Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   2   3   4   5   6   7   8   9   ...   35

             
                           
                          Ayrılıq belə düşdü
 
 
17 
 
ƏLİDƏN ALDI 
 
Xəlilov Əli Əziz oğluna 
 
Göz açıb dünyaya gəldiyi gündən,  
Əli nüsrətini Əlidən aldı.
1
 
Sığındı Tanrının mərhəmətinə,  
Əli qeyrətini Əlidən aldı. 
 
Dar gündə, gen gündə: ya Ağa – dedi,  
Canım olsun sənə sadağa – dedi.  
Çıxmaram haqq işdən qırağa – dedi,  
Əli cürətini Əlidən aldı. 
 
Şiruyə, – xoş baxdı haqq niyyətinə,  
Saldı kərəminə, mərhəmətinə.  
Nəsib oldu, getdi ziyarətinə,  
Əli qismətini Əlidən aldı. 
 
 
                                                 
1
 İmam Əli nəzərdə tutulur. 


Sərraf Şiruyə             
                           
                          
 
 
18 
 
İLHAMIN 
 
Xəlilov İlham Əli oğluna 
 
Göyçədən Bakıya gətirdiyi daş,  
Təsəllisi, sirdaşıdı İlhamın.  
Göyçə əbədilik əli üzülən,  
Nurəlitək qardaşıdı İlhamın. 
 
Xəyalları yol açdıqca o yerə,  
Ah çəkib, of deyir gündə min kərə.  
Çiçəkli dağ, güllü çəmən, gen dərə,  
Gözlərində qəm yaşıdı İlhamın. 
 
Şiruyə, ülfət qur, dərindən tanı,  
Bu vətən qəmxarı olan insanı.  
Qəlbində dolanan ümid-gümanı,  
Həsrət, vüsal savaşıdı İlhamın. 
03.10.2014 
 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
19 
 
APARDI NURƏLİ 
 
Mərhum Xəlilov Nurəli Əli oğlunun xatirəsinə 
 
Qəbir deyir – mən qaranlıq zülmətəm,  
O zülmətə nur apardı Nurəli. 
Qəbir deyir – yem gətirin acam mən,  
Şirin nemət, bar apardı Nurəli. 
 
Qəbir deyir – mən torpaqlar eviyəm, 
Əqrəb, ilan mən tapdaqlar eviyəm.  
Mən kasadlıq, mən soyuqlar eviyəm,  
Xalça, xalı, var apardı Nurəli. 
 
Diqqət verin siz qəbirin sözünə,  
Səxavət istəyir alov-közünə. 
Xeyirxah işiylə özü-özünə, 
Bir rahatca yer apardı Nurəli. 
 
Qəbrin istədiyi yaxşı əməldi, 
Şiruyə, pak-ülvi, səxalı əldi. 
O əməl-amalnan məzara gəldi, 
Təmiz iman, sur apardı Nurəli. 
2014-cü il 
 
 
 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
20 
 
MAHİRƏ BƏSDİ 
 
Xəlilov Mahir Əli oğluna 
 
Demirəm bəy olsun, bəyzadə olsun,  
Təkcə xoş ülfəti Mahirə bəsdi. 
Elə məhəbbəti, haqqa inamı,  
Dosta sədaqəti Mahirə bəsdi. 
 
Əsil insanlığın xanıdır, xanı,  
Alqışa bürünür gəzsə hayanı. 
Pak olan nəfisi, təmiz vicdanı, 
Xalqa məhəbbəti Mahirə bəsdi. 
 
Şiruyə, eylikdir hər an adəti,  
Amalı bədliyə uyuşmaz qəti. 
Heç zaman kəsilməz haqdan qisməti,  
Halalca qisməti Mahirə bəsdi. 
03.10.2014 
Bərdə 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
21 
 
 
 
 
 
 
 
AYRILIQ BELƏ DÜŞDÜ 
(dastan-poema) 


Sərraf Şiruyə             
                           
                          
 
 
22 
 
Anam Göyçə, bir mayaqsan, 
Sən dağların zirvəsində. 
Göyçə özü bir zirvədir – 
Öyünməynən zirvə, sən də! 
 
PROLOQ 
 
Anam Göyçə, ayağına sürünüb, 
Yenə sənlə görüşməyə gəlmişəm. 
Xəyaldımı, yuxudumu bilmirəm, 
Qucaqlaşıb, öpüşməyə gəlmişəm 
 
Hər anımda səni deyib anmışam, 
Həsrətinlə alovlanıb yanmışam! 
Vüsalın eşqiylə qanadlanmışam, 
Küləyinlə ötüşməyə gəlmişəm 
 
Əfsanə deyildi arzu, diləyim, 
Sənsən ümid yerim, darda gərəyim. 
Həsrətindən çat veribdi ürəyim, 
Məlhəm umub bitişməyə gəlmişəm. 
 
Bulaqların buz suyundan içib hey, 
Pencərini dişim ilə biçib hey. 
Sərt, sıldırım cığırlardan keçib hey, 
Qayalarla didişməyə gəlmişəm. 
 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
23 
Qaçıb “Yataq” yolu kaş düşəm heydən
Yay vədəsi qar gətirəm quzeydən. 
“Dəmyə”, “Ayrımdərə”, “Uzun Güney”dən, 
Üzaşağı sürüşməyə gəlmişəm. 
 
Dost-qohumdan xoş bir ülfət götürüb, 
Pak ləyaqət, gözəl adət götürüb. 
Qocalardan bir nəsihət götürüb, 
Cavanlarla gülüşməyə gəlmişəm. 
 
Xəstəyəm, könlümün ümid, imdadı: 
Bir Allah, bir ana, bir Göyçə adı! 
Sənsən Şiruyənin yenə ustadı, 
Elm öyrənib, yetişməyə gəlmişəm. 
 
Sərraf Göyçəni dedim, 
Dağıt göy, – çəni dedim, 
Hər kəs öz sevgisini – 
Məndə Göyçəni dedim. 
 
Sərraf göyçəməndədi, 
Qonub, göy, çəməndədi. 
A Göyçə həsrətlilər – 
Gəlin, Göyçə məndədi. 
 
Həyatdan bir səs gəldi, 
Səs gəldi, nəfəs gəldi. 
Ey İlahi, görəsən –  
Niyə belə nəs gəldi?! 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə