Шәһадәт јатағындан



Yüklə 1,24 Mb.
səhifə11/14
tarix08.09.2018
ölçüsü1,24 Mb.
#66936
1   ...   6   7   8   9   10   11   12   13   14

ONUNCU MƏCLİS:

CƏMİYYƏTİN SƏADƏT VƏ SAĞLAMLIĞININ ZƏMANƏTÇİSİ YAXŞILIĞA ƏMR VƏ PİSLİYƏ QADAĞADIR.



«Bir-birinizlə rabitə və bağlılığı, bir-birinizi bağışlamağı unutmayın; bir-birinizə arxa çevirməkdən və ayrılıqdan çəkinin; yaxşılığa əmr (əmr be məruf) və pisliyə qadağanı (nəhy əz munkər) tərk etməyin; yoxsa aranızdakı şər adamlar sizə hakim olar, sonra etdiyiniz dualar qəbul olmaz.»

ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MUNKƏRİ TƏRK ETMƏYİN NƏTİCƏSİ ŞƏR ADAMLARIN HAKİMİYYƏTİDİR


Əmirəl-mömininin (ə) dəyərli vəsiyyətnaməsinin şərhində son cümlələrə çatırıq. Bu məqamda həzrət iki tövsiyə verir. Birinci tövsiyə ictimai rabitələrin möhkəmləndirilməsi mövzusundadır. Həzrət qarşılıqlı yardım və bəxşişə çağırır. Tapşırır ki, rabitələr qırılmasın, müsəlmanlar bir-birlərinə arxa çevirməsinlər. Vəsiyyətnamənin ötən hissələrindən biri rabitələrin islahı ilə bağlı idi. Həmin mövzuda bir qədər danışıldı. Qeyd olundu ki, rabitələrin islahı mühüm bir prinsipə əsaslanır və bu prinsip insanların bir-biri üçün faydalı olmasıdır. İnsan iman və İslam maarifi ilə tanışlıq dərəcəsindən asılı olaraq rabitə qurur. Daha imanlı insanlar daha möhkəm rabitələr yaratmağa müvəffəq olur. Qeyd olundu ki, yalnız bilərəkdən haqqa qarşı çıxanlarla rabitələr kəsilməlidir. Yada salındı ki, mömin şəxs kafirlərlə sərt, möminlərlə mehribandır.1

Vəsiyyətnamənin sonunda həzrətin ikinci tövsiyəsi budur ki, rabitələr unudulmasın, möminlər bir-birinə arxa çevirməsin, əmr be məruf və nəhy əz munkər tərk olunmasın. Nəzərə çatdırıldı ki, əgər deyilənlərə əməl edilməsə, şər insanlar hakim olar. Həzrət nəzərə çatdırır ki, əgər şər adamların hakimiyyətə gəlişinə imkan versəniz, artıq dualarınız qəbul olunmayacaq. Çünki siz iki mühüm vəzifədən, yaxşılığa əmr və pisliyə qadağa qoymaq vəzifəsindən boyun qaçırmısınız. Əslində şər insanın hakimiyyətə gəlməsi sizin bu iki vəzifəni tərk etməyinizin nəticəsidir. Yalnız özünü islah edib yenidən əmr və qadağa vəzifəsini yerinə yetirənlərin duası qəbul ola bilər.

Bəli, yaxşılığa əmr və pisliyə qadağa vəzifələri çox mühüm vəzifələrdir. Müəzzəm rəhbərlik məqamı da bu məsələyə xüsusi diqqət yetirir. Həmd olsun Allaha, bu istiqamətdə müəyyən addımlar atılmışdır.

ƏMR VƏ QADAĞA YOLU İLƏ VƏZİFƏLƏRİN İCRASI


Yaxşı olar ki, əmr və qadağanın əhəmiyyətini göstərən rəvayətləri nəzərdən keçirək. Rəvayətlərdən birində oxuyuruq: «Həqiqətən, əmr və qadağa peyğəmbərlərin və salehlərin yoludur. O yetərincə böyük, vacib əməldir və onun vasitəsilə digər vacib işlər yerinə yetirilir.»1

Bəzi vacib göstərişlər fərdi və ictimai baxımdan mühüm olsa da, digər vacib əməllərə təsir göstərmir. Əmr və qadağa vəzifəsi isə fərqlidir. Yaxşılığa əmr və pisliyə qadağa iki vacib vəzifədir. Amma bu iki vəzifənin ümumi məfhumu budur ki, müsəlman müsəlmanı vacib işlərə dəvət etsin, pis işlərdən çəkindirsin. Əslində əmr və qadağa vəzifələri digər vəzifələrin bərpasına yönəlmişdir. Başqa vacib əməllərdə belə səciyyələr yoxdur. Əlbəttə ki, o biri vacib əməllərin də hansısa dərəcədə öz ətrafına təsiri var. Amma əmr və qadağa vəzifəsi bu sahədə xüsusi təsirə malikdir. Quranda oxuyuruq: «Həqiqətən, namaz çirkin və pis işlərdən uzaqlaşdırar.»2

Doğrudan da, namaz səbəb olur ki, insanda digər xeyir işlərə meyl yaransın və o günahdan, çirkin işlərdən çəkinsin. Namaz bu istiqamətdə bilavasitə yox, dolayı təsir göstərir. Namazın mətni Allahla söhbətdən ibarətdir. Namaz qılan insanlar gündə Allahla üzbəüz dayandıqlarından hansısa həddə günahdan çəkinirlər. Hətta çoxları ümumiyyətlə günaha arxa çevirir. Amma namazın mətnində deyilmir ki, hansısa pis işi tərk etmək lazımdır. Yəni namaz dolayı yolla təsir göstərir.

Başqa bir misal. Oruc misilsiz bir ibadətdir. Amma onun digər vacib əməllərlə rabitəsi yoxdur. Oruc tələb etmir ki, insan günahdan çəkinməli, namaz qılmalıdır. Bəli, oruc tutmuş insan öz ruhuna və mənəviyyatına səfa verir. Bu ibadət insanda digər vacibatlara maraq oyadır. Amma bütün bu təsirlər dolayısı ilə həyata keçir. Həcc və cihad kimi vəzifələr də bu qəbildəndir.

Qeyd olunduğu kimi, əmr və qadağa digər vacib əmrlərin yerinə yetirilməsinə və haramların tərk olunmasına birbaşa təsir göstərir. Yəni bu iki vəzifənin mahiyyəti çağırış və çəkindirməkdən ibarətdir. Əgər bir şəxs namaza süstlük göstərirsə, möminin vəzifəsidir ki, onu yaxşılığa çağıraraq, namaza dəvət etsin. Başqa biri Ramazan ayında orucunu yeyirsə, möminin vəzifəsi onu bu işdən çəkindirməkdir.

Əmr və qadağa vəzifəsi ictimai həyatın bütün sahələrini əhatə edir. Bu vəzifəni yerinə yetirən insan fəsada, rüşvətxorluğa və başqa mənfi təzahürlərə biganə qalmır. Rəvayətdə oxuyuruq: «Həqiqətən, əmr be məruf və nəhy əz munkər peyğəmbərlərin və salehlərin yoludur. O böyük bir vacib əməldir və onun vasitəsi ilə digər vacib əməllər tətbiq olunur, yollarda asayiş yaranır, müamilələr halal olur, məzlumların haqqı özünə qaytarılır, yer üzü abadlaşır.»1


ƏN ÜSTÜN İŞ


Həzrətin kəlamında əmr və qadağa vəzifəsi digər vəzifələr üçün bünövrə sayılır. Əmr və qadağa təkcə vacib işlərə və ya haram işlərə aid deyil, bütün məsuliyyət dairəsini əhatə edir. Əgər insanlar bu iki vəzifəyə əməl etsələr, digər vəzifələrə təbii şəkildə əməl olunasıdır. Bu səbəbdən də bəzi rəvayətlərdə əmr və qadağa vəzifəsi bütün əməllərdən mühüm sayılır. Necə ki, həzrət buyurur: «Həqiqətən, yaxşılığa əmr insanların ən üstün işidir.»1

Əlbəttə, diqqətli olmalıyıq ki, dəyərlər və əməllər arasındakı müqayisə mütləq deyil. Yalnız müəyyən səciyyəsinə görə bir əməl o birindən üstün sayılır. Nadir hallarda iki dəyər hərtərəfli müqayisə olunur. Hər bir əməlin o biri əməldən üstün cəhətləri ola bilər. Ona görə də rəvayətlərdə bəzən namaz, bəzən cihad, bəzən əmr və qadağa digər əməllərdən mühüm və fəzilətli təqdim edilir.

İmam Rahilin buyuruqlarında da qeyd olunan münasibətlə rastlaşırıq. İmam bəzən bir işi, bəzən başqa bir işi daha üstün sayır. Bəzi qərəzli insanlar belə bir yanaşmanı ziddiyyətli sayırlar. Hansı ki, uyğun müqayisələr məsum imamlardan nəql olunmuş rəvayətlərdə də var və həmin müqayisələr hansısa yönümdən aparılır. Belə düşünməməliyik ki, məsum imamların buyuruqlarında hansısa ziddiyyətlər ola bilər. İmamlar bəzən namazı, bəzən cihadı, bəzən həcci digər əməllərdən üstün tanıtdırır. Hansı ki, onlar bu müqayisədə uyğun əməlin hansısa səciyyəsinə əsaslanırlar.

«Nəhcül-bəlağə»də əmr və qadağa vəzifəsi ilə bağlı həzrət buyurur: «Bütün yaxşı əməllər və Allah yolunda cihad əmr be məruf və nəhy əz munkərlə müqayisədə geniş dərya müqabilində ağız suyu kimidir!»2

Müqayisə olduqca maraqlı və düşündürücüdür. Ağız suyu hara, böyük dərya hara?! Həzrət nəzərə çatdırır ki, hətta Allah yolunda vuruş əmr be məruf və nəhy əz munkərlə müqayisədə dərya müqabilində bir damla su kimidir. Bəli, əmr və qadağanın təsiri ilə heç bir başqa əməldə rastlaşmaq olmaz.

Amma bu o demək deyil ki, kiçik bir əmr və ya qadağa cihaddan, hətta Allah yolunda öldürülməkdən üstündür. Məsələn, bir şəxsin bir xanımı hicaba dəvət etməsi bu qəbildəndir. Söhbət əmr be məruf və nəhy əz munkərin elə bir formasından gedir ki, o tarix boyu öz təsirini göstərmiş olsun. Bəli, elə məqamlar var ki, insanlara yaxşılıq əmr edilməsə, onlar pislikdən çəkindirilməsə bütün digər dini vəzifələr tərk olunar. Belə sonluqda hətta İslam hökuməti aradan gedə bilər. Nəticədə şər insanlar hakimiyyətə gələr. Hakimiyyət ləyaqətsiz insanların əlinə düşdükdə cəmiyyət xoş gün görmür. Belə bir cəmiyyətdə namaz və oruc ikinci plana keçir, dini dəyərlər gözdən düşür. Bütün bu nəticələri nəzərə aldıqda əmr və qadağanın əhəmiyyəti aydın olur. Məhz belə həssas məqamlarla bağlı Əmirəl-möminin (ə) buyurur: «Əmr be məruf və nəhy əz münkərlə müqayisədə Allah yolunda cihad böyük dərya müqabilində ağız suyu kimidir!» Məsumların buyuruqlarında uyğun müqayisələri araşdırarkən nəzərdə saxlamalıyıq ki, əməlin hansısa üstün səciyyələri nəzərdə tutulur. Belə düşünə bilmərik ki, məsumlar hansısa bir əməlin əhəmiyyətini daha qabarıq göstərmək üçün mübaliğədən istifadə etmişlər.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə