Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə31/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   27   28   29   30   31   32   33   34   35

Sərraf Şiruyə             
                           
                          
 
 
176 
 
Qoy Şahnazar oğlu Hasandan deyim, 
El-oba gərəyi insandan deyim
Ocağına gələn gümandan deyim, 
Səcdəgah o daşın, izi bəs hanı? 
 
Оvu gеdir nə bəd yоlla Mеhdinin, 
İşi yохmuş qalmaqalla Mеhdinin. 
Mоlla Avdısöyünün, Mоlla Mеhdinin, 
Şabanın gül cеynamazı bəs hanı? 
 
Ən kövrək, ən həlim Müzəffər olub,
1
 
O iki Böyükkişi rəncbər olub.
2
 
Yetim Həsən boyda şiri-nər olub, 
Bəyişin, Əlinin üzü bəs hanı?
3
 
 
Dəllək Cabbar, Cabbarlının Cəlili, 
Halal tutub mayasını hər ili. 
Tağı İsmayıl oğlu, həm Çıraqəli, 
Canbağışın əkin düzü bəs hanı? 
 
Tat oğlu Abdulla, İbrahim, Lətif, 
Vaxtsız köç etdilər, heyif, min heyif! 
Muradın həsrəti çox qəddi əyif, 
El-obanın üç Əzizi bəs hanı?
4
 
 
                                                 
1
 Müzəffər Bəyiş oğlu 
2
 Böyükkişi Qocamanov və Böyükkişi Bədəlov 
3
 Əli İmamqululardandır. 
4
 Əliyev Əziz, Abbasov Əziz və Bayramov Əziz. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
177 
Tahar, Bayram, Medoş, Himoy, Abdulla, 
Oruc, Cəmşid, Calal getdi bu yolla. 
Çox meydan alıbdı Elləz tək qolla, 
Otardığı qoyun-quzu bəs hanı? 
 
Adın çək Əmralı, Qəmbəralının, 
Bayramxan, Əsgərxan, Tanrıqulunun. 
Bir qazan xəngəli yeyən Culunun, 
Dolayı saldığı cızı bəs hanı? 
 
Sеyid İsmayılı gözümlə gördüm, 
Çох ziyarət еtdim, çох nəzir vеrdim. 
Kеçən kеçmişləri gözə gətirdim, 
Adların sanadım, özü bəs hanı? 
 
Usta Mahmud, oğlu Abbas, Kor Vəli, 
Rəncbərmiş Sadıq, Əvzər həm Əli.
1
 
Cahangirlər olub kotan məjgəli, 
Hodağı, əkini, düzü bəs hanı? 
 
Allahverdi uca boylu olubdu
Əli, Mədət nakam toylu olubdu. 
Məhəmmədlər yaxşı soylu olubdu, 
Axtarıram beymurazı bəs hanı? 
 
Talıbın, Mirzənin şirin dilləri, 
O, şəhid Muxtarın solğun gülləri.
2
 
                                                 
1
 Həzrətqulu oğlu Əli 
2
 1918-ci ildə şəhid olan Muxtar Hacı Kərim oğlu 


Sərraf Şiruyə             
                           
                          
 
 
178 
Şamoylunun, Koralların Əsgəri, 
Yanaqları hicran bozu bəs hanı? 
 
Cəmşidov Yusifin ömrü qaranlıq, 
Hamlet həsrətinə necə dayannıq? 
Çobanların çörəyinə yavanlıq, 
Bulaqların buz yarpızı bəs hanı? 
 
Tomu oğlu Yunus, Qaraş, həm Abbas, 
Gedəndə aləmi çulğadı qəm, yas. 
Musayev Elbəyi, Nərman qulaq as, 
İslamın o, üç şahbazı bəs hanı? 
 
Mövzu yazılanda sağıydı Xasay,
1
 
Elə arxa idi, dağıydı Xasay. 
Dost yanında üzü ağıydı Xasay, 
O, təsifkeş el əvəzi bəs hanı? 
 
Gör neçə qapılar qalıbdı bağlı, 
Tağı bəy, Mürsəl bəy, yarlı-yaraxlı. 
Məşədi Abdulla, Oruc Balı oğlu, 
Yanaqları al qırmızı bəs hanı? 
 
Topal Salman, Sarı, Məhəmmədəli, 
Xanbaba, Müseyib igidlik əli. 
Xıdır, Qədimalı, Mursaqul, Alı,
2
 
Elin Qoşun, o sərbazı bəs hanı? 
                                                 
1
 Hacıyev Xasay Oruc oğlu 
2
 Koralların Xıdırı 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
179 
 
Məktəbdən yarımçıq getdi İsmixan, 
Qara Nəsib, Avdıləzim, Xanoğlan. 
Albaba, Ələkbər, Ellərdən qalan, 
Qələm, dəftər, o kağızı bəs hanı? 
 
Ağlamışam Mehbalıya, Səhraba, 
Yas saxladı Daşdəmirə bir oba. 
Cəlil sağlığında batıb səvaba, 
Bahadurun duzlu sözü bəs hanı? 
 
Qurbanlar, Əlilər, Əvzərlər gedib, 
Salahlar, Pənahlar çox ərlər gedib. 
Məhəmmədlər gedib, Əsfəndlər gedib, 
İnsanlığın dadı, duzu bəs hanı? 
 
Səfər oğlu Yunus, Səlim, Süleyman, 
Cubboy Söyün, Kərəm anılır hər an. 
Ağaməli, İmaməli, Qəhrəman
1
 
Heydərin o zurna, sazı bəs hanı? 
 
Var-dövlətli olub o, Ömürvalı, 
Möhsüm, Abbasəli, huşsuz Niftalı. 
Çoban Xıdır qəfil tapdı zavalı, 
Elin Safoy, o Elyazı bəs hanı? 
 
Xanbuta, Şahsuvar, Əli Zağalı, 
Səfxan müəllim vaxtsız tapdı zavalı. 
                                                 
1
 Babaların Qəhrəmanı 


Sərraf Şiruyə             
                           
                          
 
 
180 
Asdan, Şəmistanın cahı-cəlalı, 
Cabbarlının de Şahbazı bəs hanı? 
 
Deputat Müslümlə, “Masnaget Nəsib”,
1
 
Zərbəli, Yadigar, Məzahim təbib. 
Məmmədrəhim ilə Əsədov Həbib
Söz-söhbəti o, baməzə bəs hanı? 
 
Orta boylu Şəmistanlar görünmür, 
Zülal, Bilal, nə Hilallar görünmür. 
Xasay, Surxay, Əmirxanlar görünmür, 
Zal oğlu Bayram, Eyvazı bəs hanı? 
 
İsa, İbat, Ənvər, Ələddin, Çingiz, 
Bayram Vəli oğlu, Köçəri, Əziz. 
Ələkbərsiz evlər qalıb keçəsiz, 
Elin alim o Novruzu bəs hanı? 
 
Həlim təbiətli Dastan, Abdulla, 
İşləri olmazdı sorğu, sualla. 
Hüseynqulular getdi bu halla, 
Hacının döşündə sazı bəs hanı? 
 
Babış oğlanları Bayram, həm Oruc, 
Dünyanın tamından daddı bir ovuc. 
Əcəl çatdı, dedi: – gəl torpağı quc, 
Qənəhət tək beymurazı bəs hanı? 
 
                                                 
1
 Masnaget Nəsib – tütün briqadiri 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə