Şəkİ və onun TƏbabəT tarİxİ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə79/89
tarix15.08.2018
ölçüsü0,96 Mb.
#62833
1   ...   75   76   77   78   79   80   81   82   ...   89

nüfuzlu dövlətləri ilə sabit bərabərhüquqlu əməkdaşlıq münasibətləri qurulmuşdu. Bu ölkələrlə
imzalanmış 90-dan artıq sənəd qarşılıqlı münasibətlər üçün ən möhkəm hüquqi əsas yaratmışdı.
Azərbaycan Qərblə Şərqin qovşağında bərpa olunan qədim İpək yolunun mərkəzində mühüm yer
tuturdu. Dünyada nüfuzlu Çin Xalq Respublikası və Yaponiya kimi Şərq dövlətləri ilə siyasi və
iqtisadi əməkdaşlıq respublikanın xarici siyasətində uğurlu addımlar olmuşdu. Pakistan dövləti ilə
dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf etdirilirdi. İsrail dövləti ilə də əməkdaşlıq
genişlənməkdə idi.
XXI əsrin əvvəllərində Azərbaycan Respublikası artıq 137 ölkə ilə diplomatik əlaqələr yaratmışdı.
Azərbaycanda 63 (24-ü bilavasitə Bakıda) ölkənin səfirliyi fəaliyyət göstərirdi. Azərbaycanın 21
ölkədə səfirliyi, baş konsulluğu və daimi nümayəndəliyi vardı.
1995-ci il iyun ayının 2-də Milli Məclisin qərarına əsasən Azərbaycan Respublikasının
Konstitusiyasını hazırlamaq üçün Prezident Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət
Konstitusiya Komissiyası təşkil edildi. Respublikanın görkəmli hüquqşünasları, qanunverici, icra və
məhkəmə hakimiyyəti nümayəndələri cəlb olunmuş bu mötəbər komissiya Azərbaycan xalqının milli
xüsusiyyətlərini nəzərə almaqla, qabaqcıl demokratik ölkələrin təcrübəsi əsasında “Azərbaycan
Respublikasının Konstitusiyası” layihəsini hazırladı. Layihə 1995-ci il oktyabr ayının 15-də
ümumxalq müzakirəsi üçün mətbuatda dərc edildi və cəmiyyətdə böyük maraqla müzakirə olundu.
Bəzi məsələlər, anlayışlar, məsələn, dövlət dilinin adı ilə bağlı geniş diskussiyalar keçirildi.
Komissiyaya vətəndaşlardan və təşkilatlardan 2450 təklif, düzəliş və əlavə daxil olmuşdu.
Cəmiyyətin rəyi nəzərə alınmaqla layihəyə düzəliş və əlavələr edildi. Yeni variant – o, əvvəlki kimi
199 deyil, 158 maddədən ibarət idi – noyabrın 8-də mətbuatda dərc edildi. “Azərbaycan
Respublikasının Konstitusiyası” – müstəqil Azərbaycan dövlətinin ilk Əsas Qanunu 1995-ci il noyabr
ayının 12-də referendumla qəbul olundu. Referendumda 4 milyona yaxın seçici korpusunun faizi
iştirak etdi. Onların 94,8 faizi Konstitusiya layihəsini bəyəndiyini bildirdi.
Gənclərin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Gənclərin Birinci Respublika Forumu keçirildi.
Prezident Heydər Əliyev forumda gənclər üçün proqram əhəmiyyətli nitq söylədi, onları – müstəqil
respublikanın gələcək sahiblərini daha mütəşəkkil, milli dövlətçilik, vətənin bütövlüyünün təmin
edilməsi və möhkəmləndirilməsi uğrunda fəal mübariz olmağa çağırdı. Yeri gəlmişkən, mən də
Gənclərin I Ümumrespublika forumunun iştirakçısı olmuşam. O möhtəşəm tədbir hələ də gözlərimin
qarşısındadır. Şəxsi həyatımda və karyeramda böyük dönüş nöqtəsi adlandırdığım bu forumu hər
zaman sevə-sevə, hörmətlə xatırlayıram! Prezident fərmanı ilə 1997-ci ildən fevral ayının 2-si
Azərbaycanda “Gənclər günü” kimi qeyd olunmağa başlandı.
Azərbaycan Respublikası Şərqdə ölüm cəzasını ləğv etmiş ilk ölkə oldu. 1993-cü ildən burada ölüm
cəzasına faktiki moratorium qoyuldu. 1996-cı ildə Prezident Heydər Əliyev Cinayət Məcəlləsində
21-ci maddənin sanksiyasından ölüm cəzasını götürmək təşəbbüsünü irəli sürdü. Qadınlara və 65
yaşından yuxarı kişilərə ölüm cəzası qadağan edildi. 1998-ci ilin fevral ayında Prezidentin təşəbbüsü
ilə respublikada ölüm hökmü tamamilə ləğv olundu.
1996-cı ilin aprelində Azərbaycan ilə Avropa Şurası (AŞ) və onun üzvü olan dövlətlər arasında
tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalandı. Həmin ilin iyununda Azərbaycan Respublikası
AŞ Parlament Assambleyasında “xüsusi dəvət olunmuş qonaq” statusu aldı. Prezident Heydər
Əliyevin 1996-cı ilin iyunu və 1998-ci ilin yanvarında Azərbaycan Respublikası ilə AŞ arasında
əməkdaşlığın dərinləşdirilməsi tədbirləri haqqında sərəncamları mövcud əlaqələri xeyli
intensivləşdirdi. Aparılan böyük təşkilatçılıq işi, respublikada həyata keçirilən demokratik ruhlu


siyasi və iqtisadi islahatların səmərəli nəticələri Azərbaycanı AŞ-yə daha da yaxınlaşdırdı. 2001-ci
il yanvarın 25-də Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Millət
vəkili İlham Əliyevin başçılıq etdiyi Azərbaycan parlamentinin AŞ-də nümayəndə heyəti bu
təşkilatda səmərəli fəaliyyət göstərməyə başladı. Öz işgüzarlığı ilə Avropa Şurasında böyük nüfuz
qazanmış İlham Əliyev iki ildən sonra – 2003-cü il yanvarın 27-də bu təşkilatın Parlament
Assambleyası sədrinin müavini və büro üzvü seçildi. Belə bir diqqətə səbəb həm də, Beynəlxalq
Venesiya Komissiyasının sədri Puetro Aqounin qeyd etdiyi kimi, Azərbaycanda aparılan islahatların
Avropada razılıqla qarşılanması olmuşdu. Bu təşkilatda Azərbaycan nümayəndə heyətinin əsas
məqsədi Ermənistanın təcavüzkar kimi tanınmasına nail olmaq və onu işğal etdiyi əraziləri
qaytarmağa məcbur etmək idi. 2001-ci il aprelin 24-də Azərbaycan nümayəndə heyəti AŞ
tribunasından Ermənistanın azərbaycanlılara qarşı soyqırım siyasəti yeritdiyini, işğal olunmuş
Azərbaycan ərazilərində, o cümlədən Dağlıq Qarabağda narkotik maddələr istehsal və ixrac etdiyini,
bu vasitə ilə əldə olunan vəsaitlə ordu saxladığını, terrorçu dəstələr yaradıb onlara təlim verdiyini
əsaslandırılmış şəkildə bütün dünyaya bəyan etdi. May ayında AŞ Nazirlər Komitəsinin 108-ci
sessiyası konsensusla Azərbaycanın təşəbbüsü ilə Avropa dövlətlərinin, o cümlədən Azərbaycanın
ərazi bütövlüyünü təsdiq edən xüsusi kommünike qəbul etdi. İyun ayında AŞ Parlament Assambleyası
sessiyasında İlham Əliyev Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət
abidələrini dağıtmasını, təbiətin amansızcasına korlanmasına şərait yaradılmasını faktlarla ifşa etdi.
AŞ Parlament Assambleyasının 2001-ci il 25 sentyabr tarixli iclasında İlham Əliyev erməni
terrorizmini, Ermənistanın Azərbaycana qarşı keçirdiyi terror və soyqırımı siyasətində terrorçu
ASALA təşkilatının fəal iştirak etdiyini, törədilmiş 32 terror aktı nəticəsində 2000 adam
öldürüldüyünü, on minlərlə adamın yaralandığını bildirdi. Terroru dəstəkləyən Ermənistan dövlətini
ifşa etdi. İl yarım ərzində Avropa Şurası Parlament Assambleyasında Ermənistanın terrorçu dövlət
adlandırıldığı 12 sənəd (bunlara üst-üstə AŞPA-nın 300 deputatı imza atmışdır) qəbul olundu. 2002-
ci il sentyabrın 26-da AŞPA-nın sessiyasında müzakirə edilən Azərbaycan haqqında məruzədə ilk
dəfə bu təşkilatın çox vacib sənədində açıq-aydın bildirilir ki, Azərbaycanın torpaqları işğal
olunubdur. Ermənistan Azərbaycana qarşı təcavüz edibdir və bu işğal nəticəsində Azərbaycanın bir
milyondan artıq qaçqını vardır.
2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikası BMT-nin “İqtisadi və Sosial Şurasına” üzv
seçildi. Azərbaycan Respublikası Prezidentinin dövlət müstəqilliyinin dönməzliyi istiqamətində
ardıcıl siyasəti imperiyapərəst qüvvələrin bütün təzyiqlərini qətiyyətlə rədd etdi. Rusiya 1994-cü ilin
axırlarından Azərbaycana dəmir, şose və dəniz yollarını bağlamaq kimi ciddi iqtisadi sanksiyalar
tətbiq etməsinə, Ermənistana 1994-1996-cı illərdə – atəşkəs şəraitində ümumi dəyəri 1 milyard
dollardan çox olan 84 ədəd T-72 markalı tank, 50 ədəd piyadalar üçün RDM-2 döyüş maşını, 8 ədəd
R-17 uzaqmənzilli raket kompleksi, “OCA” zenit kompleksi üçün 40 raket, 349 raketlə birlikdə 27
ədəd “Kruq” raket-zenit kompleksi, 40 ədəd “İqla” səyyar raket kompleksi, 18 ədəd reaktiv “Qrad”
qurğusu, 1000-ə qədər “Strela-2” və “Strela-3” raketləri, 1998-ci ilin sonlarında MİQ-29 təyyarələri,
C-300 raketləri, külli miqdarda başqa silah və sursat verməsinə, Ermənistanda öz hərbi bazalarını
yerləşdirməsinə və onları daim modernləşdirməsinə, Rusiya-İran-Ermənistan strateji əməkdaşlıq xətti
yaratmasına baxmayaraq, Azərbaycanı qorxuda, tutduğu müstəqillik yolundan döndərə bilmədi.
Azərbaycanın qəti mövqeyi dövlətlərin ona münasibətinin getdikcə dəyişməsinə, sağlamlaşmasına
səbəb oldu. 1997-ci il iyulun 3-də Moskvada Rusiya Federasiyası və Azərbaycan arasında dostluq,
əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalandı. 1997-ci il avqustun 29-da


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə