Sərbəst İş İxtisas : Biologiyanın tədris metodikası Fakültə


Təlim prosesinin ziddiyyətləri



Yüklə 40,35 Kb.
səhifə6/7
tarix23.05.2023
ölçüsü40,35 Kb.
#112479
1   2   3   4   5   6   7
Ali məktəbdə metodiki iş

Təlim prosesinin ziddiyyətləri. Təlim prosesi üçün xarakterik ziddiyyətlər bunlardır: cəmiyyətin artan tələbləri ilə təlim prosesinin real imkanları arasında ziddiyyət; yeni vəzifələrlə təlimin mövcud səviyyəsi arasında ziddiyyət; müəllimin öyrətmə fəaliyyəti ilə şagirdin (tələbənin) öyrənmə fəaliyyəti arasında ziddiyyət; şagirdin (tələbənin) qavraması və anlaması arasında ziddiyyət; mövcud biliklərlə onları tətbiq etmək bacarıqları arasında ziddiyyət və s.
Müəllim təlim prosesindəki ziddiyyətləri görməli və onların ardıcıl həllinə nail olmalıdır. Göstərilən ziddiyyətlərin həll olunması təlim prosesi və onun tərkib hissələrinin (təlimin məzmunu, metod və formalarının) inkişafı və təkmilləşdirilməsinə, şagirdlərin dərin biliklərə, bacarıq və vərdişlərə yiyələnməsinə, zehni inkişafın, fəallıq və müstəqilliyin güclənməsinə səbəb olur.
Təlim prosesinin ziddiyyətlərini nəzərə almaqla müəllim bu prosesi daha səmərəli qurmağa, təlimin qarşısında duran funksiyaları daha müvəffəqiyyətlə yerinə yetirməyə çalışmalıdır.
Təlimin funksiyaları. Təlim üç başlıca funksiyanı yerinə yetirir: öyrətmək, tərbiyə etmək və inkişaf etdirmək.
Təlimin öyrədici funksiyası şagirdləri proqram dairəsində bilik, bacarıq və vərdişlərlə silahlandırmaqda ifadə olunur. Təlimdə həm xüsusi (ayrı-ayrı fənlər üzrə), həm də ümumi (bütün fənlər üçün zəruri olan) bacarıq və vərdişlər aşılanmalıdır. Ümumi bacarıq və vərdişlərə kitabla iş, planlaşdırma, optimal tempdə oxumaq və yazmaq, ifadə və inşa yazmaq, mətni yığcam danışmaq, özünənəzarət bacarıq və vərdişləri daxildir. Belə bacarıqlara yiyələnən şagirdlər uğurla oxuyur, təlimdə az vaxt və qüvvə sərf etməklə daha yüksək nəticələrə nail olurlar.
Təlimin tərbiyəedici funksiyası təlim prosesində şagirdləri tərbiyə etməkdə ifadə olunur. Gənc nəsildə vətənpərvərlik, milli iftixar hissi, humanizm və digər ideya-mənəvi keyfiyyətlər tərbiyə etməkdə, onlara yüksək hisslər aşılamaqda təlim əvəzsiz vasitədir. Tərbiyə funksiyası təlimin məzmunu, təşkili formaları və metodları, müəllimin şəxsi nümunəsi və ünsiyyət prosesi vasitəsilə həyata keçirilir.
Təlimin inkişafetdirici funksiyası təlim prosesində şagirdlərin ümumi inkişafında, psixi proseslərinin təşəkkülündə ifadə olunur. Təlim özlüyündə şagirdlərin diqqətinin, hafizəsinin, təfəkkür və təxəyyülünün inkişafını təmin etmir. Bu inkişafı təmin etmək üçün təlimi xüsusi istiqamətləndirmək lazımdır. Müəllim təlim prosesinin imkanlarından istifadə edərək, gənc nəslin zehni, mənəvi, iradi və emosional inkişafı üçün əlverişli şərait yaratmalıdır.
Real təlim prosesində təlimin hər üç funksiyası vəhdətdə özünü göstərir. Müəllim təlimin öyrədici, tərbiyəedici və inkişafetdirici funksiyalarını qarşılıqlı əlaqədə həyata keçirməklə şagird şəxsiyyətinin formalaşması və inkişafına kömək göstərə bilər.
Təlim funksiyalarının yerinə yetirilməsində müəllim-şagird (tələbə) ünsiyyəti və təlim prosesinin quruluşu da müəyyən əhəmiyyət kəsb edir. Demokratik, qarşılıqlı hörmətə əsaslanan ünsiyyət üslubu, eləcə də təlim prosesinin quruluş ünsürlərinin düzgün təşkili təlim funksiyalarını yerinə yetirmək baxımından böyük imkanlara malikdir.

Yüklə 40,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə