Yanır ürəklərin başı haçandır,
Dayanmır gözlərin yaşı haçandır...
Büllur çeşmə idi saf səsin, Qulu,
Yoxdur, olmayaçaq əvəzin Qulu,
Yüz-yüz könüldədir maһnın, muğamın,
Susmaz bülbülüsən bizim Muğanın!..
Muğamları oxumaq üçün səs imkanı, özünəməxsus
xırdalıqlar Qulu Əsgərova hüsn-rəğbət gətirmişdir. O, bir
xanəndə kimi heç kimi təqlid etmirdi. Onun öz yolu, öz ifa
tərzi vardı. Qulu Əsgərov sənət meydanına gələndə 12
muğamın 12-si də bənzərsiz xanəndələr tərəfindən ifa
olunmuşdu. "Rast"ı, "Çahargah"ı, "Şur"u, "Segah"ı Cabbar
Qaryağdı oğlu, Seyid və Xan Şuşinskilər, İslam Abdullayev,
Zülfi Adıgözəlov kimi qüdrətli sənətkarlar tamam dəsgaһ
çalıb oxumuşdular. Bayatı muğamlar isə – "Bayatı Qacar",
"Bayatı şur", "Bayatı İsfaһan", "Bayatı Kürd" öz ifaçısını
gözləyirdi. Qulu Əsgərov özünün geniş diapozonlu, insan
qəlbini eһtizaza gətirən yanıqlı səsi ilə bu muğamlara yeni
həyat verdi.
Onun böyüklüyü onda idi ki, hər muğama təsnif seçməyi,
məclis davranışı, səһnə mədəniyyəti ilə başqa müğənnilərdən
seçilirdi. Adlı-sanlı müğənnilərimiz Alim Qasımova, Qəndab
Quliyevaya, Mələkxanım Əyyubovaya ilk həyat vəsiqəsini
Qulu vermişdir. Bu müğənnilər öz müəllimlərini belə
xatırlayırlar:
“Qulu muğamın həm qulu idi, həm də şaһı". Qulu Əsgərov
söz sərrafı idi. Onun seçdiyi sözlər adamın iliyinə işləyirdi:
Sahib Sailov
26
"Əgər gülməsəydi qara gözlərin,
Mən sənə heç zaman bel bağlamazdım.
Mən sənin yerinə olsaydım yəqin,
Ölərdim, əһdimi ayaqlamazdım".
Qulu Əsgərovun şaqraq zəngulələri, səsin cövlan hüdud -
suzluğu, enib-yatan, qalxıb-kükrəyən avazı allaһ tərəfindən
verilmişdir.
...Yaxşı yadımdadır, 1957-ci il Qulu üçün uğurlu oldu.
Ümumittifaq Gənçlər Festivalında birinci yeri tutan gənc
müğənni həmin il VI Ümumdünya Gənclər Festivalından
gümüş medalla qayıtdı. Görkəmli bəstəkar Fikrət Əmirovun
təklifi ilə Qulu Əsgərov M.F. Axundov adına Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrına qəbul olundu. O,
bir-birinin ardınca gözəl, təkrarsız obrazlar yaratdı. "Leyli və
Məcnun"da Zeydi, Məcnunu, "Əsli və Kərəm"də Kərəmi və
Qəribi bir də onun kimi oynayan aktyorumuz olmadı. Elə o
illərdə onun məlaһətli səsi İtaliyadan, İspaniyadan, Al-
maniyadan. Monqolustandan gəlməyə başladı. Artıq Qulu
Əsgərov pərəstişkarlarını sevindirdi. Əməkdar inçəsənət
xadimi Əliqismət Lalayev bu istedadlı müğənni haqda belə
deyir: "Qulu Əsgərov sözün əsl mənasında böyük insan, milli
muğam və opera sənətimizin ustalarından idi. Təəssüf ki,
sağlığında ona öz qiymətini vermədilər. 59 illik ömür mənalı
oldu. Lakin çox qısa... Yeganə təsəllimiz odur ki, sənətkardan
bizə nurlu xatirə, milli opera və muğam irsi qalmışdır."
Qulu həm də gözəl bəstəkar idi. Onun bir sıra fərdi
yaradıcılıq məһsulu geniş yayılmışdır: "Bizimdir", "Muğan",
Zəkanın gücü
27
"Ürək", "Dolanaram başına", "Nə hə deyir, nə yox deyir" və
s. maһnıları hələ də könülləri oxşamaqdadır. Sənətkarı
ürəyində yaşadan oğlu Muğamat belə deyir: "Onun
yoxluğuna inanmıram. Atam Qulu dünyasını dəyişib, oğlum
Qulu dünyaya gəlib. Bircə ona inanıram ki, atam Qulunun
yolunu oğlum Qulu davam etdirəçək..." Musiqi sənətimizin
tədqiqatçılarından olan Rəfael Hüseynov yazır ki... Mən onu
hə-mişə şən, deyib-gülən, zarafatcıl adam kimi tanıyırdım.
Sən demə bir az açıdilliliyi də varmış, hərdən yola
getməməzliyi də olurmuş.
1978-ci ildən ömrünü pedaqoji fəaliyyətə bağlayan
görkəmli sənətkarımız ömrünün sonuna kimi ADİİ-da
müəllim işləmiş, musiqili teatr aktyorlarımızın yetişməsində
əlindən gələni əsirgəməmişdir.
Amerikanın Los-Ancelos şəһərində yaşayan azərbaycanlı
Fred Azad vətəninə qonaq gələndə Qulu Əsgərovla göruşmək
istədiyini bildirib. Qulu Əsgərov məmnuniyyətlə onu qəbul
edərək, naz-nemətlə dolu süfrə açıb. Lakin qonağı maraq -
landıran naz-nemət dolu süfrə deyilmiş... Qulunun ecazkar
səsi imiş. Qonağın əһvalını başa düşən Qulu tarı sinəsinə
basaraq gülə-gülə " – Siz nuş edin, mən də tarı dilə gətirim.
– deyir. "Qulu Əsgərov, bax belə, sözlü-söһbətli, hərdən
gülərüzlü, hərdən də bənövşə kimi boynu bükülü, hərdən
şaqraq gülüşlü, hərdən də nisgilli bir adam idi. Ən başlıçası
isə əsrlər durduqca yaşayaşaq səsi var idi...
Sahib Sailov
28
***
Maraqlı bir faktı yada salmaq istəyirəm ki, RKK-nin bir-
inci katibi işlədiyim vaxt (1957-1962) eyni zamanda 2
nömrəli orta məktəbdə tarix dərslərini aparırdım. Əlbəttə,
bəzən insanın prinsipial olması onun başına bəlalar gətirir.
İki halı xüsusilə qeyd etmək istəyirəm: – 8-10-cu siniflərə
tədris etdiyim tarix fənnindən bir çox şagirdlərə 2 qiymət
verməyim məktəb direktoru Yaqub Həsənovu ciddi narahat
etdiyindən və onun xahişini yerinə yetirmədiyim üçün məni
RXMŞ-nin müdiri Ağaməmməd Mirzəyevin yanına apardı.
Ağaməmməd Mirzəyev çox ciddi bir adam idi. O, rayonda
böyük hörmətə və nüfuza malik bir rəhbər idi. O mənə dedi:
– Sahib, mən sənin müəllimin olmuşam. Sənin 2 qiymət
verdiyin blankları mən özüm düzəldəcəm. Beləliklə, onun öz
əli ilə yazdığı qiymətlər Yaqub Həsənovu qane etdiyi üçün
bu mübahisəyə son qoyuldu. İkinci bir məsələ: 10-cu sinifdə
oxuyan Yusifov Fikrət Niyaz oğluna 4 qiymət verməyim
məktəb rəhbərliyini razı salmadı. Çünki o, yeganə tarix
fənnindən 4 qiymət almışdı. Bütün fənnlərdən əla oxuduğu
üçün onu qızıl medala təqdim etmişdilər. Yaqub müəllim
məni yanına çağırıb:- bu rəisin oğludur, bunun qiymətini
düzəlt- deməsi, əlbəttə mənim ürəyimdən deyildi və mən
onun dediyini etmədim. Beləliklə, o, dörd qiymət aldığı üçün
qızıl medal əvəzinə gümüş medal almalı oldu. Əlbəttə, belə
faktları məktəb həyatından çox gətirmək olar. Şagirdlərin
bilik səviyyəsi eyni olmadığı kimi, onların davranışlarında
da, tərbiyəsində də fərqlər, müəyyən qüsurlar olurdu. Əlbəttə,
mən bu qüsurlara qarşı ciddi mübarizə aparır, komsomol -
Zəkanın gücü
29
Dostları ilə paylaş: |