Satin alinmasi



Yüklə 366,21 Kb.
səhifə4/4
tarix14.05.2018
ölçüsü366,21 Kb.
#44199
1   2   3   4

Sənədlərin siyahısı:

  • İstehsalçının bu şərtlər toplusunda göstərilmiş standarta uyğunluq sertifikatı.

Eyni zamanda həmin məlumatların qeyd olunduğu və istehsalçı tərəfindən hazırlanmış sənəd təklifə əlavə olunmalıdır.

Qeyd olunan sənədlər təklifə əlavə olunmamışdırsa, həmin təklif formal tələblərə cavab verməyən təklif kimi kənarlaşdırıla bilər.



  1. Malları təklif edilən istehsalçıların beynəlxalq idarəetmə sertifikatlara, istehsal etdikləri mallar beynəlxalq dərəcəli və yerli standartlara sertifikatlara uyğun olmaqla üstün istehsal potensialına və şəraitinə malik olmalıdır. İstehsalçı müəssisənin satın alınan malların tələb olunan standarta uyğun istehsal edəcəyini əsaslandıran və satınalma müqaviləsinin icra müddəti ərzində qüvvədə olan müvafiq uyğunluq sertifikatı olmalıdır. Uyğunluq sertifikatının notariusda müvafiq qaydada təsdiq olunmuş surəti müsabiqə təklifinə əlavə olunmalıdır.

  2. Müsabiqə təklifləri qiymətləndirilən zaman müxtəlif ölkələrdən təklif olunan mallara görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş gömrük rüsumları nəzərə alınacaqdır.

  3. Təkliflər qiymətləndirilən zaman satın alınan mallara zəmanət verilən istismar müddəti, məhsuldarlığı və istismar müddəti ərzində ona çəkilən istismar və istifadə xərcləri nəzərə alınacaq. Bununla əlaqədar Qoşma 6-da bu məlumatlara aid xanaların doldurulması vacibdir.

  4. Müsabiqədə qalib gələn malgöndərən ilə satınalma müqaviləsi bağlanarkən aşağıda qeyd olunan sənədlərin mallarla birlikdə və ya mallar göndərildikdən sonra satınalan təşkilata təqdim edilməsi öhdəliyi müqavilədə öz əksini tapacaq:

- Malın mənşə sertifikatı (əsli);

- Keyfiyyət sertifikatı, sınaq sertifikatı (əsli);

- İstehsalçının lisenziyası, uyğunluq sertifikatı və ya standart sertifikatı (surəti);

- Malın texniki pasportu, istismar müddətinə dair məlumat və istismar təlimatı (əsli);

- Malın göndərilməsini təsdiq edən sənəd-nəqliyyat qaiməsi (əsli) ;

- Malın sığortalanmasını təsdiq edən sənəd (CİP və ya CİF şərti olduqda) (əsli);

- Qaimə-faktura (əsli).


  1. Alternativ təklif .Əsas təklifdən başqa alternativ təkliflər verilə bilməz.

  2. Müsabiqə təklifi tam, yəni müsabiqə predmetinin bütün mövqelərinə tələb olunan miqdara uyğun verilməlidir. Natamam, yəni müsabiqə predmetini tam əhatə etməyən təkliflər kənarlaşdırıla bilər.

  3. Təklif olunan malları istehsal edən şirkətlərin istehsal etdikləri bu və ya digər məhsullar ABŞ, Yaponiya, Cənubi Koreya, Türkiyə, Malayziya, Meksika, Avropa Birliyi və MDB ölkələrində istismar və istifadə edilmiş olmalıdır. Malların qeyd olunan ölkələrdə (bir və ya iki təşkilat) istismarı və ya istifadəsi haqqında aşağıda verilmiş məlumatlar müsabiqə təklifi ilə birlikdə Qoşma 6 tərkibində satınalan təşkilata təqdim olunmalıdır:

- Məhsulun istifadəçisinin (təşkilatın) tam adı:

- İstifadəçinin əlaqə şəxsinin adı, soyadı və vəzifəsi

- İstifadəçinin ünvanı/faksı/telefonu:

Satınalan təşkilat iddiaçının bu bəndə əsasən adını göstərəcəyi istifadəçilərdən tövsiyyə məktubu məktubu tələb edə bilər.

Bu bəndə uyğun olaraq, tələb olunan məlumatları göstərməyən və tələb olunan tövsiyyə məktublarını vaxtında təqdim etməyən iddiaçının təklifini kənarlaşdırmaq hüququnu Satınalan təşkilat özündə saxlayır.


  1. Satınalan təşkilat gömrük qanunvericiliyi və seçilmiş beynəlxalq tədarük şərtləri ilə nəzərədə tutulmayan xərclərə görə məsuliyyət daşımır.

  2. İddiaçılar xaricdən gətirilən bütün malların mənşə ölkələrinin kodlarını Qoşma 2a-da mütləq qeyd etməlidirlər.


QOŞMA №9

MÜSABİQƏ TƏKLİFLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ MEYYARLARI VƏ ÜSULU4
Təkliflər aşağıdakı cədvəldə verilmiş meyarlara və ballara uyğun olaraq qiymətləndiriləcək.




Meyarlar

Meyar üzrə nisbi bal

1


Ödəniş şərtinə görə

  1. malların tədarükündən sonra ödənişə görə 10

  1. avans ödənişinə görə 0

2

Ən aşağı qiymət təklif etmiş iddiaçının təklifinin dəyərinə görə

90



  1. Ödəniş şərtinə görə(nisbi bal 10)

  1. İddiaçı bağlanacaq satınalma müqaviləsini, mallar tədarük olunduqdan sonra ödəniş edilməsi şərti ilə bağlamağa razıdırsa bu meyar üzrə müəyyən olunmuş maksimal 10 bal alacaqdır.

  2. Iddiaçı satınalma müqaviləsini mallar tədarük olunmazdan öncə avans ödənilməsi şərtini irəli sürərsə, bu meyar üzrə müəyyən olunmuş minimal 0 bal alacaqdır.




  1. İddiaçının qiymət təklifi (nisbi bal 90)

Ən aşağı qiymət təklifi vermiş iddiaçının təklifi 90 balla qiymətləndirilir.

Digər qiymət təklifləri üzrə meyar balı isə aşağıdakı düstura uyğun olaraq hesablanılır:



QGB=TMQ/İTQx90

Burada,


QGB-qiymətə görə bal

TMQ-təklifin minimum qiyməti



İTQ - iddiaçının təklifinin qiyməti








1 İddiaçılar xaricdən gətirilən bütün malların mənşə ölkələrinin kodlarını göstərməlidirlər;

2 Müsabiqə iştirakçıları üçün təlimatın tələblərinə uyğun olaraq valyutanı göstərmək lazımdır.

3 Satınalan təşkilat tərəfindən doldurulur.

4 Qiymətləndirmə meyarlarını Satınalan təşkilatın satınalmalar qrupu satınalma predmetindən və digər hallardan aslı olaraq müəyyən edir.

SOCAR MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ

Yüklə 366,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə