R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə169/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   165   166   167   168   169   170   171   172   ...   177

349 
 
daha da reallaşdı və o, 2 ildən də az müddətlik hakimiyyəti dövründə dövlətin daxili 
qüvvələrini tamamilə zəiflətdi... İran ərazisində mövcud olmuş istənilən gənc dövlət 
kimi  ilk  günlərdən  Şərq  və  Qərb  arasında  təhlükəli  münaqişələr  sferasına  cəlb 
olunmuş  Səfəvi  dövləti,  II  İsmayılın  ölü mündən  sonra  hakimiyyət  bacarıqsız, 
habelə kor Məhəmməd Xudabəndənin əlinə keçdikdən sonra iflasa uğrama lı  idi... 
La kin,  art ıq  tarixdə  dəfələrlə  olduğu  kimi,  dövlətin  ən  ağır,  təhlükəli  za manında 
xilaskar  yetişdi:  Böyük  Şah  Abbas.  O,  əcdadlarının  (sələflərinin-  R.D.)  yaratmış 
olduqlarını  (dövləti  -  R.D.)  məhvdən  xilas etməli və İranı yeni əzəmətə yüksəltməli 
idi» (188, s. 2-3). Yeri gəlmişkən, böyük imperiyaların yeni-yeni işğallar hesabına öz 
ərazilərin i  və  hərbi  qüdrətlərini  artırmağa  meyl  etməli  olduqları  barədə  fikir 
yürüdən  P.  Sayks,  Səfəvi  dövlətinin  tənəzzül  və  süqut  səbələrini  araşdırarkən, 
Səfəvilərin  öz  işğal  siyasətlərində  israrlı  olmadıq ları  ilə  bağlı  belə  yazır: 
«(Səfəvilər)  qərb  sərhədlərini...  türklərdən  qoru muş,  lakin  Türkiyəyə  hücum 
etmə mişlər.  Özbəklə rə  qarşı  ə məliyyatları  da,  hə mç inin,  Xorasanı  hücumlardan 
qorumaq ... məqsədi daşımışdır, Mərkəzi Asiyanı həmişəlik  işğal etmək barədə heç 
bir  ideya  belə  olma mışdır...  Səfəv i  ordusu  heç  zaman  Konstantinopolu 
hədələmə mişdir... İranın şərq sərhədləri boyunca şimalda Sə mərqənd, cənubda isə 
Dehli  İran  hücumlarından  eyni  dərəcədə sığortalıydı.  Səfəvilər,  dünya  imperiyaları 
yarada bilmiş Əhəməni və ya Sasani sülalələri səviyyəsinə qalxa bilmədilər... hər halda 
bu sülalə özünün milli və dini səciyyəsi ilə iranlılar arasında xeyli yüksək məqamda 
tutulur,  ...  həm  də  avropalılar  tərəfindən parlaq dövr  (mərhələ)  kimi  qəbul  edilir»  
(269, s. 229-230) 
R.  Seyvori  göstərir  ki,  «Şah  I  Abbas ölkə  və şəxsən  öz  qarşısında  duran, 
təcili  həll  edilməsi  tələb  olunan problemlərin  yoluna qoyulması  üçün qısa  zaman 
ərzində  elə  tədbirlər  görür  ki,  bunlar gələcəkdə  acınacaqlı  nəticələrə  gətirib  çıxarır. 
Məsələn,  ««üçüncü  qüvvə»  elementlərindən  təşkil  olunmuş  nizami  ordu  təcili 
problemin çözülməsini təmin edib, qızılbaşların  zəifləmiş hakimiyyətini dirçəltsə 
də,  ölkənin  hərbi  qüvvəsini  tama milə  zəiflətdi.  Hə mçin in,  mülk  ...torpaqlarının 
xassə  ...torpaqlarına  konversə  edilməsi,  yeni  nizami  ordunun  muzd  ödənişi  kimi 
vacib  problemini  hə ll  etdisə  də,  uzun  müddətə  vergi  siyasətində,  əyalətlərin 
inzibati  idarəetməsində  çətinliklər  yaratdı.  Daha  sonra,  şahzadələrin  hərə mxana  
divarları  arasında  təcrid  olun ması  siyasəti,  qısa  zaman  ərzində  hökmdarı  ona 
qarşı  xəyanət  ehtimallarından  sığortaladısa  da,  çox  tez  bir  zamanda  sülalənin 
(Səfəv ilə rin  -  R.D.)  keyfiyyət  dəyişikliy inə  uğra ması  ilə   nəticələndi;  
hərəmxanadakı  qadın lar,  saray  xacələrin in  və  hərəmxana  ilə  əlaqədar  olan 
rəsmilərin  təsirinin  siyasi  həyat  və  dövlət  problemlərinin  həllinə  sirayət  etməsinə 


350 
 
səbəb  oldu»  (264,  s.  226-228).  Con  Malkolm  bununla  əlaqədar  yazırdı: 
«Həbsxanadan  (hərəmxanadan  -  R.D.)  kənara  çıxmaq  imkanından  məhrum  olan 
monarx  ta xt-taca  varis  olmaq  məqamı  çatanda  çox  fərasətsiz  və  hakimiyyət üçün 
yararsız  halda  olurdu.  Onun  belə  vəziyyətdə  hakimiyyət  başgicəllənməsinə  qarşı 
müqavimət  göstərməsi,  demək  olar  ki,  mü mkün  olmurdu.  Eyş -işrətlə  məşğul 
olmaqdan başqa heç nə bacarmadığ ı üçün  monarx, əvvəllər olduğu kimi, «böyük 
təcrübəyə»  malik  olduğu  məhz  bu  növ  həyat  tərzini  (hərəmxana  həyatını  -  R.D.) 
davam etdirirdi» (247, s. 576-577).  
R.Seyvorinin fikrincə, əgər Şah Abbasın varisləri onun özü kimi  bacarıqlı, 
ona  layiq  olsaydılar,  Səfəv i  sülaləsi  yəqin  ki,  tənəzzül  etməzdi.  Lakin  elə  Şah  I 
Abbasın  məhz  özünün  «ixtira  etdiyi»  metodun  sayəsində  varislər  taxt-taca  layiq 
keyfiyyətlərdən məhrum böyüdülüb, tərbiyə olunurdular. 
Səfəvi  sülaləsinin  süqut  səbəbləri  sırasında,  R.Seyvori,  həmç inin  mülk 
torpaqlarının xassə torpaqlarına çevrilmə prosesini sadalayır. «I Abbasın təşəbbüsü 
ilə  başlan mış  «dövlət»  əyalətlərinin «xassə» əyalətlərinə  konversasiya  prosesi  Şah 
Səfinin dövründə daha da genişləndi: Səfinin vəziri Sarı Tağının belə bir arqumenti 
şah  üçün  cazibədar  göründü  ki,  Səfəvi  dövlətinə  xarici  düşmənlər  tərəfindən hal-
hazırda təhlükə ehtimalı nisbətən azdır, odur ki, dövlətin geniş ərazilərinin qızılbaş 
hakimlərinin  əlində  qalmasına  ehtiyac  yoxdur,  bir  halda  ki,  onlardan  dövlət 
xə zinəsinə çox az gəlir da xil olur. Şah razılaşır və İranın (Səfəvi dövlətinin -R.D.) 
şərq  və  qərb sərhədlərindən  xeyli  uzaq  yerləşən varlı,  zəngin  Fars  əyaləti...  xassə 
torpağına çevrilir... II Abbasın hakimiyyəti dövründə (1642-1666) bu proses daha 
təhlükəli həddədək inkişaf edir və nəticədə ölkənin, de mək olar  ki, ha mısı  xass ə 
torpaqlarına çevrilir.  Onun dövründə Qəzvin,  Gilan, Mazandaran, Yəzd, Kirman, 
Xorasan  və  Azərbaycan  şah  inzibati  idarəsinin  nəzarət i  alt ına  keçir;  yalnız 
müharibələr  zamanı qızılbaşlar yenidən hakim vəzifələrinə qaytarılırdılar» (264, s. 
228).  Bu  siyasətin  əsas  mahiyyəti  qızılbaş  tayfaların  zə iflədilməsi,  onla rın  
sıxışdırılmasından  ibarət  idi.  «...İki  sistemin  (burada:  xass ə  və  mülk  -  R.D.) 
inzibati  infrastrukturası  mü xtəlif olduğundan, bir formadan digərinə  keçilməsi o  
qədər  də  asan  proses  deyildi.  Bundan  əlavə,  Xorasan,  Azərbaycan  və  Kirman  
kimi strateji cəhətdən əhəmiyyətli vilayətlərin xassəyə çevrilməsinə qarşı ciddi etira z 
baş  vermişdi»  (264,  s.  228).  R.Seyvorinin  qənaətinə görə, elə məhz bu səbəbdən 
müdafiəsi zəifləmiş Kirman və Xorasan əfqan uzurpatorunun (Mahmud - R.D.) ilk 
növbədə soxulduğu ərazilər o lmuşdu (yenə orada). 
E.Braun da ingilisdilli tarixşünaslığın digər nümayəndələri kimi,  Böyük Şah 
Abbasın  «müdrik  və  uzaqgörən»  şəxs  olduğunu  vurğulamaqla  yanaşı,  məhz  onun 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə