30
1.3. Milet məktəbi
Mifoloji və dini dünyagörüşlərindən fərqli ola-
raq fəlsəfi dünyagörüşü daha çox sağlam düşüncənin,
intellektual fəaliyyətin, təhlilin üzərində qurulmuşdur. Belə
olduqda xalq arasında yayılmış miflərə, əsatir və rəva-
yətlərə, sağlam düşüncəyə, məntiqə və həqiqətə uyuşan
yorumlar verilmiş və bununla da cəmiyyətdə oturuşmuş
ənənələr dəyişkən dünyaya uyğunlaşdırılmışdır.
Milet fəlsəfi məktəbi qədim yunan fəlsəfi məktəblərinin
ilki olmuşdur. Milet şəhəri (yun. Μίλητος) müasir
Türkiyənin Qərbində, Ege dənizinin sahilində yerləşirdi.
Bu məktəbi təmsil edən filosoflar ilk dəfə dini inanc və
əsatirlərdə olan kosmoqonik
28
və kosmoloji baxışlara elmi
praktiki yöndən baxmağa başlamışdılar. Onlar üçün
bütün bunlar artıq inanc və adətlər deyil, araşdırma
obyekti olmuşdur. Məhz ona görə də, miletlilər müasir
fizika, astronomiya, meteorologiya, biologiya, coğrafiya və
başqa elmlərin təməllərini qoymuşdular.
Milet filosoflarının irəli sürdüyü ilk problem
ontologiya
29
olmuşdur. Bu da təbiidir, çünki düşüncə
fəaliyyəti birinci növbədə varlıq probleminə yönəlir. On-
dan isə müxtəlif məsələlər ortaya çıxır. Məhz bu ba-
xımdan, ilk filosoflar dünyanın yaranması probleminə
önəm vermiş, bununla bağlı anlayışların tərifini və an-
lamını izah etməyə çalışmışdırlar. Beləliklə, bu filosofların
28
Kosmoqoniya – dünyanın yaranması haqqında nəzəriyyələrdir.
29
Ontologiya – varlıq haqqında təlimdir.
31
fəaliyyətləri nəticəsində mif və onun əsasında formalaşan
dinə baxış bucağı dəyişmişdir.
Milet filosofları hesab edirdilər ki, dünyanın və var-
lığın başlanğıcında müəyyən bir ilk maddə durur. Onlar, bu
ilk maddənin nə olduğu haqqında düşüncələrini də irəli
sürmüşdülər. Çünki, ətrafda olan müxtəlifliyə baxmayaraq,
dünya bir tamlıq və vahidlik durumundadır. Ona görə də,
dünyanın bir başlanğıcı olmalıdır. Ancaq bu filosoflar
dünyanın yaradılışı məsələsində yaradıcı Tanrı haqqında
heç nə demirdilər. Çünki onlar hesab edirdilər ki, dünyanın
əsasında yaradıcı qüvvə deyil, maddi ünsürlər durur.
Tanrılar və insanlar isə artıq var olan materiyadan hər şeyi
yaradırlar. Məhz bu baxımdan da Milet filosofları ilk maddə
haqqında fərqli fikirlər irəli sürmüşdülər. Onu da qeyd
etmək lazımdır ki, dünyanın əsasında hansısa maddənin
durması haqqında rəvayətlərə Misir və Babil mifologi-
yasında da rast gəlmək müm-kündür. Ancaq, miletlilər bu
kimi mifoloji təsəvvürlərə fəlsəfi baxımdan yanaşmağa
başlamışdılar.
Eyni zamanda qeyd olunmalıdır ki. miletlilər dün-
yanın yermərkəzçi (geosentrik) quruluşu haqqında qədim
təsəvvürlərə fəlsəfi baxımdan yanaşırdılar. Bu baxımdan
onlar hesab edirdilər ki, yer kainatın mərkəzində durur.
Yerin kainatın mərkəzində durması inancı dünya elmində
orta əsrlərin sonlarına qədər hakim olmuşdur. Yalnız
Renessans
30
dövründə bu inanc şübhə altına alınmış, daha
sonra isə iflasa uğramışdır.
30
Renessans (fransızca renaissance – dirçəlmə) Avropanın inkişafında
müstəsna rol oynayan, antik zamanların nailiyyətlərinin dirçəlməsi ilə
müşayiət edilən və orta əsrləri əvəz edən bir tarixi dövrdür.
32
Bundan başqa miletlilər canlı aləmin yaradılışı haq-
qında ilk elmi nəzəriyyələr irəli sürmüşdülər. Bu nəzəriy-
yələrdə canlıların təkamül nəticəsində formalaşması ehti-
mallarına da rast gəlinir.
Milet fəlsəfi məktəbinin fəaliyyətinə miladdan öncə V
yüzillikdə son qoyulmuşdur. O zaman Milet şəhəri Əhə-
mənilər tərəfindən ələ keçirilmişdir. Buna baxmayaraq
onların təlimi başqa yunan şəhərlərinə yayılmış və inkişaf
etmişdir.
Milet məktəbinin birinci filosofu Fales (yun. Θαλής,
təxminən m. ö. 640 – 548) olmuşdur. O öz dövrünün ən bi-
likli adamlarından biri hesab edilirdi. Fales bir çox
ölkələrə səfərlər etmiş, öz dünyagörüşünü genişləndir-
mişdir. Buna görə də o, öz biliklərinin əsasında dünyanın
yaranması və quruluşu haqqında düşüncələrini irəli sürə
bilmişdir.
Falesin fikrincə, varlıq sudan yaranmışdır (3, 15). Bu
iddiaya qədim Misir miflərində də rast gəlinir. Ona görə
də tədqiqatçılar hesab edirlər ki, Fales qədim Meso-
potamiya və Misir dünyagörüşü və elmindən geniş
istifadə etmişdir.
Falesin fikrincə yer yastıdır və suyun üzərində durur
(2, 8), o hər tərəfdən su ilə əhatələnmişdir. Kainatda hər
şey suyun buxarlanmasından yaranır. Suyun və ondan
yaranan şeylərin həyatverici ruhu vardır, onlar ölü
deyildirlər (3, 15). Bunu əsaslandırmaq üçün Fales maq-
nitin dəmiri özünə doğru çəkməsini örnək kimi göstərirdi
(1, 17). Bu fikir sonralar hilozoizm (maddi aləmin canlı
olması) adlandırılmışdır.
33
Fales ilk dəfə olaraq ay işığının əslində günəş şüa-
larının yansıması (əks olunması) olduğunu iddia etmişdir.
O həm də, günəşin tutulmasının səbəbi kimi ayın onun
qabağına keçməsini göstərmişdir. O, həndəsə elmində
“Fales teoremi” adlanan qanunauyğunluğu kəşf etmişdir.
Milet
məktəbinin
ikinci
tanınmış
filosofu
Anaksimander (yun. Ἀναξίμανδρος, təxminən m. ö. 610 –
547) olmuşdur. O, dünyanın yaranması və quruluşu
haqqında fikirlərini “Təbiət haqqında” (yun. Περί
φύσεως) adlı kitabında açıqlamışdır. Bu kitab yunanların
ilk elmi kitabı hesab edilir. Ancaq günümüzə onun yalnız
bəzi fraqmentləri gəlib çatmışdır.
Anaksimander də öz dönəminin ən bilikli adam-
larımdan biri olmuşdur. O ilk dəfə “qanun” anlayışını
cəmiyyətə deyil, həm də elmə və təbiətə aid etmişdir (6,
15). O, Yunanıstanda ilk dəfə olaraq günəş saatını kəşf
etmiş, həm də günümüzə çatmayan dünya xəritəsini
çəkmişdir.
Anaksimanderə görə yer kainatın mərkəzində yer-
ləşir, silindr formasındadır və bir sütuna bənzəyir. Onu
hər tərəfdən od bürüyür. Hər şey “apeiron” (yun.
απειρον) adlanan ilk maddədən yaranmışdır (7, 26). O da
özündə bütün varlığın əsaslarını birləşdirir. Bu baxımdan,
kainat canlıya bənzər varlıqdır. O yaranır, yaşayır, sonra
yenidən yaranmaq üçün məhv olur. Sonda isə hər şey
yenidən “apeirona” qayıdır.
Onun fikrincə həyat dənizdən başlamışdır (7, 26).
Sonra təkamül nəticəsində bütün canlılar yaranmışdır. İlk
olaraq sudan iynə dərili heyvanlar əmələ gəlmiş, sonra
onlar lildən çıxaraq iynələrini itirmişdir. İnsan isə çox zəif
Dostları ilə paylaş: |