Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə19/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   15   16   17   18   19   20   21   22   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
60
Belə  bir  sual  doğur,  doğrudanmı  “Avropanın  çöküşündən”, 
Hu manizm, Maarifçilik, Liberalizm və s. ideyaların “çöküşündən” 
söhbət gedir. Mümkün deyil.
Erik  Hobsmaum  hesab  edirdi  ki,  insan  resursları  (ola  bilər 
ki, söhbət fiziki resurslardan getmir) tükənməyib. Deyirlər ki, o, 
ka taklizmlər  və  katastroflardan  danışanda  dinləyənlər  dəhşətə 
gəlirdilər, özü isə əgər ona katastrofun nə olduğunu ifadə etmək 
üçün dəqiq söz tapmaq nəsib olurdusa, ruh yüksəkliyi hiss edirdi, 
ona görə sevinirdi ki, hesab edirdi ki, dəqiq ifadələr tapmaq son 
dərəcə  vacibdir,  hesab  edirdi  ki  məhz  bəlkə  bu  yolla,  düzgün, 
dəqiq, sərt ifadə etməklə katastrofdan qaçmaq mümkün ola bilər. 
Bu, Maarifçilik optimizmi deyilmi, inam deyilmi ki, söz, fikir, da-
yanmamalıdır, çünki söz, fikir daima inkişafdadır, təcrübi işlərdə, 
xüsusilə cəmiyyətin həyati məsələlərində çox kömək edir.
Çox da tanış olmadığım Eduard Krankın özünə verdiyi bir sual 
məni çox cəlb edir, bu sual bədbin görünə bilər, lakin mahiyyətcə 
çox ciddi sualdır. “Taleyin vəhşi oyunları ilə oynayarkən heç cür 
darmadağın  ola  bilmərəm.  Mənə  belə  dərin  güzəşt  edilməyib”. 
Bu, prinsipial olaraq Volter tərəfindən təsvir edilmiş filosof Panq-
lo sun “dünyaların ən yaxşılarından birində hər şey yaxşılığa doğ-
ru” fikrindən fərqlənir. 
Cavab  ya  Dində,  ya  Maarifçilikdədir. Yalnız  ya  onda,  ya  da 
bundadır.
Biz birbaşa “Azərbaycan konteksti” adlandırdığımız amilə to-
xun malıyıq.  Əvvəl  də  bu  barədə  başqa  mövzu  ətrafında  da nı-
şar kən fikir bildirmişdik. Bu “kontekst” bizim konfransın başlığına 
çı xarılmış “konfliktlərin həlli” məsələsi ilə əlaqəlidir.
Bir nümunədən başlayım.
Bu ilin iyun ayında (30 iyunda) Mirzə Fətəli Axundovun ana-
dan ol masının 200 ili tamam oldu. Axundov Azərbaycanın təkcə 
ilk maarifçisi deyil həm də elə bir şəxsiyyətidir ki, Azərbaycanın 
müa sir tarixinin başlanğıcı onun adı ilə bağlıdır. Maarifçiliyin baş-
lanğıcı və ilk maarifçinin fəaliyyətinin başlanması ilə hesablasaq, 
bayaq dediyim kimi bu o məna kəsb etmir ki, ondan əvvəlki tarix 
və mədəniyyət tamamilə inkar edilir. Bu yalnız o deməkdir ki, keç-
miş mədəniyyəti Maarifçilik prizmasından dərk edirik. 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
61
Gözlənilirdi  ki,  Axundovun  yubileyi  bizin  tarixi  keçmişimizin 
son 200 illik mərhələsini daha yaxşı anlamaq üçün səbəb ola-
caq. Çünki bu dövr bizim müasirləşmə hərəkatımızın təkanı ol-
malı (müəyyən mənada oldu da) idi. Təəssüf ki, belə olmadı, biz 
özümüzü elə göstərdik ki, guya təqvimdə heç belə bir gün olayıb.
Bizim başqa bir maarifçimizlə də analoji hadisə baş verdi. O 
adam  sadəcə  Maarifçiliyin  mənbəyində  M.F.Axundovla  yana-
şı durmur, onu həm də “Azərbaycanın yeni tarixi” adlandırmaq 
olar, o yeni tarix ki ADR-in yaranmasına gətirib çıxardı. Söhbət 
Həsən Bəy Zərdabidən gedir. Onun adı ilə bizim ilk qəzetimizin 
nəşr edilməsi bağlıdır və onun ölümünün 100 illiyini biz 2007-ci 
ildə qeyd etməliydik. Məsələ yubiley keçirməkdə deyil, gəlin 90-
cı illərdə qeyd edilən müxtəlif yubileyləri xatırlayaq, bu tədbirlərin 
hamısı  öz  mahiyyəti  etibarı  ilə  hakimiyyətin  təbliğatına  çevril-
mişdi. Məsələ bu şəxsiyyətlərin özündədir ki, onların adları belə 
cəmiyyətin şüurundan sürgün edilmişdir.
Nədən belə oldu? Buna maddi və təşkilatı müstəvidə səbəb 
vardımı? Çətin ki. Sirr deyil ki, son illər Azərbaycanda, əsasən 
də Bakıda nəhəng xərclər hesabına başa gələn çoxsaylı mədəni 
tədbirlər  keçirilir.  Maddi  baxımdan  yanaşsaq  doğrudan  da  biz 
zəngin ölkəyik.
Səbəb bir ola bilər. İndiki Azərbaycan hakimiyyəti bu şəxsiy yət-
lər lə bağlı öz varisliyini hiss etmir, ya da yuxarıda dediyimiz kimi 
bu şəxsiyyətlərlə bağlı təkcə özünün tarixi varisliyini deyil, həm 
də bizim tarixi inkişaf vektorunun mənbəyini bu şəxsiyyətlərdən 
baş ladığını da dərk etmir.
Etiraf edək ki, bu, tamamilə şüurlu seçimdir və belə bir ya-
naş ma  yalnız  bizim  hakimiyyəti  deyil,  elə  bizim  hamımızı  da 
əcaib  tarixi  məhsula  çevirir  ki,  bunun  da  təməlində  baş-ayaq 
olmuş  Maarifçilik  dayanır.  Belə  bir  ideologiya  boşluğunu  an-
laşılmaz  bir  “Heydərizm”  ideyası  ilə  və  cəmiyyətimizn  qlamur 
özünəməxsusluğu  ilə  doldurmaq  istəyirlər.  Kiməsə  bu  o  qədər 
də təhlükəli görünməyə bilər, deyə bilərlər ki, bu öz-özlüyündə 
birdən törəyən yoldur, bizim “ucqar”da baş verən ötəri hadisədir, 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
62
onsuz da Qərb təhsili alan insanların sayı durmadan artır, sosial 
şəbəkələr  öz  işini  görür,  bu  gün  olmasa  da  sabah  bu  insanlar 
həqiqi gücə çevriləcəklər, belə tale yaşayan, dünyanın yenidən 
bölünməsində istehlakçı yer alan ölkələr dünyada az deyil. Lakin 
mənim fikrimcə, məsələ o qədər də bəsit deyil. 
Axundova  və  Zərdabiyə  qədər  biz  ənənəvi  cəmiyyətdə  ya-
şa yırdıq.  Bu  cəmiyyət  informasiya  baxımından  və  dolğunluğu 
ilə, eləcə də adekvat mahiyyəti etibarı ilə dünyanın bir hissəsi, 
dünya tarixinin və dünya mədəniyyətinin bir parçası deyildi. Bu, 
yalnız əyalət deyildi, eləcə də Həsən Bəy Zərdabinin “Ucqardan 
məktublar”ında yazdığı kimi əsil ucqar idi.
Lakin əgər sən səhər-səhər qəzeti açırsan və dünyada nə baş 
verdiyindən xəbərdar olursansa bu artıq başqa bir həyatın baş-
lanması deməkdir. Sən dünyadakı hər şey haqda bilikləri, hətta 
gigiyena  və  aqronomluq  haqda  qaydaları  özündə  ehtiva  edən 
kitab dünyası ilə yaşayırsansa, bu artıq başqa bir həyatın baş-
lanması deməkdir. Elə ki, xalq öz maarifçi insanlarının va si tə si ilə 
öz etnoniminin haradan başlanması axtarışına çıxırsa və özünün 
başqalarından fərqini dərk etməyə başlayırsa, bu, artıq başqa bir 
həyatın başlanmasıdır. Xalq milli dövlət yaradırsa və dövlətçilik 
qaydaları ilə yaşamağa başlayırsa başqa bir həyat başlayır. Sən 
dədə-baba  ənənələri  ilə  yaşamağı  tərk  edirsən  və  daima  inki-
şaf tələb edən müasir həyat yaşayırsansa artıq başqa bir həyat 
başlayır. Həmin bu başqa həyat fikir cəsurluğu, bu fikirlərin icti-
mai şəkildə yayılması üçün məkan, sosial institutlar, bu fikirləri 
həyata keçirmək, gündəlik həyatda tənzimləmək bacarığı tələb 
edir. Eləcə də bir çox başqa ehtiyaclar çıxır ortaya. Və dünyanın 
belə bir şəraitində axmaq və vurdumduymaz qalmaq təhlükəlidir. 
Rus filosofu Yuri Senekosov bu durumu belə xarakterizə edir ki, 
“kollektiv şər - kollektiv təvəkkül mifindən doğur və bu mifologi-
yanın məngənəsindən qurtulmaq üçün gerçək bir Dekart gücünə 
ehtiyac olur”.
Beləliklə, gəlin tələsməyək, bizim hakimiyyətin və bəzi intel-


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə