SəADƏt davud qizi məMMƏdova



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə22/116
tarix28.08.2018
ölçüsü1,7 Mb.
#65086
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   116

 
 
53 
qərarlarının 
məqsədyönlülüyü, 
planlaşdırılması, 
proqramlaşdırılması, 
layihələşdirilməsinin  səmərəliliyinin  yüksəldilməsi  məqsədilə  uyğun 
proqnozlar hazırlanır.  
6. Proqnoz tədqiqatların vəzifəsi – problemin həlli məqsədilə irəli sürülmüş 
müəyyən tələblər sistemidir. Vəzifələr proqnozun reallaşdırılması vasitəsidir. 
Vəzifələr  proqnozdan  əvvəl  oriyentasiya,  ilkin  model  və  proqnoz  fonunun 
yaradılması,  kəşfiyyat  və  normativ  proqnozların  hazırlanması,  onların 
verifikasiyası, tövsiyyələr verilməsindən ibarət tədqiqat strukturunu yaradır.   
7.Tədqiqatın  əsas  metodoloji  aləti  işçi  hipotezdir.  Bu  əsasda  hipotezin  iki 
forması fərqləndirilir:  
1) metodoloji (alətli): müəyyən şəraitdə tətbiq edilən hipotezin əsaslı nəticələr 
verəcəyi gümanı;  
2)  konseptual  (məzmunlu):  tədqiq  edilən  obyektin  gözlənilən,  yaxud  arzu 
edilən vəziyyətinə dair gümanlar.  
Proqnozda 
əvvəlcədən 
proqnozun 
müddəti 
(retrospeksiya) 
müəyyənləşdirilməlidir.  Müddətinə  görə  –  operativ,  qısa  müddətli,  orta 
müddətli, uzun müddətli, daha uzun müddətli və çox uzaq müddətli olanlara 
əsasən müəyyənləşir.    
Proqnoz informasiyanın üç əsas mənbəyi mövcuddur: toplanılmış təcrübə, 
mövcud  meyllərə  əsaslanan  ekstrapolyasiya  (kənar  qiymətləndirmə),  tədqiq 
edilən obyektin modelinin qurulması. Bu əsasda proqnozların hazırlanmasının 
bir-birini  tamamlayan  üç  üsulu  fərqləndirilir:  ekspertiza  (ekspert  sorğusu 
əsasında),  ekstrapolyasiya  (obyektin  əvvəlki  vəziyyətinin  öyrənilməsi  və 
keçmiş  və  indiki  inkişaf  qanunauyğunluqlarının  gələcəyə  ötürülməsi), 
modelləşdirmə (dəyişikliklərin miqyası və istiqaməti nəzərə alınaraq, obyektin 
mümkün və ya arzu edilən dəyişilməsi əsasında onun modelinin qurulması və 
tədqiqi). Ən səmərəli proqnoz  modeli idarəetmə sistemidir. Modellərin digər 
formaları – ssenari, imitasiya, cədvəllər, matritsalar və s. mövcuddur.  
Qeyd edilən proqnozlaşdırma üsulları şərti olub, təcrübədə kəsişir, yaxud 
bir-birini  tamamlayır.  Onlardan  heç  biri  ayrı-ayrılıqa  proqnozun  həqiqiliyini, 
dəqiqliyini və uzun müddətliliyini təmin edə bilməz, müəyyən uyğunlaşmada 
səmərəli  nəticə  verə  bilər.  Proqnoz  qiymətləndirmə  ekstrapolyasiya  və 
modelləşdirmənin  elementlərini  özündə  birləşdirir;  ekstrapolyasiya  prosesi 
qiymətləndirmə  və  modelləşdirmə  elementləri  olmadan  mümkün  deyil; 
modelləşdirmə  əvvəlcədən  qiymətləndirməni  və  ekstrapolyasiyanı  nəzərdə 
tutur. Proqnozlaşdırma təcrübəsində daim 10 – 15 (nəzəriyyədə 150-dən çox) 
proqnozlaşdırma  metodundan  istifadə  edilir,  buraya  bir  sıra  ekspert  sorğusu 
metodları,  həmçinin  bir  sıra  ekstrapolyasiya  və  digər  (ssenari,  matritsa, 
şəbəkə, imitasion və s.) modellər hazırlanması vasitələri də daxildir.    


 
 
54 
Proqnozlaşdırma  tədqiqatı  dəqiq  təşkilatçılıq  tələb  edir.  Hətta  nisbətən 
sadə sosial  proqnozlaşdırma  üçün 5-7  mütəxəssisdən ibarət  qrup  və  bir  neçə 
ay (adətən 3 – 6 ay) vaxt tələb olunur. Daha mürəkkəb proqnozlar üçün 10 – 
15 nəfərlik mütəxəssis qrupu və 2 – 3 il vaxt lazım gəlir. Tədqiqat qrupunun 
tərkibi: - rəhbər (ideyalar daşıyıcısı kimi); 
- 2, yaxud 3 nəfər köməkçi (biri tənqidi düşüncə tərzinə malik moderator və ya  
nizamlayıcı,  digəri  konstruktiv  düşüncə  tərzinə  malik  animator,  və  ya 
ilhamverici, üçüncüsü analitik düşüncə tərzinə malik ideya sistematizatoru);   
-  1  –  2  nəfər  təkmilləşdirici-riyaziyyatçı  (tədqiqat  aparatını  lazımi  səviyyədə 
formalaşdırma bacarığı olan); 
- katibə kargüzar.  
Qrupun 10-15 nəfərədək genişləndirilməsi köməkçilərin sayının artırılması 
adətən  informasiyanın  toplanması  və  hazırlanması,  yəni  mənbələrin  və 
ədəbiyyatın  xülasə  edilməsi,  ekspertlər  və  əhali  arasında  sorğu  keçirilməsi, 
model üçün materialların hazırlanması ilə əlaqədar köməkçi işçilərin işə daxil 
edilməsi hesabına baş verir.  
Ekspert  qrupu  adətən  ekspertizaya  təqdim  edilən  informasiyanı  fərqli 
ümumiləşdirmə  təcrübəsi  və  iş  xüsusiyyətinə  görə  informasiyaya  fərqli 
münasibəti olan müxtəlif səviyyəli ekspertlərdən təşkil olunur.  
İşçi sənədlərin siyahısı:  
1. İlkin modelin ilkin cizgiləri (ümumi matritsa - qəlib). 
2.  İlkin  modelin  parametrlərinin  dəqiqləşdirilməsi  üçün  anket-intervü 
nümunəsi. 
3.  Kəşfiyyat  və  normativ  proqnoz  modellərin  dəqiqləşdirilməsi  üçün  anket-
üntervü.  
4. Paralel ekspert sorğusu üçün anket nümunəsi. 
5. Ölçü şkalası. 
6. İntervü təlimatı. 
7. Kodlaşdırma təlimatı. 
8. Ekspertlərin kollektiv sorğusunun keçirilməsi təlimatı. 
9. Ekspertlərin sorğusu ilə bağlı materialların hazırlanması. 
10. Dəqiqləşdirilmiş ilkin modelin göstəricilərinin siyahısı. 
11. Proqnoz fonunun xülasəsi. 
12. Modeldən əvvəlki ssenari planı. 
13. Kəşfiyyat modelinin işçi hipotezləri. 
14. Normativ modelin qurulması meyarlarının planı.  
İşçi  sənədlərin  kəmiyyəti,  tərkibi,  həcmi  və  xüsusiyyətləri  tədqiqatın 
xüsusiyyətləri, məqsədləri və vəzifələri əsasında formalaşır.  
 


 
 
55 
YOXLAMA SUALLAR 
1.Proqnozlaşdırma proqramı hansı funksiyaları yerinə yetirir? 
2.Proqramlaşdırmadan əvvəlki yönəlmə hansı mərhələlərdən ibarətdir? 
3.Tədqiqat predmetinin əsas mexanizmləri hansılardır? 
4.Proqnoz informasiyanın əsas mərhələləri hansılardır? 
5.Tədqiqat proqramı hazırlanarkən hansı işçi sənədlər istifadə edilir? 
 
REFERAT MÖVZULARI 
1.Sosioloji tədqiqatın proqnozlaşdırılması proqramı 
2.Konkret proqnozun hazırlanmasında proqnozdan əvvəlki yönəlmə   
3. Proqnoz tədqiqatın təşkili – optimal tədqiqat qruppu 
4. Proqnozlaşdırmanın avtomatlaşdırılması və kompüterləşdirilməsi  
 
ƏDƏBİYYAT:  
1.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Социальное  прогнозирование.  Курс 
лекций. М.: Педагогическое общество России. 2001. 
2.Бестужев-Лада  И.В.,  Наместникова  Г.А.  Технология  прогнозных  разработок 
социальных процессов. М.: Поиск, 1992. 
3.Бешелев  С.Д.  Гурвич  Ф.Г.  Экспертные  оценки.  М.,  Изд-во  Педагогическое 
общество России, 1999. 
4.Вишнев С.М. Основы комплексного прогнозирования. М., Прогресс, 1999. 
5.Гражданников  Е.Д.  Экстраполяционная  прогностика.  Новосибирск.  2-ое  изд., 
2001. 
6.Евланов Л.Г., Кутузов В.А., Экспертные оценки. М., “Наука”, 1995. 
7.Мартино Дж. Технологическое прогнозирование. М., Мысль, 1977. 
8..Методологические  проблемы  социального  прогнозирования  /  Отв.  ред.  В.И. 
Куценко. Киев, 1996. 
9.Нормативное социальное прогнозирование. М.: Наука, 1987. 
10.Основы  экономического  и  социального  прогнозирования  /  Под  ред.  В.Н. 
Мосина, Д.М. Крука. М.: Высшая школа, 1985. 
11.Поисковое социальное прогнозирование. М.: Наука, 1984. 
12..Прогнозное обоснование социальных нововведений. М.: Наука, 1993. 
13..Прогнозирование  в  социологических  исследованиях.  Методологические 
проблемы. / Отв. Ред. И.В.Бестужев-Лада. М., Мысль, 1978. 
14.  Рабочая  книга  по  прогнозированию  /  Отв.  ред  И.В.  Бестужев-Лада.  М.: 
Мысль, 1982. 
15.Суворов Л.Н. Аверин А.Н. Социальное прогнозирование. М., Эврика, 1984. 
 
 
 
 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə