http://www.amu.edu.az
30 sentyabr 2015-ci il
2
Öz növbəsində ona göstərilən
di
qqət və qayğıya görə uni-
versitetin rektoru, akademik
Ə.Əmiraslanova və elmi şuranın
üzvlərinə təşəkkürünu bildirən
yubilyar “70 yaşın nə vaxt
gəldiyini” hiss etmədiyini dedi
və həmkarlarına 90-100 il ömür
arzuladı.
Bundan sonra “Azərbaycan
Tibb Universitetində 2014/2015-
ci tədris ilinin yekunları və
2015/2016-cı tədris ilində univer-
sitet kollektivi qarşısında duran
vəzifələr” barədə universitetin
tədris işləri üzrə prorektoru, pro-
fessor Sabir Əliyevin hesabatı
dinlənildi.
Azərbaycan xalqının ümummil-
li lideri Heydər Əliyevin təhsilin
inkişafına və bu sahədə çalışan
müəllimlərə həmişə böyük diqqət
və qayğı göstərdiyini xatırla-
dan prorektor qeyd etdi ki, artıq
Azərbaycan təhsil sistemi yeni
inkişaf dövrünə qədəm qoymuş-
dur. Möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin qayğısı,
Heydər Əliyev fondunun həyata
keçirdiyi layihələr ulu öndərin
təhsil siyasətinin uğurlu davamı
və inkişaf meyarıdır.
Azərbaycan Tibb Universitetinin
85 ildə keçdiyi yolu araşdırdıqda
bu ali tibbi təhsil müəssisəsinin
sürətli
inkişafının
ölkəmizin
müstəqillik illərinə düşdüyünü
söyləyən S.Əliyev ulu öndər
Heydər Əliyev cənablarının və
onun daxili və xarici siyasətinin
layiqli davamçısı möhtərəm İl-
ham Əliyev cənablarının ölkəyə
rəhbərlik
etdikləri
zamanı
təhsilə, səhiyyəyə, sosial inki-
şafa diqqətin artdığı dövr kimi
səciyyələndirdi: “Onların yaxın-
dan dəstəyi və bilavasitə iştirakı
ilə universitetin maddi-texniki
bazası üç dəfədən çox artmış,
müasir avadanlıq və mülti-me-
dia sistemi ilə təchiz olunmuş 4
klinik tədris bazası tələbələrin
və professor-müəllim heyətinin
istifadəsinə verilmişdir. Keçən
vaxt ərzində universitetin 41 ka-
fedrası yeni kliniki və tədris ba-
zasına köçürülmüşdür”.
2015/2016-cı tədris ilində I kursa
hərbi tibb fakültəsi istisna olmaq-
la, 864 tələbənin qəbul olundu-
ğunu nəzərə çatdıran prorektor
bildirdi ki, həmin tələbələrdən
382-si dövlət hesabına, 562-si
ödənişli əsasla təhsil alacaqdır.
Universitetə qəbul olan xa-
rici vətəndaşlardan 19 nəfəri
(keçən tədris ilində 18 nəfər)
qardaş Türkiyə Cümhuriyyətində
YÖK yolu ilə bizim universitetin
«müalicə işi» və «stomatologi-
ya» ixtisaslarını göstərərək qəbul
olanlardır. Bildiyiniz kimi, həmin
82 tələbə universitetimizdə I-III
kurslarda təhsilini başa vur-
duqdan sonra öz ölkələrinin
müxtəlif universitetlərinin tibb
fakültələrinə köçürülürlər.
Universiteti tibb ixtisasları üzrə
957 nəfər bitirərək həkim ixtisa-
sı almışdır. Onlardan 115 nəfəri
xarici ölkə vətəndaşıdır. Univer-
sitetin həkim məzunlarından 63
nəfəri fərqlənmə diplomuna layiq
görülmüşdür.
Hesabat
ilində
hərbi-tibb
fakültəsinin növbəti buraxılışı
olmuşdur. Fakültəni bitirən 82
hərbi həkim və 38 hərbi feldşer
Azərbaycan silahlı qüvvələri sı-
ralarında xidmətə göndərilmişdir.
Artıq 4 ildir ki, rezidenturaya
qəbulun 2 mərhələdə aparıldığı-
nı və hər mərhələnin 100 balla
qiymətləndirildiyini vurğulayan
S.Əliyev bildirdi ki, 2015-ci il
qəbulu üçün müraciət edən 1280
nəfər həkim və məzunun 1119
nəfəri ATU-nun məzunları və
ya sonuncu kurs tələbələridir. I
mərhələdən keçid balını (30 bal)
toplayanlar 1000 nəfər olmuş-
dur ki, onlardan da 958 nəfəri
ATU-nun məzun və tələbələridir.
I mərhələdə 60 baldan yuxarı
nəticə göstərənlər 218 nəfər ol-
muşdur ki, bunların da hamısı
universitetimizin məzun və ya
tələbələridir.
II Mərhələyə 1000 nəfər bura-
xılmışdır ki, onlardan 51 nəfəri
imtahana
gəlməmişdir.
949
nəfərdən 549-u lazımi miqdarda
bal toplayaraq müsabiqəyə bura-
xılmışdır.
S.Əliyev hesabat dövründə
Universitetin
elmi-tədqiqat
hissəsinin də xeyli məhsuldar ça-
lışdığını diqqətə çatdıraraq vur-
ğuladı ki, elmi işlərin nəticələrinə
görə universitetin əməkdaşları
tərəfindən 12 monoqrafiya, 18
dərslik, 44 dərs vəsaiti, 5 kitab-
ça və sorğu ədəbiyyatı, 3 elmi
əsərlər məcmuəsi, 32 metodik
ədəbiyyat dərc edilmişdir.
Universitetin əməkdaşları xaric-
də 419, eləcə də Respublika
mətbuatında 724 elmi iş çap
etdirmiş və müntəzəm olaraq
çıxışlar etmişlər. 2014-cü ildə 8
Azərbaycan patenti alınmışdır
ki, onlardan da 6-sı ixtiraya görə,
2-si faydalı modelə görədir.
Məruzəsində
universitetin
tədris binalarında, klinikalarında,
yataqxanalarında və həmçinin
sağlamlıq
düşərgəsində
müəyyən əsaslı və cari təmir
işləri görülməsinə də yer ayıran
prorektor keçən tədris ilinin payız
və yaz semestrlərinin imtahan
sessiyalarının nəticələri üzərində
xüsusi dayandı: “2014/2015-ci
ilin yay imtahan-məqbul sessi-
yasının başlanğıcından 6 nəfər
akademik məzuniyyətdə ol-
muşdur. Yaz semestri ərzində
öz ərizələrinə görə 9 tələbə
universitetdən xaric edilmişdir.
Ümumiyyətlə, tibb universi-
teti üzrə kəmiyyət göstəricisi
94,8% (keçən il 78,2%), keyfiyyət
göstəricisi 60,9% (keçən il 44,5%)
olmuşdur ki, bu da, göründüyü
kimi, keçən ilin göstəricilərindən
xeyli yaxşıdır.
Kredit sistemi üzrə imtahan
verməli olanlardan 4018 nəfəri
bütün imtahanlarda müvəffəq
qiymətlər alaraq, sessiyanı başa
vurmuşlar.
2015/2016-cı tədris ili üçün
müxtəlif ölkə və səfirliklərlə
sıx əlaqələr saxlanılmış, yeni
əcnəbi tələbələrin universitetə
cəlb olunması üçün danışıqlar
aparılmışdır. Bunun nəticəsidir
ki, 2015/2016-cı tədris ili üçün
universitetimizə 150-yə yaxın
əc nəbi vətəndaş müraciət etmiş-
dir. Onu da qeyd etmək lazım-
dır ki, bu il universitetimizə yeni
ölkələrdən - Liviya, Hindistan,
Nigeriya, Əlcəzair ölkələrindən
də tələbələr qəbul olunmuşlar.
Bu da onu göstərir ki, ildən-ilə
universitetimizə maraq artır və
müraciət edən ölkələr sırasına
yeni-yeni ölkələr əlavə olunur.
Tədris proqramına əsasən yaz
imtahan sessiyasından sonra
tələbə və dinləyicilərin isteh-
salat təcrübəsi haqqında da
şura üzvlərinə məlumat verən
S.Əliyev universitetimizə bu il
qəbul olunmuş tələbələrin test
imtahanlarında yüksək nəticələr
göstərməsini xüsusi qabarda-
raq qeyd etdi ki, 944 tələbənin
395 nəfəri 600-dən yuxarı bal
toplayaraq universitetimizə daxil
olmuşdur, yeri gəlmişkən qeyd
edim ki, onlar əlaçı tələbələr he-
sab olunurlar.
“Ölkə başçısı İlham Əliyev
cənablarının
sərəncamına
əsasən təyin olunmuş 102 Prezi-
dent təqaüdçüsünün 24 nəfəri bi-
zim universitetə daxil olmuşdur”–
deyən prorektor ötən illərdə
universitetə qəbul olunan Prezi-
dent təqaüdçülərinin elə I kurs-
dan aşağı qiymət alaraq bu adı
itirmələrindən
təəssüfləndiyini
bildirdi.
S.Əliyev
çıxışının
sonun-
da universitet kollektivinin cari
tədris ilində əvvəllər buraxılmış
nöqsanları aradan qaldırma-
ğa, tələbələrlə aparılan tədris
və tədris-metodik işi günün
tələblərinə uyğun qurmağa çalı-
şacaqlarına əminliyini bildirdi.
Məruzə ətrafında çıxış edən
kafedra müdirləri Eldar Qası-
mov, Arif Əfəndiyev, Ədalət
Həsənov, əczaçılıq fakültəsinin
dekanı Tahir Süleymanov və
immunologiya kursunun rəhbəri
Lalə
Abdullayeva
hesabatı
qənaətbəxş qiymətləndirərək bu
sahədə qazanılan uğurlardan,
həmçinin mövcud çətinliklərdən
söhbət açdılar. Həllini gözləyən
problemlərlə bağlı təkliflərini irəli
sürdülər.
Akademik
Ə.Əmiraslanov
müza kirələrə yekun vuraraq
məruzə və çıxışlarda səslənən
fikirlərə münasibətini açıqladı:
“Biz hər tədris ilinin əvvəlində
keçirilən elmi şuranın iclasın-
da tədris işlərini müzakirə edi-
rik, çünki tədris bizim əsas
sahəmizdir. Əsas vəzifəmiz
yüksək ixtisaslı həkim və əczaçı
kadrlar hazırlamaqdır. Şübhəsiz
ki, elmi fəaliyyətimiz də, digər
sahələr də vacibdir. Ancaq əsas
işimizin ana xətti tədrisdir. Mən
həmişə demişəm ki, tədrisdə
islahatlar aparmaq çox çətindir.
Bu islahatları ağrısız həyata
keçirmək asan deyil. Ona görə
də burada çıxış edən kafedra
müdirlərinin narahatlığını yax-
şı başa düşürəm. Əgər yadı-
nızdadırsa, Boloniya prosesinə
ən gec qoşulan da Azərbaycan
Tibb Universiteti oldu. Biz bir
qədər gözlədik, xarici ölkələrin,
Azərbaycanda bu sistemə keç-
miş universitetlərin təcrübəsini
öyrəndik. Əlbəttə, mən hesab
etmirəm ki, bu ideal bir sistemdir,
təbii ki, çatışmayan cəhətləri də
var. Düşünürəm ki, bu sistemin
çatışmayan cəhətləri üzərində
işləmək lazımdır. Əsasnamənin
içərisində elə məsələlər var ki,
rektorun da səlahiyyəti yoxdur ki,
onu dəyişsin. Bu əsasnamələrin
bir çoxu hətta Təhsil Nazirliyi-
nin yox, Nazirlər Kabinetinin
qərarı ilə həyata keçirilir. Sizin
təkliflərinizlə bağlı biz dəfələrlə
Təhsil Nazirliyinə müraciət et-
mişik. Sağ olsunlar, bir çox
təkliflərimizi də nəzərə alıb-
lar. Dərsə davamiyyətə görə
bal götürülsə, tələbələr dərsə
gəlməyəcəklər. Bizim psixo-
logiyamızda da bir qədər fərq
var. Yəni, xarici ölkələrdə bir
çox mühazirələr könüllüdür. Biz
mühazirələri könüllü eləsək, gö-
rün hansı mənzərə yaranar”.
Universitetdə aparılan tikinti-
abadlıq işlərinin səviyyəsindən
və klinikaların fəaliyyətindən
ümumilikdə razı qaldığını vur-
ğulayan rektor nə qədər ağır
olsa da, kafedralarda müəyyən
ixtisarların labüdlüyünə də to-
xundu. Bu məsələyə insani
nöqteyi-nəzərdən yanaşmağın
vacibliyini önə çəkən universi-
tet rəhbəri “Elektron universi-
tet” yaratmaq istiqamətində də
ciddi işlərin görüldüyünü şura
üzvlərinin diqqətinə çatdırdı.
Sonda idman kafedrasının
nəzdində yaradılan idman klu-
bunun Əsasnaməsini və 2016-
cı ilin əvvəllərində universite-
tin akkreditə edilməsinə uyğun
olaraq rektorun əmri ilə yara-
dılmış komissiyanın tərkibini
təsdiqləyən Böyük Elmi Şura
müsabiqə
məsələlərini
həll
etməklə öz işini yekunlaşdırdı.
Arif MƏMMƏDLİ
2014/2015-ci tədris ilinin yekunları və 2015/2016-cı tədris ilində
universitet kollektivi qarşısında duran vəzifələr müzakirə edildi
B Ö Y Ü K E L M İ Ş U R A D A
m Sentybrın 28-də Böyük Elmi Şuranın 2015-2016-cı tədris ilində ilk
yığıncağını açan Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili,
akademik Əhliman Əmiraslanov əvvəlcə universitetin tərbiyə işləri üzrə
prorektoru, II daxili xəstəliklər kafedrasının müdiri, professor Rafiq
Məmmədhəsənovu 70 illik yubileyi münasibətilə təbrik etdi və 1974-cü
ildən həyatını universitetimizlə bağlayan yubilyarın fəaliyyətini yüksək
qiymətləndirdi: “1990-cı ildən kafedra müdiridir, universitetin ictimai-si-
yası həyatında çox yaxından iştirak edir. YAP siyasi şurasının üzvüdür,
91-lərdəndir və 22 ildir ki, universitetimizdə prorektor vəzifəsində çalışır. İki
çağırış Milli Məclisin deputatı olub, yenə də YAP-ın namizədi kimi siyahıda-
dır, əminik ki, 3-cü çağırış da seçiləcəkdir. Rəhbərliyi altında namizədlik və
doktorluq dissertasiyaları müdafiə edilib. Əməkdar elm xadimi fəxri adına
layiq görülüb, “Tərəqqi” medalı ilə təltif olunub. Rafiq müəllimin xidmətləri
çoxdur və hesab edirəm ki, universitetimizdə yüksək ixtisaslı həkim kadrla-
rının hazırlanmasında indən belə də əlindən gələni edəcəkdir”.