Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

Sərraf Şiruyə             
                           
                          
 
 
154 
 
Çox idi qəlbində niskil-həsrətlər, 
Ürəkdən xəlvəti çəkirdi nələr... 
 
Xeyli vaxt idi ki, xoş anlardaydı, 
Daha yaxşı ümid-gümanlardaydı. 
 
Atalar düz deyib, sən sayını say, 
Gör sənə fələkdən gələcək nə pay... 
 
Qardaşı Məsimin şah oğlu getdi, 
Əlinin qəlbini tarimar etdi. 
 
İlqar oxuyurdu akademyada,
1
 
Gənc ikən ömrünü o, verdi bada. 
 
Məsimin özüsə düşdü qəzaya, 
Qarışdı onun da vayı bu vaya. 
 
Bacısının əri Yusif də getdi, 
Axirət evinə İkram da yetdi. 
 
Yuxarda mən bundan açmışdım söhbət, 
Növbə Sumayaya yetdi nəhayət. 
 
Sumaya Əliyə bir sirdaş idi, 
Sumaya Əliyə dost, qardaş idi. 
 
                                                 
1
 Polis Akademiyası 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
155 
 
Sumaya Əliylə nəfəs alırdı, 
Əlinin qeydinə hər an qalırdı. 
 
Bir insan ürəyi, bir belə dərdlər, 
Bağlanan bərələr, bağlanan bəndlər, 
 
Əlinin qəlbini tarimar etdi, 
Sumayadan sonra Əli də getdi. 
 
Sumayadan sonra bir il yaşadı, 
Sumayayla getdi ömrünün dadı. 
 
Maşına oturub kəndə gəlməyə, 
Yenə dost-qohumu yoxlasın deyə. 
 
Ürəyi dayanıb oturan anda, 
Gedib axirətə xoş bir imanda. 
 
O, iman əhliydi, namaz əhliydi, 
Haqqı deyən ürəyiydi, diliydi. 
 
Əlidən sonra da ortancıl qardaş, 
İkramın atası, Əliyə sirdaş. 
 
Dözmədi dərdlərə daha Köçəri
Qardaş, qardaş – deyib susdu dilləri. 
 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
156 
Çəksən can yanğısı, göz ağrısıdı, 
Sağalmaz yaradı qardaş ölümü. 
Dünyanı dolanıb gəzsən nə qədər
Tapılmaz çaradı qardaş ölümü. 
 
Ürəyindən şirə çəkib yetişən, 
Nə sağalan, nə kəsilən, bitişən, 
Könlünü göynədib, qəlbinə düşən, 
Silinməz qaradı qardaş ölümü. 
 
Harayına ha səsləsən hay gəlməz, 
Mətahından bircə tikə pay gəlməz. 
Yüz dost olsa qardaşına tay gəlməz, 
Ürəknən paradı qardaş ölümü. 
 
Çox böyük sarsıntı yaratdı məndə, 
Mən təzəcə iki başlıq gedəndə. 
 
Nurəli sağıydı, Özbəkistanda, 
Onun da ürəyi həmən məkanda. 
 
Dayandı, dəfn oldu o da Bakıda, 
Atasının, anasının yanında. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
157 
XXII 
HƏYAT DAVAM EDİR 
 
Yenə üz-üzədi oğulnan ata
Oğulu gətirən bax bu həyata. 
 
Ata cansız daşdı, danışmır, dinmir, 
Bu gəliş, gedişi bəlkə də bilmir. 
 
İlhamın qəlbindən keçənlər nədi...? 
Deyək o sözləri indi vədədi. 
 
Səsləyirəm, səs vermirsən, 
Dar günümə dayaq ata. 
Sən olmusan əzəlindən, 
Həyatıma mayaq ata. 
 
Hər çətini yara-yara, 
Hər sitəmi qıra-qıra. 
Üz tutduğum hər cığıra, 
Oldun nurlu çıraq ata. 
 
Ata danışsaydı deyərdi: – Oğul, 
Hər insan ömrü sirli bir nağıl. 
 
Bəlkə bir dastandı, bir hekayətdi, 
Bu nə ahuzardı, nə müsibətdi. 
 
Dünya hikmətinə yaxşı nəzər sal, 
Səni aparmasın qeyri bir xəyal. 


Sərraf Şiruyə             
                           
                          
 
 
158 
 
Gəlib, gedəcəkdi yaranmış insan, 
Bunu yaxşı anla, bunu yaxşı qan. 
 
Hanı, məndən qabaq, gələnlər hanı? 
Görə bilirsənmi Şah Süleymanı? 
 
Tanrının sevdiyi beş gözəl hanı? 
Adəm, – ilkin gələn o əzəl hanı? 
 
Neçəsini sayım, ay oğul sənə? 
Nədir müraciətlər edirsən mənə. 
 
Atalıq borcumu mən yetirmişəm, 
İndi vaxtım çatıb, bura gəlmişəm. 
 
Sən də öz borcunu yetir yerinə
Qardaşın, bacının sən hər birinə. 
 
Atalıq, qardaşlıq qayğısı göstər, 
Yetiş harayına tutarın qədər. 
 
Sən ata əvəzi, böyük qardaşsan, 
Hər birinə pənahdarsan, sirdaşsan. 
 
Dost ol Mahir ilə, qardaş olsan da, 
Bir ol hər bir anda ayrı qalsan da. 
 
Yoxla Nurəlinin uşaqlarını, 
Nəslinin, kökünün uzaqlarını. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
159 
 
Yad bilib, heç zaman uzaşma ondan
Bağlan el-obaya ürəkdən, candan. 
 
El sənin arxandı, el köməyindi, 
Eldən gələn hörmət öz əməyindi. 
 
Eldən aralansan yazıq olarsan, 
Oğul, təklənərsən darda qalarsan. 
 
Elindən elm öyrən, elindən dərs al, 
Elin ürəyində özünə yurd sal. 
 
Eldən dərs alasan, gərək el üçün, 
Yaşayıb, öləsən el deyə-deyə. 
Gülə sərf eyləyər bülbül ömrünü, 
Köçər bu dünyadan gül deyə-deyə. 
 
Cəsarət odur ki, zirvələr aşa, 
Sel kimi kükrəyə, daşqın tək daşa. 
Elin hörmətiylə çəkilə başa, 
Xainə, xəbisə öl deyə-deyə. 
 
Tarix yaddaşında saxlaya onu, 
Hər könül könlünə bağlaya onu, 
Əzizi ölmüş tək ağlaya onu, 
Hər oba, hər mahal dil deyə-deyə. 
 
Oğul evdə hörmətini itirmə, 
Özgədən başına töhmət gətirmə. 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə