Sərraf şİruyə



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə17/35
tarix22.10.2018
ölçüsü2,28 Mb.
#75302
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

Sərraf Şiruyə             
                           
                          
 
 
96 
XIV 
İLHAMIN YENİ DAŞKƏND KƏND 
ORTA MƏKTƏBİNDƏ OXUMASI 
 
İlham oxuyarkən Yeni Daşkənddə, 
Söz-söhbət düşərdi bəzən məktəbdə. 
 
Ortaya gələrdi istək-arzular
Bir-birinə danışardı uşaqlar. 
 
Təhsilini kim harada alacaq, 
Kim həkim, mühəndis, müəllim olacaq. 
 
İstəyə, sevgiyə çatar bu söhbət, 
Başlanardı tamam özgə hekayət. 
 
Bir-bir sananardı qızların adı, 
Burda seçməzdilər qohumu, yadı. 
 
Artıq məlum idi, Sərdar, Əmrəli, 
“Namazdı”dan tutmuş onların əli. 
 
Bir atmaca atdı İlham Əlyara: 
– Deyən kürəkənsən sən sənətkara.
1
 
 
Bir himə bənd imiş elə bil Əlyar, 
Dedi: İlham çox çəkirsən qəm-qübar. 
 
                                                 
1
 Zurna ifaçısı Zamaxan Qəhrəmanov nəzərdə tutlur. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
97 
Hələlik sirrini aça bilmirsən, 
Neyləsən istəkdən qaça bilmirsən. 
 
Dayanıb hər zaman Lena qarşında, 
Çarə tapammırsan dostum nə fayda? 
 
Ancaq ki, məktəbdə görə bilirsən, 
Olsa-olsa salam verə bilirsən. 
 
Bilirsənmi əgər bilsə müəllimlər, 
Sizin başınıza gələcək nələr... 
 
İlham dərslərindən geriləmişdi, 
Tanrıverdi müəllim ona demişdi: 
 
Əgər çatdırmasan tapşırıqları, 
Atana deyəcəm mən bu halları. 
 
İlhamın dərdini bilirdi Telman
1
 
Tövsiyə edirdi ona hər zaman: 
 
– Çalış ki, məktəbi sən əla qurtar, 
Qoy olsun əlində əsaslı tutar. 
 
Sonra ürəyini açıb deyərsən, 
Ya nişan, ya da ki toy eyləyərsən. 
 
Hələ qızda durur, sən də durursan, 
Bu tezliklə nə oyundu qurursan. 
                                                 
1
 Telman Musayev 


Sərraf Şiruyə             
                           
                          
 
 
98 
 
İndi daha ciddi bax dərslərinə
Bütün tapşırığı yetir yerinə. 
 
Gileyli qalmasın səndən müəllimlər, 
Əlaçı olmusan sən keçən illər. 
 
Telman çox danışdı çox da deyindi, 
Hazırla hər dərsi mənimlə indi. 
 
Hər gün yatanadək birgə olarıq, 
Bəzən gecələr də bizdə qalarıq. 
 
Telmanın yerində tövsiyyələri, 
Götürdü aradan gerilikləri. 
 
– İlham əvvəlki tək dərsdə fəaldı, 
Sevgi macərası bir özgə haldı. 
 
Kitabın içində məktub ötürür, 
Lena cavabını sabah gətirir. 
 
– Pozulubdu halı bu gün İlhamın, 
Görmür camalını axı Lenanın. 
 
Lena bu gün dərsə gəlməyib nədən, 
Bilmir ki, öyrənə xəbəri kimdən. 
 
Tökülüb İlhamın qaşı-qabağı, 
Fikirə gedibdi dərdli sayağı. 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
99 
 
Uşaqlar kənarda baxıb gülüşdü, 
Sərdarın yadına bir şeir düşdü. 
 
Üzünü İlhama tutaraq Sərdar
Dedi: – Ürəyindən keçirmi bunlar? 
 
Yaman darıxmışam səndən ötəri, 
Əsmər yanağına qurban olum, gəl. 
Dərdimə dərmandı bir kəlmə sözün, 
Şəkər dodağına qurban olum, gəl. 
 
Alıbsan əlimdən səbri-dözümü, 
Üzdən təbəssümü, dildən sözümü. 
Görmək istəyirəm səndə özümü, 
Büllur buxağına qurban olum gəl. 
 
Bir şaqqaraq çəkdi uşaqlar yaman, 
Bu dəfə ahəstə dilləndi Telman: 
 
Sevirəm deyən kimsəyə, 
Sevmə demək cinayətdi. 
Sevən kəsə biganəlik, 
Xəyanətdi, xəyanətdi. 
 
Yoxdursa bir mehribanın, 
Əfsanədi ötən anın. 
Bu dünyanın o dünyanı, 
Yaraşığı məhəbbətdi. 
 


Sərraf Şiruyə             
                           
                          
 
 
100 
Şeirin sonluğu bitməmiş hələ, 
Artıq başa çatdı böyük fasilə. 
 
Daxil oldu sinfə Ramazan müəllim, 
Ədəbiyyat dərsi: şeir, qəzəlim. 
 
Bir də təkrarladı heca vəznini, 
Dedi Füzulinin bir qəzəlini. 
 
Əruz vəzni haqda başladı dərsə, 
Uşaqları o gətirdi həvəsə. 
 
Hecayla ölçülmür burda sətirlər
Ayrı bir aləmdi bölgü-bəhirlər. 
 
Böyük Seyid Əzim, böyük Füzuli, 
Dahi Nizaminin, Vahidin dili. 
 
Nə qədər mənalı qəzəl söyləmiş, 
Onun hikmətini bəyan eyləmiş. 
 
Hecayla əruzun fərqi deyildi, 
Dərsin məzmununu uşaqlar bildi. 
 
Bir-bir qəzəl dedi indi uşaqlar, 
Geri qaydaydı kaşki o çağlar. 
 
Müəllim Vilayətə söz verdi bu an, 
Bu dinməz Vilayət dilləndi yaman. 
 


             
                           
                          Ayrılıq belə düşdü
 
 
101 
Gözlərim yollardadır, sevdiyim canan gələcək, 
Məni odlara salan qaşları kaman gələcək. 
 
Nə vaxtdan həsrətini çəkibəm müstər olmuşam, 
Haqq göndərib dərmanımı, o təbib-loğman gələcək. 
 
Bu da Zülfüqarın ürəyindəki: 
Elə dediyi tək olaydı təki! 
 
Salıbdı öz kəməndinə bir boyu bəsdə məni
Aparır qəm evinə necə də ahəstə məni. 
 
Sinəmdə eşqin odu, başımda sevda xəyalı, 
Çəkir hicran bağına bir bülbül həvəsdə məni. 
 
Müəllim üzünü İlhama tutdu, 
İlham hər bir şeyi sanki unutdu. 
 
Elə bil güdürmüş o bu fürsəti, 
Zərrəcə ehtiyat etmədi qəti. 
 
Dilləndi bir natiq çıxışçı kimi, 
Dindi ürəyinin inləyən simi. 
 
Yaşadar məhəbbəti düz əhdi-peyman – dedilər, 
Yaşayan məhəbbətə yüz cürə qurban – dedilər. 
 
Gözəlliyə səcdə qılıb, eşq üçün can verənə, 
Aqillər qiymət verib, ən böyük insan – dedilər. 
 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə