Sərbəst iş N2 FƏLSƏFƏDƏ ŞÜur problemi


Şüur və nitq, onların qarşılıqlı əlaqəsi



Yüklə 21,44 Kb.
səhifə2/2
tarix15.04.2023
ölçüsü21,44 Kb.
#105639
1   2
Fəlsəfə M7777

2. Şüur və nitq, onların qarşılıqlı əlaqəsi
Şüurun meydana gəlməsi insanların təsəvvürlərini, fikirlərini maddi formada ifadə edən bilavasitə dilin, aydın nitqin yaranması ilə əlaqədardır. Dil insanlar arasında ünsiyyəti, kommunikasiyanı, qarşılıqlı əlaqəni təmin edir. Bunların hamısı şüur amilidir. Dil elə bir möhtəşəm vasitədir ki, onun vasitəsilə bəşər öz yaddaşını qoruyub saxlamış, əldə etdiyi nə varsa onu gələcək nəslə ötürmüşdür. Şüur kimi dil və nitq də yalnız əmək prosesində formalaşa bilərdi ki, bu da insanların birgə, yekdil hərəkət etməsini tələb edir. Əmək yəni, insanın həyat fəaliyyəti üsulu, onun predmetli-praktiki fəaliyyəti şüurun formalaşmasının zəruri şərtidir. İctimai əmək insan şüurunu formalaşdırır. Əmək fəaliyyəti biliyə, proseslərin və obyektiv qanunların anlanmasına tələbat yaradır. Əmək fəaliyyətinin ilk anından, əmək alətlərinin yaradılmasından bu tələbat özünü göstərir. Şüur gerçəkliyi əks etdirir, dil isə onu göstərir və fikri ifadə edir. Beləliklə, əmək, insan fəaliyyəti, şüur və dil bir-birilə o qədər bağlıdırlar ki, onların tarixi inkişafını bir-birindən ayırmaq mümkün deyildir.

  1. Mənlik şüuru və süni intellekt

İnsan düşünən bir varlıq olaraq həmçinin, mənlik şüuruna malikdir. İnsan fikrən özünü və ətraf mühitini təhlil edərkən özünü bu gerçəklikdən ayırır, beləliklə də mənlik şüurunu formalaşdırır. Düşünən insan özünü dərk edir, özünü obyektiv varlıqdan fərqləndirməyi bacarır. Mənlik şüuru vasitəsilə insan həm öz varlığını, həm də onun digər varlıqlara olan münasibətini dəqiqləşdirir.
Ümumiyyətlə, şüurun strukturunda predmet şüuru, mənlik şüuru kimi anlayışlar fərqləndirilir. Əgər predmet şüuru insandan kənarda olan xarici aləmin əks olunmasına yönəlirsə, bundan fərqli olaraq, mənlik şüuru insanı öyrənmə obyekti kimi götürür. Başqa sözlə, mənlik şüurunun obyektini insanın öz hissləri və təsəvvürləri, iradi impulsları, mənafeləri, məqsədləri təşkil edir.
Mənlik şüuru öz daxilində 3 səviyyəni əhatə edir:

  1. Ən aşağı səviyyə - insanın özünü hiss etməsidir. Bu səviyyəyə insanın öz bədəninin orqanlarının digər əşyalar ilə münasibətini fərqləndirməsi daxildir;

  2. İkinci səviyyə - insanın bu və ya digər birlik formasına, yəni, sinfə, sosial qrupa, millətə və bütövlükdə cəmiyyətə mənsub olduğunu dərk etməsidir;

  3. Ən yüksək səviyyə - insan öz mənini ən mükəmməl halda dərk edir, o, başa düşür ki, onun “mən”i başqa insanların “mən”inə oxşayır. Bununla belə onun “mən”i tamamilə fərqli və unikaldır.

Şüurun funksiyası sadəcə olaraq təkcə materiyanı, əşyaları, cisimləri, hadisə və prosesləri əks etdirməkdən ibarət deyildir. Şüur həm də yaradıcı xarakter daşıyır, əks etdirdiyi varlığa aktiv təsiretmə qabiliyyətinə malikdir.
Son zamanlar kibernetik maşınların insanlar tərəfindən icad olunması şüurun funksiyası haqqında yanlış fikirlər yaratmışdır. Belə mülahizələr vardır ki, gələcəkdə həmin maşınlar insan təfəkkürünün funksiyasını əvəz edəcəkdir. Bu düzgün fikir deyildir. Düşünən beyni düşünmə qabiliyyəti olmayan maşınlar əvəz edə bilməz. Bütün maşınların funksiyası yalnız düşünən və yaradıcı insanların əməyini yüngülləşdirməyə xidmət etməkdən ibarətdir. Avtomat maşınlar mürəkkəb sistemlərin idarə olunmasında insanları əvəz edir, görüləcək işləri insandan tez yerinə yetirə bilir. Lakin, maşınların işləməsi üçün proqramı insan tutur. Insanın fəal və yaradıcı xarakterli şüuru onu özünün yaratdığı “əqilli”, “düşünən maşın”dan fərqləndirir (ikincilər süni intellekdir). Ona görə də onlar iradəyə, intuisiyaya malik deyildirlər, fantaziyadan, təxəyyüldən məhrumdurlar. Onlar ancaq informasiyanın işlənməsində iştirak edirlər. Bu maşınların fəaliyyəti mənəvilikdən, ruhilikdən məhrum olub, bütövlükdə insanın şüurlu fəaliyyəti ilə müqayisə olunan deyildir. İnsanın şüur fəaliyyəti heç bir vaxt əvvəlcədən yaradılmış proqrama tabe deyildir, maşın üçün düzəldilmiş proqramdan çox zəngindir.
ƏLAVƏ
İnikas dedikdə, obyektlərin bir-birilə qarşılıqlı təsirinin nəticəsi başa düşülür.
Xaricdən hiss üzvlərimiz vasitəsilə aldığımız informasiya əsasən 2 xarakterli olur:
Çox az miqdarda (təqribən 3-4 %) olanı şüurdan keçən olduğuna görə buna şüurlu informasiya deyilir. Qalan 96-97 %-i isə şüurdan keçməyən və ya şüursuz informasiya olur.
Şüurlu informasiya dedikdə, biz adətən mühitlə təmasda olarkən bizə təsir edən və hökmən bizim nəzəri və əməli maraq dairəmizə girən informasiyanı başa düşürük.
Şüursuz informasiya dedikdə, bizim hiss üzvlərimiz tərəfindən qavranılan, lakin maraq dairəmizə girmədiyindən şüursuz surətdə beyinin neyron yuvalarında yatan informasiyanı nəzərdə tuturuq.
Yüklə 21,44 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə