(3)
[İmtina
barədə
bildirişin
başqasına
göndərilməsi;
mühafizə
vasitələri]
(a) Beynəlxalq büro təxirə salmadan imtina barədə bildirişin surətini sənaye nümunəsinin
sahibinə göndərir.
(b) İmtina bildirişini göndərən İdarənin istifadə etdiyi qanunvericiliyə uyğun olaraq
mühafizə vermək məqsədilə göndərilən iddia sənədinin obyekti olmuş istənilən sənaye
nümunəsi, beynəlxalq qeydiyyatın obyekti olduğu halda, sahib eyni hüquqi mühafizə
vasitələrinə malik olur. Bu cür mühafizə vasitələri ən azı imtina barədə qərara təkrar baxmaq
və ya ondan şikayət vermək kimi imkanları özündə ehtiva etməlidir.
(4)
[İmtinanın geri götürülməsi] İstənilən imtina, imtina barədə bildirişi göndərən İdarə
tərəfindən istənilən vaxt tam və ya qismən geri götürülə bilər.
Maddə 13
Sənaye nümunələrinin vəhdətinə dair xüsusi tələblər
(1) [Xüsusi tələblər barədə bildiriş] Bu Aktın iştirakçısı olan anda Razılığa gələn hər hansı
Tərəfin qanunvericiliyi tələb edirsə ki, eyni bir iddia sənədinin obyekti olan sənaye
nümunələri vahid məna, vahid hazırlanma və ya vahid istifadə tələblərinə cavab versin,
yaxud eyni məmulat komplektinə və ya dəstinə aid olsun, yaxud da bir iddia sənədinin
obyekti yalnız bir müstəqil və ayrıca sənaye nümunəsi olsun, Baş direktora ünvanladığı
bəyanatda onu bu barədə xəbərdar edə bilər. Lakin heç bir bu cür bəyanat 5(4)‐cü maddəyə
uyğun olaraq iddiaçının bir və ya bir neçə sənaye nümunəsini beynəlxalq iddia sənədinə
daxil etməsi ilə bağlı hüquqlarına, hətta iddia sənədində bəyanat göndərən Razılığa gələn
Tərəf göstərilmiş olduqda belə, xələl gətirmir.
(2) [Bəyanatın göndərilməsinin nəticələri] İstənilən bu cür bəyanat, onu verən Razılığa
gələn Tərəfin İdarəsinə hüquq verir ki, Razılığa gələn həmin Tərəfin bəyanatında göstərilən
tələblər yerinə yetirilməyənədək 12(1) maddəsinə uyğun olaraq beynəlxalq qeydiyyatın
qüvvəsini tanımaqdan imtina etsin.
(3) [Qeydiyyatın bölünməsi ilə əlaqədar ödənilməli olan əlavə rüsumlar] Əgər (2)‐ci maddəyə
uyğun olaraq edilmiş imtina ilə əlaqədar bəyanatda göstərilən və imtinaya səbəb olan
əsasları aradan qaldırmaq məqsədilə beynəlxalq iddia sənədinin bölünməsi barədə müvafiq
İdarəyə vəsatət verilərsə, bu İdarə imtinaya səbəb olan əsaslan aradan qaldırmaq məqsədilə
verilən hər bir əlavə beynəlxalq iddia sənədinə görə rüsum almaq hüququna malikdir.
Maddə 14
Beynəlxalq qeydiyyatın qüvvədə olması
(1) [Tətbiq olunan qanunvericiliyə uyğun olaraq verilmiş iddia sənədinin verilməsinə bərabər
qüwədəolma] Beynəlxalq qeydiyyat tarixindən etibarən, göstərilən Razılığa gələn hər bir
Tərəfdə beynəlxalq qeydiyyatın qüvvəsi, ən azı Razılığa gələn bu Tərəfin qanunvericiliyinə
uyğun sənaye nümunəsini mühafizə etmək üçün düzgün tərtib olunaraq verilən iddia
sənədinin qüvvəsi ilə eynidir.
(2) [Tətbiq olunan qanunvericiliyə uyğun olaraq verilmiş mühafizəyə bərabər qüwədəolma] (a)
İdarəsi (12)‐ci maddəyə uyğun olaraq beynəlxalq qeydiyyata imtina göndərməmiş Razılığa
gələn hər bir Tərəfdə beynəlxalq qeydiyyatın qüvvəsi ən azı, imtinanın göndərilməsi üçün
müəyyən edilən ən gec tarixin bitdiyi müddətdən və yaxud əgər Razılığa gələn Tərəf
Təlimata uyğun olaraq müvafiq bəyanat vermişsə, bəyanatda göstərilən ən gec tarixdən
başlayaraq, Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun sənaye nümunəsinə görə verilən
mühafizənin qüvvəsi ilə eynidir.
(b)
Əgər göstərilən Razılığa gələn Tərəfin İdarəsi imtina göndərmiş və sonradan onu
qismən və ya tamamilə geri götürmüşsə, onda beynəlxalq qeydiyyatın geri götürülən
hissəsinin Razılığa gələn həmin Tərəfdə qüvvəsi, imtinanın geri götürülməsinin ən gec
tarixindən etibarən, Razılığa gələn həmin Tərəfin qanunvericiliyinə uyğun sənaye
nümunəsinə görə verilən mühafizənin qüvvəsi ilə eynidir.
(c) Bu bəndə uyğun beynəlxalq qeydiyyatın qüvvəsi, göstərilən İdarənin Beynəlxalq
bürodan qəbul etdiyi formada və ya bu İdarə tərəfindən tətbiq olunan prosedurlara uyğun
düzəlişlərin edildiyi formada qeydiyyatın obyekti olan sənaye nümunəsinə və sənaye
nümunələrinə şamil edilir.
(3) [Razılığa gələn Tərəfin iddiaçısının göstərilməsinin qüvvədə olması ilə bağlı bəyanat] (a)
İdarəsi ekspertiza aparan idarə olan Razılığa gələn istənilən Tərəf Baş direktora ünvanladığı
bəyanatda göstərə bilər ki, əgər o, iddiaçının Razılığa gələn Tərəfidirsə, beynəlxalq
qeydiyyatda Razılığa gələn bu Tərəfin göstərilməsi heç bir qüvvəyə malik deyil.
(b) (a) yarımbəndində göstərilmiş qaydada bəyanat verən Razılığa gələn Tərəf
beynəlxalq iddia sənədində həm Razılığa gələn Tərəfin iddiaçısı kimi, həm də Razılığa gələn
Tərəf kimi göstərilmişsə, Beynəlxalq büro Razılığa gələn bu Tərəfin bəyanatmı qəbul etmir.
Maddə 15
Beynəlxalq qeydiyyatın etibarsız hesab edilməsi
(1) [Mühafizə üçün imkan verilməsinə dair tələblər] Razılığa gələn göstərilən Tərəfin
ərazisində beynəlxalq qeydiyyatın tam və ya qismən etibarsız sayılması barədə qərarı
Razılığa gələn bu Tərəfin səlahiyyətli orqanı hüquq sahibinə öz hüquqlarının müdafiəsi üçün
lazımi vaxtda imkan yaratmadan qəbul edə bilməz.
(2) [Beynəlxalq qeydiyyatın etibarsız hesab edilməsi barədə bildiriş] Ərazisində beynəlxalq
qeydiyyatın etibarsız hesab edildiyi Razılığa gələn Tərəfin İdarəsi, beynəlxalq qeydiyyatın
bu cür etibarsız hesab edilməsi barədə məlumata malik olduqda, Beynəlxalq büroya bu
barədə bildiriş göndərir.