Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə14/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   73

F Ə S İL  III
ŞƏXSİYYƏTİN SOSİOLOGİYASI 
§1.  Şəxsiyyətin mahiyyəti v? tipləri
Şəxsiyyət  m üxtəlif  bilik  sahələri  tərəfindən  öyrənilir. 
Sosioloji  təhlil  şəxsiyyətə  sosail  sistem kimi yanaşır, onun so- 
siallaşması  prosesinin  yollan  və  mərhələlərini  araşdırır,  sosial 
fəaliyyət  və  davranış  mexanizmlərini  təhlil  edir,  bu  proseslər­
də sosial amillərin rolunu aşkara çıxarır.
Şəxsiyyətin  sosioloji  təhlilinin  çıxış  nöqtəsi  hər  bir  in­
sanda  bioloji  və  sosial  tərəflərin  aynlmaz  vəhdətdə  götü­
rülməsidir.  Şəxsiyyətin  sosiologiyasının  əsas  məsələlərini 
təhlil  etməzdən  əvvəl  qısa  şəkildə  «fərd»  və  «şəxsiyyət»  an­
layışlarını izah etmək məqsədəuyğundur.
«Fərd»  dedikdə  bu  və  ya  digər  sosial  birlik  formasının 
aynca bir nümayəndəsi  nəzərdə tutulur.  Bu  anlayış  insanın real 
həyatının və  fəaliyytinin  xüsusiyyətlərini  ifadə  etmir.  Şəxsiyyət 
anlayışı  isə  bundan  fərqli  olaraq  insanın  konkret  mahiyyətini 
göstərir,  onda yaşadığı  cəmiyyətin  sosial  əhəmiyyət  kəsb  edən 
cəhətləri və  sosial münasibətləri  təmərkəzləşmiş şəkildə təcəs­
süm  olunur.  Şəxsiyyətin  başlıca  cəhəti  insanın  fiziki  təbiəti 
deyil, onun sosial  fəaliyyətində  təzahür edən sosial keyfiyyətlə­
ridir.  Bu  keyfiyyətlər  onun  mənlik  şüuruna,  sərvətlər  oriyeta- 
siyasına  malik  olması,  cəmiyyətə  münasibətdə  nisbi  müstəqil 
mövqe  tutması  və  öz  hərəkətlərinə  görə  məsuliyyət  daşıması­
dır.  Onlar öz-özünə yaranmır,  mövcud ccmiyyətin  sosial  müna­
sibətləri  sisteminin  məhsulu  kimi  çıxış  edir.  Lakin  şəxsiyyət 
sosial  mühitin  passiv  nəticəsi  deyildir,  o  özünün  praktiki  fəa­
liyyətində həmin mühitə  fəal dəyişdirici ləsir göstərir.
Sosiologiya  bu  və  ya  digər  konkret  tarixi  şəraitdə  fəa­
liyyət  göstərən  şəxsiyyətləri  daha  dərindən  öyrənmək  üçün 
onları  daxil  olduğu  sosial  birliklərin  tərkibində  nəzərdən  keçi­
rir.  Bununla  əlaqədar  olaraq  sosioloji  fikirdə  şəxsiyyətin 
m üəyyən  sosial  tiplərə  aurılması  mühüm  yer tutur.  Belə  aurıl- 
manın əsasında m üxtəlif şəxsiyyətlərdə  onların  sosial  birliklər 
üzrə  fəaliyyətində  rast gəlinən  ümumi  xarakterli  və  təkrar olu­
54
nan  sosial  əlam ətlər  durur.  Bunlar  aşağıdakılardır:  fəaliyyətin 
sosial  məqsədi;  şəxs.yyətin  sosial  həyatda  statusu  və  oynadığı 
rol;  öz  fəaliyyətindc  rəhbər  tutduğu  normalar  və  sərvətlər; 
yerinə yetirdiyi  işlər sistemi;  malik olduğu biliklərin səviyyəsi; 
sosial-psixoloji xüsusiyyətlər və fəallıq dərəcəsi.
Bununla  yanaşı  şəxsiyyət  sosiologiyasında  şəxsiyyətin 
tarixi  tipləri,  m üxtəlif  dövrlərdə  insanla  cəmiyytin  qarşılıqlı 
münasibətlərinin öyrənilməsi də mühüm yer tutur.  Bu m əsələ­
lərin  izahında  o  belə  mövqedən  çıxış  edir  ki,  hər  bir  konrket 
dövrdə  insanla  cəmiyyət  arasındakı  qarşılıqlı  münasibətlərin 
xarakteri  maddi,  sosial  və  mənəvi  şətrlərin  birgə  təsiri  altında 
formalaşır.  Tarixi  tərəqqi  gedişində  cəmiyyət  ilə  şəxsiyyətin 
qarşılıqlı  münasibətləri  daha  rəngarəng  və  çoxtərəfli  olur, 
təkmilləşir.  Burada  osas  istiqamət  bir  tərəfdən,  onlar  arasında 
vəhdətin  və  qarşılıqlı  asılılığın  güclənməsi,  digər  tərəfdən  isə 
şəxsiyyətin azadlığının  hüdudlarının genişlənməsidir.
«Şəxsiyyət»  anlayışı  biososial  varlıq  olan  insanın  ancaq 
sosial  tərəfini  ifadə  edir.  Şəxsiyyət yüksək zəkalılığı, öz hərə­
kət  və  davranışı  üçün  məsuliyyət  hissini,  şəxsi  ləyaqəti  və 
başqa  yüksək  mənəvi  keyfiyyətləri  özündə  təcəssüm  etdirən 
insandır.  Şəxsiyyət  müstəqil,  sosial  cəhətdən  fəal  olan adamdır. 
Şəxsiyyətin başlıca cəhəti onun sosial fəaliyyətidir.
insan  anadan  fərd  kimi  doğulur,  tədricən  şəxsiyyət  kimi 
formalaşır.  Əgər  foıd  anlayışı  insanın  ictimai  münasibətlərinin 
məhsulu  olduğunu  göstərirsə,  şəxsiyyət  anlayışı  onu  daha  çox 
bu münasibətlərin  sabyckti  kimi  səciyyələndirir.
Əgər  şəxsiyyət  öz  mahiyyətinə  görə  sosialdırsa,  möv­
cudluq  üsuluna görə  fərdidir.  Fərd  şəxsiyyətə  çevrildikdə  həm 
də  fərdiyyət  xüsusiyyətini  kəsb  edir.  Fərdiyyət  hər  bir  fərdi 
başqalarından  fərqləndirən  spesfık,  özünəməxsus  konkret 
bioloji  və  sosial  cəhətlərin  məcmusudur.  Flər  bir  adamın 
fərdiliyi bir tərəfdən  bioloji amillərlə,  digər tərəfdən  isə  sosial 
mühitlə,  ictimai  münasibətlər  sistemi  ilə  şərtlənir.  Beləliklə, 
«fərdiyyət»  və  «şəxsiyyət»  anlayışları  məzmunca  qismən 
yaxındır.  Bu  yaxınlıq  onda  təzahür  edir  ki,  bir  tərəfdən  bütün 
şəxsiyyətlər  özünəməxsus  keyfiyyətlərə  malikdir,  fərdidir,
55


təkrarolunmazdır,  digər  tərəfdən  məhz  fərdilik  şəxsiyyətin 
spesifikliyini  ifadə  edir.  Lakin  həmin  anlayışları  tam  eyniləş­
dirmək  olmaz.  Belə  ki,  əgər  fərdiyyət  anlayışı  insanın  təkra­
rolunmaz xüsusiyyətlərini,  orijinallığını  ifadə  edirsə,  şəxsiyyət 
anlayışı  daha  çox  insan  müstəqilliyini,  əqidə  möhkəmliyini, 
şəxsi  simasını, prinsipiallığını,  çətin vəziyyətlərdə  sərbəst qə­
rar qəbul etmək qabiliyyətini göstərir.
Şəxsiyyətin  sosial  təcrübəni  mənimsəməsi  prosesi  onun 
daxili aləmi vasitəsilə həyata keçirilir.  Insamn özünün nə etdiyinə 
və onunula nə edildiyinə münasibəti də bunda ifadə olunur.
Şəxsiyyət  fərdin  sosial  keyfiyyətlərinin  məcmu  ifadəsi­
dir,  onun  obyektiv  və  subyektiv  xarakteristikalarının  vəhdəti­
dir.  Lakin  bu  heç  də  bioloji  və  psixoloji  amillərə  laqeyidlik 
göstərm ək üçün əsas vermir.
Müasir  elmi  ədəbiyyatda  şəxsiyyətin  sosial  strukturu 
haqqında  qızğın  mübahisələr gedir.  Bu  stıuktur  insanın  davra­
nışının  başlıca  istiqamətini  müəyyən  edən  obyektiv  və  sub­
yektiv  amillərin,  habelə  onların  tərkib  ünsürlərinin  məcmusu 
olub,  təkcə  şəxsiyyət problemini  öyrənmək  üçün  yox,  həm  də 
ona  təsir  göstərmək  baxımından  əhəmiyyətlidir.  Deməli, 
şəxsiyyətin  sosial  strukturu  bunu  aşkara  çıxannalıdır  ki, 
məlum  cəmiyyətin  xarakterik  cəhətləri  fərddə  necə  təkrar 
istehsal  olunur.  Fərdin  sosial  keyfiyyətləri  onun  obyektiv 
surətdə  daxil  olduğu  birliyin  təsiri  altında  onun  fəaliyyəti 
prosesində  təşəkkül  tapıb  inkişaf  edir.  Şəxsiyyətin  sosial 
strukturunda  aşağıdakı  ünsürləri 
ayırd  etmək  olar:  a)
fəaliyyətin  müxtəlif növlərində  sosial  keyfiyyətlərinin  həyata 
keçirilməsi  üsulu;  b)  şəxsiyyətin  obyektiv  tələbatı  və 
mənafeləri;  c)  cəmiyyətin  mənəvi  sərvətlərinə  yiyələnmə 
dərəcəsi,  yəni  şəxsiyyətin  mənəvi  aləmi;  ç) şəxsiyyətin rəhbər 
tutduğu əxlaqi normalar və prinsiplər; d) əqidə.
H ər  bir  şəxsiyyətdə  bu  struktur  ürsürləri  müşahidə  et­
mək  olar.  İnkişaf prosesində  şəxsiyyətin  sosial  strukturu  daim 
dəyişilir,  təkmilləşir.  Şəxsiyyət  sosial  mühitlə  qarşılıqlı  təsir 
prosesində  formalaşır.  Qarşılıqlı  təsir  fəaliyyət  sayəsində 
mümkün  olur.  Həmin  fəallığın  səbəblərini  aşkara  çıxarmaq
56
şəxsiyyəti  mühüm  həyati  münasibətlər  cəhətdən  xarakterizə 
etmək deməkdir.
Şəxsiyyətin  fəallığının  mənbəyini  onun  tələbatı  təşkil 
edir.  Məhz  tələbat  insanı  müəyyən  tərzdə  və  müəyyən  isti­
qamətdə  iş  görməyə  təhrik  edir.  Tələbat  şəxsiyyətin  konkret 
varlıq  şəraitində  asılılığım  ifadə  edir.  Tələbat  şəxsiyyətin 
fəallığının  mənbəyi  kimi  meydana  çıxır.  Şəxsiyyətin  fəallığı 
isə tələbatlamı təmin olunması prosesində təzahür edir.
Hər  bir  şəxsiyyət  təkrarolunmaz  xüsusiyyətlərə  malik­
dir.  Çünki  o,  tipik  olanla  fərdi  olanın  dialektik  vəhdətidir. 
Lakin  ayrı-ayrı  adamların  fəaliyyətində,  davranışında  uyğun 
cəhətlər  də  vardır.  Ona  görə  də  insanları  uyğun,  oxşar  sosial 
əlamətlərinə  görə  qruplara  ayırmaq  olar  ki,  bu  da  adətən 
şəxsiyyətin sosial  tipləri  adlanır.  Şəxsiyyətin  sosial  tipi  insanın 
m üxtəlif fəaliyyəti  növlərini  həyata  keçirmək üsuludur.  Aydın 
m əsələdir ki,  şoxsiyətin  sosial  tipi  öz  sinfinin,  sosial  qrupunun 
mənafeyi  ilə  obyektiv  surətdə  şərtlənmişdir.  Laikn  müəyyən 
istisnaların olması  da mümkündür.
Şəxsiyyətin  sosial  tipi  çox  maraqlı  və  mürəkkəb  m əsə­
lədir.  O,  şəxsiyyətin  həyat  fəaliyyətinin,  qarşılıqlı  təsirdə  ol­
duğu  mədəni-tarixi  və  sosial-iqisadi  şəraitin  məhsuludur. 
Şəxsiyyətin  sosial  tiplərinin  müxtəlif  variantları  mövcuddur. 
M əsələn,  M.Veber  şəxsiyyətin  sosial  fəaliyyətini,  K.Marks 
onun  mənsub  olduğu  formasiyanı  və sinfi  əsas götürürdü.
Şəxsiyyətin sosial  tipologiyası  məsələsində müxtəlif mövqe­
lərin  hamısını  nəzərdən  keçinnok  imkanı  olmadığından  onlardan 
yalnız bəziləri üzərində dayanmağı məqsədəuyğun hesab edirik.
Şəxsiyyətin  konkret  elmi  tipologiyası  baxımından  diqqəti 
cəlb  edən  psixoloji  və  sosial-psixoloji  tipologiyasıdır.  Alman 
mütəfəkkiri  E.Şpranqer (1882-1936)  şəxsiyyətin  6  tipini  nəzər­
dən  keçirir  və  onların  hər  birinə  fəallığın  müəyyən  növünün 
uyğun gəldiyini  qeyd  edir: nəzəri  tip (həqiqəti  aşkara çıxarmağa 
meyllilik, rasionalizm  və tənqidi yanaşm a);  iqtisadi  tip ( iqtisadi 
tip  (faydaya  meyllilik  və  prgktiklik);  estetik  tip  (ahəngdarlığa 
və dünyanın obrazlı  qurulmasına meyllilik);  sosial  tip  (insanlara 
sevgi,  özünü  fəda etməyə  m eyllilik);  siyasi  tip  (hakimiyyətə və
57
I


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə