Sosiologiya (Dərslik)



Yüklə 186,3 Kb.
Pdf görüntüsü
səhifə13/73
tarix06.05.2018
ölçüsü186,3 Kb.
#42945
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   73
    Bu səhifədəki naviqasiya:
  • Birinci

edilməsi  ilə,  sənayedən  sonrakı  cəmiyyət  isə  informasiyanın 
başlıca rolu və gələcəyə orientasiya ilə səciyyələnir.
4. 
Bəzi  tədqiqatçılar  vətəndaşlıq  nöqteyi-nəzərindən 
cəmiyyətin aşağıdakı  tiplərini  ayırırlar:
I.  Qeyri-vətəndaş  cəmiyyəti.  Bu  tip  cəmiyyət  dövlətlə­
rin  meydana  çıxmasına  qədər  mövcud  olan  insan  toplularını 
nəzərdə tutur.
II.  Vətəndaş  cəmiyyətinə  qədərki  cəmiyyət.  Bu  halda cə­
miyyətin malik olduğu  dövlət əsasən onun vətəndaşlannın azad­
lığını  bu  və  ya  başqa  dərəcədə  və  formada  boğmaqla  məşğul 
olur. Bu tip dövlətsiz cəmiyyətlərlə müqayisədə irəliyə doğru bir 
addım olsa da, belə cəmiyyəti  də sosioloji nöqteyi-nəzərdən və­
təndaş cəmiyyəti adlandırmaq qeyri-mümkündür.
III.  Vətəndaş cəmiyyəti.  Şəxsiyyətin azadlığı cəmiyyətin 
vətəndaş  cəmiyyəti  olmasının  başlıca,  əsas  göstəricisi  kimi 
çıxış  edir.  Vətəndaş  cəmiyyəti  müxtəlif siyasi  qüvvələrin  ha­
kimiyyət uğrunda mübarizəsi,  qanunların  al iliyi  və  dövlət ida­
rəçiliyi  ilə  əlaqədar  olmayan  sosial  münasibətlərin  məcmusu 
kimi  dərk  edilir.  Vətəndaş  cəmiyyəti  ən  bəsit  formada  dövlət 
əm ələ  gəlməzdən əvvəl də  mövcud  olmuşdur.  Əhalinin böyük 
əksəriyyətinin  xüsusi  mülkiyyətə  sahib  olması,  inkişaf etmiş 
qeyri-siyasi  təşkilatların  mövcudluğu,  aşağıdan  yuxarıyadək 
bütün  səviyyələrdə  demokratiyanın  bərqərar  olması  və  s.  və­
təndaş cəmiyyətini səciyyələndirən əlamətlərdir.
Müasir sosiologiyada  və mədəniyyət nəzəriyyəsində mə­
dəniyyət  və  cəmiyyət  arasındakı  münasibətlərin  müəyyənləş­
dirilməsi  ilə  bağlı  müxtəlif baxışlar  mövcuddur.  Belə  baxışlar 
iki  istiqamətdə  diqqəti  cəlb  edir.  Birinci  istiqamətə  görə,  m ə- 
dəniyət  özünəməxsus  müstəqil  bütövlük  kəsb  etdiyi  üçün  onu 
cəmiyyətdən  asılı  olmayan  sistem  kimi  öyrənmək  lazımdır. 
İkinci  istiqamətin  tərəfdarları  isə  cəmiyyətə  mədəniyyətin  hər 
şeyi  əhatə  edən  konteksti  kimi  baxırlar.  Lakin  bu  halda da cə­
miyyət  və  mədəniyyət  anlayışları  eyniləşdirilmir.  Bir  çox  təd­
qiqatçılar mədəniyyətlə  sivilizasiyanı  eyniləşdirməyə,  digərləri 
isə  əksinə,  onlan  qarşı-qarşıya  qoymağa  çalışırlar.  Bəzi  tədqi­
qatçılar mədəniyyət deyərkən mənəvi  mədəniyyəti,  sivilizasiya
50
deyərkən  isə  maddi  mədəniyyəti  nəzərdə  tuturlar.  Əslində  isə 
mədəniyyət  və  sivilizasiya bir-birinə nə qədər yaxın anlayışlar 
olsa da, onları  fərqləndirən cəhətlər vardır.
M ədəniyyətlə  sivilizasiyanın qarşılıqlı  əlaqələrindən da­
nışarkən  unutmaq  olmaz  ki,  mədəniyyət  cəmiyyətin  toplamış 
olduğu  təcrübənin,  onun  qorunmasının  və  nəsillərə  ötürülmə­
sinin  fəaliyyət  proqramının  ifadəsidir.  M ədəniyyətin  reallaş­
masında nisbi  real  vasitə  və  nəticələri  sivilizasiya  adlandırmaq 
olar.  Bu  baxımdan  sivilizasiya  tarixi  proseslərin  inkişafında 
fasilədirsə,  mədəniyyət bu prosesdə  fasiləsizlikdir.  Mədəniyət 
sivilizasiyaya nisbətən  aksioloji  qüvvəyə  malikdir.  Sivilizasiya 
tərəqqinin  ali  nümunələrinə  uyğun  inkişafın  səviyyə  və  n ə­
ticələrini  göstərirsə,  mədəniyyət  bu  nailiyyətlərin  mənimsə­
nilməsi  mexanizminin üsul  və metodlarını  ifadə edir.
Sivilizasiya  aşağıdakı  səciyyəvi  cəhətlərə  malikdir:  1) 
sivilizasiya  boşəriyyotin  sosial  təşkili  formasıdır.  Onun yaran­
ması  insanların  heyvanat  aləmindən  sözün  əsl  mənasında  cə­
miyyətə  keçməsinin  başa  çatması,  əhalinin  qan  qohumluğu 
üzrə deyil, ərazi  və etnik prinsip üzrə təşkili, bioloji  qanunların 
arxa  plana  keçərək  öz  yerini  sosial  qanunlara  verməsi  ilə 
bağlıdır;  2)  sivilizasiya  ictimai  əmək  bölgüsü  və  informasiya- 
nəqliyyat  infrastrukturunun  inkişafı  ilə  səciyyələnir;  3)  sivili­
zasiyanın  məqsədi  cəmiyyətin  malik olduğu  maddi  və  mənəvi 
sərvəti  təkrar  istehsal  etmək  və  çoxaltmaqdır.  Sivilizasiyanın 
qədim, müasir, qərb və şərq  tipləri mövcuddur.
Müasir  şəraitdə  dünya  sivilizasiyası  cəmiyyətin,  insanla 
təbiət  arasında  qarşılıqlı  münasibətlərin  daha  da  inkişafı  ilə 
səciyyələnir.  Bununla  yanaşı,  hazırda  ictimai  tərəqqi  həm  də 
bir sıra  qlobal  ümumbəşəri  problemlər doğurur  ki,  dünya sivi­
lizasiyasının  taleyi,  bəşəriyyətin  bu  günü  və  gələcəyi  onların 
həllindən  sox  asılıdır.  Bu  problemlərin  meydana  gəlməsi  və 
həlli  ilə əlaqədar müasir dövrün  xarakterik cəhəti  kimi  qlobal­
laşma  prosesini  m üxtəlif cəmiyyətlərin  m üxtəlif  niyyətli  nü- 
mayəndəlri getdikcə daha çox diqqət mərkəzində  saxlayırlar.
Qloballaşma  deyərkən  iqtisadiyyat,  siyasət,  mədəniyyət 
sferasında  dünya  proseslərinə  təsir  göstərən  milli  strukturların
51


fövqündə  duran  (yəni  qlobal)  quruluşların  yaradılması  başa 
düşülür.  «Qloballaşma»  termini  etimoloji  mənada  latın  sözü 
olan  və  yer  kürəsi  mənasını  verən  «qlobus»  sözü  ilə  əlaqədar 
olub,  bu və ya digər prosesin ümumdünya xarakteri kəsb  etmə­
sini  bildirir.  Lakin  proseslərin  qlobollaşması  onların 
təkcə 
bütün  dünyanı  əhatə  etməsi,  hər  yerdə  mövcud  olması  demək 
deyildir.  Qlobollaşma  hər  şeydən  əvvəl  Yer  üzərində  bütün 
ictimai  fəaliyyətin  inteqrasiyası  ilə  əlaqədardır.  Bu  inteqrasiya 
isə müasir dövrdə bütün bəşəriyyət vahid sosial-mədəni,  iqtisa­
di,  siyasi və  digər  əlaqələr,  qarşılıqlı təsir  və münasibətlər sis­
teminə  daxil  olur.  İqtisadiyyat  sahəsində  bu  özünü  Beynəlxalq 
Valyuta  Fondu,  Beynəlxalq  Yenidənqurma  və  İnkişaf  Bankı, 
transnasional korporasiyalar və  s.  kimi  maliyyə  və digər  təşki­
latların  meydana gəlməsində,  siyasət  sferasında  BMT,  YUNE­
SKO, həmçinin müxtəlif hərbi  bloklar kimi qurumların yaradıl­
masında göstərir.  Mədəniyyət sahəsində  isə  rabitə vasitələrinin 
inkişafı  (məs:  internet  və  s.)  nəticəsində  həyat  tərzinin  müəy­
yən dərəcədə vahid şəklə salınmasında müşahidə edilir.
Qloballaşma prosesinə  iki  əsas yanaşma mövcuddur:
I.  Bir  qrup  alimlər  qloballaşmanı  dünyanın  bütövlüyünün 
və inkişafının təminatı  olan proses kimi  nəzərdən: keçirirlər.  Belə 
yanaşma  bəşəriyyət  üçün  böyük  təhlükə  törədən  xəstəliklərin 
(QİÇS,  xərçəng,  atipik sətəlcəm və  s.)  səbəblərinin öyrənilməsi, 
aradan  qaldııması,  Yer kürəsi  əhalisinin  su,  ərzaq  və  s.  ilə  təmin 
edilmsi sahəsində əlaqələndirilmiş fəaliyyəti nəzərdə tutur.
II.  Digər qrup almlor qlobal  strukturların bərqərar olması 
prosesinə  daha  çox  diqqət  edərək,  qlobollaşmanı  vesterniza- 
siya  adlandırırlar,  yəni  qloballaşma  prosesini  Avro-Amerika 
mədəniyyəti  üçün  səciyyəvi  olan  dəyər  və  normaların  yayıl­
ması kimi qiymətləndirirlər.
Vestemizasiya  adlanan  prosesin  özünə  də  qiymət  veril­
məsində tədqiqatçılar qrupu arasında yekdillik yoxdur.  Belə ki, 
belə  prosesi  həm  müsbət,  həm  də  mənfi  meyl,  istiqamət  kimi 
qiymətləndrənlər  vardır.  Bu  prosesdən  söhbət  gedərkən  onu 
müsbət  mənada  inkişaf,  nailiyyətlərin  mənimsənilməsi  kimi, 
mənfi mənada isə m ədəni imperializm kimi qiymətləndiridir.
52
Qloballaşma  problemi  ilə  əlaqədar  belə  bir  konsepsiya 
mövcuddur ki,  inkişaf etmiş,  postindustrial  cəmiyyət m ərhələ­
sinə  çatmış ölkələr  üçün bu proses  faydalı  hesab  olunur.  Əya­
lət  və  yanməyalət  səciyyəli  ölkələr  üçün  isə  həmin  proses 
ziyanlı  və  hətta  dağıdıcı  xarakterə  malik  reallıq  kimi  qiymət­
ləndirilir  (Bu  qəbildən  olan  ölkələr  sırasına  iqtisadiyyatı  fəal 
inkişafda olan Çin, Braziliya kimi ölkələr aid edilir).
Beləliklə,  keçmiş  tarixi  dövrlərlə  müqayisədə  müasir 
dövrdə  bəşəriyyətin  ümumdünya  miqyasında  vəhdəti  ölçü­
yəgəlm əz dərəcədə yüksəlmişdir ki, bu da  ümumi  məsuliyyət 
və  ümumi  tale  ilə  birləşən,  prinsipcə  yeni  olan  supersistemdə 
təzahür edir.
53


Yüklə 186,3 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə