Sillabus azərbaycan universiteti



Yüklə 223,04 Kb.
səhifə1/11
tarix27.12.2023
ölçüsü223,04 Kb.
#162861
  1   2   3   4   5   6   7   8   9   10   11
180 AZƏRBAYCAN SİYASİ TƏLİMLƏR TARİXİ SİLLABUS (1) (2)







SİLLABUS
AZƏRBAYCAN UNIVERSITETI

Sənədin №:

AU-KT-SB-01

Yayım tarixi:

01.04.2022

Reviziya № :

0

Səhifə:

/






AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN UNİVERSİTETİ
SİYASİ ELMLƏR KAFEDRASI



Politologiya” ixtisasının


bakalavr hazırlığı üçün
Azərbaycanın siyasi təlimlər tarixi” fənni üzrə


SİLLABUS


BAKI-2023
Azərbaycanın siyasi təlimlər tarixi” fənni üzrə sillabus Azərbaycan Universitetinin “Siyasi elmlər” kafedrasının ümumi iclasında müzakirə olunmuş və təsdiqi məsləhət bilinmişdir.


Kafedra müdiri: s.e.ü.f.d E.B.Talışinski


Rəsmi təsdiq : pr № 1, 11\09\2023


Təsdiq edirəm:________________
Sillabus payız semestri üçün nəzərdə tutulub. 15.09.2023-29.12.2023
Fənn müəllimi: dos. Rauf Səmədov

1.Fənn haqqında məlumat:



Fənnin kodu və adı

İPF-B10 Azərbaycanın siyasi təlimlər tarixi

Fənnin tədris olunduğu ixtisasın (ixtisaslaşmanın) kodu və adı

050210 Politologiya

Təhsil səviyyəsi

Bakalavr

Fənnin tədris olunduğu fakültə

Humanitar fənlər

Tədris olunduğu dil

Azərbaycan

Prerekvizit/Korrekvizit

Yoxdur



2. Fənni tədris edən müəllim haqqında məlumat:



Soyadı, adı, atasının adı

Səmədov Rauf Nabil oğlu

Elmi dərəcəsi və elmi adı

f.ü.f.d. dosent

İş stajı

36 il

Əlaqə telefonları (ev, iş, mobil)

055 5779233

Elektron ünvanı

rauf59.59@mail.ru


  1. Fənnin tədrisinə ayrılmış kreditlər və saatlar




Tədris ili

2023-2024

Semestr

V

Təhsil ili (kurs)

III

Fənn qrupu (və ya qrupları)

202210

Kreditlərin cəmi

4

Auditoriya saatlarının cəmi

45

O cümlədən:
Mühazirə dərslər (M)
Seminar dərslər (S)

30
15






  1. İzahat vərəqi

4.1.Fənnin təsviri və qısa məzmunu:Azərbaycanda siyasi ideyalarının genezisini öyrənmək gələcək politoloqların elmi və metodoloji hazırlığının əsas amillərindən biridir.Siyasi ideya və baxışların Azərbaycanın ayri-ayri inkişaf mərhələlərində mövcud olan və cərəyan edən sosial-siyasi,iqtisadi,mədəni proseslərlə və görkəmli şəxsiyyətlərin fəaliyyəti ilə əlaqələndirilməsi bu fənnin tədrisinin əsas istiqamətlərindəndir.Bu kurs azərbaycan xalqının zəngin mənəvi mədəniyyətinin ayrılmaz hissəsi olan sosial-siyasi və ictimai-fəlsəfi baxış və ideyaların
öyrədilməsi məqsədiylə tədris olunan fəndir.



    1. Azərbaycanın siyasi təlimlər tarixi” fənninin tədrisinin məqsəd və hədəfi:

Politologiya” ixtisasının peşə kompetensiyalarının Milli Kvalifikasiyalar Çərçivəsinin səviyyə deskriptorlarına uyğunluğu səviyyəsi:





Ümumi kopetensiyalar

ÜK 1 - Ana dilində şifahi və yazılı ünsiyyət qurur
ÜK 2 - Ən azı bir xarici dildə ünsiyyət qurmağı bacarır
ÜK 3 - Mücərrəd düşünmə və tənqiqdi təhlil edir
ÜK 4 - Komanda işi bacarığı, problemlərin həllinə birgə yanaşmanın inkişafını təmin edir
ÜK 5 - Bilik və bacarıqları təkmilləşdirmək üçün özünü və diyərlərini qiymətləndirməyi bilir
ÜK 6 - Yeni situasiyalara uyğunlaşmaq bacarığı, təşəbbüskarlıq qabiliyyətini yaradır
ÜK 7 - Öz fəaliyyətini planlaşdırmaq və təşkil etmək bacarığı, vaxtı idarə etmə və son tarixlərə riayət edir

Peşə kompetensiyaları

PK – l Müasir dünyanın siyasi xəritəsi, siyasi-ərazi strukturu, onun dinamikası və bütün qitələr üzrə ən yeni transformasiyalar haqqında adekvat təsəvvürə malik olaraq, coğrafi biliklər və arqumentlər əsasında beynəlxalq siyasi prosesləri təhlil etmək və qiymətləndirməyi bacarmaq;
PK – 2 Müasir dünyanən siyasi xəritəsi, siyasi-ərazi strukturu, onun dinamikası və bütün qitələr üzrə ən yeni transformasiyalar haqqında adekvat təsəvvürə malik olaraq, coğrafi biliklər və arqumentlər əsasında beynəlxalq siyasi prosesləri təhlil etmək və qiymətləndirməyi bacarmaq;
PK – 3 Siyasi tarix sahəsində dərin biliklərə malik olaraq, dünyanın müasir siyasi sistemində baş veran proseslərin səbəblərini müəyyən etmək və dövlətlərin, siyasi institutların, qeyri- hökumət subyektlarinin qarşılıqlı münasibətlərini təhlil etmək;
PK - 4 Siyasi-ictimai mütəfikkirlərin dövlət, hüquq, ictimai və siyasi münasibətlərə dair təlim və nəzəriyyələrini ilkin mənbələr əsasında təhlil edərək, çağdaş beynəlxalq siyasi prosesləri və siyasi institutların fəaliyyatini qiymətləndirmək, habelə mühakimələr və proqnozlar irəli sürməyi bacarmaq; müasir azarbaycanlı kimliyinin və azarbaycançılq ideologiyasının formalaşmasında siyasi təlimlərin rolunu və təsirini müəyyən etmək;
PK – 5 Siyasi elmin asas kateqoriyaları, paradiqmaları, metodları, konsepsiyaları, nəzəriyyələrini mənimsəyərək, siyasətin institusional və qeyri-institusional sferaları, siyasi hakimiyyətin xüsusiyyətləri, siyasi elita və siyasi liderlər, siyasi sistemlər və siyasi rejimlər, siyasi ideologiya, siyasi mədəniyyətlə bağlı təhlillər aparmağı bacarmaq;
PK – 6 Müxtəlif ölkələrin siyasi sistemlərini müqayisəli öyrənərək siyasi gücün hakimiyyətin istifadəsi və bölünməsi, siyasi təzahürlər arasənda ümumi və farqli xüsusiyyətləri müəyyən etmək, sözügedən dövlətlərdə qanunverici-icraedici hakimiyyətlər arasında qarşılıqlı əlaqələri, mövcud olan siyasi rejimləri, mərkəzi və yerli hakimiyyətlər arasında münasibətləri, fəaliyyat göstərən siyasi partiyalan, siyasi prosesləri təhlil etmək və siyasi idarəetmənin həyata keçirilməsində ayrı-ayrı fərdlərin siyasi qrupların və elitanın rolunu müəyyən etməyi bacarmaq;
PK – 7 Xarici siyasətin mahiyyəti, qurulma və reallaşma mexanizmi, xarici siyasət sahəsində qərarların qabul edilməsi prosesinin mərhələləri əa bu prosesə təsir edən amilləri təhlil etmək; xarici siyasətə dair nəzəriyyələrdən müxtəlif dövlətlərin xarici siyasət kursunun formalaşması və reallaşdırılmasının proqnozlaşdırılması prosesində istifadə etməyi bacarmaq;
PK – 8 Siyasi və ilkin elmi araşdırmalar apamaq üçün sosial emlardə geniş yayılmış kəmiyyət və keyfiyəat metodlarından istifadə etməyi bacarmaq, bu üsul və metodlardan istifadə etməklə optimal qərarlar verə bilmək; tədqiqat istiqaməti üzrə uyğun və etibarlı informasiyanı fəqləndirməyi bacarmaq;
PK – 9 Beynəlxalq münasibətlərin əsas nəzəriyyələrini dərindən mənimsəyərək, müasir beynəlxalq münasibətlr sistemində baş verən prosesləri və hadisələri şərh etmək, qlobal, regional və ölkə səviyyələrində beynəlxalq problemləri təhlil etmək, beynəlxalq proseslərin səbəb-nəticə əlaqələrini aşkar etmək, izah etmək və proqnozlaşdırmağı bacarmaq;
PK - l0 Psixoloji bilikləri tətbiq edərək siyasi hadisələri təhlil və izah etməyi bacarmaq; Sosial və siyasi qrupların kütlələrin davranışının psixoloji aspektlərini təhlil etməyi bacarmaq; Siyasi liderlərin davranış və fəaliyyətlərini təhlil edib qiymətləndirməyi bacarmaq;
PK - 1l Siyasi sistemlərin ideoloji əsaslarının və dəyərlər sisteminin dərindən təhlili asasında milli siyasi sistemin inkişafında faydalə olacaq təklif və tövsiyələr irəli sürməyi bacarmaq; siyasi ideologiyaların müasir cəmiyyətlərdə, siyasi sistemlərin idarə olunmasında rolunu müəyyən etməyi bacarmaq; müxtəlif dinlərin fəaliyyətində ideoloji amilləri tənqidi təhlil edə və onun siyasi proseslərə təsirini qiymətləndira bilmək;
PK - l2 Müasir münaqişələrin səbəbləri, inkişaf qanunauğunluqları, naticələrinə dair nəzəri və praktik biliklər asasında onların tənzimlənməsi prosesini həyata keçirmək, münaqişələrin həlli texnologiyalarından istifadə etməyi bacarmaq;
PK - l3 Azarbaycan Respublikasının xarici siyasət mexanizmi, xarici siyasətinin əsas prinsipləri, prioritetləri, istiqamətləri, müxtəlif dövlətlərlə siyasi, hərbi, diplomatik, iqtisadi və madəm sahələrdə ikitərəfli münasibətləri, beynəlxalq təşkilatlarla əlaqaləri, enerji siyasəti və onun regional və beynəlxalq münasibətlər sisteminə təsirini təhlil etmək; xarici siyasət qarşısında duran əsas çağırışları, riskləri və problemləri müəyyyən etmək; xarici siyasətin həyata keçirilən əsas istiqamətləri üzrə proqnozlaşdırma bacarığına malik olmaq;
PK - l4 Beynəlxalq hüquq münasibətlərinin ayrı-ayrı növlərinin tənzimlənməsi elementlərini, beynəlxalq müqavilələr də daxil olmaqla beynəlxalq hüququn mənbələrinin mazmunu və milli hüquq sistemində yeri, o cümlədən tətbiqi xüsusiyyətlərini, beynəlxalq hüququn əsas prinsiplərinin beynəlxalq-hüquqi tənzimetmədə rolunu, beynəlxalq təşkilatların və beynəlxalq məhkəmə qurumlarının beynəlxalq və milli hüquqi tənzimetmədə əhəmiyyətini, nəhayət beynəlxalq hüququn ayn-ayrı sahələrinin əsas xüsusiyyətlərini və istiqamətlərini bilmək;

Yüklə 223,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə