən 

və sağlam düşüncənin bünövrəsi düzgün və möhkəm 

qoyulduqda isə, sonrakı mərhələlərdə keçiriləcək ŞİM-

lər şagirdlərdə rəqabət duyğusu və psixoloji gərginliklər 

yaratmayacaq.

STEM MƏRKƏZLİ TƏHSİL

Hədəf LİSEYİ

42



Xarici Dil

Hədəf Konsepti, qloballaşan dünyada bilginin yaradıldığı və bölüşüldüyü texnoloji və intellektual sferaya daxil 

olmaq üçün xarici dilin olmazsa olmaz şərt olduğunu nəzərə alır.

Hədəf Liseyinin bir STEM məktəbi olması xarici dilin 

tədrisini ikiqat zərurət halına gətirir. Bunu nəzərə alaraq, 

Hədəf konseptinə birinci sinifdən etibarən həftədə 10 

saat, 5-9-cu siniflərdə 16 saat, 10-11-ci siniflərdə isə 

14 saat ingilis dili tədris edilir. 10 illik təcrübəmizə və 

təcrübəli pedaqoqlarımıza istinad edərək valideynlərimizi, 

şagirdlərimizin təhsillərini başa vurduqda dil bilgilərinin 

yüksək səviyyədə olacağına əminik. 

Ayrıca ingilis dili bölməsi açmaqdansa, Azərbaycan və rus 

bölmələrində oxuyan bütün şagirdlərə ingilis dili tədris 

etmək qərarına gəldik. Hədəf Konseptinə uyğun olaraq, 

eyni sinfə ingilis dilini oxu, danışıq və qrammatika və 

texniki ingilis dili olmaqla, üç müəllim tədris edəcəkdir.

Məşhur London avtobusu atmosferi verilərək hazırlanmış linqofon otağı, kino zalı və debat klubu şagirdlərin xarici dili 

əylənərək və istifadə edərək mənimsəmələrinə şərait yaradır.



5-11-ci sinif şagirdlərimizə əlavə olaraq Koreya və ya Alman dili xüsusi klublarda tədris ediləcək.

43

Hədəf LİSEYİ



STEM MƏRKƏZLİ TƏHSİL


Yüklə 206,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə