S. Imanov-Hedefdeki insan indd



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə66/78
tarix24.12.2017
ölçüsü2,48 Kb.
#17582
1   ...   62   63   64   65   66   67   68   69   ...   78

263
Samir  təyyarəyə  yaxınlaşanda Almeyda  arxadan  qış-
qırdı:
-Samir, sənə başqa sürprizlərim də var.
-Nə sürprizi?
-Bakıya çatanda bilərsən.
Təyyarə havaya qalxdıqdan yarım saat sonra Samir ka-
ğızı cibindən çıxardaraq açdı: “Lusiyadan oğlun olsa, adını 
Almeyda qoyarsan” cümləni oxuyub qurtardıqdan sonra 
gülümsünərək  Lusiyaya  baxdı.  Lusiya  atasının  yanında 
oturub başını onun çiyninə söykəyərək fikrə getmişdi.
Bakı. Azərbaycan
Təyyarə Bakıya çatanda hava artıq qaralmışdı. Samir 
təyyarədən enib aeroportun binasına girəndə onu ilk əvvəl 
Mahmudov  qarşıladı.  Samir  onunla  görüşdükdən  sonra 
Əziz və Akiflə də salamlaşıb onları qonaqlarla tanış etdi:
-Bunlar Argentina  vətəndaşlarıdırlar.  Bir  müddət  bi-
zim qonağımız olacaqlar.
-Bizim qonaq qarşılamaqda heç vaxt problemimiz ol-
mayıb. – Mahmudov dedi: -Nə qədər istəsələr, qala bilərlər.
-Çox  sağ  olun  ki,  məni  qarşılamaq  üçün  bura  qədər 
əziyyət çəkmisiniz.
-Nə danışırsan Samir? (Əziz dilləndi) Bizə xoşdur. Şü-
kür ki, sağ-salamat geri döndün.
-Başıma sizə danışılası o qədər əhvalat gəlib ki. İmkan 
düşdükcə hamısını danışacağam. İndi isə getsək yaxşıdır. 
Əlidən ötrü elə darıxmışam ki.
-Getməyinə mütləq gedəcəyik. Ancaq sən əvvəlcə bu-
rada otur. – deyə, Akif Samirə yanındakı oturacağı göstərdi. 


264
Samir heç nə başa düşməsə də, Akifin dediyini etdi. O 
oturan kimi Akif başını arxaya çevirib qışqırdı:
-Asif. Burax gəlsin.
Bir  neçə  saniyə  sonra  yaxınlıqdakı  divarın  tinindən 
çıxan Əli -Əmi! – deyə qışqıraraq özünü Samirin qucağı-
na atdı. Samir onu bir xeyli öpüb-oxşadıqdan sonra başını 
qal dırıb soruşdu:
-Bu sürprizə görə kimə borcluyam?
-Almeydaya.  Sən  Əli  ilə  birlikdə  evə  get.  Qonaqları 
hara lazımdırsa, mən apararam.
-Onlar bizdə qalacaqlar.
Samir Asiflə də görüşdükdən sonra hamı birlikdə ae-
roportdan çıxıb maşınlara oturdular. Samir, Əli, Lusiya və 
Mahmudov eyni maşında əyləşdilər. Bir qədər getdikdən 
sonra Samir əlini qabaqda oturmuş Mahmudovun çiyninə 
toxunduraraq soruşdu:
-Mərkəzdə vəziyyət necədir?
-Bərbad. Hər kəs çaşqınlıq içindədir. Sənin yoxa çıx-
mağın, Muradın cinayətkar qrupa başçılıq etməsi, “Söyüd 
yarpağı”  təşkilatı  ilə  bağlı  televizorda  verilən  xəbərlər 
adamları əməlli-başlı vahiməyə salıb. Gün ərzində mərkəzə 
yüzlərlə zəng olunur. Bütün əlillər çox narahatdırlar.
-Onları qınamaq olmaz. Bütün ümidləri bizim mərkəz 
idi. 
Səsinə ruh yüksəkliyi qataraq: -Eybi yox, 10–15 gün-
lə  heç  nə  olmaz.  İki  gündən  sonra  biz  yenə  əvvəlki 
qüdrətimizi qaytaracağıq.
-Buna şübhəm yoxdur.
-Sən belə elə. Sabah Əzizlə Akifi də götür, işə başlayın. 
İlk  öncə  mərkəzin  bütün  işçilərinə  xəbər  et  ki,  birisigün 
işə çıxsınlar. Jurnalistlərə də məlumat verərsən. Birisigün 


265
mərkəzdə  mətbuat  konfransı  keçirdəcəyəm  və  «Ümid» 
mərkəzi yenidən rəsmi olaraq fəaliyyətə başlayacaq.
-Bəs xaricdəki filiallar?
-Birisigün  «Ümid»  mərkəzinin  bütün  filiallarına  mə-
nim imzamla rəsmi bildiriş göndəriləcək. Qoy onlar da bir 
gün sonra işə başlasınlar.
Maşınlar Samirin yaşadığı evə çatanda Əli Samirin qu-
cağında yuxuya getmişdi. Pedro uşağı ondan aldı. Onlar 
maşınlardan düşəndə Samir Mahmudova dedi:
-Müəllim buyurun evə, bir stəkan çay için sonra gedər-
siniz.
-Sağ ol. Qalsın gələn dəfəyə. Artıq gecdir, həm də yol 
sizi yorub. Yatıb dincəlin.
Samir üzünü sürücüyə tutaraq: 
-Sabah 11–də bizdə olarsan. Qonaqlara şəhəri göstərə-
cəyəm.
Mənzilin qapısına çatanda Samir dedi:
-Lusi çantada açarlar olmalıdır, üstündə də gümüşdən 
qılınc fiquru var.
-Boynundan asdığın qılınc kimi?
-Hə. Bunun kimi.
Qapını açıb içəri girəndən sonra Samir otaqlardan bi-
rini göstərib dedi:
-Pedro,  uşağı  o  otaqdakı  çarpayıya  uzat,  sonra  gəl 
evdəki bəzi yerləri sizə göstərim.
Samir onları evlə tanış etdikdən sonra Lusiya soruşdu:
-Yer salmaq üçün içəridəki çarpayının üstünə yığılan 
yorğan-döşəklərdən istifadə edə bilərəm?
-Əlbəttə. Pedronun yerini divanda sal, Xoseylə sən yan 
otaqda yatacaqsınız, mən isə Əliylə birlikdə öz otağımda.
Lusiya  yerləri  açandan  sonra  yorğun  olduqlarından 
hamısı uzanıb yatdılar.


266
Hadisədən 8 gün sonra 
Sumqayıt. Azərbaycan
Samir  yuxudan  duranda  saat  on  idi.  əynini  dəyişib 
dəhlizə çıxanda mətbəxdə səs eşidib ora getdi. Lusiya sto-
lun üstündə kartof doğrayırdı. Samirin qapıya söykənərək 
ona tamaşa etdiyini görüb dedi:
-Buenos dias senyor.
-Sabahın xeyir. Nə hazırlayırsan?
-Əvvəlcə  dadlı  bir  yemək  hazırlamaq  istədim,  sonra 
fikirləşdim  ki,  birdən  soyuducudakı  ərzaqlar  xarab  olar. 
Yalnız kartofu bişirəcəyəm.
-Özünə əziyyət vermə. Bu gün bütün günü evdə olma-
yacağıq. Yarım saatdan sonra maşın gələcək və biz bütün 
günü şəhəri gəzib əylənəcəyik. Həm buranı, həm də pay-
taxtı. Sən ondansa get Pedroynan Xoseni oyat.
-Çay da içmək istəmirsən?
-Mən yalnız bir şey istəyirəm.
Samir  bunu  deyib  Lusiyaya  tərəf  gedəndə  arxadan 
Əlinin səsini eşitdi:
-Əmi tualetin işığını yandır, əlim çatmır.
Samir  işığı  yandırıb  otağına  getdi.  Televizorun  arxa-
sında gizlətdiyi qutunu açaraq içindən xeyli pul götürüb 
cibinə qoydu. Əlini geyindirib üstünə ətir vurandan sonra 
dəhlizə çıxanda Pedroyla Xose artıq hazır idilər. Birlikdə 
həyətə  düşdülər.  Maşın  artıq  binanın  həyətində  dayanıb 
onları gözləyirdi. Maşına oturanda Samir sürücüyə dedi:
-Sür Bakıya.
-Baş üstə. (Əlindəki kiçik bağlamanı Samirə uzadaraq) 
buyurun müəllim. Telefonunuzla kredit kartınızdır. Mah-
mudov verdi. İlk öncə hara getmək istəyirsiniz?
-Əvvəlcə bizi yaxşı bir kafeyə apar.
-Oldu.


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə