Son 150 IL ərzində Azərbaycanın neft sənayesi daim inkişaf etmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/60
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#36952
1   ...   9   10   11   12   13   14   15   16   ...   60

 
             
 
 
qazıma  baltasına  veriləcək  oxboyu  yükün  hesabına  alınır. 
Baltaya  fırlanma  hərəkəti  isə  quyu  ağzında  yerləşən  rotor 
vasitəsilə  və  ya  quyu  dibində  yerləşən  turbin,  yaxud  elektrik 
qazıyıcısı vasitəsilə verilir. 
Quyuların  qazılmasında  əsasən  üç  növ  balta  tətbiq 
edilir. 
1.
 
Quyudibi süxurların  təmamilə  qazılması  prosesində 
işlədilən pərli (tiyəli), şaroşkalı və almazlı baltalar. 
2.
 
Yatağın və yerin təkinin geoloji kəsilişini öyrənmək 
məqsədilə işlədilən sütuncuqlu baltalar.  
3.
 
Xüsusi məqsədlər üçün işlədilən baltalar. 
Quyuların  tez  və  keyfiyyətlə  qazılması,  müxtəlif 
xasslərə  malik  süxurları  müvəffəqiyyətlə  qazımaqdan,  balta 
tipinin  düzgün  seçilməsindən,  rejim  parametrlərinin  optimal 
qiymətlər  həddində  saxlanmasından,  geoloji-texniki  tapşırıq 
tələblərinin  ciddi  surətdə  yerinə  yetirilməsindən  və  qazıma 
briqadası üzvlərinin peşə ixtisası səviyyəsindən çox asılıdır. 
Buradan  aydın  olur  ki,  müxtəlif  fiziki  və  mexaniki 
xassələrə  malik  süxurları  dağıtmaq  üçün  istifadə  edilən 
süxurdağıdıcı  alətlər  də  müxtəlif  quruluşlara  malik  olmalıdır-
lar. Məsələn şaroşkalı baltalar bir-birindən diametrləri, şaroşka 
dayaqları  dişlərinin  addımı,  hündürlüyü,  sayı,  dişlərin 
yerləşdiyi  cərgələrin  sayı,  şaroşka  oxlarının  balta  oxuna 
nəzərən  yerləşməsi,  şaroşkaların  sayı,  yuma  dəliklərinin  quyu 
dibindən  məsafəsi,  forması,  diametri,  hansı  materialdan 
hazırlandıqları və s. cəhətdən fərqlənirlər. Bu deyilənlər başqa 
tip baltalara da aiddir. 
Kəsici  tipli  baltalar  isə  diametrləri,  pərlərinin  sayı, 
forması, qalınlığı, yuma dəliklərinin yerləşmə məsafəsi, kəsmə 
və  itilənmə  bucaqları,  adi  və  ya  pilləli  pərlərinin  olması  və  s. 
cəhətləri ilə fərqlənirlər. Odur ki, qazılacaq interval üçün balta 
tipinin 
düzgün  seçilməsi  qazımanın  texniki  –iqtisadi 
göstəricilərini yüksəltmək üçün çox vacibdir. 
 


 
             
 
 
4.1. Pərli və ya tiyəli baltalar 
 
Pərli baltalar fırlanma üsulu ilə qazımada tətbiq edilən 
ən sadə quruluşlu baltalardır. Bu baltalardan əsasən yumşaq və 
orta  bərklikli  süxurları  qazımaq  üçün  istifadə  edilir.  Belə  tip 
baltalar əsasən ikipərli və üçpərli buraxılır.  
İkipərli baltaların (2P) diametri 76

161mm-ə qədər olur 
və  adi  yuma  dəliklərinə  malikdirlər  (şəkil  4.1.).  Bu  baltalar 
gövdədən və iki ədəd tiyədən ibarət olaraq, ştamplanmış bütöv 
şəkildə hazırlanır. 
Üçpərli  adi  baltalar  (3P)  (şəkil  4.2)  və  hidromonitor 
(3PH)  (şəkil  4.3)  yuma  dəlikləri  olan  şəkildə  istehsal 
edilirlər.Bu  baltalar  118

445mm  diametrlərdə  hazırlanır.  Adi 
yuma  dəliyi  olan  baltalarda  maye  seli  bilavasitə  tiyə  üzərinə 
axdığı  halda,  hidromonitor  baltalarda  maye  seli  60-100m/san 
sürətlə  quyu  dibində  doğranacaq  süxur  parçalarına  1,5
0
  bucaq 
altında  istiqamətləndirilir.  Hidromonitor  effekt  əldə  etmək 
məqsədilə  bu  baltaların  yuma  dəliyinə  kiçik  diametrli  saxsı 
borucuqlar  geydirilir.  Bu  borucuqlar  abrazivliyə  davamlı 
möhkəm materialdan hazırlanır. 
Çoxtiyəli  sürtücü-kəsici  tipli  baltalar  (SKB)  bərkliyi 
tez-tez  dəyişən  təbəqələrdən  ibarət  laylarda  tətbiq  edilir.Bu 
baltalar diametrləri 76

269mm-ə qədər olan adi yuma dəliyi ilə 
(SKB) və hidromonitor yuma dəliyi ilə (HSKB) hazırlanır. Bu 
tip  baltalar  əsasən  gövdədən  və  ona  qaynaq  edilmiş  6  ədəd 
tiyədən  ibarətdir.  Bunlardan  üçü  normal  hündürlükdə,  üçü  isə 
qısaldılmış  ölçüdə  olur.  Qısa  pərlərin  hər  biri  iki  normal  pər 
arasında yerləşdirilir.  
 


 
             
 
 
 
 
 
 
Şəkil 4.1. İkipərli balta 
 
 


 
             
 
 
 a 
 
 
 
 b 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4.2. Üçpərli balta 
a)- adi yuma dəlikli (3P); b)-hidromanitor tipli yuma deşikli (3PH) 
 
 
  
 
 
  
 görünüş A 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Шякил 4.3. Алтыпярли сцхурлара сцртцняряк кясян 
щидромонитор тип балта(6СК) 
1-
 
 эювдя;2-кипляшдириъи щалга;3-болт; 
2-
 
4-шайба;5-байанет шайбасы;6-
кечирмя(насадка); 
3-
 
7-мил(штыр);8-пяр; 9-эюдялдилмиш пяр 


 
             
 
 
 
 
Pərli  baltalar  qazıma 
məhlulunun  hidravliki  gücü 
hesabına işləyən mühərriklər və 
elektrik  mühərrikləri  ilə  qazı-
mada  istifadə  olunmur.  Çünki 
bunlarla 
qazımada 
böyük 
fırladıcı moment tələb olunur.
 
 
Pərli  baltalardan  ən 
geniş  yayılmışı  balıq  quyruğu 
(BQ)  tipli  baltalardır.  Bu  bal-
talar əsasən quyuların başlanğıc 
diametrini 
qazımaq 
üçün 
istifadə  olunur.  Bu  tip  baltalar 
420 

640  mm  diametrlərdə 
hazırlanır (şəkil 4.4.).  
 
 
 
 
 
4.2. Şaroşkalı baltalar 
 
Neft  və  qaz  quyularının  qazılmasında  şaroşkalı 
baltalardan  geniş  istifadə  olunur.  Şaroşkalı  baltaların  yastıq 
üzərində  oturdulmuş  konus,  kürə  və  yaxud  silindr  şəkilli 
şaroşkaları olur. 
Şaroşka – konus, kürə, ya da silindr formada və üzərin-
də həndəsi profillə yonulmuş dişləri olan balta elementlərindən 
biridir.  Balta  öz  oxu  ətrafında  fırlandıqda  şaroşkalar  da  quyu 
dibinin  üzəri  ilə  öz  oxları  ətrafında  dolanaraq  balta  oxuna 
nəzərən  mürəkkəb  hərəkət  edir.  Bu  zaman  şaroşkaların  dişləri 
quyudibi  süxura  zərbələr  endirərək  onu  ya  doğrayır,  ya  da 
doğrayıb qoparır. 
 Шякил 4.4.БГ-
балыггуйруьу тип  
 балтанын ишчи сятщинин 
формасы. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə