Şəmistan Nəzirli
15
General Əli ağa Şıxlinski bu vətənpərvər çıxışını Gəncədə
praporşiklər məktəbinin birinci buraxılışı münasibətilə söy-
ləmişdir. Bu şənlikdə Qafqaz Ordusunun baş komandanı Nuru
Paşa, atası Hacı Əhməd, xalq təhsil naziri Nəsib bəy Usubbəyov,
daxili işlər nazirinin vəkili Mehdi bəy Hacınski, sosial-təminat
naziri Musa bəy Rəfibəyov, Gəncə qubernatoru, general İbrahim
ağa Vəkilov və başqa dövlət xadimləri iştirak edirlər.
Elçi adlı müəllif 1918-ci il noyabrın 7 və 8-də “Azərbaycan”
qəzetində (rus dilində) yazır ki, ertəsi gün Bakıdan gəlmiş qo-
naqlar və demək olar ki, bütün şəhər əhalisi hərbi meydana yol-
landılar. Meydanda təlim üçün əvvəlcədən səngərlər, yarğanlar
və cürbəcür maneələr hazırlanmışdı. Hamı özünün Milli bayra-
mına, Türk-Azərbaycan zabitlərinin ilk buraxılışına tamaşa
etməyə gəlmişdi. Ətrafda bayram əhvali-ruhiyyəsi var idi.
Əlahiddə Azərbaycan korpusunun komandanı general Əli
ağa Şıxlinski ətrafdakılarla birgə səflə düzülmüş yunkerlərə ya-
xınlaşıb salamlaşdı. General Əli ağa Paşanın mehriban “salamı-
na” birdən-birə səkkiz yüz gəncin ağzından gurultulu “salam”
cavabı çıxdı. Sonra proqram üzrə təlim sınaqları keçirilməsinə
başlandı.
1918-1920-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin təşki-
lində Əli ağa Şıxlinskinin müstəsna rolu olmuşdur. Doğma xal-
qın nizami ordusunu yaratmaq istəyən general uzun illik hərbi
təcrübəsindən gecə-gündüz istifadə edirdi. Yetmiş ildən çox Res-
publika Yeni Tarix Mərkəzi Dövlət Arxivində “tamamilə məx-
fidir” qrifi ilə saxlanan qiymətli bir sənəd bunu bir daha təsdiq
edir. Milli Azərbaycan korpusunun komandiri general Əli ağa
Şıxlinski 1918-ci il dekabrın 13-də Gəncədən göndərdiyi “Mə lu-
mat”ında yeni Azərbaycan Ordusunun layihəsini hazırlamışdı.
General yazırdı: “Azərbaycanın müstəqil respublika elan
edilməsi mənə may ayının 27-də qəzetlərdən aydın oldu.
Mən mayın 28-də yeni dövlətin hərb nazirliyinin layihəsini
artıq hazırlamışdım; layihənin arxasında izahedici qeyd olan
müfəssəl sxem əlavə edilmişdir”.
General Əli ağa Şıxlinski və silahdaşları
16
Vəziyyətlə əlaqədar Əli ağa Şıxlinski layihəsində təklif edir ki,
vaxtilə türk zabitlərinin köməyi ilə yaradılmış hərbi korpus ləğv
edilsin. Müharibə şəraitində bu azlıq təşkil edir. “Əvəzində divi-
ziyalar təşkil edilsin. Onlar da hərb nazirinə və onun köməkçisinə
tabe olunsun”.
Gözəl təlim və tərbiyə almış, Mancuriyada müvəffəqiyyətlə
döyüşən, yüksək döyüş qabiliyyətli Yapon ordusunun korpus
təşkilatı haqqında təsəvvürü belə yox idi.
Şıxlinski layihədə incə bir mətləbə də toxunmuşdu. May ayın-
da ilk müstəqil Azərbaycan hökuməti yarananda hərb naziri
doktor Xosrov bəy Sultanov təyin edilmişdi. O da mülki şəxs idi.
Xosrov bəy türk zabitlərinin köməyi ilə ordunun təşkilində
bəzi təxirəsalınmaz işlər görsə də, bu, ölkədəki ağır vəziyyəti
yüngülləşdirmədi. Azərbaycanın həm daxilindəki, həm də qon-
şuluğundakı amansız düşmənə qarşı güclü ordu yaratmaq vacib
idi. Təhlükə o qədər artmışdı ki, ölkənin qərb rayonlarında hərbi
vəziyyət elan olunmuşdu. Belə şəraitdə mülki şəxsin hərb naziri
olmasını peşəkar hərbiçi olan Əli ağa Şıxlinski məsləhət bilmirdi.
Ona görə də haqlı olaraq yazırdı ki, hərb naziri – əgər o, mülki
şəxsdirsə – onda o özünün yanında səlahiyyətli şəxslərin çox ki-
çik sayından hərbi şura yaratmaq və qoşunların təlim və
tərbiyəsinə bilavasitə nəzarət etmək üçün köməkçi təyin
etməlidir.
Mətndən o da məlum olur ki, general Əli ağa Şıxlinski layihəni
artıq ikinci, bəlkə də üçüncü dəfə hökumətin ünvanına göndər-
mişdir.
“Hökumət Gəncə şəhərinə köçən kimi (iyun ayının əvvəlində)
mənim layihəm hərb nazirliyi müəssisələrinin müfəssəl sxemi
şəklində Nazirlər Sovetinin sədrinə təqdim edilmişdir.
Ehtimal edilirdi ki, hökumətə tam məlumatı, yəqin ki, Nazirlər
Sovetinin müvafiq iclasına dəvət ediləcək korpus komandiri
şəxsən özü təqdim edəcək.
Lakin mən heç bir yerə dəvət edilməmişəm və layihə haqqın-
da heç bir xəbərdarlıq almamışam. Güman edirəm ki, layihə heç
Şəmistan Nəzirli
17
müzakirə edilməmişdir. Çünki Bakı quberniyasının bolşevik-
lərdən təmizlənməsi və bunun üçün lazım olan xarici kömək ilə
əlaqədar olaraq yaranmış xüsusi şəraitə görə hökumət hərb nazi-
ri təyin etməkdən imtina etmişdir”.
Nəhayət, hökumətin əmrilə 1918-ci il dekabrın 25-də tam ar-
tilleriya generalı Səməd bəy Mehmandarov hərb naziri oldu və
həmin gün yanıqlı bəyanatla xalqa müraciət etdi. Dekabrın 29-da
isə general-leytenant Əli ağa Şıxlinski hərb nazirinin müavini
təyin edildi.
* * *
“…Əli ağa Şıxlinski Cümhuriyyət dövründə Səməd bəyin
müavini olmaqla bərabər həm də onun sağ əli idi. Səməd bəy
Ə.Şıxlinskinin işıqlı zəkasını, hərbçilik istedadını və nəhayət, in-
sani keyfiyyətlərini yüksək qiymətləndirirdi. Səməd bəy Ə.Şıx-
linskinin bilik və təcrübəsindən özü bəhrələndiyi kimi, ordu qu-
ruculuğunda da ondan geniş istifadə edilirdi. Ordu quruculuğu
prosesinin elmi-praktik biliklər tələb edən məsələlərinin həlli
əsasən Ə.Şıxlinskiyə həvalə edilirdi və həmin məsələlərin
keyfiyyətlə həll ediləcəyinə də Səməd bəydə heç vaxt şübhə ol-
mazdı. Səməd bəy insani qısqanclıqdan həmişə uzaq olmuşdu
və vaxtilə rastlaşdığı bir çox hərbiçilərdən fərqli olaraq o, Ə.Şıx-
linski kimi bir hərbiçi ilə birgə xidmət etməyi nəinki karyerasına
təhlükə saymamış, əksinə, onun nazir müavini olmasını təkidlə
Cümhuriyyət hökuməti qarşısında qaldırmışdı. Səməd bəy bilir-
di ki, Ə.Şıxlinski bütünlükdə Nazirliyin yükünü öz üzərinə
götürməyə qadir olan bir şəxsdir və onun xidmət başında olması
xalqına yalnız fayda verə bilər. Nazirlikdə olmadığı vaxtlarda da
Səməd bəy nazir vəzifəsinin icrasını Ə.Şıxlinskiyə həvalə edərdi.
Cümhuriyyət dövründə hərbi nazirin vəzifəsini digər generallar
da icra etmişlər. Ancaq bu o zaman olurdu ki, həm Mehmanda-
rov, həm də Ə.Şıxlinski xidməti ezamiyyətdə olurdular.
General Ə.Şıxlinskinin Cümhuriyyət ordusunun təşkilində
çox böyük xidmətləri vardır. Onun komandanlığı altında yara-
Dostları ilə paylaş: |