Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə68/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   64   65   66   67   68   69   70   71   ...   78

 
340
 
 
 
AYRILA BİLMİRƏM 
 
Gündə olsam da yanında, 
görmürəm səni doyunca. 
Məndən ayrılan anında 
baxır gözlərim dalınca. 
 
Bu nə ovsun, bu nə sirrdir, 
ürək səndən doya bilmir. 
Mən sənsiz qala bilmirəm
səndən ayrıla bilmirəm. 
 
Fərqi yoxdur, olsam harda, 
xəyalən durursan orda. 
Gah aynamın qabağında, 
gah gəlib, iş otağımda. 
 
Kaş sığmaya, canım-gözüm, 
bu sevgimiz yerə-göyə. 
Tut əlimdən, ay əzizim, 
gedək üzü gələcəyə. 
 
Sən dərdlərimin əlacı, 
sən varlığım, sən qürurum. 
Ay mənim başımın tacı, 
ay mənim gözümün nuru! 
 
Mən sənsiz qala bilmirəm, 
səndən ayrıla bilmirəm! 
 
 
 
 
 
 
 


 
341 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
342
 
 
Əqldən, zəkadan öncə  
                    duyğumdur can sirdaşım,  
sehriylə lal eylər hər dəm,  
                            tutsa seyran könlümü.


 
343 
 
GÖZƏLLƏRİN 
 
Qoydum yolunda ömrümü ahu gözəllərin, 
əsir edib məni yenə şahı gözəllərin. 
 
Yüz yol yüzünə can deməkdən nəşələnmişəm, 
düşdüm niyə bəlasına, Yahu, gözəllərin? 
 
Min huri ilə vəsl etsəm də gözlərim doymaz
odur ki, tutubdu məni ahı gözəllərin. 
 
Zaman-zaman ustadlarımı heyrətə salmış, 
bitməz, nə yaxşı, sehri ilahi gözəllərin. 
 
Adəm də bir ay üzlü üçün cənnəti vermiş, 
gəlsin boynuma cümlə günahı gözəllərin. 
 
Zahid məni müşrük sanar vurğunluğum üçün, 
qurban boyuna, boyu sürahi gözəllərin. 
 
Bu ülvi peşənlə, Fəxrəddin, aləmə car çək, 
bilsinlər sənsən hər dəm pənahı gözəllərin. 
 
 
 
QAYITMIR 
 
Bilməm nə olub yar daha  bu yana qayıtmır, 
görmürmü yanan şəmini, pərvanə qayıtmır? 
 
Könlüm alışır, yox daha cismimdə qərarım, 
can söylədiyim od vurub bu cana, qayıtmır. 
 
Dəmlər var idi, dəmbədəm dövrəmdə gəzərdi, 
dərdimdən ölən o dəli-divanə qayıtmır. 


 
344
Hanı saçımı oxşayan o şanəli əllər
neyçün daha bəs zülfü-pərişanə qayıtmır? 
 
Allah, nə xəta eyləmişəm, xətrinə dəymiş, 
qurban olaram yüz yol o mehmana, qayıtmır? 
 
Ömrüm keçir göz yaşı ilə, səksəkələrdə, 
dönmüş gəlişi arzuya, gümana, qayıtmır. 
 
Mən naçarın, aləm bilir, nuşdarusu onda
etməzmi əsər, ölsəm, o loğmana, qayıtmır? 
 
Fəxrəddin, şükür, Leyli-misal qızlar var hələ, 
olmuş bu könül sidq ilə viranə, qayıtmır. 
 
 
 
GEC OLDU 
 
Əfsus ki, səsim yetmədi o yara, gec oldu, 
çatmadı əlim bircə yol dildara, gec oldu. 
 
Axdı gözümün yaşı qəfil səksəkələrdə, 
etmədi gəlib zərrə qədər çarə, gec oldu. 
 
Rüstəm də ciyərparəsinin qanını tökdü, 
çatmadı sonda Söhraba nuşdaru, gec oldu. 
 
Ondan gələn hər dərdi-bəla öz günahımmış, 
güc gəldi mənə naşılığım, sonra gec oldu. 
 
Onsuz keçən hər ayımı dərd etsə də könlüm 
illər ötüşüb yaşı etdi yarı, gec oldu. 
 
Fəxrəddin, barış ömrün ötən hər anı ilə, 
gəldi qocalıq, istəyin dübarə gec oldu. 


 
345 
 
TƏZƏLƏNDİ 
 
Yaz gəldi, yenə qar əridi, dağ təzələndi. 
bülbül oxudu, gül açıldı, bağ təzələndi. 
 
Hər laləzarın içində bir nazlı sənəm var, 
cənnət bağının bağbanı, vallah, təzələndi. 
 
Cismim burada şəhadətdə, ruhum uzaqda, 
göz yaşıma bax, gah qurudu, gah təzələndi. 
 
Öz eşqim üçün öldüyüm günlər yada düşdü, 
illərlə qubar eylədiyim «ah» təzələndi. 
 
Məcnun kimi mən də yaşadım yar xəyalıyla, 
min qəm gətirən yanğılı segah təzələndi. 
 
Bu macəra Fəxrəddini, hey zillətə saldı, 
ilk sevgisinin xatiri hərgah, təzələndi. 
 
 
 
SEVGİSİN CAR EYLƏMƏZ... 
 
Sevgisin car eyləməz haqq aşiq ad-san eşqinə, 
canını qurban dilər, aləmdən pünhan eşqinə. 
 
Ötəri hiss eşq deyil, istək təlatümündən  gələr
ümmanlar alt-üst olur, bir dəli tufan eşqinə. 
 
Məhəbbət dünyasının Şirini çox, Leylası çox, 
hələ çox Bisütunlar əriyər canan eşqinə. 
 
İstək bir ayrı məstlikdir yoxdur qeyri-bənzəri, 
vermərəm bir ləhzəsin Təxti-Süleyman eşiqinə. 


 
346
Bir ruhe-sərgəşdəyəm yolunda səcdəgahımın, 
bir qulam, ta qəbrəcən, könlümdə Sultan eşqimə. 
 
O mənim həm and yerimdir, o mənim həm qibləgahım, 
məsləki-abid olan can verər Quran eşqinə. 
 
Puç olub arzu-xəyalım, xəzandı fəsli-baharım, 
necə qan ağlamayım bağçası viran eşqimə. 
 
Hissinə hakim odursa, Fəxrəddin, Xaliq odur, 
üz tutub Xaliqinə, sən də get qurban eşqinə. 
 
 
 
BİLMİR 
 
Nə çəkdiyimi, yəqin o dildar, hələ bilmir, 
salmış məni çoxdandır ki, dildən-dilə, bilmir. 
 
Hərdən qaşının ayparasın açsa, nə yaxşı, 
hər gün çıxıram ovuna min fənd ilə, bilmir. 
 
Həm istəyim, həm taleyim, həm varlığım onda, 
bülbül vurulub ahü-fəğanla gülə, bilmir. 
 
Ağ pərdə gəlib gözlərimə ağlamağımdan, 
göz yaşımı, kaş Loğman əliylə silə, bilmir. 
 
Sevmək o yarı, sevgi yolunda şəhadətmiş, 
öldürməyə candır o sənəm, heyf, ölə bilmir. 
 
Dildarına qurban gedən Fərhad özüməm mən, 
o sevgili canan, dönüb Şirin ola bilmir. 
 
Fəxrəddin, bu sevda səni haldan-hala salmış, 
sevsən də yüz yol, bir kərə qəlbin dola bilmir. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə