R.İ. Dadaşova Səfəvilərin son dövrü



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə175/177
tarix05.02.2018
ölçüsü2,82 Kb.
#24785
1   ...   169   170   171   172   173   174   175   176   177

361 
 
olacaqdılar.  İstənilən  halda  bu  ...plan  üstün,  sərfəli  idi  və  onun  qəbul  olunması, 
əhalini yoxsulluq və aclıqdan hifz edə bilərdi». Məhəmməd Əli Həzin alın yazısına 
inandığını gizlətməyərək, fikrin i belə davam etdirir: «Lakin bu taleyin qismətində 
yox idi və dar düşüncəli  müəyyən şəxslər  bunun  (şahın  paytaxtı  tərk  et məsinin  - 
R.D.)  qarşısını  almaq  üçün  məsələyə  təsir  göstərirdilər»  (75,  s.  118-119). 
L.Lokhartın  fikrincə,  bu  dar  düşüncəli  şəxslər  Seyid  Abdulla,  Həkimbaşı  və  şah 
üzərində böyük nüfuza malik digər şəxslər idilər (246, s.145). Sonradan şah, əyalət 
hakimlərinə  yardım  et mə k  çağırışı  ilə  mürac iət  edərkən  də,  valilərin  etinasızlığı 
sülalənin süqutunu şərtləndirir. 
Şah Sultan Hüseyn İsfahanın mühasirəsi zamanı ö z oğlu Mahmud Mirzəni 
əyalətlərə hərbi qüvvə toplamaq məqsədilə göndərmək  istəyərkən, saray xadimləri 
şahzadənin reputasiyasına xələl gətirmək üçün əllərindən gələni əsirgəmirlər. Belə 
ki, şahzadənin, şah üzərində böyük təsir qüvvəsinə malik  Həkimbaşı, Mollabaşıya 
münasibətdə sərt mövqe nümayiş etdirməsi, habelə Gülnabad döyüşündə nümunəvi 
xid mət  göstərmə miş,  fərqlənə  bilmə miş  əyanlarla  hədələyici  şəkildə  davranması, 
onun  ətrafında  özünə  qarşı  koalisiya  forma laşdırır.  Belə liklə,  paytaxt  üzərində 
böyük  təhlükə  buludu  çökdüyü  bir  zamanda  belə,  saray  xadimləri  daha  çox  öz 
mənsəb və mövqelərinin təəssübünü çəkməklə məşğul olurlar.  Nəticədə şahzadənin 
namizədliyi  baş  tutmur.  L.Lokhartın  nöqteyi-nəzərinə  görə,  «əgər  sadəlövh  şah 
(Hüseyn  -  R.D.)  Mollabaşı  və digər  başa-bəla  məsləhətçilərinin  yalan  dəlillərinə 
qulaq asmaq əvəzinə öz oğlunu dinləsə idi, vəziyyət nəzarətdən çıxma zdı. La kin Şah  
Sultan Hüseyn həmişə səhv seçim etməyə mey lli id i» (246, s. 148). 
Eyni vəziyyət, şahın digər oğlu Səfi Mirzə öz prinsipial mövqeyini nümayiş 
etdirdiyi zaman da yaranır və oxşar sonluqla nəticələnir (246, s. 155-156). 
Şah Sultan Hüseynin dövlət idarəçiliy i sahəsində iflasa uğraması dəfələrlə 
xalq  kütlələrinin  ayağa  qalxmasına  səbəb  olur.  Belə  çıxışlardan  biri  -  İsfahanın 
mühasirəsi  zamanı,  1722-ci  ilin  iki  aprelində  baş vermişdi:  camaat  Şah  Hüseynin 
«daha bacarıqlı, vüqarlı qardaşı Abbas Mirzə ilə əvəz olunmasını tələb edirdi» (246, 
s.  156).  Lakin  şah  qüvvələri  bu  çıxışı  yatıra  bilirlər.  Əlbəttə,  xalqın  tələbi  yerinə 
yetiriləcəyi təqdirdə, Səfəvi sülaləsinin, bütövlükdə imperiyanın taleyi tamamilə fərqli 
ola bilərdi. Eyni sözləri həm də, şah Hüseynin öz oğulları - şahzadələr Mahmud, Səfi 
və Təhmasib arasında etdiyi seçim barəsində də demək olar. Be lə ki, son seçim nə 
öz  qətiyyəti  ilə  seçilən  Mahmud,  nə  də  prinsipial  mövqe  nümayiş  etdirən  Səfi 
üzərində deyil, «atası (Hüseyn - R.D.) kimi qorxaq, qətiyyətsiz olan, asanlıqla təsir 
altına  düşə  bilən,  əyləncə,  eyş-işrətə  aludə  olan,  ço x  nadir  hallarda  hər  hansı 


362 
 
təşəbbüs göstərərkən, hökmən qeyri-düzgün yol tutan» Təhmasib üzərində dayanır 
(246, s. 156). 
İsfahan mühasirədə ikən, Səfəvi paytaxtında olan avropalı iş adamların ı ö z 
bizneslərinin gə ləcək ta leyinin, aqibətinin   maraqlandırması onların ö z ölkələ rinə 
yazdıqları  məktub  və  raportlarda  ifadəsini  tapmışdır.  Belə  ismarıclardan  biri  - 
İngilis  Şərqi-Hind  Ko mpaniyası  nümayəndələrinin  Londona  göndərdikləri 
raportda  Səfəvi  dövlətinin  süqutu  irəlicədən  proqnozlaşdırılır  (ba xmaya raq  ki, 
rəsmi  olaraq  şah  hələ  ta xt-tacdan  imtina  etməmişdi):  «...Heç  vaxt  təsəvvürə  belə 
gətirmək  olmazdı  ki,  qüdrətli  türklərlə  (osmanlı  türkləri  ilə  -  R.D.)  ço xsaylı  şanlı 
müharibələrdən sonra Səfəvi taxt-tacı belə asanlıqla qurban verilə bilər və özünün 
5.000 təbəəsinin (Qəndəhar əfqanları - R.D.) ə lində süqut edər» (68.2; 246, s. 163). 
Səfəvi  sülaləsinin  süqutunun  qarşısının  alınması  üçün  daha  bir  imkan, 
mövcudluğu ehtimal olunan Təhmasib - Əşrəf əlaqələri də ola bilərdi. Belə ki, əgər 
Təhmasib Əşrəfin ona həbsxanadan göndərdiyi xəbəri alan kimi hərəkətə gəlsəydi, 
bəlkə də vəziyyət başqa məcraya yönələrdi. 
L.Lokhartın  fikrincə,  Təhmasib  əfqan  təhlükəsi  ucbatından  Qəzvin i  tərk 
etmə li olduqda, Təbrizə  getmə k əvə zinə, onu dəstəkləyən,   bacarıqlı   hərbi   lider   
Əlimərdan   xan ın   yanına, Luristana üz tutsaydı daha düzgün addım atmış olardı. 
L.Lo khart  xatırladır  ki,  1548-ci  ildə,  türk  hücumları  təhlükəsi  real  olduğu  bir 
şəraitdə,  II  Təh masibin  adını  daşıdığı  babası  I  Təh masib  paytaxtı  Təbrizdən 
Qəzvinə,  məhz  birincinin  türklərlə  sərhədə yaxınlığını  nə zərə  ala raq  köçürmüşdü 
(246, s.  252-253). Digər tə rəfdən, Təhmasib daha bir imkanı fövtə verir: belə  ki, 
o, ölkənin şimali-qərbində Təbriz, İrəvan və digər iri, əhəmiyyətli şəhərlərin güclü 
qarnizonların ın  bazasında  nəinki  qoşun  komplektləşdirə,  hətta  özünün  etibarlı 
şəxsi mühafizəsini belə təmin edə bilmir. 
«Ətrafındakı  axmaq,  intriqan,  s əviyyəsiz  adamların  felinə  uyaraq,  səhv, 
mənasız,  özü  üçün  zərərli  nəticələr  verən  addımlar  atmağa  meylli  olan  Təhmasib 
işğalçılar  və  asilərin  caynağına  keçməmiş  vilayətlərdə  hərbi  güc  toplamaq, 
qüvvələri  bir  araya  gətirmək  kimi,  bilavasitə,  bir  şahzadə,  vəliəhd  kimi  üzərinə 
düşən vəzifələri yerinə yetirmir» (246, s.153). 
L.Lo khartın  fikrincə,  Təh masib  nahaq  olaraq,  «Səfəvi  sülaləsini  faciədən 
yayındırmaq  iqtidarında  olan  ağıllı,  tədbirli,  bacarıqlı  bir  şəxs»  olan  VI 
Va xtanqdan  istifadə  etmir,  əvəzinə  onu  vəzifədən  kənarlaşdırır  (246,  s.257). 
Əslində isə Təhmasib, əvvəla, Vaxtanqın I Pyotrla əlaqələrinə görə bu addımı atır, 
digər tərəfdən isə VI Va xtanq özü yardım göstərməkdən imtina etmişdi. 


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə