Sona xəyal



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə13/31
tarix08.07.2018
ölçüsü0,83 Mb.
#54631
1   ...   9   10   11   12   13   14   15   16   ...   31

Sona Xəyal 

38 


cələrlə dəyərləndirilə bilər. Bəlkə elə ona görə də ədəbbiy-

yatşünaslığın bir qolu olan ədəbi tənqid öz yerini son illər 

publisistikada qərarlaşdırıb.  

Kitabda müəllifin əsərlərinin təqdimat mərasimlərini əks 

etdirən yazılar da yer alır.  

Hiss olunur ki, hər iki müəllif bu kitabın ərsəyə gəlməsi 

üçün xeyli zəhmət çəkmişlər. Kitaba daxil edilən yazılarda 

Hüsenybala Mirələmovun yaradıcılığı haqqında digər mü-

əlliflərin yazılarından da istifadə etmişlər. Bu da onu göstə-

rir ki, müəlliflər yazıçı haqqında bütün yazılanları mütaliə 

etmişlər. Amma onu da qeyd edim ki, hər iki müəllifin ya-

zılarında çoxlu təkrarlara rast gəlinir. Bu da yəqin ondan 

irəli gəlir ki, məqalələr ayrı-ayrı vaxtlarda yazılıb. Hər hal-

da kitab yazıçının yaradıcılığını öyrənmək baxımından də-

yərli vəsaitdir. 

 

 “Kredo” qəzeti, 31.07.10. 

 

“VAHID ƏLİOĞLUNUN POETİK DÜNYASI” 

 

Vahid  Əlioğlunun bu yaxınlarda çapdan çıxan “Ürək 



yanmasa” kitabı haqqında yazdığım məqaləni redaksiyaya 

apardım. Elə orada Lətif Süleymanlı mənə “Vahid Əlioğlu-

nun poetikası” kitabını verdi. Kitabın redaktoru tanınmış 

jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Daşdəmir 

Əjdəroğlu, rəyçisi filologiya elmləri doktoru Məhərrəm Qa-

sımlıdır. Kitaba filologiya elmləri doktoru Alxan Bayra-

moğlu və Daşdəmir Əjdəroğlu ön söz yazmışlar. Vahid Əli-

oğlunu  şəxsən tanımasam da Lətiflə söhbətlərimizdən və 

sonuncu şeirlər kitabından poetikası ilə tanış olmuşdum. İn-

di də dörd nəfər hörmət bəslədiyim həmkarımın ortaya 

qoyduğu bu kitabı oxumaya bilmədim.  

Lətif Süleymanlı bu monoqrafiyasında Vahid Əlioğlu 

poeziyasında müxtəlif mövzuları ayrı-ayrı yazılarda araşdı-

rıb təqdim etmişdir. “Şair Vahid Əlioğlu nədən və niyə ya-

zır” sualına cavab axtaran müəllif onun “Yazıram”  şeirin-



Yaddaşlarda yaşayacaq 

39 


dən bəhs açır və elə həmin sualın cavabını da burada tapır. 

Şeirin orijinallığını, poetik zənginliyini qeyd edən tədqiqat-

çı Vahid poeziyasının ümumiyyətlə  aşıb-daşan duyğuların 

məhsulu olduğunu vurğulayır. 

“Vahid Əlioğlu yaradıcılığında vətənpərvərliyin tərənnü-

mü” nü ön plana çəkən müəllifin təqdimatı ilə çox razılaşı-

ram. Çünki, bu şairin yaradıcılığında doğrudan da ən güclü 

motiv vətənpərvərlikdir və  mən Vahidin kitabı haqqında 

yazdığım məqalədə ancaq bu cəhəti işıqlandırmışdım, onun 

vətəndaşlığını, yurd təəssübkeşliyini dəyərləndirmişdim. Al-

xan Bayramoğlu da “Dəyərli tədqiqat” adlı yazısında bu cə-

həti qeyd edir: ”Müasir ədəbi prosesdə Vahid Əlioğlunun 

poeziyasının tədqiqat obyekti olması zərurətdən doğur. Çün-

ki, onun istedadı, dünyagörüşü çoxsahəli və çoxpilləlidir. Şai-

rin yaradıcılığında böyüyüb-boya-başa çatdığı Borçalı mühiti-

nin əks-sədası hər misrasında, hər bəndində hiss olunur, diq-

qəti çəkir. Şairin dünyaya göz açdığı Borçalı bütövlükdə yara-

dıcı ziyalıların, aşıq və  şairlərin daha çox seçilən mühitidir. 

Heç  şübhəsiz, Vahid Əlioğlunun bir şair kimi formalaş-

masında Borçalı ədəbi mühitinin əvəzsiz xidməti olub”. 

“Vahid Əlioğlu yaradıcılığında ana obrazı” və “Valideyn-

övlad münasibətlərinin tərənnümü” adlı yazılarda isə müəllif 

xalq deyimlərinə üz tutur. Ana məhəbbətini, övlad sevgisini 

əks etdirən bayatılarımızı yada salır. Daha sonra şairin yara-

dıcılığında yer alan bu mövzudan söz açır. Vahidin “Evimiz 

həmişə analı olsun”, “Evimin ocağı, közüsən, ana!”, “Kaş ana 

laylası susmasın bir an”, “Analar olmasa dağılar cahan” və s. 

misralarını diqqətə çatdıran müəllif ana sevgisinin dəruni bir 

hiss olduğunu, ana adının, ana ləyaqətinin uca tutulmasının 

gərəkliyini qabarıq ştrixlərlə oxucuya çatdırır.  

 

Vahidin şöhrəti-tacı, 

Ağ günümdü ağ saçı. 

Sağ olsun qardaş-bacı. 

Anam düşüb yadıma. 

 



Sona Xəyal 

40 


Burada ataya münasibət də diqqət mərkəzindədir. Şairin 

“Gecə-gündüz nur yağdıqca üzündən, Nur tökülür üzümü-

zə, ay ata!”, “Mənim and yerimsən, qibləğahımsan, Mən 

bunu demirəm üzə, ay ata” kimi misralarından söz açan 

müəllif atanın da övladın həyatında ana kimi rolunun bö-

yüklüyünü bildirir.  

 

Dolmasın qəlbinə nə kədər, nə qəm, 

Əzəldən olmusan haqq ilə həmdəm. 

Mən oğlun Vahidəm, yenə deyirəm, 

Həmişə borcluyam Sizə, ay ata. 

 

Burada oğula ünvanlanan misralar, eləcə  də  nəvələrə 



həsr olunmuş  şeirlər də maraq doğurur. Lətif Süleymanlı 

şairin ailə münasibətlərinin tənzimlənməsində ananın, ata-

nın, övladların, əslindəsə bütün bu insanların bir-birinə olan 

sevgisinin, hörmətinin əsas rol oynadığını ön plana çəkdiyi-

ni oxuculara aydın fikirlərlə çatdırmağa çalışır. Burada mü-

əllif “Dədə Qorqud” dastanından bir epizodu xatırladır: 

 

Sən sağ ol, qadın ana” 

Atam sağ olsun. 

Bir mənim kimi oğlan bulunmazmı olur?.. 

 

Müəllif  şairin oğulluq münasibətini bir qədər də geniş 



mənada götürdüyünü qeyd edərək yazır:”Şairi ilhamlandı-

ran, onu göylərə qaldıran təkcə oğul məhəbbəti, ata sevinci 

deyil, o həm də xeyirxah, humanist insan—vətəndaşdır. 

Cə-


miyyətin

 aparıcı, istedadlı insanlarından, ən başlıcası, nurlu 

ziyalılarından biridir. Məhz buna görə də o, ziyalı mövqeyi 

tutur, ziyalı sözü deyir. Həyatın, zamanın gərdişləri qarşı-

sında əyilmir, sınmır, bəşəri ideyaları hər şeydən uca tutur

subyektiv hisslərini ictimailəşdirə bilir. Artıq o, təkcə öz 

oğluna üz tutmur, bütün mərd oğulları el üçün yanmağa ça-

ğırır, elin, xalqın dar günündə öndə olacaqlarına inanır: 

 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə