Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzala
rında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və
Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata
keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə
yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri da
ğıdılıb məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-
ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər
Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə
Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar
qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şa
maxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilə
rin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə
bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində
xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i
iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli
matəm günü kimi qeyd edilmişdir. Əslində, bu, azərbaycanlı
lara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən
torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiy
mət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti
nin süqutu bu işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri
üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azər
baycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi
elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların
deportasiya edilməsi siyasətini daha da genişləndirmək məq
sədi ilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Na
zirlər Sovetinin 23 dekabr 1947-ci il «Ermənistan SSR-dən kol
xozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in
Kür-Araz ovalığına köçürülməsi haqqında» xüsusi qərarına və
1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqların
dan kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail
oldular.
11
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illər
dən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz
kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm
şəkildə yayılan kitab, jurnal və qəzetlərdə m illi mədəniyyə
timizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis
nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə
çalışırdılar. Eyni zamanda, onlar tərəfindən bütün dünyada
.azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də
güclənirdi. «Yazıq, məzlum erməni xalqı»nın surətini yarada
raq əsrin əvvəllərində regionda baş verən hadisələr şüurlu su
rətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırımı törədənlər
soyqırımı qurbanları kimi qələmə verilirdi.
Əsrin əvvəllərində əksər əhalisi azərbaycanlı olan İrəvan
şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soy
daşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur.
Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına
pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara
qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin ta
rixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən
qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş
verir.
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ru
hunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti sə
viyyəsinə qaldırılır. Böyük humanist ideallara xidmət edən
Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olun
muş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqibləri
nə məruz qalır.
Azərbaycan xalqının mənəviyyatına, m illi qüruruna və
ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırımı
siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi
faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və
ictimai fikir çaşdırılırdı. Ermənilərin Sovet rejimindən bəhrələ
nərək həyata keçirdikləri və 80-ci illərin ortalarında daha da
12
güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikası
nın rəhbərliyi vaxtında lazımi qiymət vermədi.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ kon
fliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz ta
rixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi
qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vi
layətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında
ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın, əslində,
bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın
tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı
və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında
qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın
işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi
öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi
olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hə
rəkatını boğmaq məqsədi ilə Bakıya qoşunlar yeridildi, yüzlər
lə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki
təzyiqlərə məruz qoyuldu.
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisi
nə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırı
mı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının
məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə
qurtardı.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı
avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan ar
tıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-
yuvalarından didərgin salınmış, çadırlarda yaşamağa məhkum
edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tə
rəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xə
sarət almışdır.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri
torpaqlarının zəbti ilə müşayiət olunaraq ermənilərin azər
baycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi
13
Dostları ilə paylaş: |