Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə30/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   26   27   28   29   30   31   32   33   ...   159

128

S O N U N C U   FAT E H

nüz  fikirləşin, görəsən, o zaman onun güclü qoşu-

nuna qarşı döyüşərək öz canından keçən, bu qala-

nı qorumaq naminə qanını-canını  əsirgəməyən ulu 

dədə-babalarımız necə ürək sahibi olublar? Onlar 

öz qeyrətlərini özlərinə qalxan etmişdilər. Qocalı-ca-

vanlı o adamları Teymur kimi fatehlə döyüşməyə va-

dar edən qeyrətdən başqa hansı istək, hansı güc ola 

bilərdi ki? 

Danışa-danışa o, qılıncını qınından çıxarıb başının 

üstünə qaldırdı: 

– Yalnız qılınc gücünə biz öz torpaqlarımızı azad 

edə bilərik! Buna görə bütün tayfalar öz aralarında in-

cikliyi bir tərəfə qoyub birləşməlidirlər! Bu birlik bizə 

hava-su kimi gərəkdi!.. Bu gündən bu qala mənim qo-

şunumun mərkəzi qərargahı olacaq!.. İlk işimiz Kəlat 

ətrafında olan dağların ətəklərində yerləşən şəhərləri, 

kəndləri yadellilərdən azad etməkdi… Bəsdir, kiçik 

qovğalar aparıb, kiçik qələbələrlə öyündük...

Əfşar tayfasından olsa da, gözlərindən ümidsizlik 

yağan Qılınc xan səbrini basa bilmədi:

– Çox qəribədir, bəs, görəsən, bu böyük səltənətin 

sahibi  Şah Sultan Hüseyn niyə belə düşünmür? Bizi 

bir araya gətirmək məgər onun işinə yaramır? 

Onun yanında oturmuş İmamqulu əmir də yerində 

qurcalandı: 

– Şahımız üləmalarla məsləhət-məşvərət aparma-

mış bir işə qol qoymur ki...

Cavanlardan biri əmirə üzünü tutub:

– Sizcə, öz şahlığı dövründə Molla Hüseyn həz-

rətləri bircə qarış torpağımızı qəsbkarlardan geri alıb? 




129

N A D İ R   Ş A H   Ə F Ş A R

– soruşdu. – Bir şahın bu qədər dindar, insaflı, ya da 

sülhpərvər olması nəyə yarayır ki... 

Nadir bəyin böyük qaynı Kəlbəli bəy üzünü tayfa 

başçılarına tutub dedi: 

– Dədəm Baba Əli bəy deyir ki, bizim şah heyvan 

qanı görəndə ürəyi bulanır. Özünü elə itirir ki, heç ol-

mamış kimi... Adəti üzrə hovuzda üzən ördəklərə ox 

atıb onları uçmağa məcbur edərmiş ki, onların uçu-

şunu havada seyr etsin! Ömründə bir dəfə atdığı o 

oxlardan biri quşu yaralayıb.  Şah da «Qana batdım, 

qanlı oldum» – deyə xeyli mütəəssir olub. Bəlkə elə 

belə tinəti

1

  üzündən hərbi işlərə fikir vermək əvəzinə, 



hərəmxanada başı eyş-işrətə qarışıb. Saray əyanları-

nın hər təklifinə «yaxşıdır!» deyə-deyə  də özünə 

«Mol la  Hüseyn»dən savayı bir «Yaxşıdır» ləqəbi də 

qazanıb...

– Hə, elə  hər bir ölkədə  hərc-mərcliyin baş alıb 

getməsinin  ən başlıca səbəbi də padşahların hər 

şe  yə «yaxşıdır» deyıb, keçirdiyi guşənişin həyat tərzi 

olur… Sizcə, möhtərəm Qılınc xan, belə bir şahdan 

daha nəsə yaxşı şey ummaq olarmı? – deyə el ağsaq-

qalı  Qədirqulu kişi Nadir bəyin başına yığılanların 

arasında yaşca cavanlara baxıb dərindən köks ötürdü. 

Onların çoxunun bığ yeri tərləməmişdi. Nadirin əmisi 

Bəktaş bəy Qılınc xanın susduğunu görüb dilləndi:

– Yox, daha nə umacağıq ki?! Elə Şah Sultan Hü-

seyn kimi üzüyumşaq adamlar taxt-tac sahibi olandan 

bəri Səfəvi xanədanının tifaqı dağılmağa başlamadı-

mı?.. Bir yanda Şirvanla Dağıstan vilayətləri ixtişaş-

Tinət – burada xasiyyət mənasındadır.




130

S O N U N C U   FAT E H

lar oylağı oldu... Bir yanda da bəluc qəbilələri Bəndər 

Abbasda, Kirmanda, əfqan gəlcailəri Qəndəharda baş 

qaldırdılar. Məlik Mahmudun başçılıq etdiyi başqa 

bir əfqan qəbiləsi isə Sistandan sonra bizim Xorasana 

göz dikib. Bu gün-sabah kiçik Məkkəmiz olan Məşhə-

di  ələ keçirəcək... Onun adaşı  qəndəharlı Mir Mah-

mud paytaxt İsfahana üç aydır ki, meydan oxuyur…

– Osmanlılar bu başıpozuqluqdan sui-istifadə 

edib, İrəvana qoşun göndərib... Kim bilir, yəqin oranı 

tutandan sonra Azərbaycanın o biri vilayalətlərini də 

tuta-tuta Təbrizə, ya da Həmədana qədər gələcəklər... 

– Hə, belə getsə, Rus padşahı Dəli Petro da dinc 

durmayacaq. Dərbənddən başlayıb, Gilanacan dədə-

baba torpaqlarımızı ələ keçirəcək, gəmiləri Xəzər də-

nizi boyu limanlarda lövbər salacaq. Dənizdə də , qu-

ruda da ağalıq edəcək...

Nadir bəy heyrətlə:

– Bizim əcdadların diyarı Əfşəranın qara cövhəri nə 

qərinələr boyu yadlar tamah salıb... – dedi. – O cövhə-

rə sahib olmaq böyük güc, böyük qüdrət deməkdir.

Oılınc xan çiyinlərini çəkdi, elə bil Əfşaran kəlməsi 

onun damarlarından axan qanı Nadirinki qədər coş-

durmurdu. İndi onu ən çox düşündürən Mir Mahmu-

dun gücü, qüdrəti idi. Özü də maraqla, həm də, guya, 

ölkədəki durumdan xəbərsizmiş kimi yenə saymaz-

yana dilləndi: 

– Bəs, İsfahanı üç aya yaxın mühasirədə saxlayan 

bu əfqan Mir Mahmud hardan peyda oldu? Deyirlər 

axı, rus padşahı  məzlum  şahı o quldurdan himayə 

etmək üçün artıq Dərbənddən Gilanacan torpaqları-




131

N A D İ R   Ş A H   Ə F Ş A R

mıza qoşun salıb? Ona qalanda qeyri müsəlmandan 

imdad gözləməkdənsə, osmanlılara meyil etmək, 

yə ni  müsəlmandı deyə Osmanlı sultanından yardım 

istəmək yaxşı olmazdımı? 

Nadir bəyin nüfuzedici nəzərləri ona dikildi: 

– Xan, mən beş il buradan uzaqlarda, əsirlikdə 

ol mu şam, amma qayıdandan sonra bizim el ağsaq-

qalı  Qədirqulu kişinin və Baba Əli bəyin sayəsində 

bir çox hadisələrdən xəbərdar oldum. Məgər sən bu 

məm lə kətdə yaşamırsan? Osmanlılar da, ruslar da 

Səfəvi taxtı-tacının  əldən gedəcəyi bəhanəsiylə öz 

sərhədlərini genişləndirmək niyyətindədirlər. Bir də 

anlamıram, guya, sən Mir Mahmudun ya göydən 

düşdüyünü, yainki yerdən çıxdığını bilməklə bu öl-

kədə nəsə dəyişəcək? 

Qocalı-cavanlı hamının nəzərləri Nadir bəyə di-

kilmişdi. Yaşlı  nəsildən olanların hamısı bilirdi ki, 

Mir Mahmud əvvəllər Qəndəharın kələntəri, sonra-

lar hakimi olmuş Mir Veysin böyük oğludur. Saray 

xadimləri bir zamanlar onu şah Sultan Hüseynə yaxşı 

adam kimi nişan vermişdilər. Baxmayaraq ki, o, ata-

sından sonra Səfəvi  şahı ilə sülh bağladığına görə 

əmisi Mir Abdullanı qətlə yetirmişdi.

1

– Məgər sən onu da bilmirsən ki, bizim Səfəvi səl-



tənətinin nadürüst məmurları şah tərəfindən ona Hü-

seynqulu xan ləqəbi

2

, hələ üstəlik, daş-qaşla bəzənmiş 



bir qılınc da verdirib, Qəndəharın rəsmi hakimi et-

mişdilər?!.

1

 Miladi təqvimlə 1717-ci ildə.



Yəni Şah Sultan Hüseynin qulu.




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə