bir vaxtda, beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkə
lərinin parlamentləri bir-birinin ardınca Azərbaycanın ərazi
bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycana mənsub olması
nı, millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin özba
şına interpretasiya edilməsinin yolverilməzliyini, Ermənistanın
işğal etdiyi əraziləri azad etməsinin və məcburi köçkünlərin
öz evlərinə qaytarılmasının zəruriliyini təsdiq edən qətnamə
lər qəbul etdiyi bir vaxtda Serj Sarkisyan bütün bu sənədlə
ri inadkarcasına görmədən və beynəlxalq birliyin mövqeyi
nə məhəl qoymadan diaspordan olan qonaqlarına məsləhət
görür ki, onlar öz səylərini «ikinci erməni dövlətinin, Dağlıq
Qarabağ respublikasının təşəkkülünə, möhkəmlənməsinə, in
kişafına və beynəlxalq aləmdə tanınmasına» yönəltsinlər. Er
mənistan prezidenti ətrafına nəzər salmaq, beynəlxalq aləmdə
təklənməsini dərk etmək və nahamar taxtaya vurulmuş mis
marı çəkib çıxarmağa başlamaq əvəzinə həmin mismarı sona
qədər vurmağa çağırır, başa düşmür ki, gələcəkdə bu səhvlə
rin düzəldilməsi indikindən daha ağrılı olacaqdır. Ermənistan
özünü dalana nə qədər çox təpirsə, oradan çıxmaq bir o qədər
uzun və çətin olacaqdır. Buna görə bütün məsuliyyəti dövlətin
rəhbərləri daşıyacaqlar.
«İkinci (sonra isə üçüncü, dördüncü...) erməni dövləti»nin
hansı beynəlxalq miqyasda tanınmasından söhbət gedə bi
lər və Ermənistanın rəhbərləri öz həmvətənlərini necə sax
ta ümidlərlə yaşadırlar ki, beynəlxalq birlik özünün çoxsay-
ı qətnamələri ilə artıq birmənalı şəkildə bildirmişdir ki, bu,
heç vaxt olmayacaqdır! Ermənistan rəhbərliyi nəyə ümid edir?
Möcüzəyəmi? Bəlkə də onlar ümid edirlər ki, nümayiş etdir
dikləri hədsiz tərsliyin qarşısında nə Azərbaycan, nə də dünya
birliyi davam gətirəcəkdir?! Bu illüziyadan yaxa qurtarmağın
vaxtı çatmamışdırmı?
1980-ci illərin avantüristləri özlərinin dardüşüncəli həmvə
tənlərini Yerevanın və Xankəndinin küçə və meydanlarına çı
---------
18
---------
xararkən «miatsum» utopiyasının perspektivsiz və puç olmasını
o vaxt başa düşməmişdilərsə, indi Ermənistan rəhbərlərinin bu
faciəli səhvi başa düşməsinin vaxtı çatmamışdırmı? Ölkənin
indiki liderləri, elə sadə ermənilər də fikirləşirlərmi ki, əgər
həmin illərdə «Krunk» və «Qarabağ» komitələrindən olan sax
ta patriotlar öz xalqını bu mənasız avantüraya cəlb etməsəydi
lər, Cənubi Qafqaz regionu bu gün necə olardı? Şübhə yoxdur
ki, bu region üç ölkənin sıx inteqrasiya etdiyi nümunəvi region
olardı, orada insanın milliyyətinin elə bir böyük əhəmiyyəti
olmazdı və hər kəs öz identikliyini qoruyub saxlamaq, xalqlar
isə öz mədəniyyətini inkişaf etdirmək imkanına malik olardı.
Bəs bu avantüristlər nəticə etibarilə nəyə nail oldular? Onlar
mənasız müharibədən, minlərlə taleyin qırılmasından, mil
yonlarla qaçqından, dağıntılardan, geniş sahələrin becərilmək
əvəzinə minalanmasından, sosial xərclər əvəzinə hərbi xərc
lərin artırılmasından başqa heç nəyə nail olmamışlar - Dağlıq
Qarabağı Ermənistana birləşdirmək mümkün olmamışdır və
heç vaxt mümkün olmayacaqdır - nə 20 il bundan əvvəl, nə
bu gün, nə də 100 ildən sonra. Nə birbaşa, nə də qondarma
«müstəqillik» sayəsində. Nəhayət, bu səhvi başa düşmək və
diasporu təmsil edən jurnalistlərə daha ağıllı məsləhətlər ver
mək vaxtı çatmamışdırmı?!
Serj Sarkisyan Gorusdakı çıxışında hiddətlənmişdir ki, Ste
pan Şaumyanı Azərbaycanda «bandit» adlandırırlar. Lakin er
mənilərə himayədarlıq edən və onlar üçün dövlət yaratmış
kommunizm rejimi artıq tarixi keçmişdə qalmışdır. Bu gün biz
öz keçmişimizdə baş vermiş hadisələri dərk etməkdə azadıq.
Bu işdə arxiv materialları bizə kömək edir. Prezident Serj Sar
kisyan keçmişə aid ideoloji mətnlərdən gətirdiyi sitatlarla pər
dələnməyə nə qədər çalışsa da, faktları inkar etmək olmaz. XX
əsrdə Azərbaycan xalqının tarixinin ən faciəli səhifələrindən
biri Stepan Şaumyanın adı ilə bağlıdır. S.Şaumyan bolşevizm
hərəkatının bayrağı altında çıxış edərək faktiki «Daşnaksütyun»
19
partiyasının proqramını həyata keçirirdi. Bu partiyanın strateji
məqsədi isə Azərbaycan və Türkiyə ərazilərinin xeyli hissəsin
də erməni dövləti yaratmaq idi. Bu məsələni yalnız azərbay
canlı və türk əhalinin qırılması hesabına həll etmək mümkün
idi. Ermənilərin rəhbərləri də bu imkandan istifadə etmişlər.
1918-ci il yanvarın 11 -də Rusiya bolşevik hökumətinin «Ru
siya tərəfindən işğal edilmiş Türkiyə Ermənistanında yaşayan
ermənilərin tam müstəqillik də daxil olmaqla, öz müqəddə
ratını azad təyin etmək hüququ»nu dəstəkləyən dekreti dərc
ediləndən sonra S.Şaumyan birdəfəlik erməni ekspansionizmi
yolunu tutmuşdur. S.Şaumyanın ikili partiya mənsubiyyəti faktı
onu izah edir ki, 1918-ci ilin mart-aprel aylarında azərbaycanlı
əhalinin kütləvi şəkildə qırılmasını təşkil edərkən daşnak si
lahlı dəstələrindən istifadə etmişdir. S.Şaumyan sonralar etiraf
etmişdir: «Biz bəhanədən istifadə etdik... və bütün cəbhə boyu
hücuma keçdik... Bizim 6 min nəfərə yaxın silahlı qüvvəmiz
vardı. «Daşnaksütyun»un 3-4 min nəfərə yaxın m illi hissəsi
də bizim sərəncamımızda idi. Sonuncuların iştirakı vətəndaş
müharibəsinə qismən m illi qırğın xarakteri verirdi, lakin bun
dan yaxa qurtarmaq mümkün deyildi. Biz bilərəkdən buna ge
dirdik. Əgər onlar (yəni, azərbaycanlı siyasi qüvvələr) Bakıda
üstünlük təşkil etsəydi, şəhər Azərbaycanın paytaxtı elan edi
ləcəkdi»1.
Nəticədə üç gün ərzində - 1918-ci il martın 30-dan aprelin
1-dək bolşevik-daşnak qoşunları Bakıda 12 mindən çox azər
baycanlını milli mənsubiyyətə görə məhv etmişdir. Bütün bun
lardan sonra S.Şaumyanı azərbaycanlıların soyqırımının əsas
təşkilatçısı hesab etməmək olarmı?
Gorus görüşündə jurnalistləri «Arsax haqqında həqiqi və
obyektiv məlumatı» dünya birliyinə çatdırmağa, «həqiqəti fəal
göstərməyə», «gerçəkliyə bəzək-düzək vurmamağa» çağırmış
lar. Yaxşı məsləhətdir, mübahisə etməyə dəyməz. Lakin hər
dəfə müəyyən xarici telekanal və ya mətbu nəşr əsl həqiqəti -
20
«
Dostları ilə paylaş: |