Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə45/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   ...   41   42   43   44   45   46   47   48   ...   51

196 
 
inkişaf    etdikcə,  ictimai  mənafe  şəxsi  mənafeni  üstələdi-
yindən  Hz.Məhəmməddən  sonra,  daha  növbəti  pey-
ğəmbərə  ehtiyac  qalmır.  Çünki  Ali  icmada    peygəmbər 
vəzifələrini  hər  bir  fərd    kənar  subyektin  (peyğəmbərin) 
köməyinə ehtiyac olmadan özü edəcəkdir. Buna görə də
 
Həzrəti Məhəmməd bəşəriyyətin sonuncu peyğəmbərdir.                        
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


197 
 
FİRAVANLIĞA GEDƏN YOL 
 
Nə  üçün  birlikdə  barış  və  uyğunlaşma  içində  yaşa-
mayaq?Hamımız  eyni  ulduzlara  baxırıq,  eyni  planetin 
üzərindəki yol yoldaşlarıyıq və eyni səmanın altında yaşayırıq. 
                                              Aunius Aurelius Simachus. 
 
Gələcəyə  səfərə  çıxmış  dünya  dövlətlərinin  karvanı  
hara  gedir?  –  sualına  Məhbub  ül  Həqin  cavabı  qısa 
olmuşdur:  “Xoşbəxt  gələcəyə  doğru”.  Doktor  Həqin  əmin-
liyinin  səbəbi  nədir?    Belə  bir  deyim    var:  “Gələcəyimiz 
keçmişimizdir”.  Keçmişimizdə    gələcəyimiz  haqda  bir 
işarə, əlamət, məlumat varmı?   
Bəşəri makroiqtisadi göstəricilərin  yeni meyar olan K 
faktorundan    asılılıqlarının  öyrənilməsi  və  tədqiqatların 
nəticələrinin    qrafik    təsviri    yeni  ideyalar,  baxışlar  söy-
ləməyə  imkan verir.  Bu baxışların  əsasında yeni qanuna-
uyğunluqlar  müəyyən  etmək  mümkündür.    Bu  qanuna-
uyğunluqlar dünya dövlətlərinin inkişafının dinamikasını  
proqnozlaşdırmağa,  duymağa  və  bir  çox  suallara  cavab 
verməyə imkan verir: 
1.
 
Bəşəriyyət inkişaf etdikcə,  insani fəaliyyətdə  instinkt 
fəaliyyət azalır, şüurlu fəaliyyət  artır.   
Bu gün bizim fəaliyyətimizdə həm instinktin, həm də 
şüurun payı var.  Tarixin sonunda (K faktorunun böyük 


198 
 
qiymətlərində)    bütün  fəaliyyət  instinkt  yox,  şüurlu 
olacaqdır.  
Hal- hazırda dünya intellektual cəhətdən çox inkişaf 
etmişdir.  Bu intellektual səviyyə insani fəaliyyəti yönəl-
dir.  Ayzek  Zinqerin  “Mən  öz  sağlamlığım  xətrinə  yox, 
heyvanların  sağlamlığı  xətrinə  vegetarian  oldum”  –  fikri  
fəaliyyətdə şüurun dominant olduğunu göstərir.  İnsanlar 
özünütəkminləşdirərək  gələcəyə  doğru  gedirlər.  Bu 
prosesində böyük hikmət və gizli potensial vardır.   
2.
 
Bəşəriyyət tərəqqi etdikcə, formasiyalar bir-  birini 
əvəz etdikcə, ümumi mənafenin  şəxsi mənafeyə nisbəti  artır. 
Bu artım bəşəriyyətin xoş gələcəyə  getməsinə əsas verir.  
Bu  qanundan  törəyən  və  praktiki  əhəmiyyət  kəsb 
edən nəticə ondan ibarətdir ki, idarəetməyə şəxsi mənafe 
yox,  ancaq  ümumi  mənafe  daşıyıcıları  cəlb  edilməlidir. 
Bəşəriyyət  qapalı  cəmiyyətlərdən    Acıq  cəmiyyətə  keç-
dikcə,  insan oğlu  malik olduğu fiziki və əqli potensialı özünə 
yox, cəmiyyətə  sərf  edir. Yəni  insani fəaliyyətin  tətbiq ob-
yektini  dəyişir.  Tarix  boyu  insan  öz  gücünü  və  po-
tensialını,  əsasən,  özünün  və  nəslinin  xoşbəxtliyinə  sərf 
etmişdir.  “Tarixin  sonuna”    (Fukuyamanın  anlamında) 
yaxınlaşdıqca,    insan  öz  xoşbəxtliyi  naminə  tədricən  bu 
enerjini  ətrafa,  cəmiyyətə  yönəldir.  Tarixin  müxtəlif 
dövrlərində  bu haqda xoş sədalar var, bu səsləri eşidək:  


199 
 
a)  Platona  görə,  başqalarının  xoşbəxtliyinə  çalış-
maqla, insan öz xoşbəxtliyini tapar;  
b)  Pifaqora  görə,  xoşbəxtlik  tək  adam  işi  deyil, 
xoşbəxlik  ən azından iki nəfərin işidir; 
c) Çarlz Dikkensə görə,  digərlərinə həsr edilən gün, 
sənin üçün itirilmiş gün deyil. 
ç)  insan  öz  saçından  tutub,  ayaqlarını  yerdən  üzə 
bilməz. Amma başqasının saçından tutub, ayağın yerdən 
üzə bilər. 
Demək, hər bir insan malik olduğu potensialı  özünə 
yox,  cəmiyyətə,  ətrafdakılara  xərcləyəndə  daha  xoşbəxt 
olur.  Bir  cox  zəngin  və  dəyərli  insanlar  islam  mədəniy-
yətinin  əsas  müddəalarından  olan  “Sərvətlərin  yığdığın 
qədər  deyil,    verdiyin  qədərdir”  müddəasını  rəhbər  tu-
taraq,  öz  varidatlarını  mükafatlar  şəklində  parlayıblar.  
Alfred Nobel, Templton, Holher Kraford, Cozef  Plutser 
və digərləri milyonlarla öçülən var-dövlətlərinin mükafat 
şəklində cəmiyyətə  qaytarılmasını vəsiyyət etmişlər. Bu 
insanların varisləri bu pulları banklarda saxlamaqla yox, 
mükafat şəklində paylamaqla  daha xoşbəxtdirlər.    
3.
 
Bəşər    övladının  humanitar  (mədəni  )  səviyyəsi    yük-
səldikcə,  düşüncəsi  kamilləşir və qəbul etdiyi qərarlar elmi və 
ya İlahi olur.  
Qəbul edilən qərarların mədəni səviyyədən asılılığına  
ilk dəfə Volfqanq Göte diqqət yetirmişdir: “Mədəniyyətin 


200 
 
alçaq səviyyəsində milli  nifrət güclüdür və barışmazdır. Ancaq 
elə bir səviyyə var ki, o tamam yox olur, hansı ki, qonşu xalqın  
xoşbəxtliyi və faciəsi özününkü kimi qəbul edilir”. Bu səbəbdən 
də  XX  əsrdə  iki  Dünya  müharibəsindən  keçmiş 
avropalılar,  bu  gün  iki  Avropa  dövləti  arasında  müha-
ribəni  vətəndaş  müharibəsi  hesab  edirlər.  Bu,  Avropada 
mədəniyyətin  sürətlə  inkişafının    nəticəsidir.  ABŞ-ın 
keçmiş prezidenti Con Kennedi bu fikrin masştabını bir az 
da  genişləndirmişdir:  “Ya  insanlar  müharibə  ilə  qurtara-
caqlar, ya da müharibə insanlarla”.  Şükürlər olsun ki, insan-
lar müharibə ilə qurtarmaq üzrədirlər. 
4.
 
Bəşəriyyət    inkişaf  etdikcə,  bir  nəfərin  azadlığından 
hamının azadlığına gedir və insanlar dünya malından doyur.   
İlk  baxışda  inanılmaz  görünən  bu  müddəanı  da 
təsdiqləyən çoxsaylı tarixi fikirlər  var. 
a)  eramızdan  8  əsr  əvvəl  yaşamış  Homer  “İnsan  hər 
şeydən:  yuxudan  və  şirin  sevgidən  doyur
  –
  fikrini  söylə-
mişdir; 
b) sevimli peyğəmbərimiz Həzrəti Məhəmməd:  “ İki  
şəxs  doymaq  bilməz:  elm  təşnəsi  və  dünya  (malı)  hərisi”.    Bu 
fikrə rəğmən  Həzrəti Məhəmmədin özü dünya malından 
doymuş bəşər övladı idi; 
  c)  a(K)  asılılığından  (şəkil  5a)    görünür  ki,    K  art-
dıqca, a  da  artır. Bunun üçün ümumi mənafe (M
i
), şəxsi 
mənafedən  (M
ş
)  üstün  olmalıdır.  Qrafik  göstərir  ki, 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə