Qarabaü mÿtbÿxi
50 ●
Xocavwnd
Sulu wrişdw
Tərkibi:
Un – 600 qr.
Maş lobya – 250 qr.
Soğan – 200 qr.
Alça qurusu – 100 qr.
Quru nanə – 40 qr.
Əvəlik – 40 qr.
Yağ – 400 qr.
Duz, istiot
Hazırlanması:
Əvvəlcədən yoğrulmuş xəmir kündələnir və xırda əriştələr kəsilir. Lobya
qaynadılır və hazır saxlanılır. Yağda qovrulmuş soğanın üzərinə su tökülür,
qaynar suya əriştə, lobya, alça turşusu və qurudulmuş nanə əlavə edilir. Hazır
olduqdan sonra süfrəyə sarımsaq qatıqla verilir.
Nəticə
Əriştənin hazırlanması Xocalı və Şuşa rayonlarında demək olar ki eyni
cürdür. Xocalı rayonundan fərqli olaraq, Şuşa rayonunda əriştəyə ət
suyu və
nanə əlavə edilir. Xocavənd rayonunda bişirilən əriştənin fərqi ondan ibarətdir
ki, burada maş lobyadan, alça qurusundan, əvəlikdən
istifadə olunur və süfrəyə
sarımsaqlı qatıqla verilir.
Zwngilan
Unlu umac
Tərkibi:_Un_–_500_qr._Yumurta_–_1_ədəd._Soğan_–_150_qr._Yağ_–_30_qr._Turşu_–_50_qr._Göyərti_Əvəlik_–_80_qr._Duz.__Hazırlanması'>Tərkibi:
Qara un – 200 qr.
Su – 1 lt.
Soğan – 1 ədəd.
Ərinmiş yağ – 100 qr.
Duz, istiot, sarıkök.
Qarabaü mÿtbÿxi
52 ●
Hazırlanması:
Əvəlik qurusunun üzərinə qaynar su tökülüb islanmaq üçün kənara qoyulur.
Narın doğranmış soğan yağda qovrularaq üzərinə su əlavə olunur. Qaynayan
suya islanmış əvəlik, duz, istiot, lavaş əlavə edilərək qaynadılır. Unu yumurta,
duz və su ilə ovuşduraraq umac hazırlanır. Hazır kütlə ələkdə ələnərək artıq
unlardan təmizlənir. Umacı aramsız qarışdırmaq şərti ilə qaynayan işgənəyə
töküb hazır olunca bişirmək lazımdır.
Xocavwnd
Südlü umac
Tərkibi:
Süd – 1 lt.
Su – 500 qr.
Umac – 400 qr.
Şəkər tozu – 200 qr.
Duz
Hazırlanması:
Qaynadılmış südə su əlavə edilir. Əvvəlcədən hazırlanmış umac süd bişəndə
qazana tökülür. 10 dəqiqə qaynadıqdan sonra duz əlavə edilərək götürülür.
Nəticə
Unlu umac Zəngilan və Şuşa rayonlarında demək olar ki eyni cür hazır-
lanır. Umacın hazırlanmasında fərq ondadır ki,
Zəngilanda unun üzərinə su
çilənir, istiot, sarıkök əlavə olunur, Şuşada isə yumurta ilə ovulur, əvəlik vu-
rulur, bişənə yaxın turşu və göyərti vurulur. Laçın rayonundakı fərq isə umaca
lavaş əlavə olunmasıdır. Xocəvənd rayonundakı fərq isə umacın südlə hazır-
lanmasıdır.
2. ßsas yemÿklÿr
● 53
2. ßsas yemÿklÿr
2.1 Dolmalar
Cwbrayıl
Badımcan dolması
Tərkibi:
Qoyun əti qiyməsi – 400 qr.
Düyü – 40 qr.
Badımcan – 1 kq.
Soğan – 300 qr.
Reyhan – 2 dəstə
Qatıq – 200 qr.
Sarımsaq – 15 qr.
Yağ – 100 qr.
Duz,
istiot zövqə görə
Hazırlanması:
Dolma üçün tünd rəngli badımcanlar seçilir, saplaq tərəfləri kəsilib atılır və
ortasından uzununa kəsilərək toxumlardan təmizlənir. Badımcanlar qaynayan
duzlu suya salınır, daha sonra badımcanların suyu ehtiyatla sıxılır. Soyumuş
badımcanların hər biri yağda azacıq qızardılır. Ətin qiyməsi çəkilmiş soğanla
qarışdırılır, doğranmış göyərti əlavə olunub badımcanların içinə doldurulub
qazana düzülür, az miqdarda su tökülür və ağzı bağlı qabda bişirilir. Süfrəyə
yanında sarımsaqlı və ya sarımsaqsız qatıqla verilir.
Qarabaü mÿtbÿxi
54 ●
Xocavwnd
Badımcan dolması
Тяркиби:
Badımcan – 500 qr.
Bibər – 500 qr.
Pomidor – 500 qr.
Yağlı qoyun əti – 1 kq.
Baş soğan – 200 qr.
Noxud – 150 qr.
Keşniş – 1 dəstə
Duz, istiot
Hazırlanması:
Əvvəlcədən təmizlənmiş badımcanın, bibərin, pomidorun içərisinə yağda
qovurulmuş çəkilmiş ət (ətin içərisinə duz, istiot, noxud, keşniş, reyhan vu-
rulur) doldurulur. Sonra qazana yığılaraq üzərinə 1 stəkan su əlavə edilərək
30 dəqiqə vam odda bişirilir.
Ağdam
Badımcan dolması
Tərkibi:
Çəkilmiş yağlı qoyun əti – 1 kq.
Badımcan – 6 ədəd.
Pomidor – 6 ədəd.
Şirin bibər – 6 ədəd.
Soğan – 400 qr.
Yağ – 200 qr.
Noxud – 200 qr.
Reyhan – 30 qr.
Duz, istiot