Sovet mirası: inkar yoxsa güclənmə?



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə17/67
tarix06.05.2018
ölçüsü2,5 Kb.
#43231
1   ...   13   14   15   16   17   18   19   20   ...   67

22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
54
Bazar  nəyə  qadirdir  və  nəyə  qadir  deyildir  və  hansı  də rə-
cədə  özünü  tənzimləmə  qabiliyyətindədir  və  ya  deyildir  möv-
zulu xüsusi sualları saxlayıram. Liberalizm öz inkişaf sü rə cin də 
məhdudiyyətlərini  ortaya  qoymuşdur,  lakin  liberalizmin  böh ran-
la rını demonlaşdırmaq lazım deyil. Bizdə demokratik ritorika ilə 
yanaşı guya dövlətçiliyimizi xilas etmək üçün hakimiyyətin müt-
lə qliyi haqqında mahiyyətcə antiliberal şüur formalaşdırılır ki, bu 
da bizim şəraitdə qərar qəbul etmək üçün daha effektiv üsuldur.
İstər  istəməz  avtoritar  hakimiyyətlərdə  bütün  istiqamətlərin 
kəs kin formalaşdırılması xatırlanır: mən istəyirəm insanları xoş-
bəxt edəm, lakin onlar mənə mane olurlar. Belə bir şəraitdə, yəni 
“biz mane olanda” Mexikoda heykəl və öz masştabına görə bu 
ölkəyə qoyulan böyük sərmayə kimi eybəcər və absurd layihələr 
ortaya çıxır.
Etiraf edək ki, burada günah yalnız hakimiyyətdə deyil, həm 
də bizim Sovet düşüncə tərzimizdədir. Axı Sovet illərində də biz 
yalnız  totalitar  dövlətdə  yaşamırdıq,  həm  də  həyatımızın  bü-
tün  sahələrinə  müdaxilə  edən  total  dövlətdə  yaşayırdıq,  döv lət 
doğum  evlərində  doğulur,  dövlət  məzarlıqlarında  dəfn  olu nur-
duq. Bu şüurun davamı olaraq biz bu gün də hakimiyyəti ney-
tarllıq  prinsipinə  riayət  etmədiyinə  görə  deyil,  neft  gəlirlərini 
“ədalətlə” bölmədiyinə görə ittiham edirik. Hakimiyyətin neytral-
lı ğının olmaması bizim “mənimizin” zəif təzahürüdür. Bu möv zu-
nun üzərində ətraflı dayanmağa imkan yoxdur, lakin buna bax-
mayaraq “hakimiyyətin neytrallığı” mövzusu müvafiq olaraq so-
sial  ərazilərin  müstəqilləşməsi  və  hakimiyyət  diqtəsindən  azad 
ol ması məsələsi bizim üçün çox aktual olaraq qalır. 
İkincisi,  sosial  nemətlərin  qeyri  bərabər  bölünməsini  ədalət 
kimi qəbul etmək lazım olduğu haqqında liberal ideya o zaman 
məqbul  sayılardı  ki,  bu,  qanun  pozuntusu  olmasın  və  individin 
özü tərəfindən şüurlu seçim edilmiş olsun.
Başa  düşürəm  ki,  bu  mövzuda  çoxlu  müəmmalı  məqamlar 
var və belə vəziyyət uzun uzadı və səbirli diskussiyalar tələb edir. 
Yalnız bununla məhdudlaşdırım sözümü ki, əhalinin zəngin ada-


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
55
ma bir qayda olaraq etimadsız yanaşmasına alışdırılması Sovet, 
lap deyək ki, proletar şüurunun residivi olduğunu yuxarıda qeyd 
etmişdim. Mən bir dəfə zənginlərin legitimliyinin, deyək ki, oliqarx-
ların leqitimliyinin qeyri legitim hakimiyyət tərkibində qeyri legitim 
oliqarxlardan daha az narazılıq və etiraz (bəlkə də ümumiyyətlə 
heç qıcıq deyil) doğurduğu haqqda yazmalı olmuşdum.
Nəhayət, üçüncüsü, düzxətli proqresi şüurlu hədəf olaraq li-
be ralizm (bəzən ədalətli) ideyasının ayağına yazmaqdan imtina 
et məyin vaxtıdır. Bütün istiqamətlərin utopiyadan imtina etməsi, 
maddi rifah ehtiyaclarının səviyyəsindən doğulmur. Davamlı özü-
nü şərhə və özünü təhlilə hazır olmaq proqresin başlıca kriteri-
yasıdır.
Niyə liberalizm yalnız tarixi optimizmin əsaslarından deyil, elə-
cə də məyusluğun müxtəlif mənalarından imtina etdi? İcazənizlə 
bu “məyusluğun” üç səviyyəsini diqqətə çəkim: sosioloji, geo po li-
tik və humanitar. Özlüyümüzdə qeyd edək ki, bu adlar şərtidir və 
ger çəklikdə bunlar bir-biri ilə iç-içədirlər. 
Maarifçilik bir çox ölkələrdə, eləcə də Azərbaycan da bu sıra-
da istisna deyil, kütləvi təhsilə gətirib çıxardı ki, bu da nəticədə 
yarım çıq  təhsilli  insan  ordusunun  formalaşmasına  səbəb  oldu. 
Mə nim fikrimcə, Sokrat zirvəsi olan “bilirəm ki bilmirəm” etirafına 
gücü çatan bir maarifli insanın ontologiyası hər zaman yarımçıq 
sa vadlı adamların aqressiyasına tuş gələcək və həmişə kəskin 
qə rarlar doğuracaq.
Bundan qurtarmaq mümkün deyil. Sadəcə bəzi hallarda bu 
qarşıdurma  açıq  cəbhələşməyə  qədər  gedəcək  (bizə  yasaq 
mövzuları qaldıran bir çoxlarının məhv edilməsi haqqında çox-
saylı hadisələr məlumdur). Digər hallarda yumşaldılaraq ustaca 
söz hücumu olacaq (hətta bəzən mənim başıma gəldiyi kimi ora-
da  da  “güllələnsin”  çağırışları  səslənsə  də  hələki  internet  təh-
lü kəsizdir).  Bütün  hallarda  bu  demarkasiya  heç  zaman  aradan 
qalxmayacaq, biz hər zaman onun yeni-yeni modifikasiyaları ilə 
rast laşacağıq. Hesab edək ki, bu, bizim demokratiya, maarifçilik 
və liberalizm əvəzinə ödənişimizdi.
İcazənizlə, bir müşahidəmi sizinlə bölüşüm. 


22 il sonra Sovet mirası: inkar yoxsa güclənmə?
56
Başıma belə bir iş gəldi, son vaxtlar bir neçə dəfə hamam-
çı Ələsgərin ittihamlarını eşitməli oldum, elə hey deyirdi ki, bax, 
SSRİ dövründə yaxşı yaşayırdıq, Lenin zəhmətkeşlərin qayğısını 
çəkirdi və s. Özümdən asılı olmayaraq, Xalq iclasında özündən 
müştəbeh  bir  tərzdə  təmsilçilik  edən  qədim  yunan  hamamçısı 
Kligeni təsvir etmiş Aristofanı xatırladım. Görünür belə hallarda 
deyirlər ki, “dünya köhnə dünyadı”. 
Əbədi  deyingənlik,  ədəbi  narazılığın  ontologiyası:  bacarmı-
ram,  istəmirəm,  inanmıram  ki,  dünyada  nəsə  dəyişər,  fikrinin 
kökü yəqin ki, kəsilən deyil.
Bunun qarşısı nə ilə alına bilər? 
Hesab edirəm ki, yalnız fikirlərin ictimai şəkildə yayılması, elitar 
düşüncənin legitimləşməsinə səbəb ola bilər. Məhz ictimailəşmə, 
yasaqlar deyil, elitar fikirlərin ictimailəşməsi belə “hamamçıların” 
fikirlərinin sosial filtri ola bilər. Əksinə, onları küncə sıxmaqdan 
və “yarımsavadlıların” enerjisini artırmaqdan axmaq şey yoxdur.
Keçim geosiyasi mövzuya və icazənizlə, kiçik bir giriş verim.
Müasir dünya  - bu, hər şeydən öncə inkişaf etmiş ölkələrin 
qarşıdurmasıdır  və  həm  də  bir  qayda  olaraq  “üçüncü  dünya”, 
müstəqilliyini nisbətən yeni elan etmiş ölkələrin qarşıdurmasıdır. 
Bir çox faktorlar, eləcə də rasional izahı mümkün olmayan faktor-
lar bu müstəqilliyin arxasında durur. Ən mühüm olanları arasında 
Vudro Vilsonun məşhur 14 Maddəsini qeyd edərdim. Bu amillər 
milləti “özmüqəddəratını təyinetmə”yə vadar edir, digər tarixi situ-
asiyada isə insan azadlığını ehtiva edən 4 təməl prinsip haqqın-
da Franklin Ruzvelt demişdir ki, bu, dünyanı təhlükəsiz vəziyyətə 
gətirib çıxara bilər. 
Əlbəttə, başa düşürəm ki, bu kitabın oxucuları arasında mənim 
sözlərimi sadəlövhlük sayanlar olacaq, haqlı olaraq deyəcəklər ki, 
o vaxtdan indiyə kimi hələ də dünya təhlükəsiz olmamışdır, “milli 
müqəddəratı təyinetmə” ümumxalq səsverməsinin ekvivalentinə 
çevrilməmişdir, hələ onu demirəm ki, “bu səsvermə hüququnun” 
özü bir çox ölkələrdə fiksiyaya çevrilmişdir. Müəyyən qədər razı-
yam. Lakin bu “olmadı”, “çevrilmədi”, “ola bilmədi” məsələlərini 


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə