Sərbəst İş İxtisas : Biologiyanın tədris metodikası Fakültə


İnteraktiv təlim metodları



Yüklə 40,35 Kb.
səhifə7/7
tarix23.05.2023
ölçüsü40,35 Kb.
#112479
1   2   3   4   5   6   7
Ali məktəbdə metodiki iş

İnteraktiv təlim metodları

İnteraktiv təlim zamanı müəllimin başlıca vəzifəsi şagirdlərə yardımçı olmaqdan, təlim prosesində şagirdlərin fəaliyyətini əlaqələndirib onlara yaradıcı axtarışa həvəs yaratmaqdan, axtarıb araşdırmağı, nəyi harada öyrənməyi öyrətməkdən ibarətdir.


İnteraktiv təlim metodları özü də fəal təlim prosesinə daxil olan metodlardandır. Burada biliyin əasas qrup və cütlərlə iş formalarından müntəzəm şəkildə istifadə etməklə axtarılıb tapılması ön plana çəkilir. Bu cür təlim texnologiyası ilə təşkil olunan dərslərdə əvvəlcə problemə istiqamət verəcək motivasiya yaradılır. Motivasiya problemə çıxaracaq məsələnin qoyulmasıdır. Onun nəticəsi tədqiqat sualı olur. Həmin tədqiqat sualı problemin həlli yollarına dair ilkin fərziyyələrin irəli sürülməsinə şərait yaradır. Sonra həmin problemin araşdırılması üçün qruplarda işlər təşkil olunur. Hər qrup irəli sürülmüş fərziyyələrin doğruluğunu isbat etmək üçün mətn üzərində, bilik mənbələrinə nəzər salmaqla tədqiqat işlərinə cəlb olunurlar. Alınan nəticələr işçi vərəqlərində qeyd olunur. İşçi vərəqlərində işlər tamamlandıqdan sonra təqdimat mərhələsi gəlir. Hər qrup öz tədqiqatlarının yekunları ilə auditoriyanı tanış edirlər. Sonra təqdim olunan bütün işlər arasında rabitə, əlaqələr yaradılır. Məlumatlar sistemə salınaraq ümumiləşdirilir. Həmin ümumiləşmələr ilkin fərziyyələrlə müqayisə olunur və nəticələr çıxarılır. Bundan sonra biliyn tətbiqi mərhələsi gəlir. İşin gedişindən aydın olduğu kimi, fəal-interaktiv təlimdə şagirdlərdə məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişafı qayğısına qalınır, təlim prosesinə tədqiqat xarakteri verilir. Təlim prosesində işgüzar iş mühiti, əməkdaşlıq şəraiti yaradıldığından iştirakçıların yüksək fəallığı təmin olunur.
Məlum olduğu kimi interaktiv təlim metodları ən yeni texnologiyalardan biri sayılır.
Təlim texnologiyası deyəndə pedaqoji prosesdə təlimin ən yeni və ən səmərəli metodlarından, priyom, tərz və vasitələrindən istifadə etməklə yüksək elmi – intellektual səviyyəyə və nümunəvi mənəvi - əxlaqi normalara malik olan şəxsiyyətin yetişdirilməsi nəzərdə tutulur.
“İnteraktiv” latın sözü olub, iki mənada təqdim olunur. Birincisi “intero” şəklində, yəni “daxili”, “içəri” mənasında, ikincisi isə “internaşin” şəklində yəni “ara”, “qarşılıqlı əlaqə”, “dialoq” “beynəlxalq” mənasında işlədilir. “Aktiv” və ya “akt” sözü isə beynəlxalq status almış “aktivişhin” sözündən olub, “fəaliyyət”, ”fəal”, “fəallıq”, “fəallaşmaq” mənasında işlədilir. Demək, “İnteraktiv” “qarşılıqlı əlaqə”, “anlaşma”, “əməkdaşlıq”, “dialoq” deməkdir. Bu prosesdə hər iki tərəfin fəallığı mühüm yer tutur. Bu fəallaşma adi və normal fəallaşma kimi deyil, çevik və dinamik fəallaşma kimi başa düşülür. Deməli, “interaktiv” sözü pedaqoji prosesin son dərəcə dinamik fəallaşdırılması kimi başa düşülməlidir. Bu prosesdə hər bir şagirdin öz müstəqil fikri, düşüncəsi və ideyası olur və hər bir zəif şagird də fəallaşır. Bütün bunlar da, heç şübhəsiz, təlim keyfiyyətinin yüksəlməsinə, təkmilləşməsinə bilavasitə təsir göstərir, şagirdlərin mənimsəmə keyfiyyətini artırır.
İnteraktiv təlimə tədrisin və idrak fəaliyyətinin təşkili və idarə olunması metodlarının məcmusu kimi baxmaq olar. İnteraktiv təlim üçün aşağıdakı cəhətlər səciyyəvi ola bilər:
- müəllim tərəfindən şüurlu surətdə (iradi olaraq) idraki problem situasiyasının yaradılması;
- problemin həlli prosesində şagirdlərin fəal tədqiqatçı mövqeyinin stimullaşdırılması;
- şagirdlər üçün yeni və zəruri olan biliklərin müstəqil kəşfi, əldə edilməsi və mənimsənilməsi üçün şəraitin yaradılması.
Yeni yanaşmanın mahiyyəti ondadır ki, təlim şagirdlərin yaddaşının təkcə yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilmə-sinə deyil, həm də təfəkkürün müntəzəm inkişaf etdirilməsi əsasında daha çox biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi, ən mühüm bacarıq və vərdişlərinin, şəxsi keyfiyyət və qabiliyyətlərin qazanılmasına yönəlib. Bu zaman şagirdlər müəllimin rəhbərliyi altında, xüsusi seçilmiş, asan başa düşülən və yadda qalan, ən vacib təlim materialının öyrənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqələrini, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı öyrənirlər.
İnteraktiv təlim prosesində şagirdin mövqeyi – “kəşf edən”, “tədqiqatçı”, araşdırıcı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, bunları müstəqil tədqiqat prosesində həll edir. Şagirdlər təlim prosesində passiv dinləyici deyil, fəal düşünən, danışan, fikir söyləyən, münasibət bildirən, biz subyekt, təlim prosesinin tamhüquqlu iştirakçısı, tədqiqatçısı kimi çıxış edir və bilikləri fəal axtarış və kəşflər prosesində mənimsəyirlər.
Müəllimin mövqeyi – fasilitator ("bələdçi", "aparıcı") daha çox istiqamətverici mövqeyindədir. O, problemli vəziyyətləri planlı və istiqamətlənmiş surətdə təşkil edir, şagirdlər qarşısında tədqiqat məsələlərinin meydana çıxmasına şərait yaradır və onların həllinə metodiki kömək göstərir. İnteraktiv metodlarla qurulan dərs ənənəvi dərsdən onunla fərqlənir ki, burada uşaqlar özləri biliyi əldə edir, müstəil çalışaraq, axtararaq bilik qazanır. Şagirdlər təlim prosesinə fəal cəlb olunurlar. Müəllim isə daha çox istiqamət, məsləhət verir, o bələdçi rolunu oynayır. Sinifdəki iqlim uşaqların sərbəstləşməsinə, müstəqilliyinə, fəallığına səbəb olur, uşaqlar öz fikirlərini sərbəst söyləyə bilirlər. İnteraktiv dərsin dəqiq strukturu var və qarşıya qoyulan məsələləri həll etməyə imkan verir, uşaqlar biliklərə yiyələnir, tədris proqramı zərər çəkmir.
İnteraktiv təlimin əsas üstünlüyü - real idrak motivasiyasının (biliklərə yiyələnmək həvəsinin) yaranmasıdır. Bu da idrak fəaliyyətinin gedişində şagirdlərin təfəkküründə gerçək ziddiyyətlərin həlli imkanlarına əsaslanır. Real ziddiyyətlərdən yaranan emosiyalar əqli ehtiyatların səfərbərliyini təmin edir, idrak fəaliyyətini şövqləndirir, diqqəti uzun müddət cəmləməyə imkan yaradır. Bilgilər “hazır” şəkildə deyil, onların müstəqil surətdə kəşfi prosesində mənimsənilir, yəni mənimsəmə prosesi passiv deyil, fəal xarakter daşıyır.
Əgər şagird öz istəyinə və öz fəaliyyətinə əsasən yeni bilikləri kəşf edirsə, onda o, dərsə yaradıcı və maraqla yanaşır, əldə etdiyi bilikləri uzun müddətə və möhkəm mənimsəyir.
İnteraktiv təlim bilik, bacarıq, təcrübə və vərdişlərə yiyələnməyə, cəmiyyətin vətəndaşları üçün zəruri sosial və intellektual təfəkkürün, müstəqil çalışma, müstəqil düşünmə bacarıqlarının inkişafına kömək edən demokratik üsullarla aparılan təlim prosesidir.
İnteraktiv təlim prosesində dərsdə yaranan, meydana çıxan şagirdlərarası öyrənmə-öyrətmə ünsiyyəti və əməkdaşlığı, müəllim-şagird birliyi və əməkdaşlığı nəzərdə tutulursa, interaktiv metodlar isə təlim prosesində öyrənmə və anlaşmaya, bacarıq və keyfiyyətlərə şagirdlərin yiyələnməsini həyata keçirən üsullar, tərzlər, işlər, yanaşmalar, vasitələr nəzərdə tutulur.
Ən son tədqiqatların nəticəsi göstərir ki, interaktiv təlim metodları effektiv nəticəni konstruktivizm nəzəriyyəsinə istinad edərək təlimə İKT-nin yaxından tətbiqi ilə verir və öz işləkliliyini daha da səmərəli edir. Psixoloqlar qeyd edirlər ki, informasiya insanın eşitdiklərinin 10%-i, gördüklərinin 50%-i, özü etdiklərinin isə 90%-i həcmində yaddaşında qalır. İKT-nin bu sahədə böyük dəstəyi öyrənənin şəxsi araşdırması zamanı güclü informasiya bankı ilə təmin olunmasındadır (internet, elektron kitablar, test və tapşırıqlar və s.).
İnteraktiv təlim prosesində ilk baxışdan elə görünə bilər ki, müəllim sinifdə fəal rol oynamır. Əslində isə müəllim şagirdi ruhlandıran, ona özünü tapmaqda kömək edən “yaradıcıya” çevrilir.
İnteraktiv metodlar müəllimin təkcə başqalarını öyrətməsinə deyil, onun özünün də öyrənməsinə, daha yaradıcı və enerjili pedaqoq olmasına imkan verir. İnteraktiv təlim metodları həmçinin sinif otağının həmişəki tərtibatından, məşğələlərin təşkilinin adət etdiyimiz qaydasından imtina olunmasını tələb edir.
Şagird masalarının sinif otağında yerləşdirilməsinin dörd əsas forması vardır:
1. “Sinif” forması – ənənəvi qayda .
2. “Kafe” forması (“diskussiya klubu”).
3. “Ü” hərfi formasında sinif.
4. “Dairə” formasında sinif.
“Kafe” forması qruplarda iş üçün əlverişlidir.
“U” hərfi forması rollu oyunlar zamanı, tanışlıq vaxtı, diskussiyaların gedişində daha səmərəlidir.
“Dairə” forması müxtəlif diskussiyaların, dairəvi masaların keçirilməsi üçün daha rahatdır.
İstifadə olunan bütün üsullar aşağıda verilmiş komponentlərdən ibarət olan təlim prosesinin qanunauyğunluqlarından irəli gəlir:
a) təlimin məqsədi,
b)təlimin məzmunu,
c) şagirdlərin dərketmə imkanları,
ç) müəllimin öyrətmə fəaliyyəti və şagirdlərin öyrənmə işi, təlimin təşkilati forması və s.
d) təlimin nəticəsi.

Bütün bu komponentlər qarşılıqlı surətdə əlaqəlidir və təlim prosesində vəhdətdə çıxış edirlər. Onlar sabit və təkrarlanandır. Buradan belə bir vacib tələb ortaya çıxır-hər hansı təlim üsulları, vasitələri və formalarının müəyyənləşdirilməsi və tətbiqi zamanı bu komponentlərin qarşılıqlı əlaqəsini nəzərə almaq zəruridir. Müəllim bu əlaqələrin bütün dərs prosesi boyu mövcud olduğunu yaddan çıxarmamalıdır. Bunu nəzərə almadan istənilən nəticəni əldə etmək qeyri-mümkündür.



Mənbələr:
https://azkurs.org/pars_docs/refs/31/30030/30030.pdf - İnteraktiv təlim metodları
https://kayzen.az/blog/pedaqoq/1167/t%C9%99lim-prosesinin-mahiyy%C9%99ti.html – Təlim prosesinin metodları
FƏRRUX RÜSTƏMOV TAMİLLA DADAŞOV - ALİ MƏKTƏB PEDAQOGİKASI pdf

Yüklə 40,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə