Soyqirimi: tarixin qanlı salnaməsi



Yüklə 3,15 Mb.
Pdf görüntüsü
səhifə6/138
tarix08.03.2018
ölçüsü3,15 Mb.
#30951
1   2   3   4   5   6   7   8   9   ...   138

bağlılıq  hissi  yoxdur,  çünki  instinktiv  səviyyədə  gəlmə  olduq­

larını  hiss  edirlər.  Buna  görə  də  oranı  asanlıqla  tərk  edirlər. 

Bundan  əlavə,  onlar  yaxşı  başa  düşürlər  ki,  Azərbaycan  xalqı 

öz  torpaqlarını  azad  etmək  məsələsində  qətiyyətlidir,  Azər­

baycan  öz  ərazi  bütövlüyünü  bərpa  etməyincə  Ermənistanın 

rahat  gələcəyi  olmayacaq  və  hərbi  əməliyyatlar  həmişə  gün­

dəmdə  qalacaqdır.

Azərbaycanın  beynəlxalq  nüfuzunun,  iqtisadi  və  hərbi 

qüdrətinin  artması  fonunda  Ermənistan  hərbi  blokun  arxasında 

gizlənməyə  çalışır.  Halbuki  Ermənistandan  başqa  bu  blokun 

bütün  üzvləri  Azərbaycana  dost  ölkələrdir  və  onlar  Ermənista­

nın  işğalçı  mahiyyətini  başa  düşürlər.  Azərbaycanın  müdafiə 

xarakterli  cəmi  iki  kompleks  ala  biləcəyi  barədə  informasiya 

Ermənistan  rəhbərliyini  görünməmiş  vahiməyə  salmışdır.  On­

lar  buna  «qələbə»  deyirlər?  Qaliblər  özlərini  bu  cür  aparmır 

və  başqa  ölkələrdən  xahiş  etmirlər  ki,  onları  məğlub  olandan 

qorusunlar!

Bəlkə  də  Serj  Sarkisyan  «qələbə»  dedikdə  o  əməliyyatı 

nəzərdə  tutur  ki,  Ermənistanın  yuxarı  təbəqələrində,  özləri­

nin  etiraf  etdiyi  kimi,  onun  barəsində  «bərkdən  danışmamağı 

üstün  tuturlar»4.  Onunla  birlikdə  hərbi  xidmət  keçən  yoldaşla­

rının  Xocalı  qaçqınlarının  güllələnməsində  iştirak  etməsini  bir 

neçə  il  bundan  əvvəl  britaniyalı  jurnalistə  etiraf  etmiş,  bu  gün 

isə  Azərbaycana  qara  yaxan,  burada  «informasiya  yalanından 

və  saxtakarlıqlardan»  riyakarcasına  «heyrətlənən»  həmin  Sar­

kisyan  Azərbaycanın  həqiqəti  dünya  ictimaiyyətinə  çatdırmaq 

üçün  artan  səylərinə  qarşı  müvafiq  xidmət  yaradılması  barədə 

təxminən  bir  il  bundan  əvvəl  tapşırıq  vermişdi.  Yeni  struk­

tur  qısa  müddətdə  ilk  nəticəsini  vermişdir:  Xocalı  sakinlərinin 

erməni  hərbi  qulluqçuları  tərəfindən  qırılması  barədə  Sarkis­

yanın  özünün  təhqiramiz:  «Xocalı  hadisələrinə  qədər azərbay­

canlılar  fikirləşirdilər  ki,  bizimlə  zarafat  etmək  olar,  onlar  gü­

man  edirdilər  ki,  ermənilər  mülki  əhaliyə  əl  qaldıra  bilməzlər.

24



Biz  bu  stereotipi  sındırmağa  nail  olduq»5  etirafını  inkar  edən 

bir  mif  yaradılmışdır.  Gorusda  isə  elə  həmin  Sarkisyan  jurna­

listlərə  demişdir:  «Yalan  və  saxtakarlıq  hesabına  uzağa  getmək 

olmaz».  Ermənistanın  bugünkü  rəhbərləri  «həqiqət»i  belə  başa 

düşürlər.

«Azərbaycan  özü  müharibəyə  başlamış,  özü  də  uduzmuş­

dur»  deyən  Serj  Sarkisyanın  məsuliyyətsiz  bəyanatının  həya­

sızlığına  mat  qalırsan.  Ermənistanın  təcavüzünü  öz  üzərində 

hiss  edən  və  ona  qarşı  heç  vaxt  ərazi  iddiaları  irəli  sürməmiş 

(bunun  üçün  artıqlaması  ilə  tarixi  əsaslar  olduğuna  baxmaya­

raq)  Azərbaycan  bu  gün  təcavüzkar  dövlətin,  işğalçı  dövlətin, 

beynəlxalq  konvensiyaları  pozan  dövlətin  başçısının  dilindən 

həyasızcasına  ittiham  eşidir.  Bu  yerdə  istər-istəməz  Göbbelsin 

sözləri  yada  düşür:  «Yalan  nə  qədər  həyasız  olsa,  bir  o  qə­

dər  sürətlə  yayılır».  Polşanın  Almaniyaya,  Küveytin  isə  İraqa 

«hücumları»  da  yada  düşür.  Azərbaycan  heç  vaxt  Ermənistan 

ərazisinin  beşdəbir  hissəsini  işğal  etmək,  erməniləri  oradan 

qovmaq  və  orada  oyuncaq  rejim  yaratmaq  niyyətində  olma­

mışdır.  Bu  cür  riyakar  bəyanatların  müəllifi  başqa  bir  məsə­

lə  üzərində  düşünsəydi,  pis  olmazdı:  əgər  onun  dediyi  kimi, 

məğlubiyyətin  nəticələri  heç  vaxt  xoşagələn  olmursa,  onda  er­

mənilər  Birinci  dünya  müharibəsi  illərində  Osmanlı  imperiya­

sında  erməni  qiyamının  nəticələri  barədə  nə  üçün  onilliklər 

boyu  şivən  qaldırırlar?  Onlar  özləri  öz  dövlətinə  xain  çıxmış, 

ona  arxadan  zərbə  vurmuş,  düşmən  tərəfə  keçmiş,  ölkənin 

şərqində  müsəlman  əhalini  qırmağa  başlamışlar  və  bunun  nə­

ticələrinə  görə  elə  özləri  də  məsuliyyət  daşıyırlar!  Guya  bu 

cür  əməllərin  nəticələri  xoşagələn  də  ola  bilərmiş.  Ermənilər 

hansı  «soyqırımı»dan  danışa  bilərlər  ki,  o  vaxt  bu  söz  yox 

idi?!  Hələ  üstəlik,  onlar  XX  əsrdə  soyqırımının  «ilk  qurbanları» 

olmaq  istəyirlər,  guya  bundan  əvvəl  bütün  müsəlman  əhalini 

qılıncdan  keçirən  ermənilər  özləri  deyilmiş  və  1904-1907-ci 

illərdə  Namibiyada  gerrero  və  hottentot  xalqlarının  qırğını  ol­

mamışdır.

---------  

25 


---------

4



Başqasının  torpağını  zəbt  etmək  və  işğal  faktına  əsasən  onu 

öz  torpağı  elan  etməyin  mümkün  olduğu  vaxtlar  keçmişdir. 

Artıq  dünya  bir  neçə  əsr  bundan  əvvəlki  dünya  deyildir.  Buna 

görə  də  Ermənistanın  ekspansionist  başbilənləri  qonşularına 

ərazi  iddialarını  əsaslandırmaq  üçün  əvvəlcə  tarixi  arqumentə 

müraciət  etməyi  qərara  almışlar:  «Bu  torpaqlar  vaxtilə  bizim 

olmuşdur,  biz  yerli  xalqıq,  siz  gəlmə,  deməli,  haqqımız  var». 

Bu  məqsədlə  faktlarla  heç  bir  əlaqəsi  olmayan  saxtalaşdırılmış 

tarix  versiyası  uydurulmuşdur.  İnsanlar  başa  düşəndə  ki,  müa­

sir  dünyada  ərazi  mübahisələri  orta  əsrlərə  xas  olan  məhdud 

təfəkkür  çərçivəsində  və  tarix  müstəvisində  deyil,  beynəlxalq 

hüquq  müstəvisində  həll  edilir,  Ermənistanda  öz  ərazi  iddi­

alarını  beynəlxalq  hüquqda  mövcud  olan  millətlərin  təyini- 

müqəddərat  prinsipi  ilə  əsaslandırmağı  qərara  almışlar.  Erməni 

tərəfin  arqument  bazası  hər  iki  halda  zəif  olmuşdur  və  yenə 

zəifdir,  çünki  o,  tarixi  baxımdan  uydurmalara,  saxtalaşdırmala- 

ra  və  qeyri-elmi  mühakimələrə,  hüquqi  baxımdan  beynəlxalq 

hüquq  müddəalarının  özbaşına  interpretasiyasına  əsaslanır,  bu 

isə  yolverilməz  və  səmərəsizdir.  Buna  görə  də  ermənilərin 

iddiaları  dünyada  dəstəklənmir.

Ermənistanı  tarixin  saxtalaşdırılması  məsələləri  üzrə  dəyiş­

məz  dünya  çempionu  adlandırmaq  olar.  Bu  baxımdan  onun 

tayı-bərabəri  yoxdur.  Öz  tarixlərini  «qədimləşdirməyə»  və  hər 

vasitə  ilə  öz  xalqını  qonşuların  ermənilərin  xoşuna  gələn  əra­

zilərinə  «bağlamağa»  çalışan  erməni  müəlliflər  bəzən  özləri 

də  bilmədən  gülünc  nəticələr  çıxarır,  siyasi  liderlər  də  dərhal 

bu  nəticələrdən  yapışır  və  yüksək  tribunalardan  çıxış  edərkən 

utanıb-qızarmadan  həmin  nəticələri  elmdə  hamılıqla  qəbul 

edilmiş  «aksiomlar»  kimi  qələmə verirlər.  Məsələn,  Serj  Sarkis­

yan  təkəbbürünü  gizlətmədən  və  heç  bir  əsas-dəlil  göstərmə­

dən  azərbaycanlıları  xristianlığın  qəbul  edilməsində  dünyada 

birincilik  iddiasında  olmaqda  günahlandırmışdır.  Azərbaycan 

tarixşünaslığıncJa  heç  vaxt  deyilməmişdir  ki,  Qafqaz  albanları

---------  

26 

---------




Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə