R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə173/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   169   170   171   172   173   174   175   176   177

357 
 
-teokratiya  və  imperiyanın  genişlənməsi  sayəsində  yaranmış  komple ks 
bürokratiyanı;  
-qılınc əhli (« men of the sword») ilə qələ m əhlini (« men of the pen»); 
İsna-əşəri  (Ithnaashary) şiə  dövlətində hökumətin  yeganə  legitim  forması 
olan  müctəhidlərin  hakimiyyəti  ilə  ço x  (və  ya  mü xtəlif)  mədəniyyətli  dövlətin 
qayda-qanunlarını  («imperatives  of  mult i-cu ltural  state»)  birləşdirməyə  cəhd 
edirdilər» (271, s. 371). 
Səfəvi  dövlətində  baş  verənləri  1717-1718-ci  illərdə  şəxsən  müşahidə  edə 
bilmiş  A.  Vo lınskinin  qeydlərində  deyilirdi:  «...İndiyədək  bizə  (burada  ruslara  - 
R.D.)  təlqin  ediblər  ki,  guya  İran  dövlətinin  sərvətləri  və  dövlət  xə zinəsinin 
böyük  gəlirləri  vardır,  lakin  yəqin  ki,  bu  sözləri  bixəbər  (vəziyyətdən  xəbəri 
olmayan - R.D.) ada mlar deyiblər, çünki (bu dövlətdə) sərvət əvəzinə ehtiyaclılıq 
(skudost)  vardır...  Bütün  dövlətdən...  yalnız  6  milyon  gəlir  toplayırlar,  halbuki 
(əvvəllər) 15 və daha çox milyon toplayırdılar...  Bütün bunlar mə murların qeyri-
intizamlılığından,  onların  dövlətin  xey irindən  daha  çox,  ö z  xey irlərini 
güdmələrindən irəli gəlir... On lar ö z hərəkətləri  ilə  xalq ı elə qəzəbləndiriblər ki, 
üsyan  qalxmayan  yerlər  ço x  az  qalıb...  Beləliklə,  qısacası  budur  ki,  bütün 
bunların (sadalananların -  R.D.) nəticəsində indi İran artıq tamamilə  müflisləşib, 
süquta yetişib... Nəinki  xarici düşmənlər tərəfdən, habelə daxili cəhətdən hədsiz 
narahat  vəziyyətdədir»  (102,  s.  250;  32,  s.  577-578).  L.Lokhart  göstərir  ki, 
Səfəvi  dövlətin in  süqutunun  çox  ya xın  olması  barədə  bu  ölkədə  1717-ci  ildə 
olmuş  rus  elçisi  A.Volınski  və  1721-ci  ildə  o lmuş  türk  elçisi  Dürri  Əfəndin in 
uzaqgörənliklə dedikləri  fikirlər üst-üstə düşür. Hər  iki elçi bu vəziyyəti «ağıllı, 
dərrakə li dövlət başçısının olma ması» ilə  izah edirdilər (246, s. 125). 
Anonim fransız müəllifin  mənbə xarakterli əsərində də oxşar fikirlər ifadə 
olunmuşdur:  «Taxta  çıxanda  Hüseynin...  yaxşı  hökmran lıq  etmək  üçün  lazım 
olan  qabiliyyəti  tama milə  yox  idi...  təbiətən  sülhsevər,  kövrək,  ürəyiyu mşaq, 
ədalətsevər..., tənbəl idi, sakit həyat və tənhalığı sevir, əməyə nifrət edirdi, odur 
ki,  dövlət  işlərindən  qaçırdı,  bu  işlərə  yalnız  hökmdarlığ ının  ilkin  illərində 
girişirdi;  o  da  yalnız  ona  görə  ki,  camaat  onun  işləri  (dövlət  işləri  -R.D.) 
bacarmad ığını  zənn  etməsin.  Bütün  işlərdə  bir  qayda  olaraq,  özünə  yaxın  olan, 
inandığı  adamların  məsləhətlərin i  qəbul  edirdi.  Şah  cənablarına  yaxın  olan  
xacələ r  onun  zəifliyini  ilk  olaraq  duyur  və  getdikcə  bundan  öz  xeyirlə rinə  
istifadə  etməyə  başlayır,  əllə rindən  gələni  edirlər  ki,  (şahda)  əyləncə  və  cah-
cəlala həvəs oyatsınlar. Əmə k sevməyən və öz şöhrəti barədə çox az düşünən bir 
hökmdarda  belə  həvəs  oyatmaq  istəyi  maneəsiz  həyata  keçir.  Hüseynin  mö min  


358 
 
təbiəti  əvvəlcə  buna  müqavimət  göstərirdisə  də,  ...qısa  müddət  ərzində  o,  güclü 
təsir  altına  düşür,  on  il  ərzində  tama milə  dəyişir,  hər  gün həddindən  artıq şərab 
içmək  ucbatından,  səngiməyən  əyləncələr  səbəbindən  dövlət  işləri  barədə 
eşitmək  belə  istəmir,  şahlıq  şöhrəti  barədə qətiyyən  narahat  olmurdu.  Beləliklə, 
dövlətin  idarə  o lunması  lənətə  gəlmiş  xacələrin  əlinə  keçir  və  onlar  bədbəxt 
Hüseynin 27 illik hökmdarlıq dövründə öz bildikləri kimi hərəkət edirlər» (12, s. 
12-13). 
Dövlət  idarəçiliyi  sahəsindəki  uğursuzluqlar,  ilk  növbədə,  Şah  Sultan 
Hüseynin  səriştəsizliyi,  qətiyyətsizliy i,  həddindən  ziyadə  mülayim  xarakterli 
olması  ilə  şərtlənird i.  Bu  yerdə  H.Haasın  Şah  I  Abbasın  metodlarını  təqdir 
etməsini  yada  salmaq,  fikrimizcə,  yerinə  düşər:  «Səfəvi  imperiyasının 
təhlükəsizliyini  tə min  et mək  və  hüdudlarını  genişləndirmək  missiyasını  yerinə 
yetirən  Şah  Abbasın  (I  Abbas  -  R.D.)  bəzən  nümayiş  etdirdiyi  qeyri-insani 
despotizm,  heç  də  b irbaşa  olaraq...  onun  qəddarlığı  ilə  əlaqədar  olmamışdır. 
Əhalinin  əsrlər  boyu  etnik  homogenezinin  korşalması,  birləş mək  istəklərinin  
səngiməsindən  sonra  ...mə rkə zləşmiş  qüvvənin  bərqərar  edilməsi  və  milli 
birliy in  əsaslarının inşa olunması məqsədilə təsir göstərməyin başqa yolu yox  id i. 
Ölkədə  bütün  avropalı  səyyahların  təriflədiyi  kimi  təhlü kəsizlik,  ticarət  və 
tərəqqinin  bərqərar  olun ması,  xa rici  ölkələrlə  siyasi  və  kommersiya  əlaqələrinin 
qısa  müddət  ərzində  geniş  müstəvidə  bərpa  edilməsinə  (I  Abbasa  xas  -  R.D.) 
əlahiddə ciddi metodlarsız nail olmaq mümkün deyildi» (234, s. 119). 
Şah  Sultan  Hüseynin  hakimiyyəti  dövründə  dövlət  qarşısında  həlli 
yuxarıda  sadalanan  problemlərdən  heç  də  az  əhəmiyyətli  olmayan  məsələlər 
dururdu.  Lakin  şah  öz  ulu  babası  I  Abbas  kimi  qətiyyət  nümayiş  etdirmək 
iqtidarında deyildi. 
Məlum  olduğu  kimi,  1698/99-cu  illərdə  bəluc  tayfasından  olan  dəstə 
Kirmana soxulub, Bəndər-Abbası da ələ keçirmək niyyətində olarkən, Şah Sultan 
Hüseyn o zaman sarayda olan gürcü şahzadəsi XI Georgiyə bu insidentin qarşısını 
almağı  həvalə  edir.  R.Seyvorinin  qənaətinə  görə,  «...Səfəvi  şahının  kömək  üçün 
qonağı olan gürcü şahzadəsinə müraciət etməsinin ö zü kifayət qədər alçaldıcı bir 
addım  idi...  Ya  Şah  Sultan  Hüseyn bu həyəcanlı  vəziyyəti  qaydaya salacaq qoşun 
qüvvəsini  haradan  götürəcəyini  bilmirdi,  ya  da  onun  qüvvəsi  var  idi,  lakin  ona 
etibar et mirdi» (264, s. 241-243). 
R.Seyvori  Səfəvi  dövlətinin  tənəzzül  səbəblərindən  biri  kimi,  «Səfəvi 
ordusunda mənəvi aşınmanın güclənməsini, hərbi cəhətdən uzun illər fəaliyyətsizlik 
mirasını,  habelə  təcrübəli,  bacarıqlı  komandanların  fiziki  cəhətdən  məhvini» 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə