Satin alinmasi



Yüklə 366,21 Kb.
səhifə1/4
tarix14.05.2018
ölçüsü366,21 Kb.
#44199
  1   2   3   4



Müxtəlif ölçülü qaynaq çubuqlarının

satınalma predmetinin adı
SATIN ALINMASI
üçün
AÇIQ MÜSABİQƏ
№ 25031-16

müsabiqənin nömrəsi

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ

(SOCAR)

"Neftqaztikinti" tresti

müəssisənin adı

2016-cı il

Satınalan təşkilat haqqında məlumat
SOCAR-nin "Neftqaztikinti" tresti haqqında məlumat
Ünvan: Azərbaycan, Bakı şəhəri, Əlif Hacıyev küçəsi 54

VÖEN 9900081221

Bank rekvizitləri:

"Azərbaycan Beynəlxalq Bankı", Sabunçu filialı

H\H: AZ53IBAZ38010019449972600212 (AZN)

H\H: AZ43IBAZ38110018409972600212 (USD)

H\H: AZ23IBAZ38110019789972600212 (EURO)
VÖEN 9900001881    

S.W.I.F.T.: IBAZAZ 2X

M/h AZ03NABZ01350100000000002944

Kod: 805573



MÜSABİQƏ ÜZRƏ

DƏVƏT SƏNƏDLƏRİ (ƏSAS ŞƏRTLƏR TOPLUSU)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti" tresti Sizi SOCAR-ın 105 nömrəli 31 iyul 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “SOCAR-ın satınalmaların təşkili və idarə olunması üzrə normativ sənədləri”nin tələblərinə müvafiq olaraq “İki zərf” və “Bağlı zərf” metodlarını tətbiq etməklə “Açıq müsabiqə” üsulu ilə müxtəlif ölçülü qaynaq çubuqlarının (Malların siyahısı 8 nömrəli qoşmada verilmişdir) satın alınması məqsədi ilə müsabiqə təklifinizi təqdim etməyə dəvət edir.
Şərtlər Toplusu bu təlimatdan və aşağıda qeyd olunan qoşmalardan ibarətdir:


  • Satınalan təşkilata müraciət forması (Qoşma № 1);

  • Müsabiqə təklifinin qiymət cədvəlləri (Qoşma № 2);

  • Təklif edilən malların istehsalçısı(ları) haqqında məlumat(Qoşma № 3);

  • İstehsalçıdan iddiaçının adına veriləcək etibarnamə forması (Qoşma № 4);

  • İddiaçının hüquqi ünvanı və bank rekvizitləri (Qoşma № 5);

  • Təklif olunan malların texniki xüsusiyyətlərinə dair məlumatlar forması (Qoşma № 6);

  • Analoji malların SOCAR-a təchiz olunması üzrə təcrubə (Qoşma № 7);

  • Satın alınan malların (işlərin və xidmətlərin) siyahısı və onlara dair texniki tələblər (şərtlər) (Qoşma № 8);

  • Müsabiqə təkliflərinin qiymətləndirilməsi meyarları və üsulu (Qoşma № 9).



Müsabiqənin əsas şərtlər toplusuna dair izahat verilməsi və onda dəyişikliklərin edilməsi


  • İddiaçı satınalmalar qrupuna əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı sorğu verə bilər. Sorğu elektron formada (yalnız iddiaçının rəsmi elektron ünvanı vasitəsi ilə) müsabiqə təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 5 bank günü qalanadək Satınalan təşkilatın Şərtlər Toplusunda göstərilmiş “Əlaqələndirici Şəxs”inin elektron ünvanına və satinalmalar@socar.az elektron ünvanına göndərilməlidir. Sifarişçi belə sorğulara müsabiqə təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 2 bank günü qalanadək cavab verir. Sorğulara cavablar sorğu verənin ünvanı göstərilmədən, müsabiqənin əsas şərtlər toplusunu almış bütün iddiaçılara əlaqələndirici şəxs tərəfindən göndərilir. Müsabiqə təkliflərinin verilməsinə təsir edə biləcək bütün müzakirələr yazılı şəkildə olmalıdır.

  • Satınalan təşkilat müsabiqə təklifləri verilməsinin son müddəti qurtaranadək müsabiqənin əsas şərtlər toplusuna öz təşəbbüsü ilə və ya hər hansı iddiaçının sorğusuna cavab olaraq dəyişikliklər və əlavələr edə bilər. Bu barədə məlumat dərhal müsabiqənin əsas şərtlər toplusunu almış bütün iddiaçılara göndərilir. Dəyişikliklər və əlavələr iddiaçılar üçün məcburi qüvvəyə malikdir.

  • Satınalan təşkilat müsabiqənin əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı iddiaçılarla görüş keçirə bilər. Bu görüşün nəticələri protokollaşdırılır və nəzərə alınmaq üçün dərhal müsabiqənin əsas şərtlər toplusunu almış bütün iddiaçılara göndərilir.

  • Müsabiqə prosedurları zamanı verilmiş müsabiqə təklifi ilə əlaqədar Satınalan təşkilat ilə müsabiqədə iştirak edən İddiaçı arasında danışıqlar aparılmasına yol verilmir.


Müsabiqə təkliflərinin hazırlanması
İddiaçının təqdim etməli olduğu müsabiqə təklifi aşağıdakı sənədlərdən ibarət olmalıdır:


  • Satınalan təşkilata müraciət (Qoşma № 1);

  • Müsabiqə təklifinin qiymət cədvəlləri (Qoşma № 2);

  • Təklif edilən malların istehsalçısı(ları) haqqında məlumat(Qoşma № 3);

  • İstehsalçı tərəfindən iddiaçının adına verilmiş və təmsil etmək hüquq verən etibarnaməsinin əsli (Qoşma № 4);

  • İddiaçının hüquqi ünvanı və bank rekvizitləri (Qoşma № 5);

  • Təklif olunan malların texniki xüsusiyyətlərinə dair məlumatlar (Qoşma № 6);

  • Analoji malların SOCAR-a təchiz olunması üzrə təcrubə (Qoşma № 7);



  • Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla hazırlanmalıdır. Müsabiqə təklifləri və tələb olunan digər sənədlər yazılı çap şəklində, Azərbaycan, rus və ya ingilis dilində, bir əsli və iki surəti olmaqla üç nüsxədə hazırlanmalı və hər səhifəsi iddiaçının səlahiyyətli şəxsi tərəfindən imzalanmalıdır. İddiaçı müsabiqə üzrə öz maliyyə və texniki təkliflərini “Əsli” və “Surəti” sözləri yazılmış ayrı-ayrı zərflərə qoyaraq imzalayıb möhürləməlidir. Zərflərin üzərində müsabiqə predmetinin adı, iddiaçının ünvanı, nümayəndəsinin əlaqə nömrələri və “05.09.2016-cı il, saat 16:00-a dək açılmamalıdır” sözləri qeyd edilməlidir.

  • Müsabiqə təkliflərinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən ən azı 60 təqvim günü olmalıdır. Satınalan təşkilat təklifinin qüvvədə olma müddəti 60 gündən az olan iddiaçının təklifini tələblərə uyğun olmayan hesab edərək uzaqlaşdırmaq hüququnu özündə saxlayır.

  • İddiaçıların təklif etdikləri mallar ən azı Şərtlər Toplusunun Qoşma 8-də göstərilmiş tələblərə cavab verməlidir.

  • İddiaçı tərəfindən təklif olunan malların qiyməti müsabiqə təklifinin qiymət cədvəlində (Qoşma № 2) aşağıdakı şərtlərlə verilməlidir:

– Ölkə xaricindən gətirilən mallar üçün təyin olunmuş yerə qədər Parisdə Beynəlxalq Ticarət Palatası tərəfindən dərc olunmuş İnkoterms-2010 qaydalarına əsasən CİP-Bakı, CİF-Bakı, DAP-Bakı və ya DDP-Bakı tədarük şərti ilə;

– Azərbaycan Respublikası ərazisindən təklif edilən malları üçün Satınalan təşkilatın əsas şərtlər toplusunda göstərilmiş ünvanına daşınma xərcləri ilə.


  • Xaricdən gətiriləcək malların qiymət 2 №-li Qoşmanın 1-ci cədvəlində göstərilməklə Azərbaycan manatı, ABŞ dolları və ya avro ilə ifadə oluna bilər. Azərbaycan Respublikası ərazisindən gətiriləcək malların qiyməti 2 №-li Qoşmanın 2-ci cədvəlində göstərilməklə Azərbaycan manatı ilə ifadə olunmalıdır.

  • Hər bir malgöndərən müsabiqədə yalnız bir iddiaçı qismində iştirak edə bilər və yalnız bir təklif vermək hüququna malikdir. Alternativ təklfin nəzərədə tutulduğu hallar istisna olmaqla, təklif zərfindən iki və daha artıq təklif aşkar edilmiş iddiaçı və onun belə təklifi müsabiqədən uzaqlaşdırılır.

  • Müsabiqə təklifində dəyişiklik, sətirarası əlavələr və düzəlişlər olmamalıdır.

  • Əgər müsabiqə predmeti bir neçə lotdan ibarət olarsa hər lot üzrə təkliflər ayrı-ayrı zərflərdə təqdim edilməlidir.


İddiaçıların ixtisas göstəriciləri


  • İddiaçıların ixtisas göstəricilərinə dair tələblər aşağıdakılardır:

- Satınalma müqaviləsinin icrasını təmin etmək üçün maliyyə imkanlarının mövcudluğu;

- Satınalma müqaviləsini bağlamaq səlahəyyətinin olması;



- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyətli olmalıdır;

- Müflis elan olunmamalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödənişə yönəlmiş girovu olmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti ilə məşğul olması qadağan edilməmiş olmalıdır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair gecikdirilmiş öhdəlikləri olmamalıdır;

- SOCAR-ın satınalma prosedurlarında iştirakı qadağan edilmiş olmamalıdır;

(Digər tələblər də əlavə oluna bilər).
Müsabiqə təkliflərinin təqdim olunması


  • Müsabiqə təklifləri 05.09.2016-cı il Bakı vaxtı ilə saat 15:30-dan gec olmayaraq Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 2922 saylı məhəllə ünvanında, "Neftqaztikinti" trestinin satınalmalar qrupunun əlaqələndirici şəxsinə təqdim edilməlidir.

  • Əlaləndirici şəxs şərtlər toplusuna uyğun təqdim edilmiş və dəvət edilmiş iddiaçının zərfini təyin olunmuş zamandək qəbul etməli və Satınalan təşkilatın sənədlərin qeydiyyatını aparan struktur bölmə tərəfindən zərflərin üzərinə daxilolma ştampının vurulmasını təmin etməlidir.

  • Qalib gəlmiş iddiaçı ilə müqavilə razılaşdırılmayana qədər heç bir müsabiqə təklifi qəbul olunmuş hesab edilməyəcəkdir və bütün müsabiqə təklifləri qüvvədə olduğu müddət ərzində qiymətləndirilir.

  • Göstərilən qaydada və müsabiqə vaxtında təqdim edilməyən müsabiqə təklifi açılmadan geri qaytarılır və iddiaçı müsabiqəyə buraxılmır.

  • Satınalan təşkilat satınalma prosedurları ilə bağlı hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədi ilə malgöndərənin saxtakarlıqla məşğul olmasını müəyyənləşdirdikdə və bu təsdiq edildikdə və tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə müəyyən etdikdə:

- həmin malgöndərənin təqdim etdiyi Müsabiqə təkliflərini rədd edir;

- malgöndərənin gələcək satınalma prosedurlarında iştirakını qadağan edir.


Müsabiqə təklifində dəyişiklik edilməsi və onların geri alınması


  • İddiaçı təklif verdikdən sonra onu bu şərtlə dəyişdirə və ya geri götürə bilər ki, Satınalma qrupu (Sifarişçi) təklifin verilməsi üçün müəyyən edilən müddət qurtaranadək bu barədə yazılı bildiriş alsın.

  • Təklifin dəyişdirilməsi, yaxud geri götürülməsi barədə iddiaçının bildirişi bu toplunun müddəalarına müvafiq surətdə hazırlanmalı, çap edilməli və Sifarişçiyə göndərilməlidir. Bildiriş sonradan bunu yazılı surətdə təsdiq etməklə teleks və ya faksla göndərilə bilər, lakin bu şərtlə ki, müsabiqə təklifinin verilməsinin son müddətindən gec olmasın.

  • Müsabiqə təkliflərinin verilməsi müddəti qurtardıqdan sonra onlarda heç bir dəyişiklik edilə bilməz.

  • Müsabiqə təkliflərinin verilməsinin son müddətlə iddiaçı tərəfindən verilən təklifin qüvvədə olma müddəti arasındakı vaxtda müsabiqə təklifi dəyişdirilə və ya geri götürülə bilməz.


Müsabiqə təklifləri zərflərinin açılışı


  • Müsabiqə təklifləri zərflərinin açılışı 05.09.2016-cı il tarixdə, Bakı vaxtı ilə saat: 16:00-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 2922 saylı məhəllə ünvanında yerləşən SOCAR-ın "Neftqaztikinti" trestinin iclas zalında aparılacaqdır. Zərflərin açılışında təqdim olunmuş hər bir təklif üzrə təklifi təqdim etmiş iddiaçının adı, təklifin qiyməti, tədarük şərti, tədarük müddəti, təklifin qüvvədə olma müddəti, ödəniş şərti, malların mənşə ölkəsi və satınalma qrupunun lazım bildiyi digər məlumatlar elan olunaraq protokollaşdırılır. İddiaçıların səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər. Zərflərin açılşında iştirak edən səlahiyyətli nümayəndələr onların təklifləri haqqında elan olunmuş məlumatları açılış protokolunda öz imzaları ilə təsdiq edirlər.


Müsabiqə təkliflərinin qiymətləndirilməsi prosesi


  • Müsabiqə təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini asanlaşdırmaq məqsədi ilə satınalan təşkilat iddiaçılardan öz müsabiqə təkliflərinə dair izahat verməsi üçün sorğu edə bilər. Qiymətlərin dəyişdirilməsi və formal tələblərə uyğun gəlməyən müsabiqə təklifinin həmin tələblərə uyğunlaşdırılmasına yönəldilmiş dəyişikliklər də daxil olmaqla, müsabiqə təklifinin mahiyyətini dəyişdirmək məqsədi daşıyan heç bir sorğuya, təklifə və ya icazəyə yol verilmir.

  • Satınalan təşkilat müsabiqə təklifinin dolğunluğunu, hesablamalarda olan səhvləri, lazım olan təminatı, sənədlərdə bütün imzaları bir-bir öyrənir, habelə bütünlükdə müsabiqə təklifinin sənədləşdirilməsinin düzgünlüyünü yoxlayır.

  • Hesab səhvləri aşağıdakı kimi düzəldilir. Əgər mal vahidinin qiyməti ilə, malın miqdarının mal vahidinin qiymətinə vurulmaqla alınan ümumi qiymət arasında fərq alınarsa, onda vahidin qiymətinə üstünlük veriləcək, ümumi qiymətə isə buna müvafiq olaraq düzəliş ediləcəkdir (vahidin qiymətində tamdan onluq və ya yüzlük kəsirlərin ayrılması üçün vergül işarəsinin səhvən qoyulmaması halları istisna olmaqla). Əgər söz ilə rəqəm arasında fərq varsa, onda söz ilə ifadə olunmuş məbləğə üstünlük veriləcəkdir.

  • Müsabiqə təkliflərinin müqayisəsini asanlaşdırmaq məqsədi ilə müxtəlif valyutalarda ifadə olunmuş qiymətlər müsabiqə təkliflərinin açılış gününə Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi məzənnəsi əsasında Azərbaycan manatına çevriləcəkdir.

  • Müsabiqə təkliflərində müsabiqə sənədlərinin şərtlərindən çox kənara çıxmayan və belə kənarlaşmaların təklifin qiymətləndirilməsinə təsir göstərmədiyi cüzi uyğunsuzluqları Satınalan təşkilat qəbul edə bilər.

  • Müsabiqə təklifi aşağıdakı hallarda Satınalan təşkilat tərəfindən kənarlaşdırılır və malgöndərən (podratçı) müvafiq düzəlişlər etdikdən sonra da, o tələblərə cavab verən hesab oluna bilməz:

- Müsabiqə təklifi vermiş iddiaçı ixtisas tələblərinə uyğun gəlmirsə;

- Müsabiqə təklifi vermiş iddiaçı hər hansı hesab səhvinin düzəldilməsi ilə razılaşmırsa;

- Müsabiqə təklifi formal tələblərə uyğun gəlmirsə;

- Müsabiqə təklifində təqdim olunan malların keyfiyyəti və müqavilə şərtləri Şərtlər Toplusunun 8 №-li Qoşmasında (“Satın alınan malların siyahısı və texniki şərtlər”) verilmiş tələblərə uyğun gəlmirsə.



  • Qalib gəlmiş müsabiqə təklifini müəyyənləşdirmək üçün satınalan təşkilat qəbul edilmiş müsabiqə təkliflərini müsabiqənin əsas şərtlər toplusunda göstərilmiş prosedurlara və meyarlara(9 №-li Qoşma) müvafiq surətdə qiymətləndirir və müqayisə edir. Müsabiqənin əsas şərtlər toplusunda göstərilməyən meyarlardan istifadə edilmir.

  • Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən Azərbaycan Respublikasında istehsal olunan və ya son məhsul vəziyyətinə çevrilən mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif edilən qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edilir.

  • Müsabiqə təkliflərinin qiymətləndirilməsi başa çatdıqdan sonra 1-ci yeri tutmuş iddiaçının namizədliyi Satınalma qrupunun yekun qərarına əsasən təsdiq ediləcək və müsabiqənin qalibi elan ediləcəkdir. Bununla belə SOCAR 105 nömrəli 31 iyul 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş SOCAR-ın satınalmaların təşkili və idarə olunması üzrə normativ sənədlərin tələblərinə müvafiq olaraq satınalma prosedurunun yekunlarını SOCAR-ın Satınalma Komitəsində razılaşdırılması tələb olunarsa qalib yalnız bu cür razılaşdırma həyata keçirildikdən sonra elan oluna bilər.

  • Qalib elan olunmuş (1-ci yer) müsabiqə təklifi vermiş malgöndərənlə (podratçı ilə) Müsabiqə nəticəsi barədə rəsmi bildiriş verildikdən sonra 10 bank günü ərzində satınalma müqaviləsi bağlanılır. Lakin Satınalan təşkilatın ən ucuz qiymət təklifi vermiş iddiaçı ilə müqavilə bağlamaq öhdəliyi yoxdur.


Satınalma qrupunun bütün müsabiqə təkliflərini rədd etmək hüququ


  • Satınalma qrupu mənafelərini qorunması məqsədilə aşağıdakı hallarda bütün müsabiqə təkliflərinin rədd edilməsi barədə qərar qəbul edə bilər:

- müsabiqənin keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına və müsabiqə nəticələrinə təsir edə biləcək digər məsələlərə yönələn sövdələşmə müəyyən edildikdə;

- müsabiqə təklifləri müsabiqəin əsas şərtlər toplusuna uyğun olmadıqda;

-qiymətləndirmə nəticəsində qalib gəlmiş ən ucuz müsabiqə təklifi satınalmanın ehtimal olunan dəyərindən əsaslı şəkildə yüksək olduqda;

- müsabiqə təkliflərinin sayı üçdən az olduqda.



- müsabiqə predmetinin maliyyələşdirilməsi dayandırıldıqda.

  • Müsabiqə təkliflərinin rədd edilməsinə dair bildiriş onları müsabiqəyə təklif təqdim etmiş bütün iddiaçılara dərhal göndərilir.


Səmərəlik kifayət qədər olarsa müsabiqə predmetinin iki və daha çox iddiaçı arasında bölüşdürülməsi


  • 8 №-li Qoşmada (Satın alınan malların siyahısı və texniki şərtlər) müsabiqə təklifinin malların (müsabiqə predmetinin) bir hissəsi üçün təqdim olunmasına icazə verildikdə (Qoşma 8 qeyd 16), müsabiqə predmeti iki və ya daha çox malgöndərən (podratçı) arasında bölünməklə müqavilələr bağlanıla bilər.


Satınalama müsabiqəsinin zərflərin təqdim edilməsi üçün təyin edilmiş vaxtadək ləğv edilməsi

  • Satınalan təşkilat məqsədəuyğun hesab edərsə və ya əsas şərtlər toplusunda düzəliş edilməsi mümkün olmayan və müsabiqənin səmərəliliyinə mənfi təsir edəcək hər hansı elementin mövcudluğu aşkar edilərsə satınalma müsabiqəsi təklif zərflərinin verilməsinin son müddətinin bitməsinədək ləğv edilə bilər. Belə halda dərhal dəvət olunmuş bütün iddiaçılara məlumat verilir və artıq təqdim edilmiş təklif zərfləri açılmadan geri qaytarılmalıdır. Satınalan təşkilat bununla bağlı heç bir məsuliyyət daşımaycaq və iddiaçılar onun bu addımına etiraz edə bilməzlər.


Alternativ təkliflər


  • Əsas şərtlər toplusunda (Qoşma 8 də qeydlər hissəsində) nəzərədə tutulduğu halda əsas təklifə alternativ olan təklif verilə bilər. Bir iddiaçı qismində yalnız bir alternativ təklif verilə bilər. Alternativ təklif toplunun bütün təlimatlarına uyğun tərtib edilməlidir. Alternativ təklif ayrı zərfdə təqdim edilməli və üzərində “ALTERNATİV TƏKLİF” sözləri yazılmalıdır. Alternativ təkliflər zərfində təklifin Satınalan təşkilatın topluda göstərilmiş tələblərinə cavab verməsini və onun təlabatını qarşılaması barədə istehsalçı tərəfindən təsdiq edilmiş texniki, sınaq və digər sənədlər təqdim edilməlidir. Satınalan təşkilatın satınalma qrupu alternativ təklif vermiş iddiaçıdan əlavə sənədləri tələb etməkdə haqlıdırlar və iddiaçı belə sənədləri Satınalan təşkilatın təyin etdiyi müddətdə təqdim etməyə borcludur. Zəruri sənədlər toplusunu zərfə daxil edilməyən alternativ təkliflərə baxılmır. Alternativ təklif əsas təklifdən yalnız qiymət, istehsalçı və qiymətə təsir edən digər amillərə görə fərqlənirsə bu halda ona baxılmır. Alternativ təklifdə Qoşma №8-də göstərilmiş tələblərə uyğun olan və ya daha üstün göstəricilərə malik olan analoji məhsullar təklif olunmalıdır. Satınalan təşkilat iddiaçılara heç bir açıqlama vermədən bütün alternativ təklifləri rədd edə bilər. Zərflərin açılışı zamanı iddiaçının əsas təklifi ilə yanaşı alternativ təklifi də səsləndirilir.



Əlaqələndirici şəxs barədə məlumat


Əlaqələndirici şəxsin adı və soyadı

Vaqif Rəhimov

Vəzifəsi:

Təchizat şöbəsinin rəis müavini

İş ünvanı:

Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 2922 saylı məhəllə

Əlaqə telefonu:

Şəhər: +994 12 521 24 12

Daxili: 25-136

Korporativ mobil: +994 50 381 70 27

Elektron ünvanı




Yüklə 366,21 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə