Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə13/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   9   10   11   12   13   14   15   16   ...   103

saxlayan  anbarlar  tikilməsinin  təşəbbüskarı  oldu.  Kolxoz

komsomol  təşkilatı  respublikanın  bütün  komsomolçu

gənclərinə müraciət etdi. Salyan rayonunun 7 kolxoz və 2

sovxozunda ilk anbarlar bina edildi. Azərbaycan KP MK-nın

Rəyasət heyəti həmin təşəbbüsü müzakirə edib bəyəndi və

respublikada geniş yayılmasını məsləhət gördü. 4 aylıq qısa

müddətdə  70-dən  artıq  anbar  tikildi.  Gübrə  saxlayan

anbarların  tikilməsində  Bərdə,  İmişli,  Qazax,  Zaqatala,

Sabirabad istehsalat idarələrinin komsomol komitələri daha

yaxşı fəallıq göstərdilər. Respublikanın komsomol təşkilatları

Sov.  İKP  fevral  Plenumundan  sonra  qısa  müddət  ərzində

gübrələri saxlamaq üçün 195 anbar tikdilər. Gübrələri vax -

tında daşımaq və ondan düzgün istifadə etmək məsələlərini

qaydaya  salmaq  üçün  stansiyalarda,  anbarların  yanında,

kolxoz  və  sovxozlarda  "Komsomol  projektoru"  dəstələri

təşkil edildi.

Eyni zamanda komsomolçuların və gənclərin aqrokimya

biliklərinə yiyələnmək uğrunda hərəkatı başladı. Kolxoz və

sovxozların  komsomol  təşkilatları  yanında  596  kurs  və

dərnək yaradıldı. Bunlara da 14.500 nəfər komsomolçu cəlb

edildi.  Naxçıvan  vilayəti, Abşeron,  Qazax,  Bərdə,  Quba,

Lənkəran  və  Masallı  istehsalat  idərələrinin  komsomol

təşkilatları nəzdində aqrokimya kursları yaradıldı. Quba kənd

təsərrüfatı  texnikumu  nəzdində  iqtisadiyyat  universiteti,

Lənkəran,  Masallı  və  Quba  rayonlarında  birillik  qiyabi

məktəblər komsomolçu və gənclərin aqrokimya biliklərinə

yiyələnmələrində əsas baza oldu. 4.000-dən artıq komsomol

fəalı və gənc təsərrüfatçısı bu məktəblərdə təhsil almışdı.



Zəkanın gücü

49


Gübrələrdən  səmərəli  və  düzgün  istifadə  edilmə-sində

ayrı-ayrı komsomolçu – gənclər briqadaları və manqalarının

işi  xüsusilə  fərqlənirdi.  Bu  sahədə  Masallı  rayonundakı

Kalinin adına kolxozdakı Komsomolçu-gənclər manqasının

işi ibrətamiz idi

1

. Komsomolçu Səmayə Ağaməmmədovanın

başçılıq etdiyi bu manqa torpağı əkinə hazırlayarkən hər hek-

tar hesabı ilə 1,5 sentner azot, 5 sentner superfosfat, yemləmə

dövründə 3 sentner azot və 4 sentner superfosfat verməklə,

planda nəzərdə tutulmuş 120 sentner əvəzinə 244 sent-ner

məhsul götürmüşdü

2

. Manqada hər sentner məhsulun maya

dəyəri 3 manata başa gəlmişdi. Manqanın ümumi pul gəliri

156.000 manat olmuşdu. Manqanın ümumi pul gəliri ayrı-

ayrılıqda  həmin  rayo-nun  “Dmitrov”,  "Odessa"  və  "Şən

həyat" kolxozlarının ümumi gəlirindən çox idi



3

.

Kənd  təsərrüfatının  intensivləşdirilməsində,  xüsusən



məhsulu artırmaqda suvarma böyük rol oynayır. Suvarılan

torpaq sahələrinin genişləndirilməsi taxıl istehsalını artırmaq

üçün  çox  mühüm  real  mənbələrdəndir

4

.  1964-cü  ildə

respublikanın suvarılma üçün torpaq fondu 1.195 min hektar

olmuşdur.  Bundan  kənd  təsərrüfatında  1.117  min  hektarı,

yaxud  93,  5  faizi  istifadə  edilmişdir.  İstifadə  olunmuş

sahələrin ancaq 967 min hektarı suvarılan torpaq idi ki, bunun

da 650 min hektarı müxtəlif dərəcədə duzlu olub yuyulmasını

tələb edirdi. Suya olan ehtiyac yay aylarında daha çox hiss

olunur.  Bunu  demək  kifayətdir  ki,  620  min  hektar  yazlıq

Sahib Sailov

50

                                                      

"Azərbaycan gəncləri" qəzeti, 9 sentyabr 1964-cü il, № 108.

Yenə orada.

Azərbaycan LKGİ MK-nın cari arxivi, MK-nın 29 oktyabr 1963-cü il taixli VII plenumu, 

MK - PL - 7.



"Sovet kəndi" qəzeti, 13 aprel 1964-cü il, № 98


bitkilərdən yalnız 490 min hektarı qismən yay aylarında su

ilə təmin oluna bilərdi. Ona görə də komsomol təşkilatları

payızlıq dənli bitkilər əkinini ən qısa aqrotexniki müddətlərdə

başa çatdırmaq, əkin suyundan düzgün və səmərəli istifadə

etmək üçün ixtisaslı suçular qrupu ayırmaq uğrunda mübarizə

apardılar. Onlar minlərlə suçular hazırladılar. Zərbəçi kom-

somol-gənclər briqadaları su arxlarını təmir edir, su itkisinin

qarşısını alır, sudan qənaətlə və düzgün istifadə olunmasına

nəzarət edirdilər

1

.

Kənd təsərrüfatı məhsuldarlığını artırmaqla mütəxəssis



kadrların hazırlanması və yerləşdirilməsi də böyük əhəmiyyət

kəsb  edirdi



2

.  Kənd  təsərrüfatını  intensiv  idarə  etmək

vəzifəsini  yalnız  yaxşı,  hazırlıqlı  mü-təxəssislərin,

mexanizatorların, istehsalat təşkilatlarının olması şəraitində

həyata keçirmək olardı

3

.

Komsomol təşkilatları bu sahədə də böyük işlər gördülər.



Onlar kənd təsərrüfatı mütəxəssislərinin yerləşdirilməsində

partiya təşkilatlarına yaxından kömək etdilər



4

.

Respublika  komsomol  təşkilatı  partiyanın  göstərişini



yerinə yetirərək, müxtəlif səbəblərə görə kənd təsərrüfatında

işləməyən gənc aqronomları, zootexnikləri, baytar həkim -

lərini kolxoz və sovxozlara qaytarmaq üçün tədbirlər gördü

5

.

Mərkəzi respublika statistika idarəsinin məlumat larına görə,



kənd təsərrüfatında işləyən ali və orta təhsilli mütəxəssislərin

sayı  5.000  nəfərdən  çox  idi. Lakin  respublikada  kənd



Zəkanın gücü

51

                                                      

"Azərbaycan gəncləri" qəzeti, 9 sentyabr 1964-cü il. 

Yenə orada.

Yenə orada.

Yenə orada

Azərbaycan SSR Dövlət Plan Komitəsinin məlumatı. Bakı, yanvar, 1964-cü il (bulleten)


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə