siyasi partiyaların digər kütəvi təşkilatlardan fərqləndirən bir neçə cəhəti də göstərmək lazımdır.
Birincisi,siyasi partiyalar siyasi hakimiyyət uğrunda mübarizə aparan yeganə yeganə kütləvi təşkilatlardır.
İkincisi,Siyasi partiyaalrda üzvlük ancaq maraqdan irəli gəlir
Üçüncüsü,siyasi partiyalar öz üzvləri vasitəsilə kütləvi təşkilatlar yarada bilirlərsə də, əskinə mümkün deyil
Dördüncüsü,müxtəlif sahələrdə fəaliyyət göstərən kütləvi təşkilatların proqramları və onların yerinə yetirmə mexanizmləri demək olar ki eynidirsə,siyasi partiyalarda bu şrt qəbuledilməzdir.Eyni zamanda bir çox hallarda bir sahə üzrə bir kütləvi təşkilat fəaliyyət göstərməsi normal hesab ediilir(məsələn,veteranlar təşkilatı,yaradıcı təşkilatlar,tarixi abidələrin qorunması təşkliatı).
Siyasi partiyaların yaranma tarixini,mahiyyətini,məqsədini və funskiyalarını araşdırdıqda və ona verilən tərifləri nəzərdən keçirdikdən sonra aşağıdakı tərifi vermək məqsədə uyğundur
Siyasi partiya – ideologiyasına və məqsədlərinə görə, siyasi nüfuzuna uyğun olaraq cəmiyyətin bütövlükdə və ya müəyyən sosial qrupların mənafeyini ifadə edərək, dövlət hakimiyyətində təmsil olunmaq uğrunda qanuni şəkildə mübarizə aparan və tərəfdarlarını siyasi cəhətcə sosiallaşdıran, xüsusi təçkilati intizama və iyerarxik struktura malik olaraq vətəndaşlaırn daimi fəaliyyətdə olan könüllü birliyidi.16
Dostları ilə paylaş: |