Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə4/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   73

təsilə)  səciyyləndirir,  istər iq tisa d i,  istər s iyasi,  istərsə də m ə­
nəvi münasibətlərin mahiyyətini, mühüm  aspektini  təşkil  edir, 
ictimai  münasibətlərin  hər  hansı  sistemi  həmişə  aydın  ifadə 
olunmuş  sosial  aspektə  malikdir.  Deməli,  sosial  ictimai müna­
sibətlərin  xüsusi  aspektini  səcyyələndirməklə  qalmır,  onların 
bütün növlərinə nüfuz edir.
Sosialın  spesifikasını  hansı  əsas  cəhətlər  səciyyələndi­
rir? -  fərdlərin m üxtəlif qrupları üçün ümumi xassə olmaq; be­
lə  xassə  ictimai  münasibətlərin  bu  və  ya  digər  xasslərinin  in­
teqrasiyası  nəticəsidir.
Fərdlərin  qarşılıqlı  vəziyyətinin  ifadəsi  olmaq;  bu  o
deməkdir  ki,  fərdlər  və  onlann  qrupları  arasında  münasibət­
lərin  məzmunu  və  xarakteri  onlann  ictimai  strukturlarda  tut­
duqları  yerdən  və yerinə yetirdikləri role an asılıdır.
Fərdlərin  və  onların  müxtəlif qruplarının  münasibət­
lərində təzahür etmək; bu münasibətlər çoxaspektli olub, həm 
onlann bir-birinə,  həm  cəmiyyətdə  öz vəziyyətinə,  həm də  ic­
timai həyatın  hadisə  və proseslərinə münasibətini əks etdirir.
Fərdlərin birgə fəaliyyətinin nəticəsi olmaq;  bu nəticə 
fərdlərin  ünsiyyətdə  və  qarşılıqlı  fəaliyyətində  təzahür  edir, 
qarşılıqlı  fəaliyyət  prosesi  fərdlərin  bir-birinə  təsir  göstərmə­
sinə  şərait  yaradır,  ictimai  münasibətlərin  m üxtəlif xassələri­
nin inteqrasiya  olunmasına kömək  edir.
Sosial  münasibətlərin  təkmilləşdirilməsi  azadlıq,  bəra­
bərlik,  ədalət  anlayışlarının  daha  real  məzmun  kəsb  etməsi 
üçün zəruri şərtdir.
§ 3, Nəzəri və tətbiqi sosiologiya
Sosiologiya bir elm kimi  müxtəlif xarakterli  vəzifələri  ye­
rinə yetirir.  Bu vəzifələrin xarakteri nəzər  və  tətbiqi  sosiologiy­
anı  fərqləndirməyə  əsas verir.  Belə  fərqləndirmə  hərti xarakter 
daşıyır,  çünki  nəzəri  sosiologi  ya praktik  vəzifələrin,  tətbiqi  so- 
siolgiya isə nəzəri, elmi  fəzifələrin həllindən kənarda qalmır.
Nəzəri  sosiologiya  sosial  proses  ərin  qanuna  uyğun­
luqlarını  aşkara  çıxarır.  Nəzəri  tətdqiqatçılar  həmin  qanunları 
daha  adekvat  əks  etdirdikdə  qiymətlidir.  Nəzəri  sosiologiya
14
sosial  gerçəklik barəsində  biliklərin  formalaşması,  sosial  inki­
şaf proseslərinin  iz.ıhı  və  dərk  olunması,  sosioloji  tədqiqatları 
metodologiyası  və  metodlarının  işlənib  hazırlanması  ilə  bağlı 
olan  elmi  problemi əri  həll  edir.  İşlənib  hazırlanan  nəzəriyyə­
lər,  konsepsiylara  iki  başlıca  sual  cavab  verməlidir:  nə  dərk 
olunur və necə dərk olunur?
Tətbiqi  sosiologiya  konkret  şəraitdə  mütərəqqi  sosial  dəy­
işmələrin  həyata  keçirilməsinə  istiqamətlənmiş,  elmi  cəhətdən 
kifayət qədər əsaslandırılmış proqnozlar, tövsiyyələr işlənib hazır­
layır.  Başqa  sözlə,  tətbiqi  sosiologiya  elə  problemləri  öyrənir  ki, 
onlar  sosial  gerçəkl yin  yenidən  qurulması  ilə,  sosial  proseslərə 
məqsədyönlü  təsir  göstərməyi  yollarını  vasitələrini  araşdırmaqla 
bağlıdır.  Tətbiqi  sosiologiya  cəmiyyətin  qarşıya  qoyduğu  praktik 
vəzifələrin  həlli  üçün  vasitələr  axtarmalı,  nəzəri  sosiologiyanın 
üzə çıxardığı qanunlardan maksimum səmərəli istifadə etmək yol- 
lannı  müəyyənləşdinnəlidir.  Bu  sosiologiya  əslində  insan  fəaliy­
yətinin praktik sahələrini  bilavasitə  öyrənir  və  «nə iiçün?» sua­
lına cavab verir: sosial  inkişaf  üçün, sosial münasibətlərin və sosi­
al  idarəetmənin  təkmilləşdirilməsi  üçün,  şəxsiyyətin  əhangdar 
inkişafı, onun qabili>yətinin daha tam reallaşması üçün və s .
Tətbiqi  sosiologiya real  sosial  effekt əldə  etməyə  istiqa­
mətlənmişdir.  AB^İ-da  tətbiqi  sosiologiyanın  həm  də  «pro­
blem  baxmından  i.stiqa  mətlənmiş  elm»,  «müstəviyə  istiqa­
mətlənmiş tətbiqi sosial elm adlandırırlar.
Tətbiqi  sosiologiyanın  kökləri  Aleksis  de  Dokvillin  (1805- 
1859,  Emil  Dürkheymin  (1858-1917),  Albion  Budberi  Smollun 
(1854-1926) əsərlərinə  gedib çıxır.  Hazırda tətbiqi  sosioloqların 
sayı  durmadan  artır.  Onlar  həm  universitələrdə  və  kolleclərdə, 
həm  də  xüsusi  biznes  sahəsində, dövlət və hökumət orqanların­
da,  müxtəlif  təşkilatlarda  çalışırlar.  Adətən  hansı  metodlara 
üstünlük  verməsindən  asılı  olaraq  tətbiqi  sosiologiyada  iki  baş­
lıca  istiqamət  ayırd  edilir:  sosial  mühəndislik  və  klinik  sosio- 
lo-giya.  Mühəndis-sosioloq  çox  zaman  kiçik miqyaslı  sorğular, 
çöl  ekserimentləri  aparır, kiçik birliklərin (məsələn,  istehsal bir- 
qadalarının)  sosial  cəhətdən  yenidən  qurulması  layihələrini  iş­
ləyib  hazırlayırlar,  planlaşdırma  ilə,  dizaynla  məşğul  olur.  Kli-
15


nik  sosiologiya  sahəsində  çalışan  mütəxəssis  və  diaqnoz  qoy­
malı, alternativ təklif etməli,  «terapevtik tədbirlər hazırlamalı və 
bunları  reallaşdırmaq  üçün  məsləhətlər  verməlidir.  Bir  qayda 
olaraq hər iki qəbildən olan mütəxəssislər  sıx əlaqə saxlayır, öz 
səylərini birləşdirməyə  çalışırlar.
Çox  zaman  elmi  ədəbiyyatda  «fundamental»  sözünü  «nə­
zəri»  sözünün  sinonimi  kimi  işlədirlər.  Lakin  bu  sözlərdə  tam 
uyğunluq olduğunu söyləmək doğru deyildir.  «Nəzəri» sözü elmi 
biliyin emprik səviyyələrindən  fərqli  səviyyəsini,  eyni  zamanda 
praktik,  tətbiqi  istiqamətdən  fərqli  istiqaməti -   fundamental  isti­
qaməti  ifadə  edir. Nəzəri biliyin praktik istiqaməti,  səpkisi  möv­
cuddur.  Sosioloji  bilik  elmi-nəzəri,  həm  də  praktiv  vəzifələrin 
həllinə və ya başqa dərəcədə kömək edir. Deməli, məsələyə cid­
di  yanaşılsa,  qeyd  etməlidir  ki,  sosioloji  biliyin  üstün  istiqamət­
lənməsindən söhbət gedə bilər.  Bu bilik ya elmi,  fundamental, ya 
da  tətbiqi,  praktik  xarakter daşıyır;  birinci  halda həmin  bilik nə­
zəri sosiologiya, ikinci halda tətbiqi sosiologiya  sahəsinə aiddir.
Elmi  ədəbiyyatda  «emprik»  sözünün  «tətbiqi»,  «prak- 
tik»sözləri  ilə  eyniləşdirilməsinə  təsadüf olunur.  Əslində  em­
prik  sosioloji  tədqiqatlar  həm  nəzəri-elmi  problem  lərin,  həm 
də tətbiqi, praktik məsələlərin həllinə  istiqamətlənə bilər,  belə 
tədqiqatlar həm nəzəri,  həm  də  tətbiqi  sosiologiya çərçivəsin-  ; 
də  aparıla  bilər.  Nəticə  etibarilə  deməliyik  ki,  «nəzəri»  və  ) 
«emprik»  sözləri sosioloji biliyin spesifikasını  və substraksiya-  j 
sının  səviyyəsini,  «fundamental»  və  «tətbiqi»  sözləri  isə  h ə-  ’ 
min  biliyin  isiqamətini,  səpkisini,  məqsədilə  yönəlişini  ifadə 
edir.  Deməli,  nəzəri  bilik  (o  cümlədən  nəzəri  sosiologiya) 
fundamental  biliklə,  tətbiqi  bilik (o cümlədən tətbiqi  sosiolog­
iya)  emprik  biliklə  eynimənalı  deyildir.  Nəzəri  sosiologiyanın 
praktik,  tətbiqi  istiqaməti  ola bildiyi  kimi,  tətbiqi  sosiologi  ya­
nın da müəyyən səviyyəsindən  bəhs etmək  mümkündür.
Nəzəri  tətbiqi  sosiologiyanın  qarşılıqlı  əlaqəsi  çoxcəhət­
lidir.  Nəzəri  tədqiqatlar  toplanmış  zəngin  informasiyanı  təhlil 
edir,  ümumiləşdirmələr  apanr,  bütövlükdə  cəmiyyət  üçün,  icti­
mai  tərəqqi  üçün  faydalı  tövsiyyələr  işləyib  hazırlayır.  Həm 
ümumsosioloji  nəzəriyyə çərçivəsində, həm  də  ayn-ayrı  sahələr
16
(məsələn, əməyin sosiologiyası, mədəniyyətin sosiologiyası, siy­
asətin  sosiologiyası,  hüquq  sosiologiyası  və  s.)  miqyasında 
müxtəlif nəzəriyyələrin, konsepsiyaların sərbəst  inkişafı rəqabəti 
qanunauyğun haldır.  Lakin bütün hallarda o nəzəriyyə, o konsep­
siya daha güclü inkişaf edə bilir ki, ictimai praktikanın reallıqları­
nı düzgün  nəzərə  alır, həmişə  faktlara istinad edir,  öz növbəsin­
də konkret sosioloji  tədqiqatlar nəticəsində toplanan  faktlar, m ə­
lumatlar  elmi  nəzəriyyə  mövqeyindən  şərh  olunduqda mötəbər 
məna kəsb  edir.  Sosial  təfəkkürün  formalaşması  və  inkişafı  həm 
nəzəri, həm də tətbiqi xarakterili tədqiqatlara möhtacdır.
Cəmiyyətin  keyfiyyətcə  yeniləşməsi  proseslərini  maksi­
mum  optimallaşdırmaq  üçün  sosiologiyanın  müxtəlif bilik  sə­
viyyələrini  təmsil  edən  alimlər  öz  səylərini  intensivləşdirməli 
və  daha  sıx  əlaqələndirməlidir.  Zənnimizcə,  mövcud  şərait  nə 
qədər mürəkəb,  ağırlı  və  gərgin  olsa da,  nəzəri  və  tətbiqi  təd­
qiqatlar aşağıdakı vəziflərin  həllinə daha çox diqət yetirməlidir: 
ümumi  sosioloji  nəzəriyyənin  və  sosioloji  bilik  sahələri­
nin  inkişafı;  fundamental  sosioloji  tədqiqatların  keçirilməsi; 
etibarlı  sosial  informasiya  almaq  metodlarının  işlənib  hazır­
lanması  və  tokmişlləşdirilməsi;  sosioloji bilik sisteminin müa­
sir  tələblər  səviyyəsində  qurulması;  sosioloji  xidmətin  təşkili 
və  müntəzəm  surətdə  təkmilləşdirilməsi;  sosiologiya elminin 
nəaliyyətlərinin praktikada tətbiqini  sürətləndirməyə  imkan ve­
rən etibarlı mexanizm yaradılması.
§  4. Sosiologiyanın funksiyaları
Sosiologiyanın  funsiyaları  müxtəlif  müəlliflər  tərəfin­
dən  az-çox  fərqli  şəkildə  izah  olunsa  da,  ümumi  mövqelər 
üstünlük  təşkil  edir.  Bu  funksiyalar  sosiologiyanın  cəmiyyət 
həyatı  ilə  əlaqələrinin  rəngarəngliyini  daha  aydın  nümayiş  et­
dirir.  Elmi  ədəbiyyatda  adətən  sosiologiyanın  aşağıdakı  üç 
funksiyasından bəhs edirlər:
1. 
İdrak  funksiyası.  2.  Praktik  funksiya.  3.  İdeoloji 
funksiya.  Bizcə  sosiologiyanın  funksiyasından  da  bəhs  etmək 
üçün kifayət qədər əsas vardır.
Azərbaycan  Respublikası  Prezidentinin 
if  ler İdarəsi
PREZİDENT KİTABXANASI
17


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə