Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

Yaddaşlarda yaşayacaq 

23 


Bəni-İsraildən bir Hüma bağa gəlir. Ondan soruşub öyrənir 

ki, bəs, filan dəvanı hazırlayıb içsən,  şəfa taparsan. Lakin 

Musa (ə) şəfa tapmır. Zahirən baxanda bunlar bir-birini tək-

zib edən misallardır. Nidainin bütün yaradılmışların Alla-

hın hökmünə, qəzavü qədərə tabe olması faktı ilə yanaşı 

faili-muxtar yaranan insanın əqlinin böyüklüyünü, əsaslığı-

nı, idrakının qüdrətini, təfəkkürünün aliliyini ön plana çək-

məsi onu göstərir ki, müəllifin məqsədi oxucuya sadəcə öz 

fikirlərini qəbul etdirmək deyil, ilahiyyatla təbabətin 

vəhdə-


tini

 dərk etdirməkdir. Müəllif özünün dini görüşləri ilə fəl-

səfi baxışlarının vəhdətində  təbabətdən öyrəndiklərini in-

sanlara çatdırmaq istəyir. Ona görə də hər irəli sürdüyü fi-

kirdən sonra mütləq Alah kəlamına, peyğəmbər (s) sözünə 

müraciət edir. Bütün bunlar isə insanların xeyrinə olaraq 

həm dini əqidənin möhkəmliyini, həm də insan sağlamlığı-

na xidmət edən təbabətin gərəkliliyini sübut üçün müəllif 

tərəfindən olduqca düşünülmüş istiqamətdir. 

Nidai Allah-təalanın həkimləri ayrıca bir varlıq kimi də-

yərləndirdiyini qeyd edərək yazır: “Həq-təala bu elmin əs-

rarını hükəmayə bildirmişdir.” “Bunlar xeyrənnasdır.” “On-

lar insan bədəninə  nə  xəstəlik üz versə, onu aradan qaldı-

rarlar.” və s. Bununla yanaşı müəllifin giley-güzarını görür, 

təəssüfünü hiss edirik: “Zəmanədə təbib az qalmışdır, olan-

lar da padşaha mənsub olub, astana səadətindən bir an iraq 

olmazlar və kənarilərdə təbibə ehtiyacların nəhayəti yokdur 

və vilayət vardır ki, təbib bulmadığından qeyri tibbə müta-

liq bir risalə bulunmaz.” 

“Mənafeünnas” altmış babdan ibarətdir və hər babda hər 

hansı bir xəstəliyin səbəbləri, müalicəsi verilmişdir. Nidai 

yazır: “Əvvəlki bab tərkibi-insanda Həq-təalanın kəmali-

qədərin bəyan edər. Ta ki, sanei-sənətdən istidlal edələr.” 

Yəni, burada Allah-təalanın dörd ünsürdən (od, su, hava, 

torpaq) xəlq etdiyi insan bədənində hansı proseslərin getdi-

yini, nəyin nəyə çevrildiyini, nəyin nəyə uyğun olduğunu 

açıqlayır və insanın anatomik cəhətdən hansı üzvlərdən iba-



Sona Xəyal 

24 


rət olduğunu bildirir. “İkinci bab fisuli-ərbəədə  nə istemal 

edib və nədən etiraz etmək gərək olduğunu bildirər.” Yəni, 

insan orqanizmi üçün nələr sərfəli, nələr gərəksizdir. 

“Üçüncü bab əxlati-miratı bildirər.” Yəni, insan bədənində 

hansı qarışıqlar var və onların fəaliyyəti nədən ibarətdir. 

“Dördüncü bab əza və onun mütəvəllədanın bildirər.” Yəni, 

insanda hansı bədən üzləri vardır və onar nə zaman, nədən 

və necə yaranmışdır. “Beşinci bab insanın yenicə xəlq olub 

vücudə  gəldigin bildirər.” Burada embriologiyadan söhbər 

gedir. Yəni, döllənmədən başlayaraq insan rüşeyminin inki-

şafı göstərilir. Beləcə müəllif girişdə hər babda nədən bəhs 

etdiyini ardıcıl olaraq verir. Elə buradan da məlum olur ki, 

kitabda baş xəstəlikləri və müalicəsi, üz xəstələkləri, səbə-

bi, müalicəsi, burun, qulaq, boğaz, ağız boşluğu, göz, əl, 

ayaq xəstəlikləri, onların səbəbləri və müalicə üsulları, 

müalicədə istifadə olunan dəvalar göstərilir. 

Burada həmçinin daxili xəstəliklər və onların müalicəsi, 

cüzam, sarılıq və s. kimi yoluxucu xəstəliklər və müalicə 

vasitələri, hətta şəkər xəstəliyi, qızdırma və şiş xəstəlikləri 

haqqında məlumatlar və  dəvalar verilmişdir. Qədim üsul-

lardan olan qanalmadan əhatəli şəkildə danışılmış, hətta oğ-

lan uşaqlarının sünnət edilməsi üsulu da göstərilmişdir. 

İnsanın embriologiyası, anatomiyası, fiziologiyası, xarici 

və daxili üzvlərin xəstəlikləri, onların müalicəsi, bədəndə ge-

dən metabolik proseslər, bu proseslərdə  iştirak edən qida 

maddələri (yağlar, zülallar və s.) haqqında danışdıqdan sonra 

Nidai xaricdən qəbul olunan qidalara, dəvalara keçir, dər-

man maddələrindən, xüsusən mərhəmlərdən, bitki və hey-

vanlardan alınan maddələrin tibbi əhəmiyyətindən, hətta 

bədənə lazım olan mənfəətli tiryəkdən və sairdən bəhs edir. 

Dərviş Nidainin bu kitabının digər kitablardan fərqi on-

dadır ki, burada biz ardıcıl, sistemli şəkildə insan, onun za-

hiri, daxili, ona xeyirli və zərərli maddələr, insan orqaniz-

minin həyat fəaliyyəti üçün gərəkli olan şeylərin nədən və 

necə alınması, haradan gəlməsi, bir sözlə mənşəyi, texnolo-



Yaddaşlarda yaşayacaq 

25 


giyası barədə məlumat alırıq. Müəllifin öz qarşısına qoydu-

ğu məqsədə çatdığının şahidi oluruq. Həqiqətən də, bu ki-

tab həkim olmayan bölgələrdə insalara yardım edə bilər. 

Belə ki, insanlar özlərinə lazım olan tibbi müalicəni öyrənə 

və dərman maddələrini hazırlaya bilər və hətta buradan öy-

rəndikləri biliklə xəstəliklərə tutulmamaq üçün əvvəlcədən 

profilaktik tədbirlər görə bilərlər. 

Dərviş Nidai girişdə onu da qeyd edir ki: “Mən bu kitabı 

xalis türk dilində yazdım.” Amma əsərin əvvəlində dil daha 

qəlizdir.  Əvvəldə poetika güclüdür. Əsərin girişi qafiyəli 

səclə verilmişdir, bəlkə  də müəllif onu elə  şeir kimi yaz-

mışdır. Əsər belə başlayır: “Bismillahir-rəhmanir-rəhim. Ey 

həkimi-ləmyəzəli, elmi-hikmətdə kamilü əzəli...” Əlyazma-

lar  İnstitutunda B-1493 şifrəli qovluqda saxlanılan 17x11 

sm ölçülü 8 vərəq həcmində olan daha bir əlyazma da əldə 

etdik ki, bu əlyazma əsərin girişinin əvvəli ilə eynidir, am-

ma burada nəsrlə deyil, nəzmlə yazılmışdır: 

 

Ey həkimü əlimi-ləmyəzəli. 



Elmi-hikmətdə kamilü əzəli. 

Hikmətin bəhri-tülu gövhərxas, 

Neçə loğmanı eylədin qəvvas. 

Sənəti-hikmətdə Əflatun, 

İki əczadan etdi bir məcun... 

 

Şeir hissəsindən sonra ərəbcə ayələr və hədislərlə zəngin 



olan hissə  gəlir. Daha sonra hər babda nələr olduğundan 

danışılır, nəhayət, bablar bir-bir açıqlanır. Getdikcə, əsərin 

dili sadələşməyə başlayır. Əvvəlinci bablarda ərəb-fars söz-

ləri üstünlük təşkil edirdisə, sonralar tərcümə qismən asan-

laşır və  hətta bəzi yerlərdə öz dilində oxuyurmuşsan kimi 

görünür. Bəzən müəllif eyni bir sözün həm fars, həm türk 

variantını verir. Məsələn: “Əgər bu dördi bir bərabər olur-

sə, bədəni-insan daima səhhət üzərə olur və əgər çar ərkan-

dan biri artıq və ya əskik olursə, bədəni-insanə zəlzələ vaqe 

olub xərabə mütəvəccöh olur.” Göründüyü kimi, burada 




Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə