Rəyçilər: Qasımov Alış Məmiş oğlu hüquq elmləri doktoru, professor Əliyev Mayis Nəbi oğlu



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə2/59
tarix14.09.2018
ölçüsü1,59 Mb.
#68629
1   2   3   4   5   6   7   8   9   ...   59

ƏSMOU
 ƏLIYEVA
 
yatında  göstərilən  məsələ  ilə  bağlı  elmi-nəzəri  və  təcrübi  araşdırmaların 
kompleks  şəkildə  aparılmaması  bu  tədqiqatın  əhəmiyyətini  artırmaqla 
problemin  hərtərəfli  təhlilini  tələb  edir.  İnkrimizcə,  gömrük-tarif 
tənzimlənməsinin maliyyə hüquqi aspektlərinin praktik realizəsi sahəsində 
dövlətimizin  strategiyasının  formalaşdırılması  üçün  nəzəri-metodoloji 
modelin də işlənib hazırlanmasına kəskin zərurət yaranmışdır. 
Beləliklə, bütün qeyd olunanlar tədqiqat mövzusunun aktuallığını 
göstərməklə onun araşdırılmasını zəruri edir. 


I
 FƏSIL
 
DÖVLƏTİN GÖMRÜK-TARİF TƏNZİMLƏNMƏSİNİN 
ANLAYIŞI VƏ ƏHƏMİYYƏTİ 
1.
 
1. Gömrük-tarif tənzimlənməsinin inkişaf tarixi 
Hər  bir  hüquqi  təsisatın,  o  cümlədən  gömrük-tarif  sisteminin 
təşəkkülünün do müəyyən tarixi vardır. Hüquq elmlərinin tədqiqat metodu 
olan  tarix  yanaşma  metodundan  istifadə  etməklə  gömrük-  tarif  sisteminə 
dair qanunvericiliyin tarixi aspektlərini araşdınnaq məqsədəmüvafıq olardı. 
Belə  ki,  hazırkı  dövrdə  Azərbaycanda  gömrük  qanunvericiliyinin  öz 
inkişafım  haradan  götürdüyünü,  onun  tarixi  köklərini  və  mənbələrini 
izləmək və onların təhlilini apannaq olduqca zəmridir. Ona görə ki, istənilən 
tarix,  o  cümlədən  hüququn  tarixi  zəmanələrin  keçmiş,  indiki  və  gələcək 
dövrləri arasında zəncirvari əlaqəni özündə əks etdirir. Eyni zamanda tarixi 
inkişafı  nəzərə  almayan  möveud  gömrük  qanunvericiliyinin  hüquqi  və 
demokratik  dövlətin  tələblərinə,  məqsəd  və  vəzifələrinə  cavab  verəcək 
səviyyəyə qaldırmaq olmaz. Başqa sözlə, əvvəllər qüvvədə olmuş gömrük 
qanunvericiliyinin  təhlilini  aparmadan  müasir  səviyyəyə  uyğun  hüquqi 
mexanizm yaratmaq, onun gələcək inkişaf perspektivlərini müəyyən etmək 
mümkün deyildir. 
Dövlətin  gömrük-tarif  siyasətinin  tarixi  inkişaf  yolunun  tədqiq 
olunması hər zaman istər nəzəriyyəçilər, istərsə də praktik işçilər 



ƏSMƏR
 ƏLIYP
:
VA
 
üçün böyük ohomiyyol daşımışdır. Birincisi, bununla dövlətin xarici ticarət 
əlaqələrində  və  onunla  sıx  bağlı  olan  daxili  istehsalda  rəhbər 
tutduğu-siyasəti hərtərəfli təhlil etmək mümkün olur. Belə qənaətə gəlmək 
olar ki, dövlət hər zaman malların idxal və ixracına yalnız dövlətin ənənəvi 
gəlirlər  mənbələrindən  biri  kimi  baxmış  və  heç  də  hər  zaman  daxili 
istehsalçıların maraqlarını nəzərə almır, yaxud əksinə, sonuncunun inkişafı 
üçün bu və ya digər şəkildə idxal və ixracı tənzimləməyə çalışır, ya da bu 
mövqelərdən heç birini seçmədən həm xarici, həm də daxili ticarəti heç bir 
təsir göstərmədən öz axarına buraxır. Müəlliflərin fikrincə, gömrük siyasəti, 
onun  inkişaf  yolu  və  inkişaf  istiqamətləri  öyrənilmədən  heç  bir  dövlətin 
inkişaf  tarixi  tam  tədqiq  olunmuş  hesab  edilə  bilməz.'  İkincisi,  gömrük 
tarifinin  inkişaf  tendensiyalarının  tədqiqinin  həm  də  praktik  əhəmiyyəti 
vardır.  K.N.Lodijcnskiy  qeyd  edir  ki,  heç  bir  sahədəki  islahatlar  ölkənin 
vətəndaşlarının  rifahına  gömıiik  sahəsindəki  qədər  tez  öz  təsirini  göstərə 
bilməz." 
Hüquq  ədəbiyyatında  müəlliflər  dövlətin  gömrük  siyasətinin  hər  bir 
dövlət  üçün  xarakterik  ola  bilən  aşağıdakı  tarixi  inkişaf  mərhələlərindən 
keçdiyi  qənaətindədirlər:  talama-gömrük  işi  və  gömmk  hüququ.^ 
Ümumiyyətlə,  gömrük  işinin  yaranması  və  inkişafı  konkret  dövlətin 
yaranma və inkişaf mərhələlərindən asılıdır. 
Fikrimizcə,  gömrük  fəaliyyətini  dövlətin  ən  qədim  fəaliyyət 
növlərindən biri kimi xarakterizə etmək olar. Belə ki, dövlət, daha dəqiq isə, 
«sərhəd» anlayışı yaranandan bəsit şəkildə də olsa hər bir 
1 Лодыжснсий К.II. Ис
1
'ория таможенного тарифа. Челябинск: Социум, 2005, с. 
7-8 
-  Лодыжеисий  К.И.  История  таможенного  тарифа.  Челябинск:  Социум,  2005,  с. 
4-5 
^  'Гаможсниос  право:  Учебник  /  Иод  рсд.  М.М.Рассолова,  I  РД.Эриатвилн. 
М.:10НИТИ-ДАПА, 2007, с. 23 


ƏSMƏR ƏLİYEVA 
dövlot  öz  sorhodlorindon  kcçmo,  öz  ərazisinə  mal,  iş  və  xidmətlərin 
gətirilmə və çıxarılma qaydalarını müəyyən etməyə başlayıb. 
«Gömrük» sözünün etimologiyası haqqında danışarkən qeyd edək ki, 
dilimizə bu söz ərəb dilindən keçmişdir. Azərbaycan dilinin izahlı lüğətində 
gömrük  ölkəyə  gətirilən  və  ya  ölkədən  aparılan  mallardan  alınan  dövlət 
rüsumu  kimi  göstərilir.'  Rus  dilində  bu  sözün  adckvatı  olan  «tamojnya» 
sözü qədim monqol-tatar sözü olan «tamqa» sözündən götürülmüşdür.-' İlk 
dövrlərdə bu söz, monqol dilində mülkiyyət mənasını ifadə edən və bütün 
əşya  növlərinə  (mal-  qara,  silah,  xalça,  bitkilər  və  s.)  münasibətdə  tətbiq 
olunan  «tavro»  kimi  işlənmişdir.  Sonralar  leksikona  daxil  olan  «tamqa» 
teınnini  artıq  şəxsi  və  ailə  mülkiyyəti  mənasında  işlədilmişdir.  «Tamqa» 
türk dilindən tərcümədə damğa, möhür mənasını verirdi. O dövrdə malların 
üzərinə  vurulan  işarə,  yarlıq,  başqa  sözlə  desək,  damğa,  onlardan  tələb 
olunan  vergi  və  rüsumların  artıq  alındığını  bildirirdi.  «Tamqa»  tcıiTiini 
Şərq ölkələri arasında geniş istifadə olunurdu. Monqol-tatar işğallarından 
sonra isə Rusiyada da bu sözdən istifadə olunmağa başlanmışdır. Sonrakı 
mərhələlərdə  isə  sərhəddən  keçirilən  mallara  görə  alınan  gömrük 
rüsumlarına  «tamqa»  deyilməyə  başlandı.  Lakin  bu  tciTnin  rus  dilinə 
keçəndən  sonra  ruslar  onu  öz  dillərinə  uyğunlaşdıraraq  fel  formasında 
«tamgit»  kimi  işlətməyə  başlamışdı.  Yarmarkalarda,  bazarlarda  malların 
damğalandığı  yerləri  «tamojnya»,  damğalayan  şəxsləri  isə  «tamojcnnik» 
adlandırmağa  başladılar.  Müasir  mənada  işlənən  «tamojnya»  sözü  məhz 
belə yarandı.^ 'farixçilərin tədqiqatlarına görə, «tamqa» temıini sənədlərdə 
'  Azorbaycan  dilinin  izahlı  lügoti.  3  cildelo.  11  cild/Prof.A.Axundovun  redaktosi  ilo. 
Bakı: Çıraq, 1999, s. 202 
-  Таможенное  право:  Учебник  /  Под  ред.  М.М.Рассолова,  Н.Д.Эриашвили. 
М.:Ю11ИТИ-ЛА! 1А, 2007, с. 8 
^ Таможенное право: Учебник/Под ред. 0.10.Бакаева. М.: Норма, 2009, с. 15-16 
10 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə