Sillabus azərbaycan universiteti


Mövzular Tədris olunacaq mövzunun qısa planı



Yüklə 223,04 Kb.
səhifə5/11
tarix27.12.2023
ölçüsü223,04 Kb.
#162861
1   2   3   4   5   6   7   8   9   10   11
180 AZƏRBAYCAN SİYASİ TƏLİMLƏR TARİXİ SİLLABUS (1) (2)

    Bu səhifədəki naviqasiya:
  • Tarix
Mövzular

Tədris olunacaq mövzunun qısa planı

Təlim nəticəsi

Qiymətləndirmə metodologiyası

Saat

Tarix

1

Azərbaycan siyasi təlimlər tarixi fənninin predmet

Azərbaycan siyasi təlimlər tarixi fənninin predmeti və tədqiqat sahəsi. Azərbaycan siyasi təlimlər tarixinin dövrləşdirilməsi və mərhələləri.Bu elmi istiqamətin digər humanitar və ictimai elmlərlə əlaqəsi.

T1, T2, T3, T4, T5

Mühazirə

2



15.09.23

2

Azərbaycanda qədim dövrdə ictimai-siyasi fikir və ideyalar

Azərbaycanda şifahi xalq yaradıcılığında sosial siyasi ideyaların yaranması.”Avesta” və “Kitabi Dədə-Qorqud” dastanında ictimai-siyasi baxışlar. Azərbaycanın ilk dövlət qurumlarında ictimai-siyasi ideyalar.

T1, T2, T3, T4, T5, T6

Mühazirə

2

22.09.23



3

Azərbaycanda islama qədərki dövrdə ictimai fəlsəfi və siyasi fikir və baxışlar

Azərbaycanda islama qədərki dövrdə ictimai-siyasi ideyalar. Mani və məzdəkilər təliminin sosial-siyasi mahiyyəti. Albaniyada xristianlığın yayılmasə və onun cəmiyyətin ictimai- siyasi həyatında rolu.

T1, T2, T3, T4, T5, T6

Mühazirə

2



29.09.23



4

Azərbaycanda
İslamın yayılması dövrünə təsadüf edən ictimai-siyasi təlim və ideyalar(VII-X)

VII-X ə.ə. Azərbaycanda yaranmış ictimai-siyasi şərait. Quranın ictimai-siyasi mahiyyəti. İslam dinində yaranan ictimai- siyasi təlimlər. Mötəzililik, mütəkəllimlər, ismaililik,sufizm, “Saflıq qardaşları və vəfa munisləri” təşkilatının ictimai-siyasi mahiyyəti və fəaliyyəti. Azərbaycanda pavlikian hərəkatı. Xürrəmilər hərəkatının ictimai- siyasi ideyaları. Azərbaycan xalqının yaranması və formalaşmasş.

T1, T3, T4, T5, T6, T7

Mühazirə

2



6.10.23



5

Orta əsrlərdə Azərbaycanda ictimai-siyasi baxışların təşəkkülü və inkişaf (XI-XIV)

Azərbaycanda XI-XII ə.ə. ictimai-siyasi təlimlər.Eynəlqüzat Miyanəçinin baxışlarında insan azadlığı ideyası. Əfzələddin Xəqani Şirvaninin və Nizami Gəncəvinin ictimai-siyasi dünyagörüşü və ideyaları.Əvhədi Marağayinin siyasi dünyagörüşü.XII-XIV ə.ə.Azərbaycanın hüquqşünas və filosoflarının ictimai-siyasi dünyagörüşləri.

T1, T3, T4, T5, T6, T7

Mühazirə

2



13.10.23



6

XV-XVIII ə.ə. Azərbaycanda siyasi ideyaların səciyyəvi cəhət və xüsusiyyətləri


XV-XVI ə.ə. Azərbaycanda ictimai-siyasi tərəqqi,elm,incəsənət və ədəbiyyatın inkişafı. Hürufiliyin ictimai-siyasi mahiyyəti.Fəzlullah Nəimi və İmadəddin Nəsiminin baxışlarında humanizm.Şah İsmayıl Xətainin yaradıcılığında dövlətçiliklə bağlı baxışlar.

T1, T3, T4, T5, T6, T7

Mühazirə

2

20.10.23

7

Azərbaycanda maarifçilik dövrü və onu əks etdirən ictimai-siyasi ideya və baxışlar (XIX)

XIX əsrin birinci yarısında Azərbaycanın ictimai-siyasi fikrin inkişafına maarifçiliyin təsiri. Mirzə Cəfər Topçubaşovun və Abbasqulu ağa Bakıxanovun ictimai-siyasi baxışları.Mirzə Şəfi Vazeh və Mirzə Kazım bəyin siyasi görüşləri.İsmayıl bəy Qutqaşınlının maarifçilik dünyagörüşü.Mirzə Fətəli Axundovun sosial-siyasi baxışları.Şeyx Cəmaləddin Əfqaninin maarifçilik və demokratik islahatçılıq fəaliyyəti.Həsən bəy Zərdabinin sosial-siyasi baxışları.

T1, T3, T4, T5, T6, T7, T8

Mühazirə

2



27.10.23

8

XIX əsrin sonu–XXəsrin əvvəllərində Azərbaycanda sosial-fəlsəfi və siyasi fikrin əsas amilləri

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda sosial fəlsəfi fikrin formalaşmasında milli burjuaziyanın və ziyalıların rolu. “Füyuzat” və “Molla Nəsrəddin” jurnallarının milli-siyasi oyanışa təsiri. XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi fikrinə türkçülük və islamçılığın təsiri.Ə.Hüseynzadənin baxışlarinda türkçülük,islamçılıq və müasirlik.Ə.Ağayevin (Ağaoğlu) ictimai-siyasi baxışları.

T1,T5,
T2,T6

Mühazirə

2



3.11.23

9

XX əsrin əvvəlləri və Azərbaycan Xalq Cümhuriyyəti dövründə sosial-siyasi fikir

.XX əsrin əvvəllərində ictimai təşkilatların və siyasi partiyaların formalaşması.Azərbaycan Xalq Cümhuriyyəti dövründə ictimai-siyasi fikir.1918-ci ildə Azərbaycanın dövlətçiliyinin bərpasından sonra ictimai siyasi şərait.AXC Parlament və hökümətinin elm,təhsil, mədəniyyət və demokratik cəmiyyət quruculuğu sahəsində gördüyü işlər.

T1,T2,
T3,T5,
T6



Mühazirə

2



10.11.23

10

Azərbaycan Xalq Cümhuriyyəti qurucularının ictimai-siyasi baxışları

.Məhəmməd Əmin Rəsulzadə,Əlimərdan bəy Topçubaşov,Fətəli xan Xoyski,Nəsib bəy Yusifbəyli,Mirzə Bala Məmmədzadə,Üzeyir bəy Hacıbəyli,Ceyhun bəy Hacıbəylinin ictimai-siyasi baxışları və fəaliyyəti.

T1,T2,
T3,T4,
T5,T6

Mühazirə

2

17.11.23

11

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı dövrdə ictimai-siyasi fikir

AXC-nin süqutundan sonra Sovet rejiminə qarşı müqavimət hərəkatı AXC-nin süqutundan sonra bolşevizmə qarşı mübarizədə siyasi təşkilatların gizli fəaliyyəti.AXC-nin süqutundan sonra mühacirətdə olan liderlərin siyasi fəaliyyəti AXC-i qurucularının mühacirət mətbuatında siyasi fəaliyyəti.




Mühazirə

2



24.11.23

12

XX əsrin birinci yarısında Cənubi Azərbaycanda milli-azadlıq hərəkatı və ictimai-siyasi fikir

XX əsrin birinci yarısında Cənubi Azərbaycanın ictimai-siyasi fikir tarixində milli-azadlıq mübarizəsinin başlıca yer tutması.Səttar xanın başçılığı ilə Təbriz milli-azadlıq hərəkatının Cənubi Azərbaycanda xalqın ictimai-siyasi fikrinə təsiri.Şeyx Məhəmməd Xiyabaninin ictimai-siyasi baxışları və azadlıq ideyaları.Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaradılan Cənubi Azərbaycan Milli Hökümətinin sosial-siyasi və mədəni quruculuq işləri.

T1,T2,
T3,T4,
T5,T6,



Mühazirə

2



1.12.23

13

Sovet hakimiyyəti dövründə Azərbaycanda ictimai-siyasi fikir

Azərbaycanda Sovet hakimiyyəti illərində ictimai-siyasi fikrin marksizm-leninizm təliminin təsiri altında inkişafı.Sovet hakimiyyəti dövründə Azərbaycanın fəlsəfi və ictimai-siyasi fikir tarixinə aid yazılmış müxtəlif tədqiqat əsərləri.XX əsrin sonlarında totalitar rejimin iflası,kommunist ideologiyasının süqutu və müstəqillik uğrunda mübarizə şəraitində ictimai-siyasi fikirdə oyanış.1991-ci ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin ictimai-siyasi əhəmiyyəti.

T1,T2,
T3,T4,
T5,T6

Mühazirə

2

8.12.23

14

XX əsrin sonlarında Şimali Azərbaycanda müstəqillik və dövlətçiliyin bərpasından sonrakı dövrdə ictimai-siyasi fikir

XX əsrin sonlarında Azərbaycanda ictimai-siyasi şərait.AR-da ideoloji və siyasi plyuralizm şəraitində müxtəlif ictimai-siyasi baxışların meydana gəlməsi və çoxpartiyalılıq.Müstəqilliyin bərpasından sonrakı dövrdə Azərbaycanın ictimai-siyasi fikir tarixi ilə bağlı dərc olunmuş tədqiqat əsərləri.Azərbaycan dövlətinin multikulturalizm və tolerantlıq siyasəti.

T1,T2,
T3,T4,
T4,T5

Mühazirə

2

15.12.23

15

Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanın ictimai-siyasi fikir tarixində rolu və əhəmiyyəti

.Ümummilli lider Heydər Əliyevin ikinci hakimiyyəti dövründə dövlət quruculuğu və islahatçılıq fəaliyyəti.Azərbaycanda hüquqi dövlətin və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində və inkişaf etdirilməsində Prezident İlham Əliyevin islahatçılıq fəaliyyəti.

T1,T2,
T3,T4,
T5

Mühazirə

2

22.12.23






Yüklə 223,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə