S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə22/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   18   19   20   21   22   23   24   25   ...   145

t
əsirindən,  qapalı  üçtaylı  qapaq  taylarının  vibrasiyaya  uğraması 
n
əticəsində baş verir. 
 
Ür
əyin dördüncü tonunu  bəzən  auskultasiyada  eşitmək mümkün 
olur.  O, dem
ək olar ki, həmişə  patoloji  xarakter  daşıyır.  Ürəyin sol 
m
ədəciyinin  fizioloji  hipertrofiyası  olan  idmançılarda,  üçüncü  tonla 
birlikd
ə  eşidilən hallarda, ürəyin 4-cü tonunu fizioloji xarakterli hesab 
etm
ək  olar.  Bütün  hallarda  onu  xüsusi  fonokardioqrafik  üsülla  aşkara 
çıxartmaq mümkündür. O, çox vaxt ürəyin birinci tonuna çox yaxın olur, 
onu  ondan  ayırd  etmək çətinləşir  və  həm də  çox  yavaş  səsli və  alçaq 
tezliklidir. Onun birinci v
ə ikinci tonlarla olan ardıcıllığı (huh - but ─── 
tup)  şəkilində  təsvir etmək olar. Bəzi klinisistlər onu birinci tonun 
qulaqcıq komponenti adlandırır. Qulaqcıqların güclü sistolası ürəyin 4-cü 
tonun  yaranması  üçün  şərtdir. Eyni zamanda mədəciklərin  genişlənmə 
d
ərəcəsinin azalması, mədəcik divarlarının rigidliyi deyiləni dəstəkləyir. 
M
ədəciklərin  divarları  hipertoniya,  fibroz,  infiltrasiya,  hipertrofiya, 
işemiya, infarkt, Düşenin miokardiodistrofiyası hallarında elastikliyi itirir 
v
ə  çətinliklə  genişlənirlər.  Nəticədə,  qulaqcıqların  və  xüsusilə  sol 
qulaqcığın  presistolik  güclü  yığılması,  sol  mədəcikdə  taylı  qapaqların, 
xordaların  və  məməcikvari  əzələlərin  vibrasiyasını  törədir. Bunların 
hamısı 4-cü tonu təşkil edir. Mədəcik diastolasının 2-ci fazasında, daha 
doğrusu  diastolanın  axırına  tərəf,  qulaqcıqların  sistolası  nəticəsində 
m
ədəciklərə daxil olan qan dalğası qulaqcıq zərbəsi (atrial kick) adlanır. 
Mitral stenozda sol qulaqcığın hətta güclü sistolası zamanı qanın dalğası 
sol m
ədəciyə  gəlib  çatmır.  Ancaq,  sol  qulaqcığın  miksomasında  sol 
qulaqcığın sistolası zamanı yaranan qan dalğası şişə və buradan mədəciyə 
ötürül
ə  bilər. Mitral requrgitasiya, miokardit, infilstrasiya, distrofiya, 
infarkt,  hipervaqusotoniya
,  sol  qulaqcıqda  qanın  azlığı  hallarında, 
sözüged
ən  dalğa  zəifləyir. Sonuncu halı  diuretikoterapiya  yarada bilər. 
Onu da qeyd ed
ək ki, ürəyin tamponadasında və konstriktiv perikarditdə 
4-
cü ton eşidilmir. Dördüncü tonu xəstənin uzanmış vəziyyətində ürəyin 
zirv
əsində eşitmək olar.   
 
Apnoye zamanı ürəyə qayıdan venoz qanın miqdarı və o cümlədən 
sol qulaqcığın ağciyər venaları vasitəsilə dolması azalır. Bu səbəbdən 4-
cü tonun eşidilməsi mümkün olmur. Sol qulaqcığa gələn qanın miqdarı 
çöxaldıqda və sol qulaqcıqdaxili təzyiq artdıqda 4-cü tonun gücü artır və 
o, yaxşı eşidilir. 
 
Ür
əyin  qulaqcıqlarına  gələn  qanın  miqdarını  fiziki  yüklənmə, 
Valsalv sınağı, bir neçə dəfə öskürmək, 4-5 dəfə dərindən nəfəs almaq və 
n
əfəs vermək, çöməlmək,  əlləri  yumruq  şəkilində  sıxmaq  nəticəsində 
artırmaq olar. 
 
Ür
əyin üçüncü və dördüncü tonları sakit, aşağı tezlikli, zəif eşidilən 
s
əslərdir. Onlar bəzən səs dalğaları kimi hiss olunur. Taxikardiya zamanı 
 
52 


onları ayırd etmək çox çətinləşir və ya mümkün olmur. Karotid sinusuna 
t
əzyiq etməklə  ürək  vurğularının  dəqiqəlik  sayını  azaltmağa  çalışmaq 
olar. Dördüncü ton birinci tonun önünd
ə eşidilir və onların arasında olan 
interval, ad
ətən  sabit  olur;  ekstrasistoladan  sonra  baş  verən fasilədən 
sonra birinci tonun önünd
ə eşidilən səs dördüncü ton sayılır. Ürəyin 3-cü 
v
ə 4-cü tonlarının birgə rast gəlindiyi hallar ikili və ya ikiqat çapma ritmi 
alınır  və  qatarın  törətdiyi səs ritminə  oxşayır  (dördhədli ritm). Onu 
sxematik olaraq S
4
 - S
1
─ S
2
 
── S
3
 
şəkilində təsvir etmək olar. Belə hala 
bir neç
ə miokard infarktını keçirən şəxslərdə rast gəlmək olar. 
 
Arterial hipertoniya, aortal stenoz, ağciyər arteriyasının stenozu və 
bir  sıra  digər xəstəliklərdə  sol mədəcikdə  4-cü  tonun  meydana  çıxması 
üçün m
ədəcik  divarlarının  və  qapaqların  rigidliyi  inkişaf  etməlidir 
(fibroz, skleroz v
ə  s). Ürək  çatışmazlığı  proqressivləşdikcə  4-cü ton 
z
əiflənir və itir, 3-cü ton isə qalmaqda davam edir. Ürəyin sağ qulaqcığı 
güclü  yığıldıqda  vidaci  venalarda  venoz  qan  dalğası  (A  dalğa)  əmələ 
g
əlir və məhz bu hal sağ mədəcik mənşəli 4-cü tona uyğun gəlir. Onun 
əmələ  gəlməsi trikuspidal requrgitasiya,  ağciyər  arteriyasının  stenozu, 
ağciyər  hipertenziyası  hallarında  rast  gəlinir. Heroin narkomanlarında 
ür
əyin  sağ  hissələrinin  endokarditi  inkişaf  edərək, trikuspidal qapaq 
z
ədələnərək, trikuspidal requrgitasiya törənərək,  sağ  mədəcik mənşəli 
dördüncü  ton  yaranıla  bilər.  Onu da qeyd edək ki, ürəyin 4-cü tonu 
eşidilən hallarda konstriktiv perikardit, ürəyin  tamponadası,  miokardın 
amiloidozu v
ə  restriktiv, konstriktiv zədələnmələri,  sol  qulaqcığın 
yığılma  funksiyasını  və  sol mədəciyin  diastolasını  məhdudlaşdıra  bilən 
x
əstəliklərin  mövcudluğu  şübhə  altına  düşür.  Dördüncü  tonun  erkən 
meydana çıxması, ürəyin sol mədəciyinin rigidlik dərəcəsinin artıqlığına 
d
əlalət edir. Arterial hipertoniyada qan təzyiqinin normalizasiyası və ya 
x
əstənin üfuqi vəziyyətdən dərhal vertikal vəziyyətə keçməsi 4-cü tonla 
1-
ci  tonun  arasındakı  intervalı  qısaldır  (S
4
S
1
).  Onu da qeyd ed
ək ki, 
kardiostimulyator  öz  impulsları  ilə  qabırğaarası  əzələlərin  yığılmasını 
tör
ədə və bu birinci tonun paralanmasına oxşaya bilər (M
1
A
1
). 
 
Normada mitral qapağın açılması, qulaqcıq sistolasının və mədəcik 
diastolasının başlanması ilə səssiz və ya, demək olar ki, səssiz baş verir. 
Onun açılma tonunun eşidilməsi mitral stenoz zamanı qapaq taylarının, 
xüsusil
ə  ön  tayın  fibrozu,  sklerozu,  çapıqlaşması,  bərkişməsi, 
kalsinasiyası,  komissurasiyası  zamanı  baş  verir.  Mitral  qapağın  açılma 
başlanğıcında  onun  ön  tayının  mədəciyə  doğru  qabarması  məhz  açılma 
çıqqıltısını yaradır (mitral qapağın açılma tonu – opening snap, OS). Bu 
çıqqıltı  mitral  stenozda,  kombinə  olunmuş  mitral  qüsurda, sürətli qan 
c
ərəyanında,  bəzən mədəciklərarası  çəpərin defekti, arterial keçid, 
tireotoksikoz,  trikuspidal  qapağın  atreziyasında,  Blelok-Taussinq 
əməliyyatından sonra, mitral qapağın prolapsında, massiv assitdə ürəyin 
 
53 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə