təsərrüfatı kadrlarının çatışmamasına baxmayaraq, bir qrup
mütəxəssislər öz ixtisasları üzrə işləmirdilər
1
. Bakının sənaye
və başqa müəssisələrində də 330 nəfər ali və 407 nəfər orta
təhsilli kənd təsərrüfatı mütəxəssisi var idi. Keçmiş Xalq
Təsərrüfat Şurasında isə 476 nəfər, Kommunal
Təsərrüfat Nazirliyində 73 nəfər, Səhiyyə Nazirliyində 31
nəfər, Mədəniyyət Nazirliyində 12 nəfər, Azərittifaqda 14
nəfər, Ticarət Nazirliyində 27 nəfər ali təhsilli kənd
təsərrüfatı mütəxəssisi işləyirdi. Kənd təsərrüfatı institu-
tunu bitirən bir çox məzunlar öz ixtisasları üzrə işləmirdilər
2
.
Hər il kənd təsərrüfatı institutu 300 nəfərdən çox mütəxəssis
buraxır, məzun-ların bir qismi şəhərdə qalıb sənaye
müəssisələrində çalışırdılar. İnstitutun qiyabi şöbəsində təhsil
alanların 736 nəfəri öz ixtisası üzrə işləmirdi. Belə vəziyyətin
qarşısını almaq üçün respublika komsomol təşkilatı
Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun rəhbərliyi
ilə birlikdə 150 nəfəri öz ixtisası üzrə işə göndərildi, 100
nəfəri isə institutdan xaric olundu; həmçinin Naxçıvan
vilayətində 33 nəfər, Qusarda 8 nəfər, Astraxanbazarda 7
nəfər, Zaqatalada 16 nəfər, Qazaxda 4 nəfər, Bərdədə 11 nəfər
gənc mütəxəssis öz ixtisasları üzrə işə göndərildilər
3
.
Komsomol mexanizator kadrların hazırlanmasında da fəal
iştirak etmişdir. Təkcə 1964-1965-ci illərdə təqribən
29 min
oğlan və qız mexanizator ümumtəhsil kurslarını bitirmişdi.
Qısa müddətdə 500-ə qədər qız sürücü-mexanik sənətinə
yiyələnərək pambıqyığan maşınların sükanı arxasına keçdi.
Sahib Sailov
52
1 “Sovet kəndi” qəzeti, 13 aprel, 1964-cü il, №98.
2 Yenə orada
3 “Sovet kəndi” qəzeti, 2 iyun, 1964-cü il.
Azərbaycanın igid qızı
Sevil Qazıyevanın nəcib işi gənclə -
rimiz üçün qəhrəmanlıq nümunəsidir.
Komsomolun yetişdirmələri olan adlı-sanlı sürücü-mexa -
nik lərdən Kövsər Mehdiyevanın, Elmira Əsgərovanın, Atlas
Məmmədovanın və başqalarının adları gənclərimizin qəhrə -
manlıq rəmzidir.
Respublikamızın sosialist kəndinin gəncləri hazırda
Sov. İKP XXIII qurultayının tarixi qərarlarını həyata
keçirmək uğrunda yorulmadan mübarizə aparırdılar
1
.
***
Mən AKMK-nin katibi işləyərkən hər il Özbəkistanın
Daşkənd şəhərində keçirilən Gənc Təsərrüfatçıların Ümumit-
tifaq Müşavirəsinin iştirakçısı olmuşam. Həmin müşavi rə -
lərdə Özbəkistan KP MK-nin birinci katibi Şərəf Rəşidovun,
Komsomolun birinci katibi Rüxsarə Abdullayevanın və
ölkənin digər rəhbər kadrlarının çıxışları mənim üçün örnək
olmuşdur. Mən həmin müşavirələrdə müttəfiq respublikaların
komso-mol aktivləri ilə, kosmonavtlar Yuri Qaqarin, Ger-
man Titovla Acı çöldə görüşlərim heç vaxt unudulmur. O
vaxtlar ölkə üzrə pambıqçılığın inkişafında Özbəkistan
müstəsna rol oynayırdı. Acı çöldə – (qolodnıy step) yeni
pambıq sahələrinin açılması, pambıqçılıq sovxozlarının
yaradılması, beton kanallar üzərində şuluzlar vasitəsilə
pambığın suvarılması və aqrotexnikanın bütün cəhətlərini
Özbəkistan pambıqçıların dan öyrənmişik. O vaxtlar bir ənənə
olaraq bütün pambıqçılıq respublikaları biri-birinə sosializm
Zəkanın gücü
53
1 Yenə orada
yarışını yoxlamaq üçün nümayəndələr göndərirdilər. Belə
nümayən dələr tez-tez respublikamıza gəlir və yoxlama
aparırdılar. Belə yoxlamalardan biri mən Qasım İsmayılov
rayonunda işlədiyim vaxt olmuşdu.
***
1964-cü ilin 22 avqustunda Özbəkistandan Ümumittifaq
Müşavirəsindən qayıdandan sonra müşavirənin yekunları
haqqında çıxış etmək üçün məni Radio Televiziya Komi -
təsinə çağırdılar. Mənimlə müsahibəni diktor Natəvan
Hacıyeva aparırdı. İlk dəfə televiziya ilə çıxışım, Natəvan
Hacıyevanın bütün suallarına verdiyin tutarlı, düzgün cav-
ablar gənc pambıqçılar üçün bir nümunə oldu.
1964-cü ilin 28 avqustunda məni MK-ə çağırdılar. Belə
məsləhət gördülər ki, artıq Siz MK-nin Aparatında işləməli -
siniz. O vaxt MK-nin Təşkilat Şöbə müdiri işləyən
Məhərrəm Mehdiyev mənimlə söhbətində dedi ki, Siz ok-
tyabr-noyabr ayında Kürdəmir Rayon Partiya
Komitəsinə birinci katib göndəriləcəksiniz. Mən buna
etirazımı bildirərək dedim ki,icazə verin 2 il işləyim, sonra
hara istəsəniz göndərərsiniz. Mehdiyev cavabında dedi: –
raykomun birinci katibi getmək üçün çox adamlar zəng edib
xahiş edirlər, biz onları göndərmirik. Sizi göndərmək
istəyirik, sizsə buna etiraz edirsiniz. Əlbəttə, bu
yolverilməzdir. Aradan bir ay keçmişdi ki, Zaqafqaziya
bürosu ləğv edildi. Orada işləyən Qədirov Abdulla Murad
oğlu bizə şöbə müdiri təyin edildi. Mehdiyev isə Dövlət Plan
Komitəsinə müavin göndərildi. Belə ki, mən bundan istifadə
Sahib Sailov
54