30 sentyabr 2015-ci il
http://www.amu.edu.az
7
Ölkəmizdə İİV/QİÇS-lə mübarizənin
gücləndirilməsi,
insanların
bu
xəstəliklərə dair məlumatlandırılması,
biliklərinin
artırılması,
eləcə
də
yoluxma hallarının erkən aşkarlanması
və profilaktikasının genişləndirilməsi,
habelə
İİV-lə
bağlı
stiqma
və
diskriminasiya hallarının qarşısının
alınması məqsədilə Bakı, Sumqayıt və
Şəkidə təşkil olunan “İİV-ə testləşmə milli
kampaniyası” yekunlaşıb.
Səhiyyə Nazirliyinin təşəbbüsü ilə
avqust ayı ərzində keçirilən kampa-
niya çərçivəsində ölkənin iri şirkət və
müəssisələrində çalışan 6489 nəfər kö-
nüllünün müayinəsi aparılıb.
Nazirliyin
mətbuat
xidmətindən
AZƏRTAC-a verilən məlumata görə,
müayinələr əsasən iş yerlərində, is-
tehsal prosesindən ayrılmadan 15-20
dəqiqə ərzində ekspress-test üsulu ilə
həyata keçirilib. Ölkədə ilk dəfə icra olu-
nan müayinələr İİV statusunu müəyyən
etməyə imkan yaradıb.
Müayinələrlə
yanaşı,
Respubli-
ka QİÇS-lə Mübarizə Mərkəzinin
mütəxəssisləri tərəfindən zavod, fabrik
və digər müəssisələrdə çalışan işçilərə
testdən əvvəl və sonra İİV/QİÇS-lə bağlı
məsləhətlər verilib, onlara maarifləndirici
materiallar paylanılıb. Kampaniyada
“Təmiz Şəhər” ASC-nin, “Safe Life”
MMC-nin, “Delta Group” şirkətlər qru-
punun, “Azərikimya” İstehsalat Birliyi-
nin, “Bakı Tikiş Evi” ASC-nin və digər
müəssisələrin
işçiləri
müayinədən
keçiblər.
Eyni zamanda, Şəki şəhərindəki
“Kanal-S” telekanalının qarşısında da-
yanan mobil İİV-ə könüllü müayinə və
məsləhət məntəqəsinə sakinlər müraciət
edərək pulsuz və anonim qaydada İİV-ə
testdən keçmək imkanı əldə ediblər.
Azərbaycan Respublikası Pre-
zidentinin 18 mart 2015-ci il
tarixli Fərmanı ilə Nazirlər
Kabinetinə dövlət qeydiyyatı-
na alınmış dərman vasitələrinin
qiymətlərinin
tənzimlənməsi
və həmin qiymətlərə nəzarətin
həyata keçirilməsi qaydasının, Ta-
rif Şurasına isə dövlət qeydiyya-
tına alınmış dərman vasitələrinin
qiymətlərinin tənzimlənməsinin
təmin
edilməsi
tapşırılıb.
Fərmanın icrasını təmin etmək
məqsədilə
Nazirlər
Kabineti
tərəfindən 3 iyun 2015-ci il ta-
rixli qərarla “Dövlət qeydiyyatı-
na alınmış dərman vasitələrinin
qiymətlərinin
tənzimlənməsi
və həmin qiymətlərə nəzarətin
həyata
keçirilməsi
Qaydası”
təsdiq edilib. Bu gün dərman ba-
zarında olan durum, qiymətlərinin
tənzimlənməsi
və
keyfiyyəti
əhalinin çox böyük marağına
səbəb olub.
AZƏRTAC xəbər verir ki,
məsələnin aktuallığını nəzərə
alaraq Azərbaycan Respubli-
kası Baş nazirinin müavini Əli
Əhmədov sentyabrın 22-də pay-
taxtda yerləşən bir sıra apteklərdə
əhaliyə göstərilən xidmətlərin
vəziyyəti ilə maraqlanıb. “Zeytun”
aptekinə gələn Əli Əhmədov bura-
da dərman preparatlarının qiyməti
və keyfiyyəti ilə tanış olub, aptek
işçilərinin problemləri ilə maraq-
lanıb və onlara öz tövsiyələrini
verib. Söhbət zamanı əczaçılar
dərman vasitələrinin satışının
yeni qayda ilə həyata keçirildi-
yini, dərmanların qiymətlərinin
tənzimlənməsi ilə bağlı qərarı al-
qışladıqlarını bildiriblər.
Jurnalistlərə müsahibə verən
Baş nazirin müavini deyib ki,
sentyabrın 15-dən etibarən Tarif
Şurası tərəfindən təsdiq edilmiş
25 təsiredici maddə üzrə 1057
adda dərman vasitəsinin yeni
qiymətləri qüvvəyə minib. Artıq
ölkənin bütün apteklərində həmin
dərman vasitələrinin eyni qiymətə
satışı həyata keçirilir. Satışına
icazə verilən digər dərmanların
qiymətləri isə yaxın vaxtlarda
müəyyənləşəcək. Bu addımın
atılması heç də təsadüfi deyil.
Son vaxtlaradək Azərbaycanın
dərman bazarında dərman satı-
şında vahid qiymətin olmaması
əsas problemlərdən biri idi. Pre-
zident İlham Əliyevin Nazirlər
Kabinetinin 2015-ci ilin birinci
yarısının sosial-iqtisadi inkişafı-
nın yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan iclasındakı
nitqində dərmanların qiymətləri
ilə bağlı iradlarından sonra bu
istiqamətdə müvafiq tədbirlər
görülməyə başlanılıb. Məqsəd
əhaliyə göstərilən tibbi xidmətin
səviyyəsinin yüksəlməsinə nail
olmaq, dərmanların baha qiymətə
satılmasının qarşısını almaqla
vətəndaşların büdcəsinə müsbət
təsir göstərməkdir.
Əli Əhmədov qeyd edib ki,
bu praktika dünyanın əksər
ölkələrində tətbiq olunub. Qarşıda
duran daha vacib məsələ dərman
vasitələrinin keyfiyyətinə nəzarəti
gücləndirməkdir.
Dərmanların
keyfiyyətli olması ən vacib
məsələdir. Bu funksiyanı Səhiyyə
Nazirliyinin nəzdində yaradıl-
mış qurum həyata keçirir. Söz
yox ki, bu qurum öz fəaliyyətini
daha da gücləndirəcək. Burada
yaradılan şərait onu göstərir ki,
Azərbaycanın dərman bazarı ciddi
şəkildə nizam-intizama cəlb olu-
nur. Bu, ondan xəbər verir ki, atı-
lan addım doğrudur və vətəndaşlar
tərəfindən yüksək qiymətləndirilir.
Dərman qıtlığına toxunan Baş
nazirin müavini vurğulayıb ki,
Azərbaycanda lazımi dərman ehti-
yatı var və bu, daim idarə olunan
bir prosesdir. Səhiyyə Nazirliyi bu
istiqamətdə qabaqlayıcı tədbirlər
görür. Ola bilsin ki, dərmanların
qiymətlərinin tənzimlənməsi ilə
əlaqədar qısa vaxtda problemlər
ortaya çıxsın, amma gələcəkdə on-
lar tamamilə aradan qaldırılacaq.
Ölkədə dərman qıtlığı olmayacaq.
Dünyada çoxlu dərman növləri var.
Apteklərimizdə bir adda dərmanın
tapılmaması o tərkibdə dərmanın
olmaması anlamına gəlmir.
“Ölkəyə idxal olunan bütün ba-
halı və ucuz dərmanların üzərində
Tarif Şurasının müəyyənləşdirdiyi
qiymətlər olacaq. Məqsədimiz
Azərbaycana bahalı dərmanların
idxal olunmasının qarşısını al-
maq deyil. Söhbət ondan gedir ki,
gətirilən dərmanların üzərinə daha
yüksək qiymətlər qoyulmasın”,-
deyə Əli Əhmədov bildirib.
Baş nazirin müavini: Dərman preparatlarının keyfiyyətli olması ən vacib məsələdir
Hazırda ölkəmizdə həkimlərin sayı 32
min 800 nəfərdir. Orta tibb işçiləri isə
56 min 100 nəfər təşkil edir
Bu
barədə
Dövlət
Statistika
Komitəsinin “Azərbaycanda səhiyyə,
sosial təminat və mənzil şəraiti” adlı
rəsmi statistik məcmuəsində məlumat
verilib.
Statistik rəqəmlər Azərbaycanda
həkimlərin sayının artdığını göstərir.
Belə ki, həkimlərin sayı 2001-ci ildə
29 min nəfər, 2006-cı ildə 30 min 600
nəfər, 2012-ci ildə 31 min 400 nəfər,
2013-cü ildə 32 min 300 nəfər, 2014-ci
ildə isə 32 min 400 nəfər olub.
Hazırda ölkəmizdə 566 xəstəxana
fəaliyyət
göstərir.
Bu
müalicə
müəssisələrində 46 min 400 çar-
payı var. Rəsmi nəşrdə bildirilir ki,
2001-ci ildə xəstəxanaların sayı 735,
xəstəxana çarpayılarının sayı isə 69
min 900 olub. Xəstəxana və xəstəxana
çarpayılarının
sayının
azalması
səhiyyə sahəsində islahatların və
mərkəzləşdirmənin həyata keçirilməsi
ilə əlaqədardır.
BMT-nin baş katibi Pan Gi Mun
qadınların, uşaqların və yeniyetmələrin
sağlamlığının qorunması üzrə Qlobal
Strategiyanın qəbul olunduğunu elan edib.
Bu təşəbbüsün əsas vəzifəsi 2030-cu
ilədək qadınlar, uşaqlar və yeniyetmələr
arasında ölüm faizini minimuma endirmək,
habelə onların sağlamlığının və rifahının
möhkəmləndirilməsinə kömək etməkdir.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə
istinadla xəbər verir ki, növbəti beş ildə
proqrama 25 milyard ABŞ dolları qoyula-
caq.
Davamlı İnkişaf üzrə Sammitdə dünya
liderlərinin qəbul etdikləri yeni strategi-
ya növbəti 15 il ərzində davamlı inkişaf
sahəsində hədəf və vəzifələrə nail olma-
ğın həyata keçirilməsinin tərkib hissəsidir.
Sammitdə iştirak edən dövlət və hökumət
başçıları, beynəlxalq təşkilatların və özəl
sektorların nümayəndələri, alimlər və
BMT-nin digər tərəfdaşları bu təşəbbüsü
dəstəkləyiblər.
Pan Gi Mun deyib: “Bu gün mənin qü-
rurla elan etdiyim qadınların, uşaqların
və yeniyetmələrin sağlamlığının qorun-
ması sahəsində qlobal strategiya yaşa-
mağa qabil və sağlam cəmiyyət qurmaq-
da kömək edə bilər. Biz sübut etdik ki,
tərəfdaşlıq çərçivəsində görülən iş konk-
ret nəticələr verir. Mən də, bütün BMT
sistemi də bundan sonra da aramızda
olan ən zəif insanların həyatının qorun-
ması və yaxşılaşdırılması üçün əlimizdən
gələni edəcəyik”.
Səhiyyə Nazirliyinin “9103-Qaynar xətt”
və “Elektron səhiyyə” xidmətlərinin iş
rejimi gün ərzində vətəndaşlardan daxil
olan müraciətlərin cavablandırılmasına
və qısa müddətdə həllinə yönəlib.
Bu barədə AZƏRTAC-a nazirliyin
mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, ölkənin
istənilən bölgəsindən vətəndaşın
zəngi, habelə müraciəti Səhiyyə Na-
zirliyinin bütün şöbələri və struktur-
ları ilə sıx əməkdaşlıq çərçivəsində
fəaliyyət göstərən həkimlərdən ibarət
operatorlar qrupu tərəfindən dinlənilir.
Zəruri hallarda müraciətlər nazirliyin
rəhbər şəxsləri tərəfindən cavablandı-
rılır. Əsasən səhiyyə müəssisələrinin
fəaliyyətinə dair məlumat, yeni ya-
şayış yeri üzrə poliklinikada qey-
diyyat, tibbi arayışın alınması kimi
müraciətlər üstünlük təşkil edir.
Vətəndaşlar tibb müəssisələrinin bu
və ya digər əməkdaşının göstərdiyi
xidmət
səviyyəsinin
qənaətbəxş
olmaması barədə də məlumat
verirlər. Belə olan halda “Qaynar
xətt”in əməkdaşları dərhal səhiyyə
müəssisəsi ilə əlaqə saxlayaraq
vətəndaşın müraciəti barədə məlumat
verir və məsələni araşdırırlar. Ehtiyac
olduqda müraciətin dəqiqləşdirilməsi
məqsədilə xüsusi komissiya yaradılır.
Səhiyyə Nazirliyinin “Qaynar xətt” və
“Elektron səhiyyə” xidmətlərinə daxil
olan hər bir vətəndaş müraciəti həllini
tapana qədər nəzarətdə saxlanılır.
Hazırda “Qaynar xətt”in fəaliyyətinin
təkmilləşdirilməsi üzərində işlər ge-
dir, təkliflər hazırlanır. “Qaynar xətt”
xidmətinə kifayət qədər müraciət daxil
olur. Vətəndaşların zəng növbəsində
dayanmaması üçün xüsusi proq-
ram təminatının istifadəyə verilməsi
nəzərdə tutulub. Yeniliyin tətbiqindən
sonra 9103 nömrəsi ilə əlaqə yarada
bilməyən vətəndaşa “Qaynar xətt”
xidmətinin əməkdaşı tərəfindən təkrar
zəng ediləcək.
Azərbaycanda həkimlərin sayı açıqlanıb
Qadınların, uşaqların və yeniyetmələrin sağlamlığının
qorunması proqramına 25 milyard dollar vəsait qoyulacaq
“İİV-ə testləşmə milli kampaniyası” başa
çatıb
Azərbaycanın səhiyyə sistemində informasiya-
kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilir