Şahlar Əsgərov k a m I l L ə Ş Ə N



Yüklə 3,39 Mb.
Pdf görüntüsü
səhifə13/51
tarix08.07.2018
ölçüsü3,39 Mb.
#53895
1   ...   9   10   11   12   13   14   15   16   ...   51

55 
 
Mənafenin  həyatda  oynadığı  rolu  böyük  Mehmet 
Akif Ersoy poetik şəkildə belə ifadə etmişdir: 
 
Aldanma insanların səmimiyyətinə! 
Mənfəətləri gəlir hər şeydən öncə... 
Vəd etməsəydi Allah Cənnəti
Ona belə etməzdi səcdə. 
 
Dünya dövlətlərinin həm makroiqtisadi göstəriciləri, 
həm  əhalinin  düşüncə  tərzi,  həm  də  mədəni  və  mənəvi 
səviyyələri  bir  -  birindən  xeyli  fərqlidirlər.  Birinci  qrup 
ölkələrində ictimai mənafe (M
i
), şəxsi mənafedən (M
ş
) çox-
çox  yüksəkdir:   M

>> M
ş
.  Üçüncü qrup ölkələrində şəxsi 
mənafe  (M
ş
)  ictimai  mənafedən  (M
i
)  yüksəkdir.  İnkişaf 
etməkdə olan ikinci qrup ölkələrində qarışıq düşüncə (hər 
bir məsələnin həllinə şəxsi və ictimai mövqedən yanaşma) 
mövcuddur.    Birinci  və  üçüncü  qrup  ölkələrinin  ictimai 
şüurlarında görünə bilən fərqi aşağıdakı kimi təsvir etmək 
olar:   
 
I qrup dünya 
ölkələri
 
III
 qrup
 
dünya 
ölkələri
 
1.
 
 
Mi 
 
>> Mş 
Mş >> Mi 
2.
 
 
Qanun şahdır 
Şah qanundur 
3.
 
 
Açıq cəmiyyət 
Qapalı cəmiyyət 
4.
 
 
Düşüncə demokratikdir   Düşüncə totalitardır  


56 
 
       
     Birinci  qrup  ölkələrində  ictimai    nəzarət  güclüdür  və 
kütləvi  informasiya  vasitələri  4-cü  hakimiyyət  hesab 
edilir.  Üçüncü  qrup  ölkələrində  ictimai  nəzarət    yox  
səviyyəsindədir.  Dünyanın  200  top  universitetlərindən 
(bax: Əlavə 2) 184-ü birinci qrup dövlətlərində, 16 -sı isə 
ikinci qrup dövlətlərində fəaliyyət göstərir. Üçüncü qrup 
ölkələrində  normal  universitet yoxdur. 
İdarəetmə ilə bağlı bir türk misalında deyilir: “Dövlət 
ya  elmlə,  ya  da  zülmlə  idarə  olunar,  al  gülümlə,  ver  gülümlə 
idarə olunmaz”.   Bu kəlamın işığında şəkil 5-ə diqqət yetir-
sək, görərik ki, çox inkişaf etmiş ölkələr elmlə, üçüncü qrup 
ölkələr  “zülmlə”,  ikinci  qrup  ölkələrin  idarə  edilməsində 
qarışıq  (həm  demokratik,  həm  də    inzibati)  üsuldan 
istifadə edilir. Bu səbəbdən də ən mürəkkəb idarəetmə II 
qrup ölkələrinə aiddir.  
Dövlətin idarə edilməsində məmurların rolunu alman 
imperiyasının  kansleri  Otto  Bismark  belə  ifadə  etmişdir: 
Pis  qanunlarla  və  yaxşı  məmurlarla  ölkəni  idarə  etmək 
mümkündür. Yox, əgər məmur pisdirsə, ən yaxşı qanunlar belə 
kömək etməz”. Aydındır ki, yaxşı məmur K-sı yüksək olan, 
pis məmur K-sı aşağı olan məmurdur. 
5.
 
 
Elm və təhsil yüksəkdir  
Təhsil və elm zəifdir  
6.
 
 
İctimai nəzarət 
yüksəkdir 
İctimai nəzarət zəifdir 


57 
 
Birinci  qrup  dövlətlərə  misal  olaraq  Norveç,  Avs-
traliya və Yeni Zelandiyanı göstərmək olar. Buölkələr bu 
dünyada Cənnət  şəraitinin 90% -ni yarada bilmişlər
9
.   
Ölkələrin real həyat şəraitini və qrafiklərdəki yerlərini 
araşdırarkən,  belə  qənaətə  gəlmək  olar  ki,  K  ≥  5  olan 
dövlətlərdə  əhalinin  (həm  idarəedənlərin,  həm  də 
idarəolunanların)  düşüncə  tərzi    K  ≤  1  olan  dövlətlərin 
əhalisinin düşüncə tərzindən  qat-qat kamildir. Nisbətən 
saf düşüncə tərzi K ≥ 5 olan dövlətlərdə aparıcıdır və bu 
səbəbdən  də  ictimai  maraq  şəxsi  mənafeni  üstələyir.  Bu 
ölkələrdə KİV-ə qarşı qoyulan tələb təqribən belədir: “Düz 
danış, nə qədər bacarırsan, düz danış, səndən gözləniləndən də  
artıq düz danış. Amma  düzlüyü axıra kimi deməyə bilərsən”.   
 Əksinə,  K  ≤  1  olan  dövlətlərdə  düşüncə  qeyri-
kamildir və bu səbəbdən də şəxsi mənafe ictimai mənafeni 
üstələyir.  
II qrup ölkələri  üçün K-nın qiyməti vahiddən böyük
5-dən  kiçikdir.    Bu  qrup  ölkələrdəki  ictimai  münasibəti 
Lanski 
10
 belə    ifadə  edir:”Bəzi  insanlar  heç  zaman  yaxşı 
olmurlar. Bizim hamımızım dörddə biri yaxşı, dördə üçü pisdir. 
Bərabər  olmayan  döyüş  gedir:  bir  nəfər  üç  nəfərə  qarşı”. 
                                                             
9
  Аскеров Ш.Г., Аскеров А.Ш., Корреляционная зависимость между 
ИРЧП и ВВП,   Международный Журнал Экспериментального 
Образования, 2012, № 6, стр.113–116.  
10
 Xью Роусон, Неписанные законы жизни, М, 2002, 384 стр. 


58 
 
Şübhəsiz,  burada  söhbət  məmurlardan  gedir.  Mə-
murlardan  üçü  şəxsi,  biri  isə  ümumi  mənafeni  müdafiə 
edir.  Bu  səbəbdən  də  bu  qrup  ölkələrdə  inkişafın  sürəti 
zəif  olur.  İnkişafa  lazımi  dinamikanı  vermək  üçün  bu 
ölkələrin  bəzilərində  (məs.,Sinqapur)  dövlət  məna-
feyindən sui-istifadə edənlər qanunvericiliklə ciddi cəza-
landırılır.  K  artdıqca,    məmurların  fəaliyyətində  ümumi 
mənafe üstünlük təşkil edir. 
Tarixi prosesin 2010-cu ilə olan rəngarəngliyi (şəkil 5), 
əsasən,  zaman  və  məkan  amilinin  təsirinin  nəticəsidir. 
Karl  Yaspers    bəşər  tarixini  üç  dövrə  bölür:  a)  tarixə-
qədərki dövr; b) tarixi dövr; c) bəşəriyyətin ümumdünya 
tarixi  dövrü.    Son  dövr  bizim  eranın  1000-ci  ilindən 
başlayır  və  bu  günə  qədər  davam  edir.  Bu    mərhələdə 
xalqlar  arasında  geniş  əlaqə  yaranmışdır.  Bu  şəkillərdə, 
sanki ümumdünya tarixinin bir mənzərəsi əks edilmişdir. 
Bu  dövlətlərin  hamısı  bu  günün  dövlətləri  olsalar  da, 
bəziləri  bu  günü  (K  ≥  5),  bəziləri  dünəni  (    5  ≤  K  ≤  1), 
bəziləri isə keçmişi yaşayırlar. Başqa sözlə, şəkildə bütün 
formasiyalara  (feodalizm,  kapitalizm,  açıq  cəmiyyət)  aid 
dövlətlər tapmaq olar. Ancaq tarix yüksələn xətlə inkişaf 
etdiyi  üçün    Avstraliyanın  bugünkü  səviyyəsini  sabah 
ABŞ, daha sonra Böyük Britaniya və digər dövlətlər əldə 
edəcəklər.  Şübhəsiz,  Avstraliya  yerində  saymayacaq, 
“Allahabada”  doğru  irəliləyəcək.  Qəti  söyləmək  olar  ki, 


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə