R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə176/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   169   170   171   172   173   174   175   176   177

363 
 
Əfqan işğalları və onun nəticələri ilə bağlı araşdırma aparan A.Müller yazır 
ki,  «...bu  katastrofa  əfqanların  qüdrətindən  daha  çox,  Hüseynin  (şah  Hüseyn  - 
R.D.)  zəifliyi  və  ağlasığma z  a xmaqhğı  ilə  şərtlənib...,  ço xdan  bəri  idarə  et məyi 
bacarmayan  sülalənin  sonunun  yetişməsi  demək  idi.  Doğrudur,  Hüseynin 
kapitulyasiyası  onun  öz  həyatını  xilas  etdisə  də,  övladları  və  digər  qohumların ı 
ölümdən qurtara bilmədi;  kobud əfqan (Mahmud -R.D.) özünü ciddi rəq iblərdən 
sığortalamaq  üçün  1725-ci  ildə  onların  (şahzadələrin  -  R.D.)  öldürülməsini  əmr 
etdi. Hüseynin yalnız  İsfahandan xeyli  müddət əvvəl qaçmış oğlu Mazandaranda 
mübarizəni  davam  etdirməyə  cəhd  edə  bilərdi:  o,  II  Təh masib  adı  ilə  uzurpator 
Mahmudla  yanaşı  şahlar  siyahısına daxil  olmuşdursa  da,  (onun  hakimiyy əti)  heç 
vaxt  müstəqil  xarakter  daşımamışdır.  Dövlət  öz  xilasına  görə,  bir  vaxtlar  -  əsası 
qoyularkən olduğu kimi, türk tayfa larının gücünə minnətdar olma lı id i... Qaca rla r 
Təhmasibin  ətra fına  toplaşdılar,  ...a zad  dəstələrindən  birinin  başçısı  (Fətəli  xan 
Qacar  -  R.D.)  taxt-tacın  qanuni  vəliəhdinin  xid mətinə    daxil    oldu...      Nadirə  
gəlincə  isə  gərəkli   məqa mda gözlənilməz yardımçı olan bu ş əxs o vaxtadək də o 
qədər  də  sakit  həyat  sürməmişdi...  Gah  qarətçi  dəstənin  başçısı,  gah  da  hərbçi 
qismində çıxış et miş, əfqanlarla  müharibə səbəbindən böyük qarışıqlıq yarananda 
həqiqi fəaliyyət müstəvisi əldə etmiş Nadir, özünün nəhəng qüvvəsi və hərbi bacarığı 
ilə  böyük  məhşurluq  qazandı...  Onun  əfqanlarla  (təkcə  əfqanlarla  deyil  -  R.D.) 
apardığı  kiçik  müharibələrdə  qazandığı  uğurlar  Təhmasibi  belə  bir  enerjili  şəxsin 
köməyindən vaz keçməməyə sövq edir. Nadir özünü çox gözlətmədi. 1727-ci ildə şahın 
hüzuruna  5.000  nəfərlə  gəldi.  Qacarların  başçısını  (Fətəli  xan ı  -  R.D.) 
amansızcasına  sıxışdırmaqla,  o,  «kölgə»  hökmdarın  sağ  əli  olmaq  hüququnu 
müstəsna  olaraq  özü  üçün  təmin  etdi.  Şah,  Təh masibqulu  xan  titulunu  bəxş 
etməklə, onu özünə həmişəlik bağla mağa ümid bəsləyirdi, lakin məlumdur ki, (hər 
bir)  qul, yalnız  nəyin bahasına olursa-olsun,  tezliklə  cənab olmaq  barədə düşünür» 
(165, s. 411). 
A.Müller  əfqanlarla  bağlı  informasiyalarda  bir  sıra  qeyri-dəqiqliklərə  yol 
vermişdir. Məsələn, o, Mir Veysin oğlunun 1717-ci ildə guya öz əmisi oğlu Mah mud 
tərəfindən hakimiyyətdən salındığı barədə (165, s. 410) yazır, əslində isə Mir Veysin 
oğlu Mahmud əmisi Əbdüləzizi hakimiyyətdən uzaqlaşdırmışdır. Başqa bir məqamda 
A. Müller Əşrəfi Mahmudun oğlu kimi təqdim edir (165, s. 412).  Əslində isə Əşrəf 
Mahmudun əmisi oğlu olub və nəhayət, A.Müller Əşrəfin eks Səfəvi şahı Hüseynin 
öldürülməsi barədə əmri 1729-cu ildə Dəmğan yaxınlığında Nadir tərəfindən məğlub 
edildikdən sonra verdiyini göstərir (165, s. 412). Əslində isə eks-şah 1727-ci ildə türk-
əfqan müharibəsinin gedişi zamanı ölümə məhku m ed ilir. 


364 
 
«Dalbadal  məğlubiyyət və  fəlakətlər  silsiləsindən  iyirmi  ildən  az  bir  müddət 
sonra biz Mərkəzi Asiyanı təlatümə gətirmiş, ölkə və imperiyaları lərzəyə salmış İran 
fatehi...  ilə  üzləşirik»  söyləyən  C.Kerzon  «Avropanın  XIX  əsrdə  Napoleonu 
olduğu  kimi,  Asiyanın  da  XVIII  əsrdə  Nadiri  olmuşdur»  qənaətinə  gəlir  (219,  s. 
575). «Nadirin zəfərli karyerasını», C.Kerzona görə, «əsgərlərə münasibətdə xüsusi 
səxavət  nümayiş  etdirməsi  sayəsində  entuziazmlı  loyallıq  əldə  etməsi,  Nadirin 
özünün  hərbi  cəhətdən  dahiliyi,  şəxsi  fenomeni...,  üzərində  qələbə  çaldığı 
düşmənlərinin  əksəriyyətinin  miskin,  acınacaqlı,  zəif  vəziyyətdə  olması 
şərtləndirir... Onun (Nadirin - R.D.) ordusunun əsas hissəsi iranlılardan  (türk  və  
farslar   -   R.D.)   deyil,   geniş  do minion  əra zilərin  - Kü rdüstandan Gürcüstana, 
Əfqanıstandan  Bəlxədək  o lan  torpaqların  döyüşkən  tayfalarından  yığılmış 
əsgərlərdən  ibarət  idi...  Lakin  Bəsrə  (bu  şəhər  donanma  hücumuna  məru z 
qalmışdı  -  R.D.)  və  Bağdadın  uğursuz  mühasirəsi  isə  onu  göstərdi  ki,  Nadirin  
qüvvələri  düşmənlə  qeyri-bərabər  olduqda,  onun  atlı  dəstəsi  üstünlük  əldə  edə 
bilmir» (219, s. 575). 
Yekun  olaraq  göstərmək  lazımdır  ki,  Səfəv i  dövlətinin  süqutu 
məsələsində,  rus  və vətən  tarixç ilə rin in  demə k  olar  ki,  hamısının  sosial-iqtisadi 
faktorları  əsas  götürdükləri  halda,  ingilisdilli  tarixşünaslıqda  daha  çox  siyasi  və 
ikinci dərəcəli subyektiv faktorlar önə çəkilir. 
 
 


365 
 
NƏTİCƏ  
Son  orta  əsrlər  dövrünə  aid  ingilis  dilində  olan  ilk  mənbələr  və  müə llif 
əsərlərin in  ətraflı  təhlili  bizi  qəti  əmin  etdi  ki.  sadalananlarda  Səfəvi  dövləti, 
habelə qonşu mə mlə kətlə rin  (Türkiyə,  Rusiya və s.) tarixinə dair  mövcud faktiki 
materiallar Səfəvi dövləti tarixinin, o cümlədən onun son dövrünün tədqiqində böyük 
əhəmiyyət kəsb edir və olduqca qiymətlidir. 
Təəssüflə qeyd etmək  la zımd ır ki,  ingilisdilli ta rixç ilə rin Səfəvi dövlətinin 
tarixinə  bütövlükdə  həsr  edilmiş  və  ya  qismən  toxunulmuş  əsərləri  indiyədək 
Azərbaycan  tarixçilərinin  tədqiqatlarında  elmi  dövriyyəyə  istənilən səviyyədə  cəlb 
edilməmiş və bu səbəbdən lazımınca a raşdırılma mışdır. 
Nəticə  etibarilə,  xaric i,  o  cümlədən  ingilisdilli  müəlliflərin  əsərlərində  ayrı-
ayrı tarixi hadisələr və şəxsiyyətlər, habelə bütöv tarixi proseslərə münasibətdə çox 
tez-te z  rast  gəlinən  səhv  mülahizələr,  qəsdən  saxtalaşdırmaların  aşkar  edilməsi, 
həmin  məsələlərin  tənqidi  işıqlandırılması  sahəsində  kifayət  qədər  ciddi  boşluq 
yaranmışdır. 
Bir sıra müəlliflər Səfəvi dövlətinin tarixinə dair məsələləri, digər dövlətlərin, 
o  cümlədən  Osmanlı  dövləti,  İngiltərə,  Rusiya, Mərkəzi  Asiya ölkələrinin  tarixinin 
tədqiqi kontekstində nəzərdən keçirmişlə r  ki, burada, təbii  ki, diqqət  mərkə zində, 
əsasən,  bilavasitə  öyrənilən  ölkə  durduğundan,  Səfəvi  dövləti  tarixinin  bir  çox 
aspektləri nəzərdən qaçırılmış, diqqətdən kənarda qalmışdır.  Yeri gəlmişkən, qeyd 
edək  ki,  analoji  hallara,  Rusiya  və  onunla  qonşu  dövlətlərin  orta  əsrlər  tarixini 
araşdıran  rus  tarixçilərinin  tərəfimizdən  istifadə  olunmuş  əsərlərində  də  az  təsadüf 
olunmur. 
Tədqiqat  obyektimiz  olan  Səfəvi  dövlətinin  son  dövr  tarixi,  ingilisdilli 
tarixşünaslıqda  ayrıca  araşdırma  mövzusu  kimi  Kembric  universitetinin 
professoru  L.Lokhart  tərəfindən  tədqiq  edilmiş  və  onun  2  irihəcmli  əsərində  öz 
əksini  tapmışdır.  Bu dövrdə  Səfəvi  dövlətinin siyasi,  iqtisadi vəziyyəti, dini-mənəvi 
həyatı, mədəniyyətinə dair məlumatların böyük əksəriyyəti ingilisdilli tədqiqatçıların 
(R.Seyvori, P.Sayks, C.Ma lkolm,  V.Minorski,  H.Haas, C.Ke rzon və b.) ü mu mən 
İran  tarixin in  araşdırılmasına  həsr  olunmuş  əsərləri,  habelə  İran  tarixini  sosial, 
iqtisadi,  siyasi,  mədəni,  mənəvi  aspektlərdən  araşdırmış  müəlliflərin  (A.Vilson, 
E.Zonis,  E.Braun,  A.Poup,  H.Rabino,  R.Fray,  S.Bencamin  v ə  b.)  əsərlərinin 
Səfəvilər dövrünə aid fəsil və paraqraflarında toplanmışdır.  Ümu mən, ing ilisdilli 
tarixşünaslıqda  Səfəvi  imperiyasının  tarixinə  dair  məlu mat  azlığ ından 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə