S. N. Alimetov, Ş. S.İBrahimova



Yüklə 3,75 Kb.
Pdf görüntüsü
səhifə10/145
tarix01.06.2018
ölçüsü3,75 Kb.
#46896
1   ...   6   7   8   9   10   11   12   13   ...   145

y
əni  aortal  stenozun  mövcudluğu  inkar  edilir.  Eyni zamanda aortal 
requrgitasiya
nın olması şübhə altına düşür, çünki belə halda nəbz təzyiqi, 
əksinə  yüksəlir.  Burada  müstəsnalıq  miokardın  yığılma  funksiyasının 
z
əifliyi fonunda ola bilər. 
 
N
əbz dalğasının ləng artmasında arteriya üzərində palpasiya olunan 
z
ərbə zəifləyir və  ya əllənmir. Buna nəbz dalğasının  yumşalması və  ya 
hamarlaşması deyilir. 
 
Yuxu arteriyalar
ı üzərində nəbz dalğasının artma sürətinin azalması 
aortal  stenozun  mövcudluğuna  ehtimal  yaradır,  yəni onun 
mümkünlüyünü göst
ərir. Əvvəllər bu yastı və kiçik nəbz (pulsus parvus) 
adlandırılmışdır. Bu zaman nəbz dalğasının yoxuşunda anakrotik insizura 
(yoxu
ş  çuxurcuqları)  qeyd  edilir.  Yuxu  arteriyaları  üzərində  nəbz 
dalğasının  ləngiməsi və  ya  hiss  olunmaması  aortal  stenoza  aiddir. 
Arterioskleroz v
ə  aortaskleroz  zamanı  damar  divarı  rigidliyinin  artması 
hesabına, nəbz dalğasının artma sürəti artır və yuxu arteriyaları üzərində 
n
əbz dalğasının artma sürəti normallaşır. 
 
Qapaqüstü  aortal  stenoz  zamanı  sağ  yuxu  və  sağ  körpücükaltı 
arteriyalarda, sol v
ə  analoji damarlara nisbətən nəbz  dalğasının  artma 
sür
əti və  qan təzyiqi göstəricisi yüksək olur. Buna səbəb qan  axınının, 
qalxan aorta il
ə  çiyin-baş  kötüyünə  (truncus brachiocephalicus) və 
burdan d
a sağ yuxu və körpücükaltı arteriyalarına yönəlməsidir. 
 
Yuxu  arteriyası  üzərində  nəbz  dalğasının,  ürəyin  uc  vurğusundan 
geri qalması, xəstədə aortal stenozunun mövcudluğunu göstərir.  
 
N
əbz təzyiqinin  normal  qalması  fonunda  nəbz  dalğasının  artma 
sür
ətinin  çoxalması,  ürəyin sol mədəciyinin  atım  həcminin  artdığı  və 
qanın  iki  dəlikdən sol mədəciyi tərk etdiyi hallarda qeyd edilir (mitral 
requrgitasiya v
ə ya mədəciklərarası çəpərin defekti). Mitral requrgitasiya 
v
ə  mədəciklərarası  çəpərin  defekti  zamanı,  ürəyin sol mədəciyinin 
h
əcmlə  yüklənməsi və  Starlinq effektinə  görə  qanın  qovulma  sürətinin 
artması  baş  verir.  Başqa  sözlə  qanın  qovulma  müddətinin 
d
əyişilməməsindən, qanın qovulma sürətinin artırılması lazım gəlir.  
 
Hipertrofik subaortal stenoz v
ə  ya hipertrofik obstruktiv 
kar
diomiopatiya zamanı nəbz dalğasının artma sürəti çoxalır, yəni nəbz 
dalğası  sürətlə  yüksəlir. Hipertrofik obstruktiv kardiomiopatiyada 
obstruksiya, ür
əyin  sol mədəciyindən  çıxış  yolunun  yığılması,  mitral 
qapaq taylarının qalınlaşmış mədəciklərarası çəpərlə birləşməsindən baş 
verir. Ür
ək qanın 80%-nin obstruksiyaya qədər qovulmasına nail olmaq 
üçün,  katexolaminl
ərin  miokarda artan təsiri  altında,  qanın  qovulma 
sür
ətini artırır. Bu xəstəlikdə nəbz dalğasının artma sürəti çox yüksəkdir. 
 
N
əbz  dalğasının  sürətli və  böyük  olması  aortal  requgitasiya, 
persist
əedici  arterial  keçid,  aortanın  koarktasiyası,  tireotiksikoz, 
hamil
əlik və ağır dərəcəli anemiya zamanı rast gəlinir. Belə nəbz böyük 
 
26 


v
ə ya yüksək nəbz adlanır (pulsus celer et maqnus). Sözügedən hal bəzən 
iri arteriovenoz fistula v
ə  ya anadangəlmə  arterial kötük sindromunda 
qeyd edilir. Aortal requrgitasiya v
ə  mitral mədaxil, ürəyin diastolik 
h
əcmini  artırdığı  hallarda,  sistola  zamanı  aortaya  daxil  olan  qanın 
miqdarı çoxalır. 
 
Aortal requrgitasiya 
zamanı  qanın  diastolik  təzyiqi  azalır.  Buna 
s
əbəb  qanın  diastola  zamanı  aortadan  sol  mədəciyə  qayıtması  və 
damarların  periferik  müqavimətinin  reflektor  azalmasıdır.  Periferik 
damar müqavim
ətinin azalması isə, sistola zamanı artıq miqdarda aortaya 
daxil olan qanın təzyiqi altında aortal və karotid sinusların genəlməsi ilə 
əlaqədar  olaraq  baş  verir.  Ürək  çatışmazlığının  meydana  çıxması  və 
ür
əyin atım həcminin azalması, periferik damar müqavimətinin artmasına 
g
ətirib çıxarır və bu diastolik arterial təzyiqin yüksəlməsinə kömək edir.  
 
Aortal requrg
itasiya  zamanı  nəbzin və  ya  daha  doğrusu  nəbz 
dalğasının  yayılma  sürəti,  ayaqüstü vəziyyətdə  artır.  Buna  səbəb aortal 
requrgitasi
yanın  ayaqüstü vəziyyətində  artması  yox,  simpatik  sinir 
sisteminin aktivl
əşməsidir (qanda katexolaminlərin  artması,  periferik 
arteriyalarda n
əbzin sürətini  artırır  və  periferik damar müqavimətini 
yüks
əldir). 
 
Persista
siyaedici  arterial  keçid  zamanı  ürəyin  sol mədəciyinə, 
aortadan ağciyər arteriyasına atılan qan, əlavə olaraq daxil olur. Nəticədə 
sol m
ədəciyin diastolik həcmi,  sistolik  atımı  çoxalır,  nəbz  dalğasının 
yayılma sürəti və nəbzin gərginliyi yüksəlir. 
 
Aortal requrg
itasiyanın  qəflətən  başlandığı  hallarda bir müddət 
ərzində  böyük və  sürətli nəbz  müşahidə  olunmaya bilər. Buna səbəb 
mitral qapağın diastola zamanı tez bağlanması və sol qulaqcıqdan qanın 
sol m
ədəciyə  daxil  olunmasının  dayanması  və  həm də  sol mədəciyin 
diastolik h
əcminin,  perikardın  reflektor müqaviməti  altında  çox  da  arta 
bilm
əməsidir. Xəstəliyin  gedişində  ürək  çatışmazlığının  inkişaf  etməsi, 
aortal requrg
itasiyanın  periferik  nəbz  simptomlarının  itməsinə  gətirib 
çıxarır. 
 
Aortal requrg
itasiya  zamanı  bud  arteriyaları  üzərində  Traubenin 
ikili tonu, Dürozyenin  ikili küyü, auskultativ 
olaraq  eşidilir.  Onun 
eşidilməsi nəbz  dalğasının  sürəti və  böyük dolma həcmilə  əlaqədardır. 
Onu da qeyd ed
ək ki, ürəyin üçtaylı qapağın çatışmazlığında, bud venası 
üz
ərində, ürəyin sistolik  tonları  eşidilir.  Dürozyenin  ikili küyü, bud 
arteriyasının  üzərinə  stetoskop ilə  təzyiq etdikdə  meydana  çıxır.  Qanın 
t
əzyiq olunan yerdən irəli və  geri hərəkəti  bu  küyü  yaradır.  Yadda 
saxlamaq  lazımdır  ki,  qasıq  nahiyəsi üzərində, ürəyin  qulaqcıqlarının 
gücl
ənmiş  fəaliyyəti zamanı  ikili  ton,  bud  venası  və  arteriyası  olmaqla 
eşidilə bilər. 
 
27 


Yüklə 3,75 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə